M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
14
AZƏRBAYCAN DİLİNİN TÜRK DİLLƏRİ
QRUPUNDA YERİ
§3. Azərbaycan dili tipoloji təsnifə görə iltisaqi (aqlü-
tinativ) dillərdəndir. Bu dil genealoji bölgüyə əsasən türk
dilləri qrupuna mənsubdur.
Türk dilləri qrupu genetik əlamətlər əsasında
təsnif
edilən ən böyük dil qruplarından biridir. Başqa dil qrup-
larında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-bi-
rinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır.
Nümunə üçün bir neçə sözün müxtəlif türk dillərində necə
işləndiyini nəzərdən keçirək.
Sözlər
Azəricə
dil
üç
yaxşı
mən
tez
Qazaxca
til
üş
jaksı
men
tez
Tatarca
tel
öç
yaxşı
min
tiz
Türkməncə
dil
üç
yaqşı
men
tiz
Özbəkcə
til
uç
yaxşi
men
tez
Azərbaycan dili türk dilləri qrupunun oğuz dilləri ya-
rımqrupuna daxildir. Bu dil həmin yarımqrup
daxilində
xüsusi mövqeyə malikdir.
Azərbaycan dili türk dilləri qrupundakı müasir dillər-
dən
türkmən, qaqauz və türk (osmanlı) dillərinə daha çox
yaxındır. Bu yaxınlığı əyani müşahidə etmək üçün aşağı-
dakı türk mənşəli bayatılara nəzər salaq:
Dostları ilə paylaş: