3
19-25 oktyabr 2017-ci il
l
Belarus və Azərbaycan parlament-
ləri ikitərəfli münasibətlərin inki-
şafına mühüm töhfə verə bilərlər.
Bu fikri oktyabrın 13-də Minskdə
Milli Məclisin sədri Oqtay Əsədov-
la görüşündə Belarus Prezidenti
Aleksandr Lukaşenko bildirib.
Parlamentin öz imkanlarının və üs-
tünlüklərinin olduğunu qeyd edən
A.Lukaşenko deyib: “Mən parla-
mentlərin imkanlarını yaxşı bilirəm.
Düşünürəm ki, parlamentlər ölkələ-
rimiz arasında münasibətlərin in-
kişafına təkan verə bilər. Prezident
kimi şəxsən mən Belarus parlamenti
sədrinin fikirlərinə çox diqqət yeti-
rirəm. Bilirəm ki, Azərbaycan Pre-
zidenti İlham Əliyev də çox demok-
ratik, yüksək təhsilli və intellektual
şəxsdir. Əgər ölkə parlamenti vacib
məsələni irəli sürərsə, ona xüsusi
diqqət yetirir”.
Belarus dövlətinin başçısı qeyd edib
ki, hər iki ölkənin müəyyən etdiyi
öz yolu, öz siyasi xətti var. “Ölkələ-
rimiz arasında çox səmimi və yax-
şı münasibətlər var. Sözsüz ki, biz
dost kimi bir-birimizə etibar edi-
rik”, - deyə Belarus Prezidenti vur-
ğulayıb. Prezident A.Lukaşenko
deyib ki, Belarus və Azərbaycan bir
çox sahələrdə sıx əməkdaşlıq edir-
lər. Ölkələrimizin müştə rək müəs-
sisələrinin istehsal etdiyi məhsullar
digər ölkələrin bazarlarına çıxarılır.
“Bela rus ilə Azərbaycan arasında
hərbi- tex niki sahədə əməkdaşlıq
ge nişlənir. Azərbayca na bu sa hə də
dəstək verməkdə israrlı yıq. Belarus
Dağlıq Qarabağ mü naqişəsinin sülh
yolu ilə, Azər baycanın ərazi bütöv-
lüyü çər çivəsində həllinin tə rəf-
darıdır və bununla bağlı qə tiyyətli
mövqeyini davam et dirəcək”, -
deyə A.Lukaşenko qeyd edib.
Soçidə MDB Dövlət Başçıları Şu-
rasının iclasında Azərbaycan Pre-
zidenti İlham Əliyevlə görüşdüyü-
nü xatırladan A.Lukaşenko deyib ki,
bu görüşdə ikitərəfli münasibətlərə
dair geniş müzakirələr aparılıb.
Milli Məclisin sədri Oqtay Əsədov
qeyd edib ki, Azərbaycan Belarus ilə
bütün istiqamətlərdə əməkdaşlığı
fəal davam etdirir. Bu gün ikitərəfli
format, demək olar ki, bütün sahələ-
ri əhatə edir və genişlənir. Ermənis-
tan-Azərbaycan, Dağlıq Qa rabağ
münaqişəsi ilə bağlı Be la rusun tut-
duğu mövqeyə görə tə şək kürünü
bildirən Oqtay Əsədov xatırladıb
ki, 2016-cı il aprel hadi sələrində Be-
larus Prezidenti bəyanat verərək
münaqişənin Azər baycanın əra-
zi bü tövlüyü çərçivəsində həllini
dəstəklədiyini açıqladı.
Azərbaycan və Belarus parla men-
tariləri beynəlxalq təşkilat larda,
o cümlədən ATƏT Par lament As-
sambleyası çərçivəsində sıx əmək-
daşlıq edirlər. Beynəlxalq təş-
kilatlarda müzakirə olunan bü tün
məsələlərdə öl kələrimizin mövqe-
ləri üst-üs tə düşür. Azərbaycan Be-
larus üçün etibarlı dost və tərəfdaş-
dır.
Bu fikirləri Belarus Respublika sı
parlamentinin Nümayəndə lər Pa-
latasının sədri Vladimir Andrey-
çenko Milli Məclisin sədri Oqtay
Əsədovla görüşü za manı deyib.
O bildirib ki, Belarus ATƏT PA-nın
İpək Yoluna Dəstək Qrupu ilə fəal
əməkdaşlıq etmək niy yətindədir.
Yayda ATƏT PA-nın Minskdə ke-
çirilən 26-cı sessiyası zamanı Azər-
baycan nü mayəndə heyəti tərəfin-
dən ya radılan bu qrup iqtisadi və
siyasi cəhətdən vacib layihədir. Be-
larus nümayəndə heyəti ATƏT PA-
nın İpək Yoluna Dəstək Qrupunun
Bakıda keçiriləcək konfransında iş-
tirak etmək niyyətindədir.
Ölkələrimiz arasında bütün sa hə-
lərdə səmərəli əməkdaşlığın möv-
cud olduğunu vurğulayan Vladimir
Andreyçenko bildirib ki, ticari-iq-
tisadi və investisiya sahələrində
əlaqələr daha da inkişaf etdirilməli-
dir. Hər iki ölkənin parlamentariləri
bu sahədə fəallıq göstərməlidirlər.
Milli Məclisin sədri Oqtay Əsədov
bildirib ki, dövlətlərimiz arasında
imzalanmış sənədlər münasibətlə-
rimizin hüquqi bazasını təşkil edir.
Hər iki ölkənin qanunverici orqan-
larındakı dostluq qrupları arasında
əlaqələr genişləndirilməlidir.
Spiker vurğulayıb ki, Azərbaycan
və Belarus arasında siyasi müna-
sibətlər ən yüksək səviyyə dədir,
iqtisadi-ticarət əlaqələri günbəgün
inkişaf edir. İqtisadiyyatın digər
sahələrində əməkdaşlığın daha da
dərinləşdirilmə si üçün geniş im-
kanlar var.
Sədr ölkələrimiz arasında mü-
nasibətlərin inkişafında dövlət
başçılarının qarşılıqlı səfərləri nin
mühüm rol oynadığını bil dirib.
Oqtay Əsədov hər iki öl kənin par-
lamentlərinin tərkibində elm fon-
dunun yaradılmasının vacibliyini
də qeyd edib.
Söhbət zamanı parlamentlərarası
əlaqələrin inkişaf perspektivləri,
maşınqayırma, kənd təsərrüfatı,
elm, təhsil, mədəniyyət sahələrin-
də əlaqələrin də rinləşməsi barədə
fikir mübadiləsi aparılıb.
Oktyabrın 12-də Azərbaycan Res-
publikası Milli Məclisinin sədri
Oqtay Əsədov, Belarus Respub-
lika Şurasının sədri Mixail Myas-
nikoviç və Belarus parlamentinin
Nümayəndələr Palatasının sədri
Vladimir Andreyçenko Azərbay-
can nümayəndə heyətinin Minskə
rəsmi səfərinin yekununa dair Bə-
yannamə imzalayıblar.
Bəyannamədə Azərbaycan və Bela-
rus parlamentlərinin iki ölkə arasın-
da iqtisadi-ticari, mədəni, elmi, təh-
sil sahələrində əlaqələrin inkişafına
töhfələri qeyd olunub.
Bu fikri Belarus Respublikası-
nın Baş naziri Andrey Kobyakov
Minsk şəhərində rəsmi səfərdə olan
Milli Məclisin sədri Oqtay Əsədo-
vun rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşündə deyib.
Azərbaycan ilə Belarus arasın-
da iqtisadi, mədəni, elmi-tex-
niki əlaqələrin inkişaf tempin-
dən söz açan Baş nazir qeyd
edib ki, son illər maşınqayır-
ma, kənd təsərrüfatı texnikası
və informasiya texnologiyaları
istiqamətində əməkdaşlıq yük-
sələn xətlə inkişaf edir.
Milli Məclisin sədri Azərbaycanın
təşəbbüsü və iştirakı ilə həyata
keçirilən qlobal iqtisadi layihələr-
dən söz açıb. Spiker Azərbay-
canla Belarus arasında mövcud
olan iqtisadi, ticari, elmi, mədəni
əlaqələrin daha da inkişaf etdiril-
məsi üçün birgə layihələrin həya-
ta keçirilməsinin vacibliyini vur-
ğulayıb. Oqtay Əsədov deyib ki,
Minsk traktor zavodunun Gəncə
avtomobil zavodunda istehsal
olunan traktor və avtomobilləri
Azərbaycan vasitəsilə Türkiyə
bazarına çıxarılacaq.
Minskdə səfərdə olan Azərbaycan
Respublikası Milli Məclisinin səd-
ri Oqtay Əsədovun başçılıq etdiyi
nümayəndə heyəti Böyük Vətən
Müharibəsi Muzeyində olub. Nü-
mayəndə heyəti muzeyin ekspo-
natları ilə tanış olub, İkinci Dünya
müharibəsində qəhrəmancasına hə-
lak olmuş həmyerlilərimizin döyüş
tarixi ilə maraqlanıb. Milli Məclisin
sədri Oqtay Əsədov muzeyin xatirə
kitabına ürək sözlərini yazıb.
“Təəssüf ki, ötən 25 il ərzində Ermə-
nistan mötəbər beynəlxalq təşkilat-
ların qərar və qətnamələrinə məhəl
qoymur və beynəlxalq hüquq qay-
dalarını kobudcasına pozmaqda da-
vam edir. Qəribədir ki, təcavüzkarı
beynəlxalq təşkilatların qərarlarına
əməl etməyə məcbur edən mexa-
nizm mövcud deyil. Bu isə Ermə-
nistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə ikili standartlar əsa-
sında yanaşılmasına gətirib çıxarır”.
Bu fikirləri Azərbaycan Respublikası
Milli Məclisinin sədri Oqtay Əsədov
Sankt-Peterburqda Parlamentlərara-
sı İttifaqın 137-ci Assambleyasında
çıxışı zamanı söyləyib.
Oqtay Əsədov deyib ki, bu qəsb-
karlıq siyasətinin nəticəsi olaraq
Azərbaycan ərazisinin 20 faizi işğal
altındadır, 1 milyon azərbaycan-
lı qaçqın və köçkün vəziyyətində
yaşayır. İşğalçılıq müharibəsinin
gedişində 20 minə yaxın dinc azər-
baycanlı qətlə yetirilib, 20 mindən
çox dinc sakin yaralanıb, bir neçə
yaşayış məntəqəsində, o cümlədən
Xocalı şəhərində dəhşətli soyqırı-
mı cinayətləri törədilib.
Azərbaycan parlamentinin sədri
deyib: “Biz hesab edirik ki, etnik se-
paratizmə və davakar millətçiliyə,
özgə torpaqlarının qəsb edilməsinə
göz yumulmasının bütün dünyada
sülh və təhlükəsizlik üçün nə dərə-
cədə qorxulu olduğu hamılıqla
qəbul edilməlidir. Beynəlxalq bir-
lik özündə güc tapıb qəti tədbirlər
görməli və bütün münaqişələr, o
cümlədən Ermənistan–Azərbay-
can, Dağlıq Qarabağ münaqişə-
si hamılıqla tanınmış beynəlxalq
hüquq prinsipləri və normaları,
xüsusən onların arasında başlıca
prinsip olan dövlətlərin ərazi bü-
tövlüyü əsasında həll edilməlidir.
Azərbaycan bu gün dünya birliyi-
nin üzləşdiyi ağır problemlərin həl-
li və sülhün, əmin-amanlığın təmin
edilməsi məqsədilə həm ikitərəfli
formatda, həm də beynəlxalq təş-
kilatlar çərçivəsində səyləri birləş-
dirməyə və birgə fəaliyyət göstər-
məyə hazırdır”. Azərbaycanın
multikulturalizm və tolerantlıq
modelindən söz açan Oqtay Əsə-
dov qeyd edib: “Azərbaycanda
dövlət siyasətinin mühüm bir is-
tiqamətini
mədəniyyətlərarası,
dinlərarası dialoqun və multikul-
turalizmin dəstəklənməsi təşkil
edir. Azərbaycan çoxmillətli ölkə-
dir, cəmiyyətimizin mədəni, etnik
və dini müxtəlifliyi bizim böyük
sərvətimizdir. Tamamilə məntiq-
lidir ki, bizim ölkəmizdə 2016-cı
il “Multikulturalizm ili”, 2017-ci il
isə “İslam həmrəyliyi ili” elan olu-
nub”, - deyə sədr diqqətə çatdırıb.
Milli Məclis sədrinin sözlərinə
görə, bu gün müxtəlif sivilizasi-
yaların və mədəniyyətlərin nü-
mayəndələrini bir araya gətirən
dünya və qitə miqyaslı tədbirlərin
Azərbaycanda keçirilməsi ənənə
halını alıb.
Azərbaycanda müxtəlif dinlərə
etiqad edən insanlar üçün əmin-a-
manlıq və xeyirxahlıq mühiti ya-
radılıb və bu prinsiplər milli qa-
nunvericilik vasitəsilə dini etiqad
azadlığı və dini tolerantlıq çərçi-
vəsində qorunub saxlanıb.
Belarusda səfərdə olan Azərbaycan
Milli Məclisinin sədri Oqtay Əsə-
dovun başçılıq etdiyi parlament
nümayəndə heyəti oktyabrın 11-də
Minsk traktor zavodunun fəaliyyəti
ilə tanış olub.
Zavodla tanışlıqdan sonra Azərbay-
can nümayəndə heyəti müəssisənin
rəhbərliyi ilə görüşüb.
Görüşdə qeyd olunub ki, Minsk
traktor zavodu bu il ərzində Azər-
baycana əlavə olaraq 460 texni-
ka göndərmək niyyətindədir.
Diqqətə çatdırılıb ki, müəssisə
Gəncə avtomobil zavodu ilə birgə
yığdığı traktorların Türkiyə baza-
rına çıxarılmasını planlaşdırır.
Görüşlərdə Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri - Ziyad Səmədzadə,
Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Azərbaycanın
Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və digərləri iştirak ediblər.