30
Шякил 1.8. гиймятляр системи
Öz növbəsində, sənaye məhsulu topdansatış qiyməti müəssisə
topdansatış qiymətinə (başqa sözlə buraxılış qiyməti adlanan qiymətə)
və həmin tipdən olan, bütövlükdə sənaye tərəfindən istehsal edilən
sənaye məmulatlarının topdansatış qiymətinə bölünür. Qeyd edək ki,
bazar iqtisadiyyatı şəraitində qeyri-pentabelli fəaliyyət göstərə
bilməzlər: hər hansı məhsul satışı bütün istehsal-satış xərclərinin
ödənişindən əlavə, müəyyən mənfəət də gətirməlidir. Bu mənfəət
rəqabət şəraitində müəssisənin inkişaf tələbatını təmin etməlidir və buna
görə istehsalçı müəssisə tərəfindən təyin olunan müəyyən səviyyədən
(normativdən) az ola bilməz. Burada topdansatış qiymətlərinin dövlət
tənzimlənməsi sahələr və inhisarçı müəssisələr müstəsnalıq təşkil edir.
Mənfəət norması bazarda formalaşdığına və bir çox amillərin
təsiri altında dəyişdiyinə görə məmulatın istehsala buraxılışından əvvəl,
bu məmulat satıldıqdan sonra bütün xərclərin ödəniləcəyinə və tələb
olunan mənfəətin alınacağına zəmanət yoxdur. Əgər bu baş verməzsə,
müəssisə iflasa uğrayacaqdı. Başlıcası odur ki, müəssisə rəhbərliyi
məmulatın istehsala buraxılması, onun parametrləri haqqında qərar
qəbul edərkən öz proqnozlarında səhvə yol verməsin.
Sənaye məhsulunun topdansatış qiymətinin növ müxtəlifliliyi öz
əksini transfert qiyməti adlanan qiymətdə tapır. Bu qiymət eyni
müəssisə daxilində əmtəələrin hərəkətində tətbiq olunur. Məsələn, bu
yarımfabrikatlar, idarəçilik və informasiya xidmətləri və s. ola bilər.
Sənaye topdansatış qiymətləri bütövlükdə, bu və ya digər
eynicinsli məhsulun buraxılışında ixtisaslaşmış müəssisələrin qiymətləri
müəssisə topdansatış buraxılış qiymətindən başqa, özünə satış
əlavələrini (müsbət, yaxud mənfi əlavələri), habelə, əlavə dəyər
vergisini birləşdirir.
Sənaye topdansatış qiymətləri bütövlükdə onu bildirir ki,
müəyyən məmulat hansı məbləğlə bazara daxil olur. Bu mənada həmin
qiymətlər təkcə istehsalı deyil, tədavül sferasını, xüsusi ilə topdan
ticarəti xarakterizə edirlər.
Topdansatış sənaye qiymətinin xüsusi hallarından biri
ə
mtəə
lə
rin birъa
qiymə
ti, yaxud birъa
sövdə
ləş
mə
si qiymə
tidir. Bu
qiymət mövcud birжa kotirovkaları (qiymət təyin etmələri) əsasında
meydana gəlir. Bu kotirovkanın üstünə əlavələr ola bilər, yaxud, əksinə,
31
güzəştlər çıxıla bilər. Bu əlavələrin və güzəştlərin kəmiyyətləri əmtəənin
növündən və keyfiyyətindən, əmtəənin istehlak yeri ilə onun göndərmə
yeri arasındakı məsafədən və s. asılı olaraq müəyyən olunur. Bütün bu
şərtlər birъa kotirovkası tərəfindən nəzərdə tutulur.
Tikinti məhsulu qiymət i - adətən aşağıdakı üç növdə olurlar:
◊ Smeta dəyəri, yəni layihədə nəzərdə tutulmuş obyekt tikintisinə
çəkilmiş maksimum xərclərdir;
◊ Preyskurant qiyməti, yəni tipik inşaat obyekti üçün layihədə
nəzərdə tutulmuş parametr vahidinin smeta dəyəridir. Belə
preyskurant qiyməti şəkilində, məsələn, aşatıdakı kimi ola bilər:
faydalı sahənin 1 kv.m-nin (1m
2
) qəbul olunmuş qiyməti, rəngsaz
işlərinin 1 kv.m-i , beton işlərinin 1 kub m-i (1m
3
) və i.a.
◊ Müqavilə qiyməti - hər bir konkret halda sifarişçilər və icraçılar
arasında razılaşmaya görə müəyyən olunmuş qiymətdir.
Satınalma qiymətləri- kənd təsərrüfat müəssisələrinin
əhalinin və digər xammal istehsalçılarının öz məhsulunu realizə etdikləri
topdansatış qiymətləridir. Bu qiymətlər müəyyən növ məhsulun
müxtəlif kanallar (məsələn, hazırlıq təşkilatları vasitəsi ilə, birbaşa
əlaqələr üzrə, kənd təsərrüfat bazarları və s.) üzrə müxtəlif dəyər uçotu
ilə satışının orta qiymətləridir. Satınalma qiymətləri də azad qiymətlər
ola bilər və tələb və təklif arasındakı nisbətdən asılı olaraq,
müqavilələrlə müəyyən edilə bilər.Inflyasiya məhz kənd təsərrüfat
məhsulu istehsalçılarına da hiss ediləcək dərəcə təsir göstərir. Məlum
olduğu kimi, kənd təsərrüfat məhsulu ildə (adətən payızda) bir dəfə
mövsümi qiymətlər üzrə realizə edilir. Zəruri əmtəələrin kənd təsərrüfat
məhsulları istehsalçıları tərəfindən satın alınması isə bütün il ərzində
həyata keçirilir . Bu vaxt ərzində inflyasiya nəticəsində qiymətlər kəskin
yüksələ bilər, kənd təsərrüfatı məhsulu üçün alınmış pullar qiymətdən
düşmüş olar.
Məlum
ölçüdə
qeyri-neqativ
inflyasiya
nəticələrini
dempfirovaniya (aradan qaldırma) adlanan vasitə ilə aradan qaldırmaq
olar.
Aradan qaldırma səmərəsi birbaşa dövlət dəstəklənməsi
(güzəştli kreditlərlə, maddi-texniki resurslarla, təminatla və b.) yolu,
fəaliyyətdəki maliyyə kredit sistemi tərəfindən, o cümlədən xüsusi
banklar tərəfindən, edilən qarşılıqlı fəaliyyətlə əldə olunur.