№42 (985) 19-25 oktyabr 2017-ci il



Yüklə 389,78 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix21.04.2018
ölçüsü389,78 Kb.
#39784
1   2   3   4   5   6   7   8

3

19-25 oktyabr 2017-ci il



l

Belarus və Azərbaycan parlament-

ləri  ikitərəfli  münasibətlərin  inki-

şafına mühüm töhfə verə bilərlər.

Bu  fikri  oktyabrın  13-də  Minskdə 

Milli Məclisin sədri Oqtay Əsədov-

la  görüşündə  Belarus  Prezidenti 

Aleksandr Lukaşenko bildirib.

Parlamentin öz imkanlarının və üs-

tünlüklərinin  olduğunu  qeyd  edən 

A.Lukaşenko  deyib:  “Mən  parla-

mentlərin imkanlarını yaxşı bilirəm. 

Düşünürəm ki, parlamentlər ölkələ-

rimiz  arasında  münasibətlərin  in-

kişafına  təkan  verə  bilər.  Prezident 

kimi şəxsən mən Belarus parlamenti 

sədrinin  fikirlərinə  çox  diqqət  yeti-

rirəm.  Bilirəm  ki,  Azərbaycan  Pre-

zidenti İlham Əliyev də çox demok-

ratik, yüksək təhsilli və intellektual 

şəxsdir. Əgər ölkə parlamenti vacib 

məsələni  irəli  sürərsə,  ona  xüsusi 

diqqət yetirir”.

Belarus dövlətinin başçısı qeyd edib 

ki, hər iki ölkənin müəyyən etdiyi 

öz yolu, öz siyasi xətti var. “Ölkələ-

rimiz arasında çox səmimi və yax-

şı münasibətlər var. Sözsüz ki, biz 

dost  kimi  bir-birimizə  etibar  edi-

rik”, - deyə Belarus Prezidenti vur-

ğulayıb.  Prezident  A.Lukaşenko 

deyib ki, Belarus və Azərbaycan bir 

çox sahələrdə sıx əməkdaşlıq edir-

lər. Ölkələrimizin müştə rək müəs-

sisələrinin istehsal etdiyi məhsullar 

digər ölkələrin bazarlarına çıxarılır.

“Bela rus  ilə  Azərbaycan  arasında 

hərbi- tex niki  sahədə  əməkdaşlıq 

ge nişlənir. Azərbayca na bu sa hə də 

dəstək verməkdə israrlı yıq. Belarus 

Dağlıq Qarabağ mü naqişəsinin sülh 

yolu ilə, Azər baycanın ərazi bütöv-

lüyü  çər çivəsində  həllinin  tə rəf-

darıdır və bununla bağlı qə tiyyətli 

mövqeyini  davam  et dirəcək”,  - 

deyə A.Lukaşenko qeyd edib.

Soçidə  MDB  Dövlət  Başçıları  Şu-

rasının  iclasında  Azərbaycan  Pre-

zidenti İlham Əliyevlə görüşdüyü-

nü xatırladan A.Lukaşenko deyib ki, 

bu  görüşdə  ikitərəfli  münasibətlərə 

dair geniş müzakirələr aparılıb. 

Milli  Məclisin  sədri  Oqtay  Əsədov 

qeyd edib ki, Azərbaycan Belarus ilə 

bütün  istiqamətlərdə  əməkdaşlığı 

fəal davam etdirir. Bu gün ikitərəfli 

format, demək olar ki, bütün sahələ-

ri əhatə edir və genişlənir. Ermənis-

tan-Azərbaycan,  Dağlıq  Qa rabağ 

münaqişəsi  ilə  bağlı  Be la rusun  tut-

duğu  mövqeyə  görə  tə şək kürünü 

bildirən  Oqtay  Əsədov  xatırladıb 

ki, 2016-cı il aprel hadi sələrində Be-

larus  Prezidenti  bəyanat  verərək 

münaqişənin  Azər baycanın  əra-

zi  bü tövlüyü  çərçivəsində  həllini 

dəstəklədiyini açıqladı. 

