3 downloaded from KitabYurdu org M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə90/109
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39613
1   ...   86   87   88   89   90   91   92   93   ...   109

SADƏLƏŞDİRİLMƏZ KOMPLEKSLİK
271
kiçik hərəkətdir. Aparılan  araşdırmalar  tükcüyün   atomun  radiusu  qədər  
hərəkət  etməsinin 
hüceyrədəki  reaksiyanın  başlaması  üçün  kafi  olduğunu  göstərmişdir.  Bu 
mövzunu  tədqiq  edən  mütəxəssislər  tükcüyün  bu  həssaslığını  tərif  etmək 
üçün  maraqlı  bir  nümunə  verirlər.  Əgər  tükcüyün  məşhur  Eyfel  qülləsi 
hündürlüyündə olduğunu düşünsək, onda ona bağlı olan hüceyrədəki proses 
bu  qüllənin  təpəsi  yerindən  üç  santimetr  qədər  hərəkət  etdikdə  belə  başlaya 
bilər.
357
Tükcüklərin bir saniyədə nə qədər əyildiyi sualının cavabı da çox maraqlıdır. 
Əyilmə səsin tezliyinə görə dəyişir. Səsin tezliyi artdıqca tükcüklərin yellənməsi 
də inanılmaz dərəcədə artır. Məsələn, 20 min tezliyə malik olan səs eşitdikdə 
tükcüklər də saniyədə 20 min dəfə yellənirlər.
Buraya  qədər  təhlil  etdiyimiz  bütün  məlumatlar  bizə  eşitmə  orqanımız 
olan qulaqların qeyri-adi yaradılışa malik olduğunu göstərir və diqqət edilərsə, 
bu, “sadələşdirilməz kompleks” formadır. Çünki eşitmənin baş verməsi üçün 
bir-birindən əlaqəsiz şəkildə çox sayda hissə tam və qüsursuz şəkildə mövcud 
olmalıdır.
Bunlardan  biri,  məsələn,  orta  qulaqdakı  “çəkic”  sümüyü  çıxarılsa  və  ya 
forması pozulsa, artıq o insan heç nə eşidə bilməz. Qulağınızın eşitməsi üçün 
xarici qulaq pərdəsi, zindan, çəkic və üzəngi sümükləri, daxili qulaq pərdəsi, 
ilbiz, ilbiz mayesi, reseptor hüceyrələr, bu hüceyrələrin titrəməni hiss etməsini 
təmin edən tükcüklər, hüceyrələrdən beyinə gedən sinir şəbəkəsi və beyindəki 
eşitmə mərkəzi kimi müxtəlif hissələrin hər biri tam şəkildə mövcud olmalıdır. 
Sistem “mərhələ-mərhələ” inkişaf 
edə bilməz, çünki ara mərhələlərin heç biri işə 
yaramaz.
Təkamülçülərə əsasən qulağın mənşəyi
Qulaqdakı  sadələşdirilməz  kompleks  sistemin  mənşəyi  təkamülçülər 
tərəfindən əsla açıqlana bilməyən mövzudur. Təkamülçülərin bu mövzuda çox 
nadir  hallarda  irəli  sürdükləri  “nəzəriyyə”lərə  baxdıqda  təəccüblü  dərəcədə 
bəsit  və  səthi  məntiqlə  qarşılaşırıq.  Məsələn,  alman  bioloq  Hoymar  Von 
Ditfurtun “Əvvəl hidrogen var idi” (İm anfang war der wasserstoff) adlı kitabını 
türk  dilinə  tərcümə  edən  və  mediadakı  məqalələrilə  “təkamül  mütəxəssisi” 
statusunu  qazanan  Veysel  Atayman  adlı  yazıçı  qulağın  mənşəyi  haqqındakı 
“elmi” nəzəriyyəsini və “dəlilini” belə xülasələyir:
Eşitmə  orqanımız  olan  qulağımız  dərimiz  adlandırdığımız  endoderm  və 
ekzoderm  təbəqələrinin  təkamülü  nəticəsində  əmələ  gəlib.  Hələ  də  bas 
səsləri qarnımzın dərisində hiss etməyimiz buna dəlildir!
358
Yəni təkamülçü yazıçı Atayman qulağın bədənimizin digər hissələrindəki 
downloaded from KitabYurdu.org


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
272
standard dəri təbəqələrindən təkamül yolu ilə törədiyini düşünür, bas səsləri 
dərimizdə hiss etməyimizi də bu fikrinə dəlil göstərir.
Əvvəlcə, Ataymanın “nəzəriyyə”sini, sonra da “dəlil”ini təhlil edək. Qulağın 
o qədər müxtəlif hissədən ibarət kompleks quruluşunu bir az əvvəl təhlil etdik. 
Bu quruluşun “dəri təbəqələrinin təkamülü” ilə meydana gəldiyini irəli sürmək 
bir sözlə xəyal qurmaqdır. Hansı mutasiya-təbii seçmə prosesi bu cür təkamülü 
mümkün edə bilər? Əvvəlcə qulağın hansı hissəsi əmələ gələcək? Bu təsadüf 
əsəri olan hissə heç bir funksiyası olmadığı halda, təbii seçmə vasitəsilə necə 
seçiləcək?  Təsadüflər  qulağın  içindəki  həssas  mexaniki  tarazlıqları,  qulaq 
pərdəsini,  zindan,  çəkic  və  üzəngi  sümüklərini,  onları  tənzimləyən  əzələləri, 
daxili  qulağı,  ilbizi,  ilbizin  içindəki  mayeni,  tükcükləri,  hərəkətə  həssas 
hüceyrələri, onların sinirlərlə rabitəsini və s. necə əmələ gətirəcəkdir?
Bu  sualların  heç  birinin  cavabı  yoxdur.  Əslində,  bütün  bu  kompleks 
quruluşun  “təsadüf”  olduğunu  irəli  sürmək  “insan  ağlına  təzyiqdir”.  Maykl 
Dentonun  ifadəsi  ilə  desək,  ancaq  bir  darvinist  bu  fikri  heç  şübhə  etmədən 
qəbul edər!
359
 Təkamülçülər əslində təbii seçmə-mutasiya mexanizmlərinin də 
fövqündə, ən kompleks yaradılışa malik sistemləri təsadüflərlə əmələ gətirən 
“sehirli çubuqlara” inanırlar.
Ataymanın bu xəyali nəzəriyyəsinə verdiyi “dəlil” isə daha da maraqlıdır. 
“Bas  səsləri  dərimizdə  hiss  etməyimiz  buna  dəlildir”,  -  deyir.  Səs  dediyimiz 
anlayış əslində havada yayılan titrəmələrdir. Titrəmə fiziki təsir olduğuna görə, 
əlbəttə, toxunma hissimiz tərəfindən də hiss edilə bilər. Ona görə, uca və bas səsi 
fiziki cəhətdən hiss etməyimiz olduqca normaldır. Habelə bu səslər cisimlərə də 
fiziki cəhətdən təsir edir. Çox güclü səs gücləndiricilərinin istifadə edildiyi bir 
otaqda pəncərə şüşələrinin qırılması buna dəlildir. Maraqlısı budur ki, təkamülçü 
yazıçı Atayman bunları “qulağın təkamülünə” dəlil hesab edir. Atayman “qulaq 
səs titrəməsini hiss edir, dərimiz də bu titrəməni hiss edir, deməli, qulaq dəridən 
təkamüllə  törəmişdir”  şəklində  məntiq  yeridir.  Əgər  Ataymanın  məntiqi  ilə 
düşünsək:  “Qulaq  səs  titrəməsini  hiss  edir,  pəncərə  şüşəsi  də  bu  titrəmədən 
təsirlənir, deməli, qulaq pəncərə şüşəsindən təkamüllə törəmişdir”, - də deyilə 
bilər. Ağılın hüdudlarını aşdıqdan sonra irəli sürülməyəcək “nəzəriyyə” yoxdur.
Təkamülçülərin qulağın mənşəyi ilə əlaqədar irəli sürdükləri digər ssenarilər 
də təəccüblü dərəcədə əsassızdır. Təkamülçülər insan da daxil olmaqla, bütün 
məməli  canlıların  sürünənlərdən  təkamüllə  törədiyini  iddia  edirlər.  Ancaq 
sürünənlərin qulaq quruluşları ilə məməlilərin qulaq quruluşları, daha əvvəl 
də bildirdiyimiz kimi, çox fərqlidir. Bütün məməli canlılar bir  az əvvəl bəhs 
etdiyimiz və üç sümükdən ibarət orta qulaq quruluşuna malikdirlər. Halbuki 
bütün sürünənlərin orta qulaqlarında ancaq bir sümük var. Təkamülçülər bu 
vəziyyət  qarşısında  sürünənlərin  çənəsindəki  dörd  ayrı  sümüyün  təsadüfən 
downloaded from KitabYurdu.org


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə