Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin
121 saylı 07 mart 2019-cu il tarixli sərəncamı ilə çap olunur.
Afad Qurbanovun “Seçilmiş əsərləri“
toplusunun
hazırlanması üzrə məsul şəxslər:
Akademik İsa Həbibbəyli
Akademik
Kamal Abdullayev
Akademik Nizami Cəfərov
Akademik Möhsün Nağısoylu
Akademik
Yaqub Mahmudov
Afad Qurbanov. Müasir Azərbaycan ədəbi dili. I cild (2 cilddə).
Bakı, 2019. 464 səh.
Kitabda Azərbaycan dili, onun tarixi, forma və üslub-
ları qısa şəkildə izah edilir. Bunlarla bərabər, Azərbaycan
ədəbi dilinin fonetik sistemi,
lüğət tərkibi və onlara aid
linqvistik xüsusiyyətlər geniş şərh olunur. Həmçinin müa-
sir Azərbaycan dilinin orfoepiya, yazı, qrafika və orfoqrafi-
ya məsələləri də elmi-nəzəri əsasda aydınlaşdırılır.
Əsərdən müəllim və tələbələr, aspirant və dissertant-
lar, mətbuat və nəşriyyat işçiləri, radio və televiziya əmək-
daşları, eləcə də Azərbaycan ədəbi dilinin qayda-qanunları
ilə maraqlananlar faydalana bilər.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfin-
dən təsdiq edilmişdir. Təkmilləşdirilmiş 5-ci nəşr.
ISBN 9 789952 835816
© Azərbaycan Milli Elmlər Akademiyası, 2019
www.afadgurbanov.az
5
Hər bir dilin elmi cəhətdən tədqiq olunmasının və
praktik şəkildə öyrənilməsinin böyük əhəmiyyəti vardır.
Dil çox mürəkkəb xüsusiyyətlərə, dərin və gizli sirlərə ma-
likdir. Bütün bu cəhətləri öyrənildikdə dil insan həyatında
fikrin ifadəsi üçün daha qüvvətli vasitəyə çevrilir. Dilə dair
geniş məlumat və bilik əldə etmək sayəsində hər bir kəs
ayrı-ayrı məsələləri daha dəqiq ifadə etmək imkanı əldə
edir.
Respublikamızda Azərbaycan dilinin elmi və praktik
cəhətdən hərtərəfli öyrənilməsinə böyük əhəmiyyət verilir.
Ölkəmizdə Azərbaycan dilinin tədqiqi üçün geniş şərait və
imkan yaradılmışdır. Başqa bir sıra dillər kimi, Azərbaycan
dili də XX əsrdə xüsusi tədqiqat obyekti olmuş, dərindən
tədqiq edilməyə, geniş dairədə öyrənilməyə başlanılmış-
dır. Hazırda bu dil elmi şəkildə Azərbaycan Milli Elmlər
Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda, ali
məktəblərin nəzəri kafedralarında tədqiq olunur, orta və
ali məktəblərdə tədris edilərək şagirdlər, tələbələr tərəfin-
dən mənimsənilir.
1
Ali məktəblərdə Azərbaycan dilinin tarixi, onun inki-
şaf
dövrləri, dialektləri və müasir vəziyyəti öyrənilir.
Ömrünü elmə sərf edən insan
heç vaxt ölmür.