Azərbaycan  və  Belarus  parla men-

tariləri  beynəlxalq  təşkilat larda, 

o cümlədən ATƏT Par lament As-

sambleyası çərçivəsində sıx əmək-

daşlıq  edirlər.  Beynəlxalq  təş-

kilatlarda müzakirə olunan bü tün 

məsələlərdə  öl kələrimizin  mövqe-

ləri üst-üs tə düşür. Azərbaycan Be-

larus üçün etibarlı dost və tərəfdaş-

dır.

Bu  fikirləri  Belarus  Respublika sı 



parlamentinin Nümayəndə lər Pa-

latasının  sədri  Vladimir  Andrey-

çenko  Milli  Məclisin  sədri  Oqtay 

Əsədovla görüşü za manı deyib.

O bildirib ki, Belarus ATƏT PA-nın 

İpək Yoluna Dəstək Qrupu ilə fəal 

əməkdaşlıq  etmək  niy yətindədir. 

Yayda ATƏT  PA-nın  Minskdə  ke-

çirilən 26-cı sessiyası zamanı Azər-

baycan nü mayəndə heyəti tərəfin-

dən ya radılan bu qrup iqtisadi və 

siyasi cəhətdən vacib layihədir. Be-

larus nümayəndə heyəti ATƏT PA-

nın İpək Yoluna Dəstək Qrupunun 

Bakıda keçiriləcək konfransında iş-

tirak etmək niyyətindədir.

Ölkələrimiz  arasında  bütün  sa hə-

lərdə  səmərəli  əməkdaşlığın  möv-

cud olduğunu vurğulayan Vladimir 

Andreyçenko  bildirib  ki,  ticari-iq-

tisadi  və  investisiya  sahələrində 

əlaqələr daha da inkişaf etdirilməli-

dir. Hər iki ölkənin parlamentariləri 

bu sahədə fəallıq göstərməlidirlər.

Milli Məclisin sədri Oqtay Əsədov 

bildirib  ki,  dövlətlərimiz  arasında 

imzalanmış  sənədlər  münasibətlə-

rimizin hüquqi bazasını təşkil edir. 

Hər iki ölkənin qanunverici orqan-

larındakı dostluq qrupları arasında 

əlaqələr genişləndirilməlidir.

Spiker  vurğulayıb  ki,  Azərbaycan 

və  Belarus  arasında  siyasi  müna-

sibətlər  ən  yüksək  səviyyə dədir, 

iqtisadi-ticarət  əlaqələri  günbəgün 

inkişaf  edir.  İqtisadiyyatın  digər 

sahələrində  əməkdaşlığın  daha  da 

dərinləşdirilmə si  üçün  geniş  im-

kanlar var.

Sədr  ölkələrimiz  arasında  mü-

nasibətlərin  inkişafında  dövlət 

başçılarının  qarşılıqlı  səfərləri nin 

mühüm  rol  oynadığını  bil dirib. 

Oqtay Əsədov hər iki öl kənin par-

lamentlərinin  tərkibində  elm  fon-

dunun  yaradılmasının  vacibliyini 

də qeyd edib.

Söhbət  zamanı  parlamentlərarası 

əlaqələrin  inkişaf  perspektivləri, 

maşınqayırma,  kənd  təsərrüfatı, 

elm, təhsil, mədəniyyət sahələrin-

də əlaqələrin də rinləşməsi barədə 

fikir mübadiləsi aparılıb.

Oktyabrın 12-də Azərbaycan Res-

publikası  Milli  Məclisinin  sədri 

Oqtay  Əsədov,  Belarus  Respub-

lika Şurasının sədri Mixail Myas-

nikoviç və Belarus parlamentinin 

Nümayəndələr  Palatasının  sədri 

Vladimir  Andreyçenko  Azərbay-

can nümayəndə heyətinin Minskə 

rəsmi səfərinin yekununa dair Bə-

yannamə imzalayıblar.

Bəyannamədə Azərbaycan və Bela-

rus parlamentlərinin iki ölkə arasın-

da iqtisadi-ticari, mədəni, elmi, təh-

sil sahələrində əlaqələrin inkişafına 

töhfələri qeyd olunub.

Bu  fikri  Belarus  Respublikası-

nın  Baş  naziri  Andrey  Kobyakov 

Minsk şəhərində rəsmi səfərdə olan 

Milli Məclisin sədri Oqtay Əsədo-

vun  rəhbərlik  etdiyi  nümayəndə 

heyəti ilə görüşündə deyib.

Azərbaycan  ilə  Belarus  arasın-

da  iqtisadi,  mədəni,  elmi-tex-

niki  əlaqələrin  inkişaf  tempin-

dən  söz  açan  Baş  nazir  qeyd 

edib  ki,  son  illər  maşınqayır-

ma,  kənd  təsərrüfatı  texnikası 

və  informasiya  texnologiyaları 

istiqamətində əməkdaşlıq yük-

sələn xətlə inkişaf edir.

Milli Məclisin sədri Azərbaycanın 

təşəbbüsü  və  iştirakı  ilə  həyata 

keçirilən qlobal iqtisadi layihələr-

dən  söz  açıb.  Spiker  Azərbay-

canla  Belarus  arasında  mövcud 

olan iqtisadi, ticari, elmi, mədəni 

əlaqələrin daha da inkişaf etdiril-

məsi üçün birgə layihələrin həya-

ta keçirilməsinin vacibliyini vur-

ğulayıb. Oqtay Əsədov deyib ki, 

Minsk traktor zavodunun Gəncə 

avtomobil  zavodunda  istehsal 

olunan  traktor  və  avtomobilləri 

Azərbaycan  vasitəsilə  Türkiyə 

bazarına çıxarılacaq. 

Minskdə  səfərdə  olan  Azərbaycan 

Respublikası  Milli  Məclisinin  səd-

ri  Oqtay  Əsədovun  başçılıq  etdiyi 

nümayəndə  heyəti  Böyük  Vətən 

Müharibəsi  Muzeyində  olub.  Nü-

mayəndə  heyəti  muzeyin  ekspo-

natları  ilə  tanış  olub,  İkinci  Dünya 

müharibəsində qəhrəmancasına hə-

lak olmuş həmyerlilərimizin döyüş 

tarixi ilə maraqlanıb. Milli Məclisin 

sədri Oqtay Əsədov muzeyin xatirə 

kitabına ürək sözlərini yazıb.

“Təəssüf ki, ötən 25 il ərzində Ermə-

nistan mötəbər beynəlxalq təşkilat-

ların qərar və qətnamələrinə məhəl 

qoymur və beynəlxalq hüquq qay-

dalarını kobudcasına pozmaqda da-

vam edir. Qəribədir ki, təcavüzkarı 

beynəlxalq  təşkilatların  qərarlarına 

əməl  etməyə  məcbur  edən  mexa-

nizm  mövcud  deyil.  Bu  isə  Ermə-

nistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinə  ikili  standartlar  əsa-

sında yanaşılmasına gətirib çıxarır”.

Bu fikirləri Azərbaycan Respublikası 

Milli Məclisinin sədri Oqtay Əsədov 

Sankt-Peterburqda Parlamentlərara-

sı  İttifaqın  137-ci  Assambleyasında 

çıxışı zamanı söyləyib.

Oqtay  Əsədov  deyib  ki,  bu  qəsb-

karlıq  siyasətinin  nəticəsi  olaraq 

Azərbaycan ərazisinin 20 faizi işğal 

altındadır,  1  milyon  azərbaycan-

lı  qaçqın  və  köçkün  vəziyyətində 

yaşayır.  İşğalçılıq  müharibəsinin 

gedişində 20 minə yaxın dinc azər-

baycanlı qətlə yetirilib, 20 mindən 

çox dinc sakin yaralanıb, bir neçə 

yaşayış məntəqəsində, o cümlədən 

Xocalı  şəhərində  dəhşətli  soyqırı-

mı cinayətləri törədilib.

Azərbaycan  parlamentinin  sədri 

deyib: “Biz hesab edirik ki, etnik se-

paratizmə  və  davakar  millətçiliyə, 

özgə torpaqlarının qəsb edilməsinə 

göz yumulmasının bütün dünyada 

sülh və təhlükəsizlik üçün nə dərə-

cədə  qorxulu  olduğu  hamılıqla 

qəbul  edilməlidir.  Beynəlxalq  bir-

lik özündə güc tapıb qəti tədbirlər 

görməli  və  bütün  münaqişələr,  o 

cümlədən  Ermənistan–Azərbay-

can,  Dağlıq  Qarabağ  münaqişə-

si  hamılıqla  tanınmış  beynəlxalq 

hüquq  prinsipləri  və  normaları, 

xüsusən  onların  arasında  başlıca 

prinsip  olan  dövlətlərin  ərazi  bü-

tövlüyü  əsasında  həll  edilməlidir. 

Azərbaycan bu gün dünya birliyi-

nin üzləşdiyi ağır problemlərin həl-

li və sülhün, əmin-amanlığın təmin 

edilməsi  məqsədilə  həm  ikitərəfli 

formatda, həm də beynəlxalq təş-

kilatlar çərçivəsində səyləri birləş-

dirməyə və birgə fəaliyyət göstər-

məyə  hazırdır”.  Azərbaycanın 

multikulturalizm  və  tolerantlıq 

modelindən söz açan Oqtay Əsə-

dov  qeyd  edib:  “Azərbaycanda 

dövlət  siyasətinin  mühüm  bir  is-

tiqamətini 

mədəniyyətlərarası, 

dinlərarası dialoqun və multikul-

turalizmin  dəstəklənməsi  təşkil 

edir. Azərbaycan çoxmillətli ölkə-

dir, cəmiyyətimizin mədəni, etnik 

və  dini  müxtəlifliyi  bizim  böyük 

sərvətimizdir.  Tamamilə  məntiq-

lidir  ki,  bizim  ölkəmizdə  2016-cı 

il “Multikulturalizm ili”, 2017-ci il 

isə “İslam həmrəyliyi ili” elan olu-

nub”, - deyə sədr diqqətə çatdırıb.

Milli  Məclis  sədrinin  sözlərinə 

görə,  bu  gün  müxtəlif  sivilizasi-

yaların  və  mədəniyyətlərin  nü-

mayəndələrini  bir  araya  gətirən 

dünya və qitə miqyaslı tədbirlərin 

Azərbaycanda  keçirilməsi  ənənə 

halını alıb. 

Azərbaycanda  müxtəlif  dinlərə 

etiqad edən insanlar üçün əmin-a-

manlıq və xeyirxahlıq mühiti ya-

radılıb  və  bu  prinsiplər  milli  qa-

nunvericilik vasitəsilə dini etiqad 

azadlığı  və  dini  tolerantlıq  çərçi-

vəsində qorunub saxlanıb.

Belarusda səfərdə olan Azərbaycan 

Milli  Məclisinin  sədri  Oqtay  Əsə-

dovun  başçılıq  etdiyi  parlament 

nümayəndə heyəti oktyabrın 11-də 

Minsk traktor zavodunun fəaliyyəti 

ilə tanış olub.

Zavodla tanışlıqdan sonra Azərbay-

can nümayəndə heyəti müəssisənin 

rəhbərliyi ilə görüşüb.

Görüşdə  qeyd  olunub  ki,  Minsk 

traktor zavodu bu il ərzində Azər-

baycana  əlavə  olaraq  460  texni-

ka  göndərmək  niyyətindədir. 

Diqqətə  çatdırılıb  ki,  müəssisə 

Gəncə avtomobil zavodu ilə birgə 

yığdığı traktorların Türkiyə baza-

rına çıxarılmasını planlaşdırır.

Görüşlərdə Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrləri - Ziyad Səmədzadə, 

Fuad  Muradov,  deputatlardan  Xanlar  Fətiyev,  Ülviyyə  Ağayeva,  Azərbaycanın 

Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və digərləri iştirak ediblər.



Yüklə 389,78 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə