35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   41   42   43   44   45   46   47   48   ...   71

 
135 
“Mən  hər  vaxt  Allaha  minnətdar  olacağam  ki,  mühakimənin  belə  narahat 
saatında  çoxları  özəl  qaydada  etiraf  etmişdilər  ki,  onlar  öz  ədalətlərini  və  öz 
vicdanlarını partiya qəzetlərinin  göstərişinə və partiya nifrətinə qurban vermişlər, 
mən mərdlik göstərdim ki, andıma və vicdanıma düz olum... Yəqin ki, mən partiya 
göstərişinə  görə  andımı  pozmadım,  lakin  mən  onu  görə  bilməyəcəyəm  ki,  həmin 
yolla  öz  məsuliyyətimə,  yalnız  öz  vicdanıma  və  məni  Yaradana  arxalanmaqla 
hərəkət edən hakimə çevrildim və heç bir qüvvə məni məcbur edə bilməzdi ki, belə 
məsələdə  əks  qaydada  qərar  verim,  istər  bu,  mənim  dostlarımdan  və  ya 
düşmənlərimdən düzələn partiya olsun”. 
 
 
 
VII 
 
Lutsius Kvintis Tsintsinnatus Lamar 
 
“Bu gün mən düz ya saxta olmalıyam...” 
 
Heç kəs heç vaxt görməmişdi ki, belə möhkəm  veteran,  Nümayəndələr 
Palatasının  spikeri  Ceyms  Q.Bleyn  ağlasın.  Lakin  oturduğu  yerdə  heç  bir 
utancaqlıq hiss etmədən onun göz yaşları yanaqlarından axırdı, o, öz emosiyalarını 
palata  üzvlərinin  və  müşahidəçilərin  baxışlarından  gizlətməyə  qadir  deyildi. 
Zaldakı və qalereyalardakı az sayda adam 1874-cü ilin həmin dramatik günü mister 
Bleynə  diqqət  verirdi  və  əksəriyyət  öz  göz  yaşlarını  gizlətməyə  cəhd  edirdi. 
Demokratlar  və  Respublikaçılar  eyni  qaydada,  Vətəndaş  Müharibəsinin  döyüş 
çapıqları  olan  veteranları  və  siyasətin  gücü,  kədərli  sakitlikdə  oturub  Missuridən 
olan  təzə  Koqressmeni  məcburi  qaydada  dinləyirdilər.  Çıxış  edən  sakit,  adəti 
ritorika icadlarına əl atmadan özünün dolğun, qüvvətli səsi ilə hər bir dinləyicinin 


 
136 
ürəyinə,  Şimal  və  Cənub  arasında  dostluq  və  ədalətin  bərqərar  olması  üçün  sadə 
yalvarışla toxunurdu. 
Onun  söylədiklərindən  hər  şeyə  toxunulurdu,  lakin  həmçinin  bu  sözlərin 
təsiri  adamları  sarsıdırdı  –  çünki  Missuridən  olan  Lutsius    Lamar  Cənubun  ən 
əvəzedilməz düşməni, Radikal Respublikaçı, Cənub üçün Yenidənqurma dövründə 
qaralar üçün dəhşətlərin törədilməsinə kömək etməsi ilə heç vaxt yaddan çıxmayan 
bir  adamın  adına  –  Massaçusetsdən  olan  Çarlz  Samnerə  müraciət  edirdi.  Çarlz 
Samner  Deniel  Uebsteri  Birliyi  qoruyub  saxlamaq  yollarını  aradığına  görə  satqın 
adlandıraraq  ona  hücum  etmişdi.  O,  Konqressin  kütlə  idarəçiliyinə  qarşı  səs 
verdiyinə görə Edmund Rossun dar ağacına çəkilməsinə kömək etmişdi, bu isə ona 
Cənuba  və  Prezidentliyə  öz  dabanı  altında  müstəvi  verəcəkdi  –  onun  öz  ölümü 
Senat zalında illərlə əvvəl Cənubi Karolinadan olan Konqressmen Bruks tərəfindən 
çəliklə  dəhşətli  dərəcədə  döyülməsi  ilə  sürətlənmişdi.  Bu  hadisədən  sonra  Bruks 
Cənub  qəhrəmanına  çevrilmişdi,  Çarlz  Samner  isə  bu  vaxt  ölmüşdü.  Və  Lutsius 
Lamar müharibədən əvvəlki günlərdə nə vaxtsa ən quduz “alov yeyən”lərdən biri 
olmaqla,  Cənubun  lap  dərinliyindən  çıxmışdı,  Nümayəndələr  Palatasının  zalında 
duraraq, öz gedişini sərt dillə demək şəklindəki nitqlə çatdırmışdı. 
Çarlz  Samner  öləndən  əvvəl  Lamar  onun  barəsində  özünün  sakitləşən 
auditoriyasına demişdi: 
“İnanırdı  ki,  Şimalla  Cənub  arasında  mübarizəyə  və  inamsızlığa  aid  bütün 
hadisələr ötüb keçəcəkdir. Bu, Şimal və Cənub adamlarının əgər böyük kütləsinin 
ümumi hissi deyildisə və ya əgər o  yoxdursa, olmalı idimi, ya olmamalı idi? Biz 
bəşər meyllərinin və rəhmdilliyinin həyata keçirilməsi üçün bu ciddi yalvarışların 
qalıqlarını  şərəfləndirəcəyik  ya  yox,  barışıqlarda  kənarda  durmaqla  yalnız 
anlaşılmazlığın  və  inamsızlığın  əbədiləşməsinə  xidmət  edirik  və  hər  iki  tərəfdən 
ağıllı  etirafı  biz  bir  nəfər  kimi  daha  ciddi  surətdə,  hissimizdə  və  ürəyimizdə 
arzulamırıqmı?... Bu məşhur ölənin ruhu, hansına ki, biz ağlayırıq, qəbirdən hər iki 
partiyaya  hüznlü  fikir  ayrılığını  deyə  bilər  və  onun  deyiliş  tonu  ilə  bu  geniş 
ərazinin  hər  yerində  hər  bir  kəsə  və  hər  bir  ürəyə  çatmalıdır:  “Mənim 
həmvətənlərim! Bir-birinizi tanıyın və sizin biriniz digərini sevəcəksiniz”.  


 
137 
Ümumi  sakitlik  yarandı  –  bu  düşünmək  üçün  olan  və  şok  sakitliyi  idi.  Bu 
vaxt birdən bütün tərəflərdən alqışlar səsləndi. “Mənim Allahım, bu necə bir çıxış 
idi!”  –  Nyu-Yorkdan  olan  Konqressmen  Limen  Trimeyn  Pennsilvaniyadan  olan 
“Dəmir Donuz” ləqəbli Kelliyə dedi: “Bu bütün ölkə boyu səslənəcəkdir”. 
Amerikan  siyasi  tarixinin  az  sayda  natiqi  belə  qəfləti  zərbəyə  malik 
olmuşdu.  Bir  gecə  ərzində  bu,  Lamarı  Konqressin  və  ölkənin  birinci  adamları 
səviyyəsinə  qaldırdı;  və  daha  əhəmiyyətlisi,  Şimalla  Cənub  arasında  dönüş 
nöqtəsini  göstərməsi  ilə  əlamətdar  idi.  İki  həftə  sonra  Samnerin  panegiriki 
Missuridən  olan  Çarlz  Sxurts  Bostonun  on  min  vətəndaşı  qarşısında  dayanıb 
Lamarı  Şimalla  Cənubun  əlaqələrində  yeni  günün  peyğəmbəri  kimi  salamladı. 
Bostonun  “Globe”  qəzeti  Lamarın  Samner  barədə  çıxışını  “Cənubda  Birliyin 
bərpasının  sübutu”  adlandırdı;  və  Bostonun  “Adveritiser”  qəzeti  deyirdi  ki,  bu 
“müharibədən bəri Cənubdan eşidilən ən əhəmiyyətli və ümidverici kəlam” idi. 
Bu labüd idi ki, həm Şimaldan, həm də Cənubdan bəziləri onu düzgün başa 
düşməsin. Keçmiş Konfederatın ştatları üzərində federal hegemonluqdan asılı olan 
Şimallıların  siyasi  hakimiyyəti  sektsional  mübarizənin  sağaldılmasının  istənilən 
cəhdinə qarşı müqavimət göstərirdi. Göz yaşları quruduqda Ceyms Bleyn Samner 
barədə  panegirikini  yazırdı:  “Bu  Cənub  nümayəndəsində  pozitiv  dühanın  əlaməti 
idi ki, mister Samner barədə hərarətli və ayrı-seçkilik panegiriki tələffüz etsin və 
Con  Uesli  kimi  mister  Samnerin  inandığı  bütün  əclafların  cəminə  inanmalı 
olduğundan, onu müdafiə etmək üçün ağıllı surətdə naxış toxudu”. 
Çarlz  Samner  Cənublular  üçün  müharibədən  əvvəlki  abolitsionist 
hərəkatının ən pis simvolu idi və müharibədən sonrakı yenidənqurmaya o, xəyanət 
edildiyini  hiss  edirdi.  Missisipinin  bir  sıra  aparıcı  qəzetləri,  Kolumbusun 
Demosrat”-ı, Kantonun “Mail”-i və Meridianın “Mercury”-si daxil olmaqla, onun 
köhnə  dostlarının  çoxunun  etdiyi  kimi  Lamarı  cəsarətlə  tənqid  edirdilər,  onun 
Cənub  prinsiplərini  və  şərəfini  təslim  etməsi  fikrini  dəstəkləyirdilər.  Lamar  öz 
arvadına yazırdı: 
“Burada  heç  kəs  düşünmür  ki,  mən  Cənub  bayrağını  aşağılamıram.  Lakin 
Cənub mətbuatı bunu mənim üstümə yıxır... Bizim xalq o qədər əziyyət çəkmişdir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə