M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
24
Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan
asılı olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi
dilin özü iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi da-
nışıq dili.
Azərbaycan şifahi ədəbi dilinin tarixi çox qədimdir.
Şifahi ədəbi dilimiz təbii olaraq ilk dövrlərdə çox inkişaf
etməmişdir. Bu dil sürətli inkişaf yoluna son dövrlərdə qə-
dəm qoymuşdur. Hazırda ədəbi dilimizin şifahi forması,
əsasən, radio,
televiziya, ali və orta məktəblər vasitəsilə
daha da inkişaf etdirilir.
2. Yazılı ədəbi dil. Yazı
vasitəsilə ifadə olunan ədə-
bi dilə
yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması
monolojidir
1
.
Yazı ədəbi dilin təşəkkül və inkişafında yeganə deyil,
vacib vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa
başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır.
Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı
vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir.
Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən, XIII
əsrdən başlayır. Həmin dövrdən Azərbaycan yazılı ədəbi
dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər, bədii
dil nümunələri meydana çıxmışdır. Bu dil zaman keçdik-
cə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazı-
lı ədəbi dilimizin inkişaf etdirilməsində mətbuatın böyük
rolu vardır.
Ədəbi dilin şifahi və yazılı formalarından hər birinin
özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli cəhətləri
mövcuddur. Həmin fərqlər aşağıdakılardan ibarətdir:
1) Şifahi ədəbi dil danışılır və eşidilir, yazılı ədəbi dil isə
yazılır və oxunur.
1
Yazılı ədəbi dildə müəllif tərəfindən dialoq və monoloqlar yaradılır. Bunu ümumi məsələ
ilə qarışdırmamalı.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
25
2) Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümum-
işlək sözlərə daha geniş yer verilir, yazılı ədəbi dildə
isə elmi, texniki, siyasi və digər terminlər çox olur.
3)
Şifahi ədəbi dildə cümlələr, əsasən, qısa və quruluşca
sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb
cümlələrdən daha çox istifadə edilir.
4) Şifahi ədəbi dildə danışıq dilinin xüsusiyyətləri mü-
hafizə olunaraq yarımçıq cümlələrdən, qısa replika-
lardan çox istifadə edilir. Lakin yazılı ədəbi dildə bağ-
layıcılara və silsiləli mürəkkəb cümlələrə daha çox yer
verilir. Buna görə də yazılı dildə sintaksis mürəkkəb
olur.
5)
Şifahi ədəbi dildə intonasiya, pauza, vurğu və s. kimi
vasitələrdən istifadə olunur. Yazılı ədəbi dildə isə
bunların əvəzinə,
imkan daxilində, işarələr işlədilir.
6) Şifahi ədəbi dildə fikrin ifadəsi üçün əlavə olaraq mi-
mika, jest və hərəkətlərdən də istifadə olunur, yazı bu
əlavə vasitələrdən məhrumdur. Ona görə yazılı ədəbi
dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək
lazım gəlir.
7) Şifahi ədəbi dil müəyyən
vasitə olmadan bu və ya
digər fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir.
Lakin yazılı ədəbi dil hər hansı bir məlumatın nəsil-
dən-nəslə keçməsində əsas rol oynayır. Məsələn, XVI
əsrin böyük şairi Füzulinin məşhur əsərləri bizə ancaq
yazının köməyi ilə gəlib çatmışdır.
8) Şifahi ədəbi dilin tempi çox sürətlidir. Lakin yazılı dilin
sürəti xeyli zəif olur. Obrazlı demiş olsaq, şifahi dillə
yazılı dil arasındakı fərq qaçmaqla yeriməyi xatırladır.
Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı for-
maları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə
qarşılıqlı şəkildə inkişafdadır. Adətən, ədəbi dilin forma-
larından biri çox, digəri isə az inkişaf edir. Lakin müasir
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
26
Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki,
eyni səviyyədə inkişaf edir.
Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üs-
lubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçmişdir.
Dostları ilə paylaş: