3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə82/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   78   79   80   81   82   83   84   85   ...   109

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
248
olmasının xüsusilə çoxalmalarına böyük faydası var. Hüceyrə bölünərkən çox 
sayda xloroplast da iki yerə bölünərək saylarını 2 mislinə çatdırdıqlarına görə, 
hüceyrə bölünməsi daha qısa müddət ərzində və ardıcıl şəkildə baş verir.
4) Xloroplastlar bitki hüceyrəsi üçün olduqca həyati əhəmiyyəti olan güc 
generatorlarıdır. Əgər bu orqanoidlər enerji hazırlamasa,  hüceyrənin bir çox 
funksiyası işləməz. Bu da canlının həyatının sonu deməkdir. Hüceyrə üçün 
bu qədər əhəmiyyətli olan bu funksiyalar xloroplastlarda sintezlənən zülallar 
vasitəsilə həyata keçirilir. Ancaq xloroplastların bu zülalları sintezləmək üçün 
öz DNT-ləri kifayət 
deyil. Zülalların böyük əksəriyyəti hüceyrədəki əsas DNT-dən 
istifadə edərək sintezlənirlər.
333
Belə bir uyğunluğu sınama və yanılma metodu ilə əldə etməyə çalışarkən 
DNT-də  meydana  gələ  bilən  dəyişikliklərin  nə  cür  təsirləri  ola  bilər?  Bir 
DNT  molekulunda  meydana  gələcək  hər  hansı  bir  dəyişiklik  əsla  canlıya 
yeni bir xüsusiyyət qazandırmır, əksinə nəticə tamamilə zərərli olur. Mahlon 
B.Houqland “Həyatın kökləri” adlı kitabında bu vəziyyəti aşağıdakı sözləri ilə 
açıqlayır:
Bir  canlının  DNT-sində  bir  dəyişikliyin  olması  onun  üçün  zərərlidir, 
başqa sözlə, həyatının qısalmasına yol açır. Bir bənzətmə edək: Şekspirin 
dramlarına  təsadüfən  əlavə  edilən  cümlələrin  əsərləri  daha  keyfiyyətli 
etməsi mümkün deyil... DNT dəyişiklikləri, istər mutasiya ilə, istərsə də 
bizim  kənardan  qəsdən  əlavə  etdiyimiz  yad  genlərlə  olsun,  həyatının 
qısalması ehtimalı baxımından zərərlidir.
334
Təkamülçülərin irəli sürdüyü iddialar elmi təcrübələrə və bu təcrübələrin 
nəticələrinə  əsaslanaraq  ortaya  atılmamışdır.  Çünki  bir  bakteriyanın  başqa 
bir bakteriyanı udması kimi bir fakt əsla müşahidə edilməmişdir. Molekulyar 
bioloq P.Uitfild bu vəziyyəti belə ifadə edir:
Prokariotik  endosimbioz  (udma)  bəlkə  də  bütün  endosimbiotik 
nəzəriyyənin  əsaslandığı  hüceyrə  mexanizmidir.  Əgər  bir  prokariot 
digərini  udmursa,  endosimbiozun  necə  baş  verdiyini  təxmin  etmək 
çətindir.  Təəssüf  ki,  Marqulis  və  endosimbioz  nəzəriyyə  üçün  heç  bir 
müasir nümunə yoxdur.
335
Fotosintezin mənşəyi
Təkamül nəzəriyyəsini bitkilərin mənşəyi ilə bağlı çıxılmaz vəziyyətə salan 
digər  məsələ  bitki  hüceyrələrinin  fotosintez  prosesini  həyata  keçirməyə  necə 
başlaması sualıdır.
Fotosintez  yer  üzündəki  ən  əsas  həyati  proseslərdən  biridir.  Bitki 
hüceyrələri tərkiblərindəki xloroplastlar sayəsində su, karbondioksid və günəş 
işığından  istifadə  edərək  nişasta  hazırlayırlar.  Heyvanlar  isə  öz  qidalarını 
downloaded from KitabYurdu.org


BİTKİLƏRİN MƏNŞƏYİ
249
özləri  hazırlaya  bilmirlər  və  bitkilərdən  gələn  nişastadan  istifadə  edirlər.  Elə 
bu səbəbdən, fotosintez kompleks həyatın əsas şərtidir. İşin daha da maraqlı 
cəhəti budur ki, çox mürəkkəb proses olan fotosintez prosesi hələ tam şəkildə 
aşkar edilməmişdir. Müasir texnologiya fotosintezi təqlid etmək bir yana qalsın, 
incəliklərini öyrənməyi belə hələ bacarmamışdır.
Bəs necə olur ki, təkamülçülər bu cür kompleks proses olan fotosintezin 
təbii və təsadüfi proseslərin məhsulu olduğuna inanırlar?
Təkamülçü  fərziyyələrə  əsasən,  bitki  hüceyrələri  fotosintez  etmək  üçün 
fotosintez  edən  bakteriyaları  udub  xloroplasta  çevirmişlər.  Bəs  bakteriyalar 
fotosintez kimi mürəkkəb prosesi etməyi necə öyrəniblər? Hətta daha əvvəl də 
nə  üçün  bu  cür  prosesi  həyata  keçirməyə  başlayıblar?  Təkamülçü  ssenarinin 
digər suallara olduğu kimi, bu suala da verəcəyi heç bir elmi cavabı yoxdur. 
Bir  təkamülçü  mənbədə  verilən  izahlar  bu  mövzunun  nə  qədər  səthi  və 
“nağılabənzər” düşüncə tərzi ilə dəyərləndirildiyni göstərir:
İbtidai okeanlarda çox sayda bakteriya və qida molekulları vardı. Zaman 
ərzində  okeanlardakı  bakteriyaların  qidası  azaldı  və  bakteriyalar  qida 
Bitki  hüceyrəsi  dövrümüzdə  heç  bir  laboratoriyada  yerinə  yetirilməyən  bir 
əməliyyatı,  yəni  “fotosintez”  əməliyyatını  yerinə  yetirir.  Bitki  hüceyrəsində  olan 
xloroplast adlı bir orqan sayəsində bitkilər su, karbondioksid və günəş şüasından 
istifadə edərək nişasta hazırlayırlar. Bu qida maddəsi Yer üzündəki qida zəncirinin 
başlanğıcıdır və Yer üzündəki bütün canlıların qida mənbəyidir. Bu cox mürəkkəb 
əməliyyatın incəlikləri dövrümüzdə hələ tam olaraq tapılmamışdır.
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
250
tapmadılar. Birdən bakteriyalar öz qidalarını özləri hazırlamağa başladılar. 
Bu zaman yer üzünə gələn ultrabənövşəyi şüalar və görünən işıq arasından 
bakteriyalar  ultrabənövşəyi  şüaların  zərərli,  görünən  işığın  faydalı 
olduğunu bildilər. Qida əldə etmək üçün zərərli ultrabənövşəyi şüalardan 
deyil, görünən işıqdan istifadə etməyi kəşf etdilər.
336
Başqa bir təkamülçü mənbə olan “Yer üzündə həyat” (Life on Earth) adlı 
kitabda fotosintezin mənşəyi belə izah edilir:
Bakteriyalar əvvəl okeanlarda müxtəlif karbon birləşmələri ilə qidalanırdılar. 
Sayları artdıqca qida qıtlığı əmələ gəldi. Müxtəlif qida mənbəyi tapa bilənlər 
yaşayacaqdı və nəticədə bəziləri bunu bacardı. Ətraf mühitdən hazır qida 
tapmaqdansa, günəşdən ehtiyacları olan enerjini alaraq hüceyrə divarları 
daxilində öz qidalarını hazırlamağa başladılar.
337
Qısaca  desək,  təkamülçü  mənbələr  insanın  belə  malik  olduğu  bütün 
texnologiya  və  məlumata  baxmayaraq,  hələ  bacara  bilmədiyi  fotosintez  kimi 
prosesin bakteriyalar tərəfindən təsadüfən “kəşf edildiyini” söyləyirlər. Nağıldan 
heç  fərqi  olmayan  bu  hekayələrin  heç  bir  elmi  əsası  yoxdur.  Mövzunu  daha 
ətraflı təhlil edənlər isə fotosintezin təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətdə 
qoyduğunu  qəbul  etməyə  məcbur  olurlar.  Məsələn,  prof.  Əli  Dəmirsoy  bu 
məsələ ilə bağlı belə etiraf edir:
Fotosintez olduqca kompleks prosesdir və bir hüceyrənin içindəki orqanoiddə 
meydana  gəlməsi  qeyri-mümkün  görünür.  Çünki  bütün  mərhələlərin  birdən 
əmələ gəlməsi qeyri-mümkün, bir-bir ortaya çıxması da faydasızdır.
338
Alman  bioloq  Hoymar  Von  Ditfurt  isə  fotosintezin  bu  bacarığa  malik 
olmayan  bir  hüceyrə  tərəfindən  sonradan  “öyrənilə  bilməyən”  bir  proses 
olduğunu bildirir:
Heç bir hüceyrənin bioloji bir funksiyanı sözün əsl mənasında “öyrənmə” 
ehtimalı yoxdur. Bir hüceyrənin tənəffüs və ya fotosintez kimi bir funksiyanı 
əmələ  gəlməsi  əsnasında  yerinə  yetirməyə  malik  olmayıb,  daha  sonrakı 
həyat prosesində bunun öhdəsindən gələcək vəziyyətdə olması, bu prosesi 
təmin edəcək bacarığı qazanması mümkün deyil.
339
Fotosintez  təsadüflər  nəticəsində  əmələ  gəlməyəcəyinə  və  bir  hüceyrə 
tərəfindən  sonradan  öyrənilməyəcəyinə  görə,  yer  üzündə  yaşayan  ilk  bitki 
hüceyrələrinin  fotosintez  etmək  üçün  xüsusi  yaradıldıqları  aşkar  olur.  Yəni 
Allah bitkiləri fotosintez bacarığı ilə birlikdə yaratmışdır.
Dəniz yosununun mənşəyi və xəyali təkamülü
Təkamül  nəzəriyyəsi  mənşəyini  açıqlaya  bilmədiyi  bitki  hüceyrələrinin 
zaman ərzində dəniz yosunlarını əmələ gətirdiyini fərz edir. Dəniz yosununun 
mənşəyi çox qədim dövrlərə gedib çıxır. Belə ki, 3.4-3.1 milyard yaşlı fosilləşmiş 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə