51. Siyasi şüur 52. Siyasi mədəniyyət



Yüklə 3,41 Mb.
səhifə1/5
tarix08.01.2022
ölçüsü3,41 Mb.
#82726
  1   2   3   4   5
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyas1


49. Seçkilərin prinsipləri və hüquqi əsasları





50. Seçki Sistemləri





51. Siyasi şüur

52. Siyasi mədəniyyət



53.Siyasi ideologiya anlayışı

İdeologiya termini elmdə 18-ci əsrin sonu - 19-cu əsrin əvvəllərindən etibarən işlədilir. Bu anlayışa ilk dəfə fransız alimi Destyut De Trasinin "Düşünmək qabiliyyəti haqqında etüdlər" adlı kitabında rast gəlinir. Daha sonra "İdeologiyanın ünsürləri" adlı əsərində bu hadisəni geniş şərh etməyə çalışmışdır. De Trasinin nöqteyi-nəzərincə, ideologiya ideyaların meydana gəlməsi və inkişafı, insan idrakının qanunları haqqında elmdir.

İdeologiya termininin ilk dəfə işlədildiyi gündən bu zamana qədər onun haqqında müxtəlif nöqteyi-nəzərlər söylənilmiş, təsəv- vürlər çox böyük təkamül yolu keçmişdir. Hazırda ideologiya sosial- siyasi proseslərə güclü təsir göstərən əhəmiyyətli amil kimi bir çox elm sahələrinin, o cümlədən politologiyanın intensiv şəkildə öyrən- diyi hadisələrdən biridir.

İdeologiyanın mürəkkəb və çoxşaxəli məzmunu onun haqqında müxtəlif baxışların meydana gəlməsini şərtləndirmişdir. Geniş yayılmış nöqteyi-nəzərlərdən biri odur ki, ideologiya siyasəti və siyasi fəaliyyəti pərdələməyə xidmət edir. İdeologiyanın belə mənalandırılması Napoleonun ideologiya haqqında fikirlərinə əsaslanır. Napoleon ideologiyaya dövlət başçısının fəaliyyətində praqmatizmi əsaslandırmağa xidmət edən amil kimi baxırdı. Buradan da onun yalançı, aldadıcı mahiyyəti haqqında baxış ortaya çıxmışdır. İdeologiyaya bu cür yanaşma H.Morgentaunun aşağıdakı fikirlərində qabarıq şəkildə özünü büruzə verir: "Siyasətin mahiyyəti siyasi səhnənin aktyorundan ideologiyadan öz fəaliyyətinin bilavasitə məqsədlərini pərdələmək üçün istifadə etməyi tələb edir".

Siyasi ideologiyanın mövcudluğu və funksional mahiyyəti onun siyasi şüurun bir forması olmasında öz ifadəsini tapır. Onun məzmununu müəyyənləşdirən əsas cəhət ideologiyanın hakimiyyət münasibətlərinə güclü təsir göstərməsidir. İdeologiya bu və ya digər qrupun hakimiyyət iddialarına haqq qazandırmağa yönəldilmiş ideya və fikirlər məcmusu kimi ortaya çıxır. Bununla əlaqədar olaraq ədəbiyyatda ideologiyanın aşağıdakı məzmunlu tərifi üstünlük təşkil edir: ideologiya bu və ya digər insan qrupunun hakimiyyət iddialarını əsaslandıran və buna müvafiq olaraq ictimai fikri öz mənafelərinə tabe etdirməyə çalışan müəyyən doktrinadır.


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə