19
Şəkil 1.5. Базар таразлыьынын ялдя едилмясинин
торвари модели
toru modeli adlanan şəkildə izah edilmişdir. Bu modelə uyğun olaraq, P
1
tələbatına uyğun olan q
1
ilkin qiyməti və Q
1
təklifi tapşırığından (q
1
2
və P
1
>Q
1
), bəzi qiymətlərin, tələbin və təklifin dəyişmələrindən sonra,
taraz qiymət və uyğun olaraq, bərabər tələb və təklif müəyyən olunur.
Şək.
1.5-
də
qurulmuş
modeldən
aydındır ki, tələb və təklif
dəyişmələri
(qiymətin
təsiri altında) arasındakı
nisbətdən asılı olaraq,
burada üç hadisə ola bilər:
a) tarazlaşdırma
prosesi
trayektoriyası
sonda
E
nöqtəsində
tarazlaşır;
b) tarazlaşdırma
prosesi trayektariyası E
nöqtəsindən daha çox
uzaqlaşır;
c)
tarazlaşdırma
prosesi trayektoriyası E
nöqtəsinə yaxınlaşmayaraq
və ondan uzaqlaşmayaraq daima tsikllər çəkir.
Bu üç hal şək. 1.6-da təsvir edilmişdir.
Şə
k. 1.6. Qiymətin bazar tarazlaşdırılmasının üç halı
q
1
q
e
г
P
1
, Q
1
P
e,
Q
e
P, Q
q
P,Q
q
P,Q
q
P,Q
20
Birinci hal - bazarın sabitliyinə, ikinci hal tarazlığın sabitliyinin
olmamasına, üçüncü hal qiymətlərin bazar tarazlığı ətrafında müntəzəm
dəyişməsinə uyğun gəlir.
Qeyd etmək lazımdır ki, bazar şəraitində fərdi və ümumi tələbi
(təklifi) fərqləndirirlər. Fərdi tələb (təklif) - ayrıca şəxsin, müəssisənin,
birliyin, ailənin və d. tələbidir (təklifidir).
Ümumi (məcmu) tələb (təklif) - bütövlükdə bazarda regionun,
sahənin, müəyyən alıcılar (satıcılar) kateqoriyasının, yaxud hətta bütün
milli iqtisadiyyatın tələbatıdır (təklifidir).
Qiymətlər böyük dərəcədə əhatəli marketinq (o cümlədən
maliyyə-iqtisadi) mühiti təsir göstərir. Bura kredit şərtləri, pul vahidi,
alıcılıq qabilliyyətinin dəyişməsi, ölkədə qızıl-valyuta ehtiyatlarının
mövcudluğu, əmtəələrin miqdarı və ümumi pul kütləsi arasındakı nisbət,
devalvasiya və onun haqqında şayiələr, mühit rəqabəti və s. aidddir.
Istehsalçı firma (satıcı) tərəfindən müəyyən olunan qiymətlər
səviyyəsinə müəyyən əmtəənin ünvanlandığı istehlakçılar dairəsinin
seçilməsi əhəmiyyətli təsir göstərir. Müəssisə tərəfindən buraxılan
məhsula yol verilən qiymətlər səviyyəsini müəyyən edən şəxslər
istehlakçıların hər bir kateqoriyasının xüsusiyyətlərini nəzərə
almalıdırlar.
Xarici və vətən iqtisadi ədəbiyyatında alıcıları onların müəyyən
etdikləri əmtəəyə müəyyən etdikləri qiymətə görə dörd kateqoriyaya
bölmək qəbul edilmişdir:
◊ Bir tərəfdən- təklif olunan əmtəələrin keyfiyyətini və çeşidini
diqqətlə izləyən alıcılar, digər tərəfdən - əmtəələrin qiymətlərini izləyən
alıcılar;
◊ Əmtəə «imici»nə, onun qiymətinə və özünə münasibətinə
diqqət yetirən alıcılar;
◊ Şüurlu məqsədlə bu və ya digər müəyyən istehsalçı firmanı
dəstəkləməklə aşkar surətdə daha yüksək qiyməti ödəməyə hazır olan
alıcılar;
◊ Ilk növbədə qiymətə deyil, əldə olunacaq əmtəənin istehlak
xassələrinə diqqət yetirən alıcılar.
Qiymətlərin dövlət idarəçiliyi bir neçə üsula həyata keçirilir.
Dövlət tərəfindən məhz bəzi əmtəələrə tətbiqən həyata keçirilən
qiymətlərin birbaşa təyinindən başqa, müəyyən əmtəə növlərinə
minimal və maksimal qiymət səviyyələri müəyyən oluna bilər.
21
Qiymətlərin faktiki ölçüləri bazar tarazlığı şərtlərindən asılı olaraq
müəyyən olunur. Ilk halda - əmtəə artıqlığı (baş verməsi mütləq deyil),
ikinci halda - əmtəə çatışmamazlığı meydana çıxa bilər.
Nəhayət, inkişaf etmiş bazar iqtisadiyyatı şəraitində dövlət
qiymətlərin üfüqi və şaquli qeyd edilməsi adlanan prosesə qarşı ola
bilər.
Ilk halda məqsəd əmtəə istehsalçılarının, həmçinin topdan və
pərakəndə ticarətlə məşğul olan şəxslərin sövdələşməsinin vaxtında
qarşısını almaqdır. Belə sövdələşmə nəticəsində müəyyən olunan,
qeydiyyatdan keçmiş qiymətlər, onların əsaslandırılması dərəcəsindən
asılı olmayaraq, buradan meydana çıxan bütün pis nəticələri ilə qeyri-
qanuni hesab olunur.
Qiymətlərin şaquli qeydiyyatı o halda baş verir ki, topdansatış
işçisi öz əmtəəsini onun tərəfindən müəyyən olunmuş qiymətlər üzrə
satışını tələb edir. Beləliklə, pərakəndə satış qiymətləri yüksək müəyyən
edilir, bazar şərtləri ilə müəyyən edilmirlər. Lakin istehsalçılar və
topdansatış ticarətçiləri öz əmtəəsini müxtəlif alıcılara eyni şərtlərlə
təklif etməlidirlər.
Dövlət də, alıcıları cəlb etmək və rəqiblərini aradan götürmək
məqsədi ilə müvəqqəti olaraq öz məhsulunu onun maya dəyərindən
aşağı satmağa imkan olan iri müəssisələr tərəfindən edilən təzyiqdən
kiçik biznesi müdafiə etmək üçün tədbirlər görülür. Xüsusilə bu, çörək,
süd məhsulları, spirtli içkilər və digər kimi gündəlik tələbat
məhsullarına aiddir.
§1.3.QIYMƏTLƏR TƏRƏFINDƏN YERINƏ YETIRILƏN
FUNKSIYALAR
Beləliklə biz gördük ki, əmtəələrin hərəkətində və bu hərəkətin
iqtisadiyyatın ümumi vəziyyətinə təsirində qiymətlər olduqca
əhəmiyyətli, həm də çox vaxt həlledici rol oynayırlar. Başqa sözlə,
qiymətlər ancaq özlərinə xas olan bir sıra funksiyalar yerinə yetirirlər.
Qiymətlərin ümumi funksiyalarını onların hər bir konkret müxtəlif
növlərini, o cümlədən yuxarıda nəzərdən keçirilmişləri də özünəməxsus
hesab etmək olar.
Müasir iqtisadi elmdə qiymətin altı funksiyasını fərqləndirmək
qəbul olunmuşdur. Bu funksiyaları ətraflı surətdə nəzərdən keçirək.
1. Qiymə
tin uçot funksiyası. Qiymət özünün son şəklində
bazarda müəyyən olunur. Faktiki olaraq o, öz əmtəəsini satışa
hazırlayan satıcının əldə etmək istədiyi qiymətdən nəzərə çarpacaq