3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə86/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   82   83   84   85   86   87   88   89   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
260
aydın  görməyinizi  təmin  edir.  Göz  bülluru  bu  tənzimləməni  həyatınız  boyu 
heç  səhv  etmədən  hər  saniyə  həyata  keçirir.  Fotoqraflar  eyni  tənzimləməni 
fotoaparatlarda əl ilə edirlər və düzgün fokuslamanı əldə etmək üçün bəzən 
uzun müddət çalışırlar. Müasir texnologiya son 10-15 ildə avtomatik fokuslama 
edən kameralar istehsal etmişdir, amma heç bir kamera göz qədər sürətli və 
qüsursuz şəkildə fokuslaya bilmir.
Gözün  görməsi  üçün  isə  bu  orqanı  təşkil  edən  təqribən  40  əsas  hissənin 
hamısı  eyni  anda  birlikdə  mövcud  olmalı  və  ahəng  içində  işləməlidir.  Göz 
bülluru  bunlardan  sadəcə  biridir.  Buynuz  qişa,  gözün  selikli  qişası,  gözün 
qüzehli qişası, göz bəbəyi, gözün tor qişası, orta qişa, göz əzələləri, göz yaşı 
vəzləri  kimi  bütün  digər  hissələr  olsa  və  fəaliyyət  göstərsə,  amma  bircə  göz 
qapağı olmasa, göz qısa müddət ərzində zərər görər və görmə funksiyasını itirər. 
Eyni şəkildə bütün orqanoidlər mövcud olsa, amma göz yaşı ifraz olunmasa, 
göz bir neçə saat ərzində quruyar, yapışar və kor olar.
Gözün  bu  kompleks  quruluşu  qarşısında  təkamül  nəzəriyyəsinin 
“sadələşdirilə bilən” iddiası bütün mənasını itirir. Çünki göz işə yararlı olması 
üçün eyni anda bütün hissələri ilə birlikdə mövcud olmalıdır. Təbii seçmə və 
mutasiya mexanizmlərinin gözün bu qədər müxtəlif orqanoidini, bu orqanoidlərə 
son  mərhələyə  qədər  heç  bir  “üstünlük”  təmin  etmədən  əmələ  gətirmələri, 
əlbəttə, qeyri-mümkündür. Prof. Əli Dəmirsoy bu həqiqəti aşağıdakı sətirləri 
ilə qəbul edir:
Üçüncü etiraza cavab vermək çox çətindir. Kompleks bir orqanın, faydalı 
olsa  da,  birdən-birə  əmələ  gəlməsi  necə  mümkün  olmuşdur?  Məsələn, 
onurğalılardakı göz bülluru, tor qişa, optik sinir və görmək üçün lazımlı 
olan digər hissələr birdən-birə necə əmələ gəlmişdir? Çünki təbii seçmənin 
görmə sinirindən ayrı şəkildə tor qişa üzərində seçici təsiri ola bilməz. Göz 
bülluru  əmələ  gəlsə  belə,  tor  qişa  olmadan  faydası  olmaz.  Görmə  üçün 
bütün orqanoidlərin birlikdə eyni anda təkmilləşdirilməsi labüddür. Ayrı-
ayrı təkmilləşdirilən hissələr istifadəyə yararlı olmadığı üçün həm faydasız 
olar, həm də bəlkə zaman ərzində məhv olar. Eyni zamanda hamısını birdən 
təkmilləşdirmək də təxmin edilməyəcək qədər kiçik ehtimalların eyni anda 
mövcud olmasını tələb edir.
349
Prof. Dəmirsoyun “təxmin edilməyəcək qədər kiçik ehtimallar” sözü ilə ifadə 
etdiyi  həqiqət  əslində  “qeyri-mümkünlükdür”.  Gözün  təsadüflərin  məhsulu 
olması  qeyri-mümkündür.  Darvin  də  bu  həqiqət  qarşısında  sıxıntı  keçirmiş 
və  hətta  bu  səbəbdən,  bir  məktubunda:  “gözləri  düşünmək  çox  vaxt  məni 
nəzəriyyəmdən soyudur”, - deyə bunu etiraf etmişdir.
350
Darvin “Növlərin mənşəyi” kitabında gözün kompleks yaradılışı qarşısında 
ciddi çətinliyə düşmüş, yeganə həll yolu kimi bəzi canlıların ibtidai, bəzilərinin 
downloaded from KitabYurdu.org


SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
261
isə kompleks göz quruluşu olduğuna istinad edərək kompleks gözlərin ibtidai 
gözlərdən təkamül yolu ilə əmələ gəldiyini iddia etmişdir. Ancaq bu iddia da 
həqiqətə uyğun deyil. Paleontologiya canlıların yer üzündə olduqca kompleks 
quruluşları ilə birlikdə ortaya çıxdığını göstərir. Məlum olan ən qədim görmə 
sistemi trilobit gözüdür. 530 milyon illik bu pətək göz sistemi əvvəlki bölmələrdə 
dediyimiz kimi cüt mərcək sistemi ilə işləyən “optik möcüzədir”. Bu vəziyyət 
Darvinin “kompleks gözlər ibtidai gözlərdən təkamül ilə törəyib” fərziyyəsini 
də tamamilə əsassız edir.
“İbtidai gözün” sadələşdirilməz quruluşu
Darvinin  “ibtidai  göz”  kimi  bəhs  etdiyi  orqanlar  da  əsla  təsadüflərlə 
açıqlana bilməyən kompleks və sadələşdirilməz quruluşa malikdirlər. Ən sadə 
formalı belə olsa, “görmənin” əmələ gəlməsi üçün bir canlının bəzi hüceyrələri 
işığa həssas olmalı, bu həssaslığı elektrik siqnallarına çevirən qabiliyyətə malik 
olmalı, bu hüceyrələrdən beyinə gedən xüsusi sinir şəbəkəsi əmələ gəlməli və 
beyində də bu məlumatı dəyərləndirən “görmə mərkəzi” meydana gəlməlidir. 
Bütün bunların təsadüfən və eyni anda, eyni canlıda əmələ gəldiyini irəli sürmək 
isə  ağlasığmazdır.  Təkamülçü  yazıçı  Camal  Yıldırım  təkamül  nəzəriyyəsini 
müdafiə etmək niyyəti ilə qələmə aldığı “Təkamül nəzəriyyəsi və fanatiklik” 
adlı kitabında bu həqiqəti belə qəbul edir:
Görmək üçün çox sayda mexanizmin iş birliyinə ehtiyac var: göz və gözün 
daxili mexanizmləri ilə bərabər beyindəki xüsusi mərkəzlərlə göz arasındakı 
İnsan gözü təxminən 40 ayrı hissənin birgə işləməsi ilə görür. Bu hissələrin biri 
olmazsa, göz öz funksiyasını itirər. Bu 40 ayrı hissənin hər biri öz içində mürəkkəb  
dizayna sahibdir. Məsələn, gözün arxa hissəsindəki tor qişa təbəqəsi 11 ayrı ayrı 
təbəqədən  ibarətdir.  (Sağda).  Bu  təbəqələrdən  hər  birinin  ayrı  vəzifəsi  vardır. 
Təkamül nəzəriyyəsi bu cür mürəkkəb bir orqanın necə əmələ gəldiyinə cavab verə 
bilmir.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
262
rabitələr  də  bura  aiddir.  Bu  kompleks  quruluş  necə  formalaşmışdır? 
Bioloqların  fikrincə,  təkamül  prosesində  gözün  əmələ  gəlməsindəki  ilk 
mərhələ bəzi ibtidai canlılarda dəri üzərində işığa həssas kiçik bir hissənin 
meydana gəlməsi ilə başlamışdır. Ancaq təbii seçmə zamanı bu qədər inkişafın 
tək başına canlıya verdiyi üstünlük nə ola bilər? Bu cür inkişafla birlikdə 
beyində görmə mərkəzi ilə ona bağlı olan sinir şəbəkəsi də qurulmalıdır. 
Çox kompleks olan bu bir-birinə bağlı mexanizmlər qurulmadıqca “görmə” 
adlandırdığımız  hadisənin  meydana  gəlməsini  gözləmək  olmaz.  Darvin 
variasiyaların  təsadüfən  əmələ  gəldiyinə  inanırdı.  Elə  olsaydı,  görmənin 
tələb  etdiyi  çox  sayda  variasiyanın  orqanizmin  müxtəlif  yerlərində  eyni 
zamanda  əmələ  gəlib  uyğunlaşması  sirli  tapmacaya  bənzəməzdimi?.. 
Halbuki görmə üçün bir-birini tamamlayan bir sıra ardıcıl dəyişikliklərə və 
bunların tam uyğunluqla və əlaqəli şəkildə işləməsinə ehtiyac var... Adi bir 
yumşaqbədənli olan şanapipiyin gözündə bizim gözümüzdə olduğu kimi 
tor qişa, buynuz qişa və sellüloza toxumasından olan linza var. Təkamül 
səviyyələri bu qədər fərqli olan bu iki növdə bir sıra ardıcıl təsadüfü tələb edən 
bu formalaşmanı ancaq təbii seçmə ilə necə açıqlaya bilərik? Darvinçilərin 
bu suala qənaətbəxş cavab verib-vermədikləri mübahisəlidir...
351
Problem  təkamül  nəzəriyyəsi  baxımından  o  qədər  böyükdür  ki,  nə 
qədər  incəlikləri  araşdırılsa  da,  o  qədər  içindən  çıxılmaz  vəziyyətə  düşürlər. 
Burada araşdırılmalı mühüm bir “detal” da “işığa həssas hala düşən hüceyrə” 
hekayəsidir. Görəsən, Darvinin və digər təkamülçülərin: “Görmə bir hüceyrənin 
işığa həssas hala düşməsi ilə baş verə bilər?”, - deyərək üstündən ötüb keçmək 
istədikləri bu forma necə bir dizayna malikdir?
Görmə hadisəsinin kimyası
Maykl Behe “Darvinin qara qutusu” (Darwin’s black box) adlı kitabında 
canlı hüceyrəsinin quruluşunun və bütün digər biokimyəvi sistemlərin Darvin 
və  müasirləri  üçün  naməlum  “qara  qutu”  olduğunu  vurğulayır.  Darvin 
bu  qara  qutuların  çox  sadə  quruluşa  malik  olduğunu  və  təsadüfən  əmələ 
gəldiyini güman etmişdir. Halbuki müasir biokimya bu qara qutuları açmış 
və  canlıların  sadələşdirilməz  kompleks  quruluşunu  üzə  çıxarmışdır.  Behe 
Darvinin gözün əmələ gəlməsi haqqındakı şərhlərinin XIX əsrin sözügedən 
ibtidai elmi səviyyəsi səbəbi ilə bəzilərinə “inandırıcı” göründüyünü bildirir.
Darvinın dünyanın böyük hissəsini müasir gözün sadə formadan yavaş-yavaş 
meydana  gəldiyinə  inandırdığı  hesab  edilirdi,  amma  görmə  hadisəsinin 
başlanğıcının haradan gəldiyini heç açıqlamağa belə çalışmamışdı. Əksinə, 
Darvin bu sadə işığa həssas nöqtənin, yəni gözün mənşəyi sualını bilərək 
görməməzliyə  vurmuşdu...  Bu  sualı  görməməzliyə  vurmaq  üçün    yaxşı 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə