37
göstərilən, sonra pərakəndə satışa buraxılacaq əmtəənin qiymətləri və
digər parametrləri bazis və səmtləşdirilmiş xarakter daşıyırlar.
Topdansatış qiymətləri. Qiymətlər topdansatış göndərmələrdə
kontrakt şərtləri ilə müəyyən edilirlər. Bu şərtlər kontraktda, onun
bağlanma anında, kontraktın bütün fəaliyyət müddətinə, yaxud onun
icrası anına qeyd oluna bilərlər. Belə qeydetmənin xarakterindən asılı
olaraq topdansatış qiymətlərinin xarakterindən asılı olaraq topdansatış
qiymətlərinin bir neçə növünü fərqləndirirlər.
Dəyişən qiymət - müəyyən əmtəənin faktiki göndərilməsi anına
bazar qiymətlərinin dəyişməsinə uyğun olaraq, dəyişmə nəticələri ola
bilər, kontrakt bağlanarkən qeyd olunmuş qiymətdir. Bu halda
hesablamalar cari qiymətlər üzrə yerinə yetirilirlər. Kontraktda adətən
«hiss edilməməzlik zonası» kəmiyyəti də, yəni qiymətə yenidən
baxılmanı hələ tələb etməyən, kontraktda göstərilən bazar qiymətindən
fərqlənmə (kənarlaşma) də qeyd edilir. Bu «zona» kəmiyyəti kontraktda
göstərilən qiymətdən 2-5% həddində olur.
Sürüşkən qiymət - kontraktın fəaliyyət vaxtı ərzində istehsal
xərclərinin dəyişməsini nəzərə alan, müqavilə bazası qiymətinə yenidən
baxılması yolu ilə kontraktın faktiki icrası momentinə hesablanan
qiymətdir. Sürüşkən qiymətlər adətən hazırlanması uzunmüddətli olan
məhsullara müəyyən edilirlər. Bu halda kontrakt bağlanılarkən təkcə
bazis qiymətinin kəmiyyəti deyilir, onun ayrı-ayrı maddələri üzrə
«təqsimatı» («paylanması»), habelə, sürüşkən qiymətin yenidən
hesablanmasının razılaşdırılmış metodu da qabaqcadan şərtləşdirilir.
Burada, həmçinin, «hissedilməməzlik zonası» kəmiyyəti, bundan əlavə,
qiymətin sürüşmə limiti adlanan, müqavilə qiymətinin yol verilə bilən
dəyişməsinin son hədd kəmiyyəti də əvvəlcədən şərtləşdirilir. Qiymət
bütün kontrakt müddəti ərzində deyil, bu müddət daxilində, müəyyən
dövrdə, yaxud müəyyən əmtəənin göndərilməsi vaxtında sürüşkən ola
bilər.
Kontraktın yerinə yetirilməsi prosesində təsbit olunan qiymət.
Tərəflərin tətbiq etdiyi bu qiymətlər yeni əmtəə partiyalarının
göndərilməsi qabağı, yaxud növbəti maliyyə ilinin başlanması qabağı
uzunmüddətli kontraktlarda dəqiqləşdirilirlər və razılaşdırılırlar.
Kontraktda qiymətin qeydiyyat şərtləri (adətən uyğun seçim hüququ
alıcıya həvalə olunur), habelə, yeni qiymət səviyyəsinin hesablanması
metodu göstərilirlər.
38
Birжa əmtəələri ilə sövdələşmələrdə kontraktda hansı birжanın
katirovkaları üzrə, əmtəə qiymətinin hansı qaydada müəyyən olunacağı
və alıcı kontrakt qiymətini qeyd etməkdə öz arzusu haqqında satıcıya
hansı müddət ərzində xəbər verməli olacağı da qeyd olunur. Qiymət
göstərilməklə olan belə sövdələşmələr alıcının ərizəsi üzrə önkollar (on
call transactivn) adlanır.
Opsion qiymət yaranması . Opsion müəyyən vaxt dövrü ərzində
əvvəlcədən müəyyən olunmuş qiymət üzrə bu və ya digər aktivin
sərtləşdirilmiş həcminin satın alınmasını və satışını həyata keçirmək
(həm də mütləq olmayan) hüququnu özündə təmsil edir. Opsionun
həyata keçirilməsi haqqında qərar həmin opsionun sahibi tərəfindən
müstəqil surətdə qəbul olunur.
Arbitraж qiymət qoyulması şirkətdə olan müxtəlifliyi növlü
qiymətli kağızların gəlirliyinin çoxamilli qiymətləndirilməsinin təhlili
və proqnozlaşdırılması tətbiq edilir.
Kontrakt və şəkildəyişmə qiymətləri. Bu və ya digər məhsulun
göndərilməsi üçün kontraktların hazırlanması mərhələsində müqavilədə
göstərilən qiymətlərin müəyyən edilməsi üçün ya dərc olunmuş
qiymətləri, ya da hesabi qiymətləri əldə rəhbər tutmaq lazımdır.
Dərc olunmuş qiymətlər münasib xarakter daşıya bilən xüsusi
və firma informasiya mənbələrində əks olunurlar. Adətən, bu qiymətlər
müəyyən məhsul növünün daha məşhur və təsirli malgöndərənləri
tərəfindən tətbiq olunan dünya qiymətləri səviyyəsini əks etdirirlər.
Hesabi qiymətlər də kontraktlar tərtib olunarkən şərtləndirilən
qiymətlərin təyini üçün tətbiq olunurlar. Bu dərc olunmuş qiymətlər
müəyyən səbəblərə görə kifayət etmədikdə və anlaşılmaz olduqda dərc
edilmiş qiymətlərin uçotu ilə əmtəələrin göndərilməsi üçün ola bilən
kontraktlardır. Qeyri-standart, yaxud xüsusi avadanlığın və ya digər
əmtəə növlərinin göndərilməsi haqqında söhbət getdikdə, yaxud nadir
fərdi sifariş yerinə yetirmək tələb olunduqda, uyğun aparılmış
hesablamalardan əlavə, kontrakt danışıqları üçün ilkin qiyməti müəyyən
etməyin başqa üsulu yoxdur. Bu hal şək.1.10- da göstərilmiş və daha
sonra ayrıca nəzərdən keçirilir.
Dərc olunmuş qiymətlər aid edilirlər:
◊ Birжa kodirovkaları, birжa ticarətinin predmeti olan
əmtəələrin qiymətlərini təmsil edirlər;