Baki universitetiNİn xəBƏRLƏRİ №3



Yüklə 78,47 Kb.

tarix04.08.2018
ölçüsü78,47 Kb.


 

112 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2012 

 

 



 

 

UOT 94 (479.24) 



 

SƏFƏVİLƏRİN TƏSƏRRÜFAT HƏYATINDA ŞƏHƏRLƏRİN ROLU 

SƏYYAH GÜNDƏLİKLƏRİNDƏ 

 

N.M.SÜLEYMANOV 

Azərbaycan Dövlət İqtisad Universiteti 

nizamisüleymanov@mail.ru 

 

XVI—

XVII  yüzilliklərdə  şəhərlər  ölkə  daxilində  ticarət  əlaqələrinin  qurulması  və  in-

kişafında  mühüm  rol  oynayırdı.  Səfəvi  dövlətinin  tarixinin  görkəmli  araşdırıcılarından  olan 

O.Əfəndiyev  Azərbaycan  şəhərlərini  iqtisadi  əhəmiyyətlilik  baxımından  qruplaşdırarkən 

Təbriz,  Gəncə,  Ərəş,  Ərdəbil  və  Culfa  şəhərlərini  ümumdövlət  miqyaslı,  Bərdə,  Naxçıvan, 

Marağa, Dərbənd şəhərlərini isə yerli-vilayət miqyaslı şəhərlər sırasına daxil etmişdir. Onun 



lahizələrinə görə, inzibati və siyasi mərkəz olmayan bir çox sənətkarlıq-ticarət məskənləri 

də var idi ki, bunlar da ölkənin iqtisadi həyatında yuxarıda adı sadalanan şəhərlərdən az rol 

oy

namırdı. Məqalə də məhz bu məsələləri əhatə edir.   

 

Açar sözlər: Təbriz, Culfa, Dərbənd, Xəzər, Səfəvi, Osmanlı 

 

XVI-



XVII  yüzilliklərə  aid  mənbələrdə  və  səyyah  gündəliklərində 

Azərbaycanın  daxili  ticarətində  və  ölkədaxili  iqtisadi  əlaqələrdə  mühüm  rol 

oynayan şəhərlər haqqında çox qiymətli məlumat vardır. Səyyah gündəliklə-

rin


də Azərbaycana dünyanın hər tərəfindən tacirlərin axışıb gəldiyi qeyd edilir. 

Təbii  ki,  güclü  sənətkarlığı  və  zəngin  daxili  bazarı  olmayan  heç  bir  şəhər 

xarici tac

irləri  belə  cəlb  edə  bilməzdi.  XV  əsrin  sonu  üçün  əvvəlki  ticarət 

əhəmiyyətini  itirən  Dərbənd  şəhərinin  yenidən  dirçəlməsi  haqqında  holland 

Yan  Streysin  gündəliyində  qiymətli  faktlar  verilmişdir  [2,  231,  232].  Bunlar 

göstərir  ki,  Dərbənd  şəhəri,  xüsusilə  XVII  əsrdə  Səfəvilərin  Xəzər  dənizinin 

qərb  sahillərində  əsas  iqtisadi-ticarət  mərkəzlərindən  biri  idi.  Qeyd  etmək 

lazımdır  ki,  Xəzər  dənizi  əsas  su  hövzəsi  olmaqla,  ölkənin  daxili  ticarətinin 

inkişafında və xarici iqtisadi əlaqələrinin genişlənməsində böyük rol oynayır-

dı. Dənizin sahilində yerləşən şimal şəhəri Dərbəndin XV-XVI əsrlərdən fərqli 

olaraq XVII yüzillikdə ölkənin daxili ticarətində əhəmiyyətinin artması, digər 

iqtisadi  mərkəzlərlə  sıx  əlaqələr  saxlaması  Y.Streysin  verdiyi  məlumatlarda 

[3] 


təsdiqini tapır.  

