31 Açıq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar



Yüklə 1,17 Mb.
tarix14.09.2018
ölçüsü1,17 Mb.
#68234


31

  • Açıq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar


Açiq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar

  • Açıq və qapalı iqtisadiyyat

    • Qapalı iqtisadiyyat dünyadakı digər iqtisadiyyatlarla əlaqəyə girməyən iqtisadiyyatdır.
      • İxracat, idxalat və kapital axınları yoxdur.
    • Açıq iqtisadiyyat dünyadakı digər iqtisadiyyatlarla azad şəkildə əlaqəyə girən iqtisadiyyatdır.


Açiq iqtisadiyyatın makroiqtisadiyyatı: əsas anlayışlar

  • Açıq iqtisadiyyat

    • Açıq iqtisadiyyat digər iqtisadiyyatlarla iki yolla əlaqəyə girir.
      • Dünya əmtəə bazarlarında əmtəə və xidmətləri alıb-satmaq.
      • Dünya maliyyə bazarlarında kapital aktivlərini alıb-satmaq.


ƏMTƏƏ VƏ KAPİTALIN BEYNƏLXALQ AXINI

  • Açıq iqtisadiyyat

    • ABŞ çox böyük və açıq iqtisadiyyatdır – o böyük miqdarda əmtəə və xidmətləri idxal və ixrac edir.
    • 40 ildən çoxdur ki, beynəlxalq ticarət və maliyyənin əhəmiyyəti daim artmışdır.


Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac

  • İxrac ölkə daxilində istehsal olunan və xaricə satılan əmtəə və xidmətlərdir.

  • İdxal xaricdə istehsal olunan və daxildə satılan əmtəə və xidmətlərdir.



Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac

  • Xalis ixrac (NX) a ölkənin ixracının dəyəri ilə idaxlının dəyəri arasındakı fərqdir.

  • Həmçinin ticarət balansı adlanır.



Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac

  • Ticarət defisiti xalis ixracın (NX) mənfi olduğu vəziyyətdir.

    • İdxal > İxrac
  • Ticarət profsiti xalis ixracın (NX) müsbət olduğu vəziyyətdir.

    • İxrac > İdxal
  • Balanslaşdırılmış ticarət xalis ixracın (NX) sıfıra – ixracın və idxalın tamamilə bir-birinə bərabər olduğu haldır.



Əmtəələrin axını: ixrac, idxal, xalis ixrac

  • Xalis ixraca təsir göstərən amillər

    • Alıcıların yerli və xarici əmtəələrə olan marağı / zövqü.
    • Yerli və xarici əmtəələrin qiymətləri.
    • İnsanların yerli və xarici valyuta alması qərarına təsir edən valyuta məzənnəsi.
    • Yerli və xarici alıcıların gəlirləri.
    • Əmtəələrin bir ölkədən digərinə daşınması xərcləri.
    • Dövlətin beynəlxalq ticarət siyasəti.


Qrafik 1: ABŞ iqtisadiyyatının beynəlmiləlləşməsi



Maliyyə resurslarının axını: xalis kapital axını

  • Xalis kapital axını xarici aktivlərin daxili rezidentlər tərəfindən alışı ilə daxili aktivlərin xarici rezidentlər tərəfindən alışı arasındakı fərqdir.

    • ABŞ rezidenti “Toyota”nın və Meksikalı isə “Ford”un səhmini alır.


Maliyyə resurslarının axını: xalis kapital axını

  • ABŞ vətəndaşının “Telmex” və ya Meksika telefon şirkətinin səhmlərini alması ABŞ-ın xalis kapital axınını artırır.

  • Yapon vətəndaşı ABŞ hökumətinin buraxdığı qiymətli kağızları aldıqda bu ABŞ-ın xalis kapital axınını azaldır.



Maliyyə resurslarının axını: xalis kapital axını

  • Xalis kapital axınına təsir edən amillər

    • Xarici kapital üzrə ödənilən faiz dərəcəsi
    • Yerli kapital üzrə ödənilən faiz dərəcəsi
    • Aktivləri xaricdə saxlamağın qavranılan iqtisadi və sosial risqi
    • Yerli aktivlərin xaricilər tərəfindən idarə olunmasına təsir edən dövlət siyasəti


Xarici kapital axını ilə xalis ixracın bərabərliyi

  • Xalis ixrac (NX) və xalis kapital axını (NCO) mühüm dərəcədə əlaqəlidir.

  • Bütövlükdə iqtisadiyyat üçün NXNCO bir-birinə bərabər olmalıdır:

  • NCO = NX

    • Bu bərabərlik ona görə doğrudur ki, hər bir alqı-satqı əməliyyatı bərabərliyin bir tərəfinə təsir edərkən digər tərəfə də eyni dərəcədə təsir etməlidir.


Əmanət, investisiya və onların beynəlxalq axınlarla əlaqələri

  • Xalis ixracat ÜDM-nin bir komponentidir:

  • Y = C + I + G + NX

  • Milli əmanətlər əhalinin gəlirlərinin cari istehlak və dövlət xərcləri dəyərini ödədikdən sonra yerdə qalan hissəsidir:

  • Y - C - G = I + NX



Əmanət, investisiya və onların beynəlxalq axınlarla əlaqələri

  • Milli əmanətlər (S) bərabərdir Y - CG

  • S = I + NX

  • və ya



Qrafik 2: Milli əmanətlər, daxili investisiya və xalis xarici investisiya



Qrafik 2: Milli əmanətlər, daxili investisiya və xalis xarici investisiya



BEYNƏLXALQ SÖVDƏLƏŞMƏLƏR ÜZRƏ QİYMƏTLƏR: REAL VƏ NOMİNAL VALYUTA MƏZƏNNƏLƏRİ

  • Beynəlxalq sövdələşmələrə beynəlxalq qiymətlər təsir göstərir.

  • Ən mühüm iki beynəlxalq qiymətlər nominal və real valyuta məzənnələridir.



Nominal valyuta məzənnəsi

  • Nominal valyuta məzənnəsi hər hansı şəxsin bir ölkənin valyutasını digər ölkənin valyutasına dəyişə biləcəyi dərəcə (məzənnə).



Nominal valyuta məzənnəsi

  • Nominal valyuta məzənnəsi iki yolla ifadə edilir:

    • Bir dollara düşən xarici valyuta vahidi.
    • Bir xarici valyutaya düşən dollar vahidi.


Nominal valyuta məzənnəsi

  • Fərz edək ki, ABŞ dolları ilə Yapon yeni arasında mübadilə məzənnəsi 80 yen 1 dolardır.

    • Bir dollar 80 yenə satılır.
    • Bir yen 1/80 (= 0.0125) dollara satılır.


Nominal valyuta məzənnəsi

  • Dəyər qazanma (Appreciation) bir valyutanın digər valyuta qarşısında dəyərinin artması.

  • Dəyərdən düşmə (Depreciation) bir valyutanın digər valyuta qarşısında dəyərinin azalması.



Nominal valyuta məzənnəsi

  • Əgər dollar daha çox xarici valyuta satın alırsa, demək dollar dəyər qazanmışdır.

  • Əgər dollar daha az xarici valyuta satın alırsa, demək dollar dəyərdən düşmüşdür.



Real valyuta məzənnəsi

  • Real valyuta məzənnəsi hər hansı bir şəxsin bir ölkənin əmtəə və xidmətlərini digər ölkənin əmtəə və xidmətlərinə dəyişə biləcəyi dərəcə (məzənnə).



Real valyuta məzənnəsi

  • Real valyuta məzənnəsi daxili bazarda daxili və xarici məhsulların qiymətlərinin müqayisəsinə əsaslanır.

    • Əgər bir qab Alman pivəsi bir qab Amerikan pivəsindən iki dəfə bahadırsa, real valyuta məzənnəsi hər qab Amerikan pivəsinə düşən ½ qab Alman pivəsidir.


Real valyuta məzənnəsi

  • Real valyuta məzənnəsi nominal valyuta məzənnəsindən və hər iki ölkədə yerli valyuta ilə ölçülən əmtəələrin qiymətlərindən asılıdır.



Real valyuta məzənnəsi

  • Real valyuta məzənnəsi ölkənin nə qədər ixrac və idxal edəcəyinin başlıca determinantıdır.

  • Real valyuta məzənnəsi= (Nominal valyuta məzənnəsi x Daxili qiymət) / Xarici qiymət



Real valyuta məzənnəsi

  • ABŞ dollarının real valyuta məzənnəsində dəyərdən düşmə ABŞ əmtəələrinin xarici əmtəələrə nisbətən ucuzlaşması deməkdir.

  • Bu, ABŞ məhsullarının həm ölkə daxilində, həm də xaricində digər ölkə məhsulları ilə müqayisədə daha çox satın alınmasına səbəb olur.



Real valyuta məzənnəsi

  • Nəticədə ABŞ-ın ixracı artır, idxalı isə azalır və bu dəyişikliklərin hər ikisi ABŞ-ın xalis ixracını artırır.

  • Əksinə, ABŞ-ın real valyuta məzənnəsinin dəyər qazanması ABŞ məhsullarını xarici məhsullarla müqayisədə daha bahalı edir və beləliklə ABŞ-ın xalis ixracı azlır.



VALYUTA MƏZƏNNƏSİNİN TƏYİN EDİLMƏSİNİN BİRİNCİ NƏZƏRİYYƏSİ: ALICILIQ QABİLİYYƏTİ PARİTETİ

  • Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi valyuta məzənnələrindəki dəyişiklikləri açıqlayan ən sadə və ən geniş qəbul edilmiş nəzəriyyədir.



Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi

  • Bu nəzəriyyəyə görə, hər hansı bir valyuta bütün ölkələrdə eyni alıcılıq qabiliyyətinə malik olmalıdır.



Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi

  • Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsi vahid qiymət qanunu adlanan prinsipə əsaslanır.

    • Bu qanun hər hansı bir əmtəənin hər yerdə eyni qiymətə satılmalı olduğunu nəzərədə tutur.


Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi

  • Əgər vahid qiymət qanunu işləmirsə, mənimsənilməmiş mənfəət üçün imkanlar yaranır.

  • Müxtəlif bazarlarda qiymət fərqliliklərindən əldə olunan üstünlük arbitraj adlanır.



Alıcılıq qabiliyyəti partiteti nəzəriyyəsinin əsas məntiqi

  • Əgər arbitraj mövcuddursa, nəticədə müxtəlif bazarlarda fərqlənən qiymətlərin bir məxrəcə gətirilməsi zəruridir.

  • Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə görə valyuta bütün ölkələrdə eyni alıcılıq qabiliyyətinə malik olmalıdır və valyuta məzənnələri bunu təmin etmək üçün hərəkət edir.



Alıcılıq qabiliyyəti paritetinin məntiqi nəticələri

  • Əgər dolların satınlama gücü ölkə daxilində və xaricində həmişə eynidirsə, demək valyuta məzənnəsi dəyişə bilmir.

  • İki ölkə valyutaları arasında nominal valyuta məzənnəsi o ölkələrdəki müxtəlif qiymət səviyyələrini göstərməlidir.



Alıcılıq qabiliyyəti paritetinin məntiqi nəticələri

  • Mərkəzi bank böyük həcmdə pul emissiya edərsə, onda pul həm ala biləcəyi əmtəə və xidmətlər cəhətdən, həm də ala biləcəyi digər valyutalar cəhətdən öz dəyərini itirir.



Qrafik 3: Alman hiperinflyasiyası dövründə pul, qiymətlər və nominal valyuta məzənnəsi



Alıcılıq qabiliyyəti paritetinin məhdudiyyətləri

  • Bütün əmtəələr asanlqla alınıb-satıla bilmir və ya bir ölkədən digərinə daşına bilmir.

  • Hətta alınıb-satıla bilən əmtəələr belə müxtəlif ölkələrdə istehsal edildikdə bir-birilərinin mütləq əvəzləyicisi olmurlar.



Xülasə

  • Xalis ixrac xaricə satılan yerli əmtəə və xidmətlərin dəyəri ilə daxildə satılan xarici əmtəə və xidmətlərin dəyərinin fərqinə bərabərdir.

  • Xalis kapital axını daxili rezidentlər tərəfindən alınan xarici aktivlərin dəyəri ilə xarici rezidentlərin aldığı daxili aktivlərin fərqinə bərabərdir.



Xülasə

  • İqtisadiyyatın xalis kapital axını həmişə onun xalis ixracına bərabər olur.

  • İqtisadiyyatın əmanətlərindən daxildə investisiyaları maliyyələşdirmək üçün və ya xaricdən aktivlərin satın alınması üçün istifadə edilə bilər.



Xülasə

  • Nominal valyuta məzənnəsi iki ölkənin nisbi qiymətləri, real məzənnə isə iki ölkənin əmtəə və xidmətlərinin nisbi qiymətidir.



Xülasə

  • Əgər nominal valyuta məzənnəsi dəyişərsə və hər dollar daha çox xarici valyuta ala bilirsə, onda dollar dəyər qazanmış, yaxud güclənmiş hesab edilir.

  • Əgər nominal valyuta məzənnəsi dəyişərsə və hər bir dollar daha az xarici valyuta alırsa, onda dollar dəyərdən düşmüş, yaxud zəifləmiş hesab olunur.



Xülasə

  • Alıcılıq qabiliyyəti pariteti nəzəriyyəsinə görə, dollar bütün ölkələrdə eyni kəmiyyətdə əmtəə ala bilməlidir.

  • Bu nəzəriyyəyə görə, iki ölkənin valyutalarının nominal məzənnəsi bu ölkələrdə qiymət səviyyələrini əks etdirməlidir.



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə