270
sxemlərə sığışmayan bəşəriyyətin real təsərrüfatçılıq təc-
rübəsinin yüksələn tərəqqisi, bu fikirləri kənara atdı. Əl-
bəttə, şəxsi maraq və mənfəət prinsipləri üzərində qurulub,
"sosial ədələt" meyarları ilə deyil, "iqtisadi səmərəlilik"
çağırışları və qayğıları əsasında idarə olunan ictimai-iqti-
sadi sistemin "kamilliyinə" zəmanət vermək, habelə bəşə-
riyyətin qədimlərdən arzuladığı "işıqlı ümidlərinə" uyğun
olduğunu söyləmək çətindir. Hələlik isə nə qədər ki, daha
mükəmməl və insanları hərtərəfli qane edə biləcək ic-
timai-iqtisadi bir quruluş, sistem forması tapılmamışdır,
deməli yaşadığımız cəmiyyət, onun təsərrüfatçılıq qayda-
qanunları, idarəçilik prinsipləri, mədəni-mənəvi əxlaq
normaları kiminsə bəyənib-bəyənməməsindən asılı olma-
yaraq, fəaliyyətdədir.
Bazar münasibətlərinin kəskin rəqabət bazarında
fəaliyyət göstərən hər bir sahibkarın, işgüzar biznes ada-
mının, şirkətin, birliyin, transmilli korporasiyanın (TMK)
son məqsədi gəlir və mənfəətdir. İstehsal prosesində işti-
rak edən iqtisadi və maliyyə resurslarının səmərəli istifadə
olunmasının son yekunu özünü mənfəətdə göstərir. Bəzən
mənfəəti, bazar münasibətləri sisteminin "hərəkətvericisi"
və "dirijoru" kimi də səciyyələndirirlər.
Hər hansı bir şirkətin gəlirindən onun xərclərini çıx-
dıqdan sonra əldə olunan mənfəət, istehsalın səmərəliyinin
əsas göstəricisidir. Onun mənbəyi isə insan əməyi ilə ya-
naşı, müasir elmi-texniki tərəqqi, beynəlxalq əmək bölgü-
sü və daxili-xarici bazarlardakı rəqabət mübarizəsi şə-
raitində - sahibkarın yaradıcı, novator (yenilikçi) fəaliy-
yəti, yüksək təşkilatçılıq istedadıdır.
İqtisadi nəzəriyyədə mühasibat mənfəəti, iqtisadi xa-
lis mənfəət, normal mənfəət anlayışları vardır. Mühasibat
271
mənfəəti, satışdan əldə olunmuş məbləğdən şirkətin görü-
nən xərclərini) çıxmaqla hesablanır. İqtisadi xalis mənfəət
şirkətin həm görünən (xarici), həm də görünməyən (daxili)
xərclərinin satışdan əldə edilmiş məbləğdən silinməsi
(çıxılması) yolu ilə hesablanır. Nəhayət normal mənfəət
isə sahibkarın öz vəzifəsini yerinə yetirdiyinə görə aldığı
haqq, yaxud mükafatdır.
Sahibkarın kapitalının və istehsal-xidmət dairəsi ob-
yektınin işini rəqabət bazarı şəraitində səmərəli təşkil
etməsinin konkret məbləğdə ifadəsi olan mənfəət, onun
halal haqqıdır. Bu mənfəətin həcmi, başqa şərtlərlə yanaşı
istehsalın genişləndirilməsinə imkan yaradır, yeni texnika-
texnologiyaların tətbiqinə yol açır, məhsul və xidmətlərin
bolluğunu təmin edir, əlavə iş yerləri açılmasını şərtlən-
dirir, son nəticə etibarilə milli iqtisadiyyatın inkişafına öz
töhfəsini verir. Ümumi daxili məhsulun (ÜDM) artımına
xidmət edən sahibkarlıq bölməsinin mənfəətdən səmərəli
faydalanmasına yönəldilmiş məqsədyönlü fəaliyyəti, bazar
rəqabəti şəraitində alternativ istehsal sahələrinin forma-
laşmasına əlverişli imkanlar açır.
Şirkətin və sahənin sabit mənfəəti, habelə tədricən
artması meyli, alıcıların və bütövlükdə cəmiyyətin həmin
sahəyə diqqət yetirməsi, habelə onun daha da genişlən-
dirilməsi arzusunun ictimai ifadəsidir. Eyni zamanda, hər
hansı bir sahənin (şirkətin) məhsul və xidmətlərinə alıcı
tələbinin aşağı düşməsi, ictimai rəyin onları dəstəkləmə-
məsi kimi qiymətləndirilə bilər. Birinci halda həmin şir-
kət və sahələrin mənfəəti artacaq, ikinci halda isə mən-
fəətin azalması şirkətin ziyanla işləməsinə, habelə lazımı
tədbirlər həyata keçirilmədikdə, tez-gec müflisləşməsinə
səbəb olacaqdır.
272
Qeyd etmək zəruridir ki, müxtəlif ölkələrin milli gə-
lirlərinin yarıdan çoxu əhali araşında əmək haqqı, renta,
faiz və mənfəət kimi bölüşdürülür. Yüksək inkişaf etmiş
ölkələrdə bu rəqəm daha sanballıdır. Maraqlıdır ki,
əhalinin ümumi gəlirlərinin quruluşunda, əmək haqqının
və mülkiyyətdən alınan gəlirin payı, tədricən artır. Əksinə,
sahibkarlıq fəaliyyəti ilə məşğul olanların müxtəlif mən-
bələr hesabına formalaşan gəlirləri mütləq rəqəmlərlə artsa
da, lakin əhalinin ümumi gəlirlərində faiz etibarilə onun
xüsusi çəkisi azalmağa doğru meyl edir. Birləşmiş Ştatlar
tipik sahibkarlar və kapitalistlər ölkəsi olmasına baxma-
yaraq, bu ictimai qrupun milli gəlirdən aldığı pay - 20 faizə
yaxındır. Bu fakt, ABŞ-ın və dünya iqtisadiyyatının ümumi
mənzərəsində, xüsusilə gəlirlərin quruluşunda, bölgüsündə
gedən kəmiyyət-keyfiyyət dəyişikliklərini göstərir.
273
ƏDƏBİYYAT
1.
İqtisadi nəzəriyyə. Dərslik. Bakı, 2001.
2.
İqtisadi nəzəriyyə. Dərs vəsaiti. Bakı, 2003.
3.
İqtisadi nəzəriyyə. Mikroiqtisadiyyat – 1,2. Dərslik.
Bakı, 2009.
4.
S.İbadov. İqtisadiyyat (İqtisadi nəzəriyyə).Dərslik.
Bakı, 2008.
5.
M.Q.Mənkyü. Ekonomiksin əsasları. Bakı, 2007.
6.
Р.Самуельсон, И.Нордхаус. Экономика. М.2005.
7.
К.Р.Макконнел, С.М.Брю. Экономикс. М.2007.
8.
С.Н.Ивашковский. Микроэкономика. М.2002.
9.
Экономика. Учебник. Под редакцией А.С.Була-
това. М.2008.
10.
Экономическая теория. Под редакцией
В.Д.Видяпина, Г.П.Журавлевой. М.,2007.
274
İqtisadi nəzəriyyə kursundan “Mikroiqtisadiyyat”
bölməsi üzrə imtahan sualları
1.
Klassik iqtisadi nəzəriyyənin formalaşması
2.
Əmtəə-iqtisadi kateqoriya kimi
3.
Natural təsərrüfat və onun xüsusiyyətləri
4.
İqtisadi nəzəriyyənin başqa elmlərlə əlaqəsi
5.
Pulun vəzifələri (funksiyaları)
6.
Əmək kooperasiyası anlayışını izah edin
7.
Sərbəst sahibkarlıq - biznes fəaliyyəti nə deməkdir
8.
İqtisad elminin metodları
9.
İstehsal amillərinin əvəz təsnifatı
10.
Məhsuldar qüvvələr anlayışını izah edin
11.
İqtisadi nəzəriyyənin öyrənilməsinin məqsəd və
vəzifələri
12. Analiz və sintez metodunu izah edin
13. İqtisadi biliklərin formalaşması mərhələləri
14. Mezoiqtisadiyyat nəyi öyrənir
15. Makroiqtisadiyyat nəyi öyrənir
16. İstehsal münasibətləri anlayışı və onun formaşması
17. Natural təsərrüfat formasını və onun xüsusiyyətlərini
izah edin
18. Mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi
proseslərinin fərqli cəhətləri
19. İqtisadi sistem anlayışı və onun mahiyyəti
20. Sosialist təsərrüfat sisteminin xüsusiyyətləri
21. İqtisadi sistemin formalaşması prosesi
22. Klassik iqtisadi məktəb və onun nümayəndələri
23. İstehsal amilləri və onların əvəzlənməsi prosesi
275
24. İnduksiya və deduksiya metodunu izah edin
25. Elmi abştraksiya metodunu izah edin
26. Təbii və ictimai əmək bölgüsü
27. İstehsal amillərinin əvəz olunması prinsipləri
28. Mülkiyyətin subyektləri
29. İstehsal xərclərinin mahiyyəti və məzmunu
30. Planlı (sosialist) əmtəə təsərrüfatı və onun dağılması
31. Kapitalist əmtəə təsərrüfatı və onun xüsusiyyətləri
32. Qarışıq iqtisadiyyat anlayışını izah edin
33. İstehsal amilləri ilə məhsulun həcmi arasında asılılıq
34. İqtisadi biliklərin tarixi inkişaf yolu
35. Neoklassik istiqamət və onun nümayəndələri
36. Mülkiyyətin mahiyyəti və tarixi tipləri
37. Sadə əmtəə istehsalı və onun xüsusiyyətləri
38. İqtisadi sistemin mahiyyətini izah edin
39. Əmək bölgüsünü izah edin
40. N.Gəncəvinin iqtisadi görüşləri
41. Sadə əmtəə istehsalının meydana çıxması səbəbləri
42. İqtisadı sistemlərin təsnifatı
43. İqtisadi nəzəriyyənin elmin başqa sahələri ilə əlaqəsi
44. Mülkiyyətin tarixi tipləri
45. Fiziokratlar məktəbi və onun nümayəndələri
46. Mənfəət anlayışı və onun formaları
47. Dövlət mülkiyyəti və onun xüsusiyyətləri
48. İqtisadi sistem və onun formaları
49. Kapitalist əmtəə istehsalı və onun xarakterik cəhətləri
50. İstehsalın maddi və şəxsi amilləri
51. İstehsal xərclərinin quruluşu
52. Cəmiyyətin məhsuldar qüvvələri və istehsal
münasibətləri
53. İqtisadi nəzəriyyənin (ekonomiksin) 10 prinsipi
276
54. Mənfəətin yüksəldilməsinə təsir edən amillər
55. Aqrar münasibətlərin mahiyyəti
56. İqtisadi nəzəriyyənin elm sistemində yeri və rolu
57. Azərbaycanda iqtisadi fikrin inkişafı
58. Əmtəənin dəyəri və istehlak dəyərini izah edin
59. Mikroiqtisadiyyat nəyi öyrənir
60. Pulun meydana çıxmasının səbəbləri
61. Pul tədavülü və onun tənzimlənməsi
62. İstehsal amillərinin və iqtisadi resursların fərqli
cəhətləri
63. Azərbaycan Respublikasında özəlləşdirmə prosesi və
onun nəticələri
64. N.Tusinin iqtisadi görüşləri
65. Mülkiyyətin obyektləri və subyektləri
66. Pul haqqında rasional və təkamül nəzəriyyələri
67. Pul tədavülü qanununun formulunu yazıb
aydınlaşdırın
68. Renta və onun tarixi formaları
69. Torpaq sahələrinin qiymətlərinin müəyyənləşdirilməsi
70. İqtisadi sistem və onun quruluşu
71. İqtisadi biliklərin meydana çıxması və sonrakı inkişafı
72. Aqrar bölmədə iqtisadi islahatlar
73. İqtisadi nəzəriyyənin predmeti haqqında müxtəlif
fikirlər
74. Sahibkarlıq fəaliyyəti və onun xüsusiyyətləri
75. İqtisadi nəzəriyyəni öyrənmək üçün mənbələr
76. Bazar anlayışını izah edin
77. Bazarın meydana çıxması və mahiyyəti
78. Bazarın sosial-iqtisadi mahiyyəti
79. Bazarın vəzifələri hansılardır
80. Bazarın obyektlərinə nələr daxildir
277
81. Bazarın subyektləri kimlərdir
82. Bazarın müxtəlif formalarını izah edin
83. Sərbəst rəqabət bazarı və onun xüsusiyyətləri
84. İnkişaf etməmiş bazar haqqında məlumat verin
85. İnhisarçı bazar nə deməkdir
86.Tənzimlənən bazar nə deməkdir
87. Əmrlə idarə olunan bazarın əsas xüsusiyyətləri
88. Qarışıq bazar və onun başlıca cəhətləri
89. Bazar iqtisadi sisteminin üstün cəhətləri
90. Bazar iqtisadi sisteminin nöqsan cəhətləri
91. Bazar mexanizminin fəaliyyətini izah edin
92. Tələbin mahiyyəti və tələb qanunu
93. Təklifin mahiyyəti və təklif qanunu
94. Tələblə təklifin qarşılıqlı əlaqəsi
95. Tələbin formalaşmasına təsir göstərən amillər
96. Təklifin formalaşmasına təsir göstərən amillər
97. Tələbin qiymətlə bağlı elastikliyini izah edin və
formulunu yazın
98. Təklifın qiymətlə bağlı elastikliyini izah edin və
formulunu yazın
99. Bazarda qiymətin yaranması
100. Bazarda tarazlıq qiymətini izah edin və onun
sxemini çəkin
101. Xalis inhisar nə deməkdir
102. Kartel və sindikat anlayışını izah edin
103. İnhisarların müxtəlif formaları
104. C.Şerman qanunu - ilk antiinhisar qanunu kimi
105. Antiinhisar qanunları və onların fəaliyyəti
106. İnhisarçılığın sosial-iqtisadi nəticələri
107. Xalis rəqabət
:
108. Oliqopoliya rəqabəti
278
109. İnhisarçı rəqabət
110. Mükəmməl (kamil, sərbəst, halal) rəqabət
111. Bazar rəqabətinin tiplərini izah edin
112. İqtisadi modellərin gələcək perspektivləri
113. Bazar rəqabətinin mahiyyəti
114. Cənubi Koreya modelinin üstün cəhətləri
115. Çin modelinin xüsusiyyətləri
116. Yapon modeli nə deməkdir
117. Bazar infrasrukturu və onun quruluşu
118. Ənənəvi bazar və onun xüsusiyyətləri
119. Avstriya modelinin oxşar və fərqli cəhətləri
120. Alman modelini izah edin
121. İsveç modelinin fərqli cəhətləri
122. Amerika modelinin xüsusiyyətləri
123. İqtisadi model anlayışını izah edin
124. Sosial iştiqamətin əsas cəhətləri
125. Liberal istiqamətin xüsusiyyətləri
279
“İqtisadi nəzəriyyə” kursunun “Mikroiqtisadiyyat”
bölməsi üzrə dərs saatlarının bölgüsü
Sıra
№
Mövzuların adı
Saatların
miqdarı
Müha-
zirə
Məş-
ğələ
Cəmi
1.
“İqtisadi nəzəriyyə” kursuna giriş
4
-
4
2.
İqtisadi nəzəriyyənin predmeti və
metodları
4
2
6
3.
İqtisadi fikrin meydana çıxması və
formalaşması mərhələləri
4
2
6
4.
İqtisadi nəzəriyyənin müasir əsas
istiqamətləri
4
2
6
5.
Təsərrüfat fəaliyyətinin ictimai tipləri
və onun təşkili
4
2
6
6.
Cəmiyyətin iqtisadi sistemi
4
2
6
7.
Mülkiyyət münasibətləri və onun
tarixi təkamülü
4
2
6
8.
Əmtəə, dəyər və pul nəzəriyyələri
4
2
6
9.
İctimai istehsal və onun əsas amilləri
4
2
6
10.
Bazar anlayışı, onun mahiyyəti,
vəzifələri və formaları
4
2
6
11.
Bazar mexanizmi və onun fəaliyyəti
4
2
6
12.
Bazar rəqabəti və iqtisadiyyatda
inhisarçılıq
4
2
6
13.
Bazar münasibətləri iqtisadi
sisteminin istiqamətləri və modelləri
4
2
6
14.
İstehsal xərcləri və fərdi təkrar
istehsal
4
2
6
15.
Əmək haqqı, renta, faiz və mənfəət
4
4
8
Cəmi
60
30
90
280
MÜNDƏRİCAT
Ön söz......................................................................................
3
1.
“İqtisadi nəzəriyyə” kursuna giriş..................................
5
2.
İqtisadi fikrin meydana çıxması və formalaşması
mərhələləri.....................................................................
33
3.
İqtisadi nəzəriyyənin predmeti və metodları.................
53
4.
İqtisadi nəzəriyyənin müasir əsas istiqamətləri..............
64
5.
Təsərrüfat fəaliyyətinin ictimai tipləri və onun təşkili...
86
6.
Cəmiyyətin iqtisadi sistemi...........................................
102
7.
Mülkiyyət münasibətləri və onun tarixi təkamülü..........
111
8.
Əmtəə, dəyər və pul nəzəriyyələri.................................
124
9.
İctimai istehsal və onun əsas amilləri............................
146
10.
Bazar anlayışı, onun mahiyyəti, vəzifələri və formaları .. 155
11.
Bazar mexanizmi və onun fəaliyyəti..............................
166
12.
Bazar rəqabəti və iqtisadiyyatda inhisarçılıq..................
182
13.
Bazar münasibətləri iqtisadi sisteminin istiqamətləri və
modelləri.........................................................................
215
14.
İstehsal xərcləri və fərdi təkrar istehsal.........................
225
15.
Əmək haqqı, renta, faiz və mənfəət...............................
239
Ədəbiyyat.................................................................................
271
İmtahan test sualları.................................................................
272
Dərs saatlarının bölgüsü..........................................................
277
281
Dostları ilə paylaş: |