Yan Streys Dərbənd şəhərinin ölkənin iqtisadi həyatında rolunu düzgün 

qiy

mətləndirmiş,  cənubda  —  Hindistan  sərhədində  Hambrun  olduğu  kimi, 




 

113 


onun şimalda xüsusi əhəmiyyət kəsb etdiyini, ölkənin qapısı və açarı olduğunu 

bildirmişdir. Hollandiyalı qeydlərinin başqa bir yerində şəhərdə kölə alverinin 

getdiyini  və  ancaq  əvvəl  yazdığının  əksinə  olaraq  üstünlük  təşkil  etmədiyini 

göstərmişdir.  Streys  Niyazabad-Şabran-Beşbarmaq  yolu  ilə  Dərbənddən  Şa-

maxıya altı günlük yol olduğunu yazır. Yan Streysin gündəliyindən aydın olur 

ki,  Dərbənddən  təkcə  Şamaxıya  deyil,  İsfahana  da  mal  göndərilirdi  [2,  236, 

243-245]. 

Osmanlı-Səfəvi savaşlarına baxmayaraq, Şamaxı şəhəri əvvəllərdə oldu-

ğu kimi, qonşu şəhərlərlə və dövlətlərlə qızğın ticarət əlaqəsində idi. XVI əsrin 

sonu  – 


XVII  yüzillikdə təsərrüfatın bərpası və məhsuldar qüvvələrin inkişafı 

ilə əlaqədar Azərbaycanda ticarət, əmtəə-pul münasibətləri genişlənmişdi. Bu 

zaman Şamaxı şəhəri Şirvanda əsas iqtisadi mərkəzlərdən birinə çevrilmişdi. 

1579-cu i

ldə  burada  olmuş  ingilis  taciri  Xristofor  Berrou  Şamaxını  ölkənin 

canlı ticarət şəhəri kimi təsvir etmişdir [3, 169]. XVII yüzilliyin əvvəllərində 

rus taciri F.Kotovun şəhərin bazarı, karvansara və dükanları haqqında verdiyi 

məlumatlar da onun ölkədaxili iqtisadi əlaqələrdə rolunun artdığını göstərir. O 

qeyd  edirdi  ki,  Şamaxıda  daşdan  tikilmiş  7  karvansara  vardır  ki,  onların 

hamısına ətraf dağlardan yeraltı daş borularla su çəkilmişdir. Buradakı Ləzgi, 

Gilan,  Buxara  karvansaralarından  danışan  tacir  şəhər  bazarlarında  cürbəcür 

malların, rəngli ipək və xam ipəyin bol olduğunu göstərir. F.Kotova görə, xam 

ipək şəhər bazarına ətraf kəndlərdən gətirilib satılırdı. Tacir qızğın alver gedən 

Şamaxı  bazarına  bir  çox  əcnəbi  ölkələrdən,  o  cümlədən  Türkiyədən  də  mal 

gətirildiyini qeyd etmişdir [4, 72]. 

Şamaxının  ölkədaxili  ticarət  əlaqələrində  xüsusi  əhəmiyyətə  malik 

ol

ması  şəhərin  həm  daxili,  həm  də  beynəlxalq  karvan  yolları  üzərində 



yerləşməsi ilə sıx bağlı idi. Şamaxı-Dərbənd, Şamaxı-Hambrun (İran körfəzi) 

daxili  kar

van  yolları  və  şəhərin  ölkədaxili  iqtisadi  əlaqələrdə  əhəmiyyətli 

mövqeyi haqqında Yan Streysin gündəliyində də tutarlı qeydlər vardır. Onun 

yazdığına  görə,  XVII  yüzilliyin  70-ci  illərində  Dərbənd  və  Şamaxı 

şəhərlərində  evləri  olan  Hacı  Bayraməli  çox  varlı  yerli  tacirlərdən  idi.  Yan 

Streys 1667-

ci ildə onun ticarət karvanı ilə Dərbənddən hərəkət edərək məşhur 

ticarət şəhəri olan Şamaxıya gəldiklərini qeyd etmişdir [2, 243]. 

Bu məlumatlar Şamaxı şəhəri ilə Niyazabad, Şabran, Dərbənd arasında 

qızğın  ticarət  əlaqəsinin  olması  haqqında  da  təsəvvür  yaradır.  Şamaxı 

şəhərinin  cənub  hissəsində  böyük  bazarın  olması  və  bu  bazarda  üstüörtülü, 

yaraşıqlı  dükan  cərgələrində  xəz,  ipək,  çit  parçalar,  qızıl,  gümüş  saplarla 

toxunmuş  parçalar,  qılınc  və  digər  sənətkarlıq  məhsullarının  satılması  haq-

qında  Hollandiya  səyyahının  verdiyi  məlumatlar  ölkənin  daxili  ticarət  həya-

tında  bu  şəhərin  böyük  rolu  olduğunu  göstərir.  Yan  Streys  həmçinin  Şama-

xıdan  Hambruna  yola  düşən  1000  baş  at,  dəvə,  başqa  yük  heyvanı  və  2000 

nəfər şəxsdən ibarət ticarət karvanı haqqında məlumat verərək yazırdı ki, yerli 

tacir Hacı Bayram İsfahana 20 at yükü şabalıd da aparırdı. Polşa elçisi Boqdan 

tərəfindən  Hacı  Bayrama  150  abbası  ödənilməsi  nəticəsində  köləlikdən  azad 




 

114 


olan  Yan  Streys  başqa  bir  karvanın  tərkibində  Şamaxı  –  Fakirli  (kənd)  – 

Həsidi (kənd) – Cavad – Muğan çölü – Canlı (kənd) – Cəbədar (kənd) – Ər-

dəbil – Sultaniyyə – Qəzvin – Savə – Qum – İsfahan – Şiraz – Lar karvan yolu 

ilə  hərəkət  edərək  Hambruna  gəldiklərini,  Şirazla  Lar  arasındakı  yolda 

Hambrundan  Şamaxıya  gedən  ticarət  karvanı  ilə  qarşılaşdığını  və  çoxlu 

adamın müşayət etdiyi dəvələrin, qatır və atların cürbəcür hind malları ilə yük-

ləndiyini  göstərmişdir  [2,  245,  281-337].  Səyyah  və  elçilərin  verdikləri  bu 

məlumatlar  XVII  yüzillikdə  əmtəə-pul  münasibətlərinin,  daxili  ticarətin 

təkamülünün ümumi mənzərəsini üzə çıxarmaqla yanaşı Dərbənddən Hambru-

na qədər uzanan karvan yolu boyunca yerləşən şəhərlərin və onlarla bağlı olan 

digər  yaşayış  məskənlərinin  qarşılıqlı  iqtisadi  əlaqələrini,  daxili  bazarların 

inkişaf səviyyəsini müəyyən etməyə imkan verir. 

XIV-

XV  yüzillikdə  Səfəvi  dini  ordeni  və  feodal  mülkünün  mərkəzi 



ol

muş, XVI—XVII əsrlərdə xüsusi imtiyazlı statusu ilə seçilən Ərdəbil şəhəri 

əsas iqtisadi mərkəzlərdən biri kimi ölkədaxili ticarət əlaqələrində böyük rol 

oynayırdı. Alman elçisi Adam Oleari Ərdəbilin ölkənin çox qədim və məşhur 

şəhərlərindən biri olduğunu qeyd etmişdir. Səyyaha görə, şəhərin şan-şöhrəti 

əski şahların, xüsusilə onların dini məzhəbinin (Səfəviyyə sufi dərviş təriqəti – 



N.S.

) əsasını qoyan Şeyx Səfinin burada yaşaması, onun müqəddəs məzarının 

da burada yerləşməsi ilə, yerli tacirlərin əcnəbilərlə çox böyük ticarət əlaqələri 

aparması  ilə  bağlı  idi  [5,  58].  Səfəvi  ölkəsinin  quzeyi  ilə  güneyini  iqtisadi 

cəhətdən  bağlayan  Dərbənd-Hörmüz  və  Gilan-Təbriz  karvan  yollarının  da 

Ərdəbildən  keçməsi  şəhəri  ölkədə  ən  mühüm  daxili  bazarlarından  birinə 

çevirmişdi.  O.Əfəndiyevin  fikrincə,  bu  şəhər  artıq  XVI  yüzillikdə  ölkənin 

dax


ili ticarət həyatında xüsusi rola malik idi [1, 210].  

1555-


ci  ildə  Qəzvinin  Azərbaycan  Səfəvi  dövlətinin  paytaxtına  çevril-

məsi,  ölkənin  güneyindən  Ərdəbilə  gələn  karvan  yolunun  buradan  keçməsi 

XVI yüzilliyin II yarısından həmin şəhərin iqtisadi inkişafına müsbət təsir gös-

tərmiş  və  ölkənin  daxili  ticarətində  əhəmiyyətli  yer  tutmasına  gətirib  çıxar-

mışdı.  Bundan  başqa,  Qəzvin  şəhəri  Dərbənd-Hörmüz  karvan  yolu  üzərində 

yerləşirdi.  İngilis taciri Artur Edvards 1566-cı  ildə  yazırdı  ki,  Qəzvində  ən 

mühüm və ən yaxşı tacirlər yaşayırlar. Bu şəhərin ərafında ölkənin ürəyi olan 

Təbriz,  Ərdəbil,  Kaşan  kimi  şəhərlər  yerləşir.  Buranın  əhalisi  daha  sivildir, 

(mədənidir),  tacirləri  isə  ləyaqətli  və  hörmətlidir.  Bu  məsələ  barəsində  qeyd 

olunan ölkədə olmuş bir çox tacirlərdən, o cümlədən ruslardan, başqalarından 

sorğu-sual etdim və onlar da mənim fikrimin doğruluğunu qəbul edərək, həm 

də  bildirdilər  ki,  bu  şəhərə  hər  yerdən  mal  gətirilir.  Artur  Edvardsın  şəhər 

əhalisi  barədə  verdiyi  məlumatlar  XVII  yüzilliyin  əvvəllərində  Qəzvində 

olmuş rus taciri F.Kotovun qeydləri ilə səsləşir. O da yazırdı ki, meydanında 

olduqca çoxlu ərzaq, tərəvəz satılan, bazarları və karvansaralarında çeşid-çeşid 

mal olan şəhərdə oğurluq yoxdur [3, 127-128; 4, 76]. 

XVI əsrin əvvəllərində 300 min əhalisi olan Təbriz şəhəri də ölkənin ən 

mühüm sənətkarlıq və ticarət mərkəzlərindən biri idi. Şübhəsiz ki, XVI əsrin 




 

115 


30-50-

ci  illərində  baş  vermiş  Osmanlı-Səfəvi  savaşları  Təbriz  şəhəri  və 

şəhərətrafı  bölgələrin  iqtisadiyyatına  böyük  ziyan  vurmuşdu.  Ingilis  taciri 

An

toni Cenkinson bu savaşların daxili ticarətə mənfi təsir göstərməsi ilə bağlı 



yazırdı ki, Təbriz keçmişdən ölkənin ən böyük şəhəri idi. Ancaq indi ticarət və 

tacirlər üçün əvvəlki əhəmiyyətini itirmişdir [3, 113]. 

Qeyd  etməyi  lazım  bilirik  ki,  Təbriz  şəhərinin  ölkənin  daxili  ticarət 

əlaqələrində rolu qarşılıqlı iqtisadi tələbatdan birbaşa asılı olduğundan,  onun 

tam  çökməsi  mümkün  deyildi.  Anonim  Venesiya  taciri  və  digər  italyan 

səyyahlarının məlumatlarına görə, bu dövrdə Şamaxı, Gəncə, Şəki şəhərlərin-

də  ipək,  Mahmudabadda  balıq  kürüsü,  Gilanda  sitrus  meyvələri  və  düyü, 

Dizmarda nar, Ordubadda qırmızı boyaq, Bakıda neft, Xoyda qırmızı boyaq və 

meyvə  qurusu,  Meşkində  kişmiş  istehsalı  üstünlük  təşkil  edirdi.  Şəhərlər 

həmin  məhsulları  qarşılıqlı  şəkildə  bir-birlərinin  bazarlarına  çıxarırdılar.  Adı 

çəkilən  şəhərlərin  məhsulları  daha  çox  Təbriz  bazarına  gətirilirdi.  Təbriz 

şəhərinin  iqtisadi  həyatı  haqqında  təzadlı  məlumatlar  verən  Vinçento  de 

Alessandri  qeydlərinin  birində  Təbriz  bazarının  kasadlığını  Osmanlı-Səfəvi 

savaşları  ilə  əlaqələndirsə  də,  gündəliyinin  başqa  bir  bölməsində  şəhərdə 

qızğın  ticarət  getdiyini  deməklə  əslində  öz  əvvəlki  fikrini  bir  qədər 

dəyişdirmişdir. Alessandri yazırdı: «Bu, ticarət şəhəridir, çünki bura krallığın 

bütün yerlərindən karvanlarla mallar gətirilir» [6, 34-336, 444-446]. 

Təbriz  ölkənin  əsas  sənətkarlıq  mərkəzlərindən  biri  idi.  Təbrizdə 

toxunan at

las, qumaş, darai, məxmər parçalar daxili bazarda satılmaqla yanaşı 

başqa ölklərə də ixrac olunurdu. Təbrizdəki topdansatış ticarət mərkəzlərindən 

Cəfər  paşa,  Papaqtikənlər,  Bəndər,  Bəyim,  Baba  Həqqi  adı  ilə  məşhur  olan 

ticarət saraylarında yerlilərlə yanaşı əcnəbi tacirlər də alver edirdilər. E.Çələbi 

yazırdı:  «Bütün  əmtəə  və  mallar  bu  bazarlarda  satılırdı».  Təbrizdə  Çarşı 

(ba

zar), Bədestan (Qeysəriyyə-üstü tacbəndlərlə örtülü bazar) və 7000 dükan 



vardı. Təbrizin dükanları kərpicdən tikilmişdi və səyyaha görə, bu dükanlarda 

tacirlər  hər  cür  mal  satırdılar.  Evliya  Çələbinin  qeydlərindən  aydın  olur  ki, 

ölkənin iqtisadi həyatında xüsusi rola malik olan Ərdəbil və Təbriz şəhərləri 

mühüm ticarət mərkəzləri idilər [7, 24, 42-43].  

Osmanlı-Səfəvi  savaşlarından  sonra,  XVII  yüzilliyin  30-40-cı  illərində 

şah  Səfinin  verdiyi  qanunlar  və  həyata  keçirdiyi  iqtisadi  tədbirlər  ölkənin 

təsərrüfat həyatına müsbət təsir göstərmiş, əmtəə-pul münasibətləri güclənmiş 

və  ölkə  daxilindəki  kiçik  yaşayış  məntəqəlri  ilə  şəhərlər  arasında  iqtisadi 

əlaqələr  bərpa  olunmuşdu.  Təbrizin  ticarət  həyatı  haqqında  məlumat  verən 

Şarden dükanların  yaşayış binalarından ayrı olduğunu, onların əksəriyyətinin 

enli  və  uzun  küçələrdə  yerləşdiyini  bildirir.  O  yazırdı  ki,  belə  küçələr  bazar 

adlanır,  əsas  bazarlar  isə  şəhərin  mərkəzində  yerləşir.  E.Çələbinin  Bədestan 

adı ilə qeyd etdiyi üstüörtülü Təbriz bazarı Şardenin də diqqətini cəlb etmişdi. 

Tacir yaz

ırdı:  «Şəhərdə  bahalı  mallar,  cəvahirat  satılan  bazar  Qeysəriyyə 

ad

lanır. Bu da «şah bazarı» deməkdir. Bu bazar çox geniş olub, səkkizbucaqlı-




 

116 


dır və Asiyanın  ən  gözəl bazarıdır... Böyüklüyü, nəhəng  günbəzləri, malları, 

alıcı-satıcısının çoxluğu bazarın əzəmətini göstərir» [8, 403-404]. 

Dərbənd-Hörmüz  ticarət  yolunun  üzərində  yerləşən  İsfahan  şəhəri  Şah 

Abbasa  qədər  ölkənin  iqtisadi  həyatında  Təbriz  və  bir  çox  başqa  şəhərlərin 

oy

nadığı  qədər  böyük  iqtisadi  rola  malik  deyildi.  Ancaq  şah  Abbas  1598-ci 



ildə  ölkənin  paytaxtını  Qəzvindən  İsfahana  köçürdükdən  sonra  iqtisadi 

inkişafla  əlaqədar  burada  əhalinin  sayı  100  min  nəfərdən  artaraq  500  min 

nəfərə çatmışdı və şəhər ölkə miqyasında mühüm ticarət mərkəzlərindən birinə 

çevrilmişdi. Şəhərin mərkəzində uzunluğu 500 metr, eni 160 metr olan «Şah 

Meydanı»  inşa  edilmişdi  [9,  72].  İsfahan  şəhərinin  iqtisadi  inkişafında  və 

ümumdövlət  miqyaslı  ticarət  mərkəzinə  çevrilməsində  I  Şah  Abbas  və  onun 

xələflərinin  xüsusi  qayğısı  ilə  yanaşı  onların  həyata  keçirdikləri  iqtisadi 

tədbirlərin də rolu az olmamışdı. Belə ki, yeni bazarlar, karvansaralar və ya-

şayış binalarının tikilməsi ilə iqtisadiyyatı daha da canlanan şəhərin əhalisinin 

sayı xeyli artmışdı. Artıq 12 darvazası və çoxlu karvansarası olan bu şəhərin 

ərazisi 40, yaxud 100 km (şəhərin çevrəsinin uzuluğu nəzərdə tutulur – N.S.) 

əhalisinin  sayı  isə  təqribən  600  minlə  1  milyon  yüz  min  nəfər  arasında  idi. 

Şəhər ətrafında 1500 kənd yerləşirdi [10, 161-162, 172]. 

Adam  Oleari  də  İsfahanın  XVII  yüzillikdə  ölkənin  mühüm  ticarət 

mərkəzi  olduğunu  göstərmişdir.  İsfahandakı  şəhər  meydanı  və  onun  aşağı 

tərəfindəki  Qeysəriyyə  haqqında  ətraflı  məlumat  verən  səyyah  ən  bahalı 

mal

ların  bu  bazarda  satıldığını  və  onun  üstüörtülü  dalanlara  bölündüyünü, 



burada  hər  cür  mal  olduğunu,  hər  bir  malın  müvafiq  dükanlarda  satıldığını 

qeyd et


mişdir [5, 727]. 

1671-


ci  ildə  kölə  həyatını  başa  vurub  İsfahana  gələn  Yan  Streys  bu 

şəhərdə Hollandiyanın Ost-Hind şirkətinin Fredrik Bent, baş tacir Kassenbort 

və kiçik tacir Heybert Baldedən ibarət nümayəndəliyinin olduğunu və xüsusi 

binada  yerləşdiyini  yazmışdır.  Streys  göstərirdi  ki,  Holland  evi,  yaxud 

karvan

sarası şah sarayının yaxınlığında görkəmli bir yerdə olub, yaşayış üçün 



çox gözəl və rahatdır. Yan Streys Lar şəhərində də holland Ost-Hind şirkətinin 

iqamətgahının  —  karvansarasının  olduğunu  yazmışdır  [2,  307,  308,  334]. 

XVI-

XVII  əsrlərdə  ölkənin  mühüm  daxili  ticarət  mərkəzlərindən  biri  də 



Hörmüz-

Təbriz yolu üzərindəki Kaşan şəhəri idi. 1617-ci ildə İspaniyalı elçi 

Don Qarsiya de Silva bu şəhəri Farsla Azərbaycan arasında bağlı-baxçalı və 

zəngin  bir  şəhər  kimi  təsvir  edərək  yazırdı  ki,  onun  ticarət  mərkəzi  olan 

meydanının  ətrafında  olduqca  geniş  və  rahat  karvansara  yerləşir.  Elçi  şəhər 

kənarında əcnəbilərin yaşadığı və hər cür şəraiti olan karvansaralar haqqında 

da  məlumat  vermişdir  [11,  246,  247]  Yan  Streys  isə  yazırdı  ki,  indi  Kaşan 

İranın (Səfəvi – N.S.) ən məşhur və əhalisi çox olan ticarət şəhəridir. Burada 

əla və yüksək səviyyəli, çoxlu qübbəsi, girişləri olan bazar və meydan vardır. 

İrandakı  ipək  və  digər  parçaların  çox  hissəsi  burada  hasil  edilir  və  başqa 

ölkələrə  satılır.  Şəhərdə  məxmər  və  atlas  parçaların  çoxu  Avropa  üsulu  ilə 

toxunur.  Şah  Venesiyadan  yaxşı  ustalar  gətirmək  üçün  ora  tez-tez  elçilər 




 

117 


göndərmiş, ancaq onlar çox vaxt əliboş geri dönmüşdülər. Yan Streys sözünə 

davam  edərək  yazırdı  ki,  Kaşanda  olduqca  çox,  ölkənin  başqa  şəhərlərin-

dəkindən yaraşıqlı və rahat karvansaralar vardı [2, 304, 305].

 

 



Səfəvi imperiyasının quzeyində ticarət qapısı olan Dərbənddən ölkənin 

güneyinə  doğru  uzanıb  gedərək  bütün  iqtisadi  bölgələri  bir-biri  ilə 

əlaqələndirən karvan yolunun İran körfəzinə açılan qapısı isə Hambrun liman 

şəhəri  idi.  Yan  Streysə  görə  Hambrun  şəhərini  İranlılar  (Səfəvilər  –  N.S.

Dərbənd  kimi  Bəndər  (yəni  liman  –  N.S.)  və  ölkənin  açarı  adlandırırlar. 

Əvvəllər  balıqçı  qəsəbəsi  olan  Hambrun,  indi  böyük  bir  ticarət  şəhəridir. 

Bu

rada İranlılar, hindlilər, mavrlar (Afrikanın şimal-qərbində yaşayan ərəblər 



–  N.S.

),  hollandlar,  ingilislər  və  fransızlar  böyük  ticarət  işləri  ilə  məşğul 

olurlar. Şəhərin ticarət əlaqələri barədə Yan Streys belə yazırdı ki, Hambruna 

İranlılar  və  ermənilər  İsfahan  yolu  ilə,  ərəblər  isə  Bağdaddan  bir  neçə  min 

dəvə,  eşşək,  at  və  başqa  yük  heyvanlarından  ibarət  qoşuna  bənzər  karvanla 

gəlirlər [2, 337-339]. Hambrunun ölkə miqyasındakı iqtisadi əhəmiyyəti onun 

İran  körfəzi  sahilindəki  əlverişli  təbii-coğrafi  mövqeyi  ilə  bağlı  idi.  İran 

körfəzi  ta  qədimdən  bəri  mirvari  hasilatı  və  dünya  bazarına  çıxarması  ilə 

məşhur idi. Körfəzin bazarlarına yerli balıqçıların emal etdikləri çox miqdarda 

quru balıq çıxarılırdı. İran körfəzi sahillərinin daxili bazarlarda satılan və ixrac 

olunan əsas məhsulu isə xurma idi. Dünyada ən yaxşı xurma növləri körfəzin 

sahilboyu  bölgələrində  yetişdirilirdi.  Çox  qədim  zamanlardan  İran  körfəzi 

bazar

larına  ölkə  daxilindən  taxıl  və  sitrus  meyvələri  gətirilirdi.  Körfəzdəki 



bazar

ların olduqca böyük mal dövriyyəsi vardı. Belə ki, körfəzin Bəsrə, Kiş, 

Hör

müz və Maskatdakı bazarlarında daxili məhsullarla yanaşı Avropa, Afrika 



və  Uzaq  Şərqdən  gətirilən  mallar  satılırdı.  Avropadan  bu  bazarlara  şüşə, 

qur


ğuşun,  mis,  dəmir  və  ondan  hazırlanan  məmulatlar,  yun,  iplik  parçalar; 

Afrika,  Hindistan  və  Çindən  ipək,  ətriyyat,  ədviyyat,  fil  sümüyü,  qara-ağac, 

qoz, pam

bıq, qiymətli daş-qaş gətirilrdi [11, 30-31]. XVI-XVII əsrlərdə Səfəvi 

döv

lətinin  iqtisadi  inkişafının  başlıca  səciyyəvi  xüsusiyyəti  şəhərlərin  böyü-



məsi, ticarət və sənətkarlığın inkişafı ilə müəyyən olunur. Bu dövrdə Mərkəzi 

və  Qərbi  İranın  İsfahan,  Şiraz,  Kaşan,  Yəzd,  Girman,  Azərbaycanın  Təbriz, 

Ərdəbil, Qəzvin, Həmədan, Gəncə, Şamaxı, Bakı, Ərəş şəhərləri getdikcə bö-

yümüş və ölkənin iqtisadi həyatında onların nüfuzu artmışdı. Həmin şəhərlər 

ölkədaxili ticarətin və xarici iqtisadi əlaqələrin mərkəzlərinə çevrilmişdi. 

 

 

ƏDƏBİYYAT

 

 

1.

 



Əfəndiyev  O. Azərbaycan Səfəvilər dövləti. Bakı: Şərq-Qərb, 2007, 344 s. 

2.

 



Стрейс  Я.Я.  Три  путeшествия.  Пер.  с  немец.  на  рyсск.  Э.Борoдиной.  М.:  ОГИЗ-

СОЦЭКГЗ, 1935, 415 с. 

3.

 

Путешественники  об  Азербайджане.  Т.1,  Составил  З.И.Ямпольский.  Баку:  АН 



Азерб. ССР, 1961, 497 с.   

4.

 



Хожение купца Федота Котова в Персию. М., 1958, 110 с.; Джидди Г.А. СредНеве-

ковый город Шемаха (IX–XVIII века). Баку: Восточная литература, 1981, 106 с. 

5.

 

Адам  Олеaри.  Подробное  описание  путешествия  Гольштинского  посольства  в 




 

118 


Московию  и  Персию  в  1633,  1636  и  1639  гг.  Пер.  с  немец.  П.Барсова.  М.: 

Университетская типография, 1870,  1033 с.  

6.

 

Səfərnameha-ye  Veneziyan  dər  İran.  Tərcome-ye  Mənuçöhr  Əmiri,  Tehran,  Enteşarate 



Xarəzmi, 1349, 450 s. 

7.

 



Evliya Çələbi. Səyahətnamə. Türk dilindən işləyəni və şərhlərin müəllifi prof. S.Onullahi. 

Bakı: Azərnəşr, 1997, 87 s. 

8.

 

Səfərname-ye Şarden.Tərcome-ye Məhəmməd Abbasi, c.II, Tehran, Enteşarate Əmire 



Kəbir, 1335, 301 s. 

9.

 



Иванов  М.С.  Очерки  истории  Ирана.  М.:  Государственное  издательство 

политической литературы, 1952, 467 с. 

10.

 

Rocer Seyvori. İran əsre Səfəvi. Tərcome-ye Kambiz Əzizi. Tehran, Nəşre mərkəz, 1374, 



390 s. 

11.


 

Səfərname-ye don Qarsiya de Silva Fiqeroa. Tərcome-ye  Qulamrza  Səmia.  Tehran, 

Çapxana-

ye kətbiyye, 1363, 530 s. 



 

РОЛЬ ГОРОДОВ В ЭКОНОМИЧЕСКОЙ ЖИЗНИ СЕФЕВИДОВ ПО 

МАТЕРИАЛАМ ПУТЕШЕСТВЕННИКОВ 

 

Н.М.СУЛЕЙМАНОВ 

 

РЕЗЮМЕ 

 

Развитие  внутриэкономических  отношений  привело  возрождению  некоторых 

городов  и  превращение  их  в  экономический  центр.  Весь  комплекс  этих  вопросов 

анализирован  на  основе  местных  источников  и  по  сведениям  путешественников 

посетивших Азербайджан в XVI-XVII веках. 

 

Ключевые слова: Тебриз, Джульфа, Дербенд, Хазар, Сефеви, Османлы 

 

THE ROLE OF THE CITIES IN THE ECONOMIC LIFE OF SAFAVYDS ON THE 

BASIS OF WORKS OF TRAVELERS 

 

N.M.SULEYMANOV 

 

SUMMARY 

 

The development of domestic economic relations resulted in the rennaisance of several 

cities and transformed them into economic centers. The complex of these issues are analyzed 

on the basis of local sources and the works of travelers visiting Azerbaijan in XVI –  XVII 

centuries.

 

 



Key words: Tabriz, Julfa, Derbend, Khazar, Safavid, Ottoman 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə