№3 Humanitar elmlər seriyası



Yüklə 61,54 Kb.

tarix05.06.2018
ölçüsü61,54 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

 

UOT 94(479.24) 

 

Y.Z.

TALIBZADƏNİN MİLLİ-İSTİQLAL MÜBARİZƏSİNİN  

ƏSAS İSTİQAMƏTLƏRİ 

 

M.R.ƏSƏDOVA  



Azərbaycan Turizm İnstitutu 

 minaxanim.asadli@mail.ru 

 

Burada  Y.Z.Talıbzadənin  milli-istiqlal  mübarizəsinin  əsas  istiqamətləri  tədqiq  edilir. 

Onun Osmanlı ordusu tərkibində Güney Azərbaycanda və Qafqaz İslam Ordusundakı fəaliyyəti 

araşdırılır, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki elmi-mədəni yaradıcılığı təhlil edilir. 

 

Açar sözlər: istiqlal, mübarizə, vətən, tədqiqat, ədəbiyyat, mədəniyyət 

 

Azərbaycanda  bir milli ideya var ki, o da əsası XIX əsrdə milli maarifçi-

lərimiz tərəfindən qoyulmuş azərbaycançılıq  ideyasıdır. Avropa və Rusiyanın 

qabaqcıl  universitetlərində  və  Şərqin  dini  mərkəzlərində  təhsil  almış  Azər-

baycan  mütəfəkkirləri  məhz  bu  ideyaya  söykənərək  Şərqdə  ilk  dünyəvi, 

demokratik cüm

huriyyətin qurulmasına nail oldular. Azərbaycanda hələ 1918-

ci  ildə  çoxpartiyalı  parlamentə,  müstəqil  KİV-ə  malik  ilk  müsəlman  dövləti 

qurulm

uşdur. Azərbaycanda ABŞ və bir sıra Avropa ölkələrindən qabaq qadın-



lara seçim hüququ verilmişdir. Şərqdə ilk baleti, ilk operanı, dünyəvilik ideya-

larını, sekulyar dövlət anlayışını da İslam dünyasına Azərbaycan gətirmişdir. 

Azərbaycan  cəmiyyətinin  belə  bir  inkişaf  səviyyəsinə  yüksəldilməsində 

müstəsna  xidmətləri  olan  şəxsiyyətlərdən  biri  də  Y.Z.Talıbzadə  idi.  Bütün 

digər fəaliyyətləri ilə yanaşı bunu da qeyd etmək lazımdır ki, XX əsrin əvvəl-

lərində  Bakı  xeyriyyə  cəmiyyətlərinin  və  “Müsavat”  Partiyasının  Türkiyə  ilə 

əlaqələrini saxlayan ən fəal şəxsiyyətlərdən biri məhz Y.Z.Talıbzadə olmuşdur. 

Onun  Azərbaycan-Türkiyə  əlaqələrinin  yaradılması  sahəsində  gördüyü  işlər 

mənbələrdə, o cümlədən ailə üzvlərinin xatirələrində təsdiqlənməkdədir. K.Ta-

lıbzadənin əlyazması halında olan (1) xatirə yazılarında bu barədə geniş məlu-

mat verilmişdir. Həyat və fəaliyyətindən gətirdiyimiz nümunələr də təsdiqləyir 

ki,  Türkiyədə  hərbi  təhsili,  Balkan  hərbində  könüllü  iştirakı,  Birinci  Cahan 

savaşında  Osmanlı  ordusu  tərkibində  Qafqaz  cəbhəsindəki  fədakarlıqları  ilə 

 

75 




bərabər Y.Z.Talıbzadə özünü Azərbaycanın ictimai-siyasi həyatından da təcrid 

etməmiş,  dövrü  mətbuat  səhifələrində  müxtəlif  mövzulu  məqalələrlə  çıxış 

etmişdir. 

Əvvəlki illərdə də Türkiyəyə gedib-gəlməsinə baxmayaraq o, 1912-ci ildə 

uzun  müddətə  Türkiyəyə  köçmüş,  burada  hərbi  təhsil  almış,  Birinci  dünya 

müharibəsində  (1914-1918) Qars-Ərdəhan  cəbhəsində  vuruşmuşdur.  Bəzi 

mənbələr onun Türkiyəyə gedişinin 1910-cu ilə təsadüf etdiyini göstərsələr də, 

əslində  o,  ailəsi  ilə  birlikdə  1912-ci  ildə  Azərbaycanı  tərk  etmişdir:  “1912-ci 

ildə Yusif Ziya həyat yoldaşı Cənnət xanım və oğlu Tələtlə Türkiyəyə köçmüş, 

orada  hərbi  təhsil  almış,  I  Dünya  müharibəsində  Qars  Ərdəhan  türk  ordusu 

sıralarında  ruslara,  ermənilərə  qarşı  döyüşlərdə  (minbaşı-mayor  rütbəsində) 

qəhrəmanlıqlar göstərmişdir” (2, 12). Onun sonrakı hərbi-siyasi fəaliyyəti Os-

manlı ordusu və Azərbaycan könüllülərindən ibarət “İslam ordusu”nda davam 

etmişdir. 

1918 ildə Nuru Paşanın başçılıq etdiyi Türkiyə Ordusu sıralarında Bakıya 

qayıtmış, Əhməd bəy Ağaoğlunun hərbi müşavir olduğu bir ordunun könüllü-

lərdən ibarət olan Yardım alayının rəisi olmuş (2, 12), “Müsavat” partiyasının 

üzvü kimi Azərbaycan Xalq Cümhuriyyətinin mədəni quruculuq işlərində fəal 

iştirak etmiş, Maarif Nazirliyinin nəzdində əlifba islahatı komissiyasının üzvü 

seçilmişdir.  Bir  sıra  məsələlərdə  Cümhuriyyət  rəhbərləri  ilə  razılaşmayan 

Talıbzadə  yenidən  Türkiyəyə  qayıtmışdır  (3,  391).  Y.Z.Talıbzadə  Türkiyədə 

olduğu  illərdə  ictimai-siyasi  və  hərbi  fəaliyyəti  ilə  yanaşı,  publisistika  ilə  də 

məşğul  olmuş,  bir  sıra  yazılar  qələmə  almışdır.  Bunların  içərisində  onun 

“İqbal”  qəzetinin  xüsusi  müxbiri  kimi  yazmış  olduğu  “Türkiyə  məktubları” 

başlıqlı  silsilə  məqalələri  (4)  həmin  dövrün  tarixi-mədəni  mühitini  öyrənmək 

bax


ımından dəyərli bir mənbədir. 

Bir  müddət  Türkiyədə  yaşayan  Yusif  bəy  siyasi  fəaliyyətini  Güney 

Azərbaycanda davam etdirir. Zəki Vəlidi Toğan öz xatirələrində qeyd edir ki, 

1918-


ci ildə Azərbaycanın birliyi uğrunda “Əncümən mərkəzi” adlı bir siyasi 

təşkilat yaranır. Həmin siyasi təşkilatda Azərbaycan nümayəndə heyətinin sədri 

tanınmış ədəbiyyatşünas-alim Cavad Heyətin atası  Mirzə Əli Heyət olmuşdu. 

Osmanlı  nümayəndəliyinə  isə  Axund  Yusif  Talıbzadə  başçılıq  etmişdi  (5). 

Nərman  Qocatürk  yazır  ki,  Axund  Yusif  Azərbaycanın  hər  iki  tərəfindən 

siyasətçi kimi tanınsa da, Türkiyədə, eləcə də Türküstanda cəsur döyüşçü kimi 

ad çıxarıb məşhurlaşmışdı. Hələ 1910-cu ildə Türkiyəyə səfər edən Yusif bəy 

orada hərbi təhsilə yiyələnib paşalıq rütbəsi alır. Birinci dünya müharibəsində 

türk ordusu sıralarında Balkanlarda döyüşür. Ruslar tərəfində vuruşan erməni 

alayları  ilə  döyüşdə  şücaət  göstərib  bir  sıra  ordenlərlə  təltif  olunur.  Düz  8  il 

türk ordusuna xidmət eləyir (5). 

Qeyd  edək  ki,  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Daxili  Qoşun-

ların  yaranma  tarixi  və  Azərbaycanın  ərazi  bütövlüyü  uğrunda  gedən  döyüş-

lərdə  iştirakı,  habelə  şəxsi  heyətin  ölkənin  əksər  bölgələrindən  keçən  cəbhə 

zolağında  ön  cərgələrdə  olması,  cəsarət  və  igidlik  nümunələri  göstərməsinə 

 

76 




dair  bir  sıra  arxiv  materialları  vardır.  Bu  materiallarda  respublika  ərazisində 

ictimai  asayişin  bərpası,  təhlükəli  cinayətkarların  zərərsizləşdirilməsi,  vətən-

daşların  əmin-amanlığının  qorunması  istiqamətində  aparılan  xüsusi  əməliy-

yatlarda şəxsi heyətin yüksək peşəkarlığına dair faktlar da yer almışdır (2, 10). 

Həqiqətən də, Cümhuriyyət Hökuməti asayişin, əmin-amanlığın qorunmasını, 

qanunazidd  hərəkətlərin  qarşısını  almağı  da  vacib  hesab  edirdi.  Belə  ki, 

Azərbaycan Respublikasının Dövlət Arxivində mühafizə edilən sənədlərdə bu 

gün  Daxili  Qoşunlar  adlanan  qurumun  məhz  Cümhuriyyət  dövründə  yaradıl-

ması barədə məlumatlar vardır. Azərbaycanda milli dövlətin yeni təşəkkül tap-

dığı bir dövrdə əhalini hərbi işlə tanış etmək, şəhərdə sabitlik və nizam-intiza-

mın  saxlanması  məqsədi  ilə  Azərbaycan  Demokratik Respublikası  parlamen-

tinin  icazəsi  ilə 1919-cu  il 1  iyun tarixindən könüllü əsgərlər dəstəsi  yaradıl-

mışdır.  Bu  barədə  Bakı  şəhərinin  komendantı  general-mayor  F.Vəzirovun  7 

sentyabr 1919-

cu il tarixli məlumatında bildirilmişdir. Dəstə Bakı şəhərinin 14 

rayonunu:  Sabunçu,  Mərkəzi,  Balaxanı,  Zabrat,  Suraxanı,  Xil,  Aşağı  Bibi-

heybət, Yuxarı Bibiheybət, Qara şəhər, Ağ şəhər, Tağıyev fabrikası, Binəqədi, 

Maştağa  və  Nardaranı  əhatə  edirdi.  Dəstənin  rəisi  Yusif  Ziya  bəy  Talıbzadə 

təyin edilmişdir. 1919-cu il 10 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti 

Dövlət Müdafiə Komitəsinin iclasında qərara alınmışdı ki, Bakı şəhəri və onun 

rayonlarının  ərazisində  yaşayan  hərbi  çağırış  yaşına  çatmış  şəxslər  üçün 

hazırlıq təşkil edilsin. Könüllü dəstələrin təşkili üzrə komissiyanın sədri Yusif 

Ziya  bəy  Talıbzadə  (beş  min  rubl  əmək  haqqı  verilməklə)  təyin  edilmişdir. 

1920-


ci  il  27  mart  tarixində  yenə  də  Azərbaycan  Xalq  Cümhuriyyəti  Dövlət 

Müdafiə Komitəsinin qərarı əsasında Bakı təşkilatının Yardım alayının könüllü 

dəstələri Daxili İşlər Nazirliyinin sərəncamına verilmişdir (2, 10-11). 

Belə bir məsul ictimai-siyasi və hərbi fəaliyyəti ilə yanaşı Y.Z.Talıbzadə 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr edilən mətbuat orqanlarında da 

fəal iştirak edərək siyasətə, maarif-mədəniyyət mövzularına dair məqalələr də 

çap  etdirmişdir  (6,  51-52).  O,  həmin  illərin  dövri  mətbuatında,  xüsusilə  də 

“Mü


savat”  partiyasının  orqanı  olan  “Azərbaycan”  qəzetində  mədəniyyətin 

müxtəlif  problemlərinə  dair  müntəzəm  çıxışlar  edir.  Bir  müddət  Azərbaycan 

Xalq Cümhuriyyətinin siyasi həyatında qızğın fəaliyyət göstərir. “Azərbaycan” 

qəzetində  dərc  etdirdiyi  “Müsavat  qurultayında  daxili  siyasətimiz”  (7),  “Ək-

mək məsələsi” (8), “Qafqasiyaya bayram təbriki” (9), “Əfqanıstan” (10), və s. 

başlıqlı  məqalələrindən  aydın  olur  ki,  Y.Z.Talıbzadə  Azərbaycanla  bu  və  ya 

digər şəkildə bağlantısı olan beynəlxalq hadisələrə də biganə qalmamış,  milli 

höku


mətin  yanlış  və  qüsurlu  tədbir  və  icraatını  tənqid  etməkdən  çəkinmə-

mişdir. 


Ümumilikdə,  Azərbaycan  Xalq  Cümhuriyyəti  yaranışı  ilə  ədəbi-mədəni 

həyata  sövqi-təbii  canlanma,  ilıq  bir  bahar  nəsimi  gətirdi.  Uzun  onilliklər 

Rusiya imperializminin boyun

duruğu altında əzilən, alçaldılan insanlar taleyin 

qisməti  ilə  milli  dövlətin  təsisindən  qürur  hissi  keçirir,  fəxarət  duyurdular. 

Dövlətçilik  quruculuğu  istiqamətində  özünü  büruzə  verən  ən  kiçik  yeniliklər 

 

77 



cəmiyyətdə  böyük  maraq  və  məhəbbətlə  qarşılanırdı.  Ədəbiyyatda,  sənətdə 

milli istiqlal ideyalarının, vətənpərvərlik və qəhrəmanlıq mövzusunun tərənnü-

mü ön plana keçirdi (11, 46-51). 

Bu dövrdə Y.Z.Talıbzadənin də vaxtaşırı yazılar dərc etdirdiyi “Azərbay-

can” 

qəzeti Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı olaraq 



Gəncədə, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur.  

Əgər əsrin ilk onilliyində Y.Z.Talıbzadənin yazılarında dini mövzular əsas 

yer  tuturdusa,  artıq  o,  Cümhuriyyət  illərində  daha  çox  hərbi-siyasi  fəaliyyətə 

üstünlük  verir.  Halbuki  bu  dövrdə  dini  fəaliyyət  üçün  daha  münasib  şərait 

yaradılmışdı. 

1921-


ci ilin əvvəllərində Yusif Ziya Naxçıvana hərbi komissar təyin olu-

nur. Fevral-

mart  aylarında  ailəsi  ilə  birgə  Naxçıvana  köçür.  Yeni  hərbi  ko-

missar Naxçıvan torpağına göz dikən, ona əl uzadan daşnak silahlı dəstələrinə 

divan tutmaqla Naxçıvanda xeyli məşhurlaşır. Belə məlumatlar da var ki, hətta 

Naxçıvanda  Yusif  Ziya  kəndi  də  olub.  Y.Z.Talıbzadə  1921-ci ilin fevral 

ayından  1922-ci  ilin  dekabrınadək  Naxçıvanda  hərbi  komissar  vəzifəsində 

çalışmışdır (2, 13). 

Y.Z.Talıbzadənin Naxçıvandakı fəaliyyətini təsdiqləyən və hərbi komissar 

ki

mi  şücaətinə  işıq  salan  bir  sıra  arxiv  materialı  vardır.  Bunların  bir  hissəsi 



“Azərbaycan arxivi” jurnalının 1985-ci il, birinci sayında nəşr olunmuşdur (12, 

32-49). 


Naxçıvan MSSR-in  yaradılmasının 60  illiyi  münasibətilə tədqiqatçı Fəx-

rəddin  Cəfərov  tərəfindən  təqdim  edilən  həmin  arxiv  materialı  Y.Z.Talıbza-

dənin Naxçıvandakı fəaliyyətini öyrənmək baxımından tutarlı mənbədir. 

Naxçıvan torpaqlarına  iddia  ilə  yanaşan, sərhədləri tez-tez pozan erməni 

millətçilərinə,  daşnaklara  qarşı  sovet  rəhbərliyinin  liberal  siyasəti  ilə  razılaş-

mayan  Yusif  Ziya  Bakıya  qayıdır,  N.Nərimanovla  görüşür,  bu  quruluşla 

uyğunlaşa bilmədiyini, sovetlərə qulluq etmək istəmədiyini bildirir. N.Nərima-

nov  Sovet  İttifaqı  sərhədlərini  tərk  etmək  üçün  ona  rəsmi  sənəd  verir. Yusif 

Ziya Azərbaycandakı fəaliyyətinə son qoyaraq, şəhidliklə başa çatan həyatına 

üstünlük verir. Yaxşı tanıdığı Ənvər Paşanın komandanlıq etdiyi, işğalçı Qızıl 

ordu ilə vuruşan, Orta Asiya xalqlarının müstəqilliyi uğrunda mübarizə aparan-

lara  qoşulmaqla  bir  daha  milli  simasını,  ictimai-siyasi  mövqeyini,  əqidəsini 

ortaya qoyur (2, 13). 

Burada  Y.Z.Talıbzadənin  əqidə  və  xarakter  bütövlüyü  bir  daha  özünü 

göstərir və aydın olur ki, o, məhz siyasi-ideoloji  narazılıqlar zəminində Nax-

çıvandan,  sonda  isə  Azərbaycandan  ayrılır.  Akademik  K.Talıbzadə  bu  haqda 

yazır: “Naxçıvan torpağına  iddia  ilə  yanaşan, tez-tez sərhədləri pozan erməni 

millətçilərinə, daşnak hərbi hissələrinə qarşı sovet rəhbərliyinin liberal siyasəti 

ilə  razılaşmayan  Yusif  Ziya  Bakıya  qayıdır,  Nəriman  Nərimanovla  görüşür, 

Sovetlərə  qulluq  etmək  istəmədiyini,  bu  quruluşla  uyğunlaşa  bilmədiyini 

söyləyir.  N.Nərimanov  Sovet  İttifaqı  sərhədlərini  tərk  etmək  üçün  ona  rəsmi 

sənəd  verir”  (13,  45).  Beləliklə  də  Y.Ziya  Azərbaycandakı  fəaliyyətinə  son 

 

78 



qo

yaraq, şəhidliklə sonuclanan yeni mühacirət həyatına üstünlük verir. 

Y.Z.Talıbzadənin Azərbaycanı tərk etmə səbəbləri içərisində ən mühümü, 

heç  şübhəsiz,  mövcud  siyasi  quruluşla,  bolşeviklərin  ideoloji  təbliğatı  arxa-

sında gizlənmiş bəd niyyətləri, xalqımıza qarşı qərəzli münasibətləri ilə barış-

mazlıq idi. Onun məhz Türküstana, basmaçılar hərəkatına doğru üz tutmasının 

mahiyyətində  isə,  Balkan  müharibəsində,  I  Cahan  hərbində,  Osmanlı  Ordu-

sunun  Azərbaycan  yürüşündə  daima  yan-yana  olduğu  ittihadçı  arkadaşları  və 

onların öndəri Ənvər Paşa ilə isti münasibətləri, onlarla əqidə, məfkurə birliyi, 

işğalçı bolşevik qüvvələrinə qarşı birgə mübarizə istəyi dururdu. 

Vaxtilə,  Balkan  hərbində  və  I  Cahan  savaşında  Osmanlı  zabiti,  Qafqaz 

İslam  Ordusunda  könüllülərdən  ibarət  alay  komandiri,  bolşevizm  təbliğatının 

göz qamaşdırdığı ilk illərdə Naxçıvanın hərbi komissarı olmuş Y.Z.Talıbzadə 

Bakıdan Türküstana, yaxşı tanıdığı Ənvər Paşanın komandanlıq etdiyi, işğalçı 

Qızıl  Ordu  ilə  vuruşan,  Orta  Asiya  xalqlarının  müstəqilliyi,  azadlığı  uğrunda 

mübarizə  aparan  basmaçılara  qoşulmaqla  bir  daha  ruhi-mənəvi,  milli-dini 

simasını,  ictimai-siyasi  mövqeyini  ortaya  qoyur.  Bolşevizm  ideallarını  belə 

hərbi komissarı olduğu xalqın milli mənafelərinə tabe etdirməyə çalışan, hansı 

quruluşun  əsgəri  olmasının  fərqinə  varmadan  qandan,  gendən,  ilahidən  gələn 

məslək  və  amal  uğrunda  çarpışan  Y.Z.Talıbzadənin  Türküstanda  basmaçılar 

hərəkatının  fəallarından  biri  kimi  qırmızı  rus  ordusuna  qarşı  vuruşması  onun 

şəxsi  mübarizlik  keyfiyyətlərinin  təcəssümüdür. Türk-islam  birliyi  uğrunda, 

ictimai idealı, əqidəsi, məfkurəsi naminə vuruşanlar üçün qəhrəmanlıq nümu-

nəsi, mübarizə məktəbidir. 



 

ƏDƏBİYYAT 

1.

 



Abdulla  Şaiqin  Mənzil  Muzeyinin  arxivi,  qovluq  4  (Kamal  Talıbzadənin  “Yusif  Ziya 

Talıbzadə” başlıqlı məqaləsinin əlyazması).  

2.

 

Az



ərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları. Bakı: Nurlan, 2007 

3.

 



Az

ərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. 2 cilddə. II c. Bakı: Lider, 2005 

4.

 

Talıbzadə A.Y. Türkiyə məktubları. “İqbal” qəz., Bakı, 1913-cü il, 4 yanvar, № 253; 10 



yanvar, № 258; 23 yanvar, № 268; 25 yanvar, № 269; 28 yanvar, № 271; 30 iyun, № 390. 

5.

 



Qocatürk N. Naxçıvan ordusu ermənilərə hücuma hazırdır. “Ana vətən” qəz., 17-23 iyun 

1998-ci il. 

6.

 

Mahmudova V.M. XX 



əsr Azərbaycan  dramaturgiyasında  islam  tarixinin bədii  inkiası 

(A.Y.Talıbzadənin “Xalid ibn Vəlid”,  “Ərmənusə”, M.M.Axundovun “Səd ibn Vəqqas” 

əsərləri əsasında). Filologiya elm. nam. ... dis. avtoref. Bakı: AMEA, 1996 

7.

 



Talıbzadə Y.Z. Müsavat qurultayında daxili siyasətimiz. “ Azərbaycan” qəz., Bakı, 1919, 

№ 343. 


8.

 

Talıbzadə Y.Z. Əkmək məsələsi. “Azərbaycan” qəz., Bakı, 1919, № 326. 



9.

 

TalıbzadəY.Z. Qafqasiyaya bayram təbriki. “Azərbaycan” qəz., Bakı, 1919, № 369. 



10.

 

Talıbzadə Y.Z. Əfqanıstan. “Azərbaycan” qəz, Bakı, 1919, № 350. 



11.

 

Rüstəmli A. Cəfər Cabbarlı Cümhuriyyət dönəmində // “Azərbaycan” jurnalı, 2008-ci il № 



1, s. 46-51. 

12.


 

Naxçıvan  MSSR-in  yaradılmasının 60  illiyi  münasibətilə. Naxçıvan İnqilab  Komitəsinin 

iclas protokolları (Fəxrəddin Cəfərovun təqdimatında) // “Azərbaycan arxivi”, 1985, № 1. 

s. 32-49. 

 

79 



13.

 

Talıbzadə  K.A.,  Axund  Yusif  Talıbzadə  /  “Mədəniyyət  dünyası”,  II  buraxılış.  Bakı: 



ADMİU, 2001, s. 42-47 

 

ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ НАЦИОНАЛЬНОЙ БОРЬБЫ Ю.З.ТАЛЫБЗАДЕ 

ЗА НЕЗАВИСИМОСТЬ 

 

М.Р.АСАДОВА  

 

РЕЗЮМЕ 

 

Здесь исследуются основные направления национальной борьбы Ю.З. Талыбзаде 



за независимость. Исследуется его деятельность в Южном Азербайджане в составе ос-

манского  войска  и  в  Кавказской  Исламской  Армии.  Делается  анализ  его  научно-куль-

турного творчества в период Азербайджанской Демократической Республики. 

 

Ключевые  слова:  независимость,  борьба,  Родина,  исследование,  литература, 

культура 

 

 

BASIC DIRECTIONS OF Y.Z.TALIBZADEH’S  



NATIONAL STRUGGLE FOR INDEPENDENCE 

 

M.R.ASADOVA  

 

SUMMARY 

 

The article studies dominant tendencies of Y.Z.Talibzadeh’s national struggle for inde-

pendence. His activity in Southern Azerbaijan, in the Ottoman army and in the Caucasian Is-

lamic army is described and  his scientific-cultural creativity during the period of Azerbaijan 

Democratic Republic is analyzed. 

 

Key words: independence, stuggle, motherland, investigation, literature, culture. 



 

 

 

80 



: Xeberler%20Jurnali -> Humanitar%20%20%202014%20%203
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar e
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> №3 Humanitar elmlər seriyası
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3
Humanitar%20%20%202014%20%203 -> Baki universitetiNİn xəBƏRLƏRİ №3


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə