3 cü FƏSİl neftin və qazin nəQLƏ hazirlanmasi


Şəkil 3.5. Qazın ilkin ayrılması qurğusu və jalüzlü ucluğu olan



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix02.04.2023
ölçüsü2,72 Mb.
#104025
1   ...   11   12   13   14   15   16   17   18   ...   40
3-cu fesil-148-218

Şəkil 3.5. Qazın ilkin ayrılması qurğusu və jalüzlü ucluğu olan 
separator 
1-separatora daxil olan boru kəməri; 2-qazın ilkin ayrılması üçün qurğu;
3–damla tutucu; 4-jalüzlü ucluq; 5-təzyiq tənzimləyicisi olan qaz kəməri;
6-qoruyucu klapan; 7-separatorun gövdəsi; 8-üzgəc; 9-köpüksöndürən; 
 10-maili lövhələr; 11-diffuzor 
 
Quyudan gələn qaz-maye qarışığı giriş boru kəmərinin maili hissəsində 
yerləşən əvvəlcədən qazı çıxaran qurğuya daxil olur. Çıxarılan qaz 
damlatutandan keçərək nəmlikdən azad olur. Neftdən ayrıla bilməyən qaz 
onunla birlikdə texnoloji tutuma daxil olur. Bu zaman diffuzor və maili 
müstəvilərdə axının sürəti kiçilir və intensiv qaz ayrılması baş verir. 


- 175 - 
Texnoloji tutumda ayrılan qaz da damlatutandan keçir və damla 
nəmliyindən azad olur.
Qeyd etmək lazımdır ki, hal-hazırda neftlərin hazırlanması qurğularına 
verilməsindən əvvəl sudan və qazdan azad olması üçün çoxlu sayda qurğu və 
avadanlıqlar tətbiq olunur. Bu cür qurğular separator-deemulqatorlara daxil 
olan suyun həcmini, həmçinin, su-neft emulsiyalarının qızdırılması və emalına 
çəkilən xərcləri azaltmağa imkan verir. Belə qurğulara misal olaraq, UPS -
300/6 (şəkil 3.6) qurğusunu göstərmək olar.
 
Şəkil 3.6. UPS 3000/6 qurğusunun texnoloji sxemi 


- 176 - 
Quyu məhsulu saplo borusu (1) vasitəsilə A bölməsinə daxil olur və neft 
dağılması rəfində (2) qazın əsas həcminin maye fazadan ayrılması baş verir. 
Ayrılan qaz səviyyə tənzimləyicisindən (9) B bölməsinə buraxılır. A və B 
bölmələri arasında təzyiq tənzimləyicisinin (4) köməyi ilə təzyiqlər fərqi 0,2 
MPa-dək sabit saxlanılır. Bunun hesabına su-neft emulsiyası damla əmələ 
gətirəndə (8) qaynar su ilə qarışdırıldıqdan sonra giriş paylayıcısından (7) 
keçərək 
B
bölməsinə daxil olur. Qaynar su neftin termokimyəvi hazırlanması 
qurğusundan sonra daxil olur və tərkibində qalıq deemulqator olur. 
B bölməsindən qaz damlaçökdürücüsündən (3), neft ştuserindən (5), su isə 
perforasiya 
olunmuş 
boru 
xəttindən 
(6) 
keçməklə 
çıxarılır.

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə