A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə17/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   13   14   15   16   17   18   19   20   ...   82

suliyyətini  əsərə gətirir.  Ceyran  bir bəhanə  rolunu  oynayır 
və həm də maddi  sübutdur.  Sona arvad ceyranla bağlı onu 
gözləyən  pis  halları  da  nəzarətindən  yayındırmır.  Yüksək 
dairədə ceyran  məsələsi  gündəmdədir.  Və  Sonanın  "Cey­
ran  qaçdı,  evim  yıxıldı!"  nidası  səslənir.  Artıq  bədii  zəmin 
yaranmışdır.  Və  operativ  axtarış  üçün  də  imkan  yetişmiş­
dir:  ceyran  yolun  sağ  tərəfinə  qaçmışdır.  Fətişoğlu  əlində 
qamçı  kola  soxulur.
M.Cəlal  misterin  cəh-cəlallı  mənzilini  təsvir  edir.  Bu, 
haradandır,  bəlkə  İngiltərədən  gətirilmişdir?  Bizimdir,  mə­
dəndə  aşağı  və  orta  işçi  qüvvəsi  azərbaycanlılardır,  bir 
parça çörəyə  də  möhtac onlardır.  Analoji  vəziyyət həqiqə- 
tənmi  tarix təkrarlanır!  Həqiqətdir.  XXI  əsrdə də həmən  in­
gilislərin  nəvə-nəticələri  Bakıya,  onun  neft yataqlarına  sa­
hib  "çıxdılar”;  kəskin  səslənməsin:  Milyardlarla  sərmayə 
qoydular(!),  nefti  bizim  mühəndislər,  neftçilər üzə çıxartdı­
lar.  Özləri  yüksək  dolları  ciblərinə  basdılar,  bizimkilərə 
uşaqxərcliyi  ötürdülər.  Mir Cəlal bu prinsipial məsələni  30- 
cu  illərdə  qələmə  almışdı  və  mərhum  sənətkarımızın  ağlı­
na  gələrdimi  60  ildən  sonra  tarix  təkrarına  gəlib  çıxacaq­
dır?!  Nikbin  olaq...
Sona  arvadın  bizə  kəskin  kinayəli  ittihamı:  "Doydaq 
bilməyən  müftəxorlar -  kənd-kəsəyin  ağ gününü-güzəranı­
nı,  işığını  oğurlayub gətiriblər.  Onlar xalqın ağ gün ümidlə­
rini  oğurlamağa  gəliblər.  Budur,  hər  yerə  süpürgə  çəkib, 
özlərinə zərziba qayırırlar. Onların caynaqlı əllərində balta, 
dişlərində qılınc,  ayaqlarında  nallı  çəkmələr var!
Bu  toxumu  torpağa  kim  saldı?  Bizi  bu  günə qoyan  gü­
nün  yansın!  İngilisin  yolunu  bura  salan,  varı  yolda can  ve­
rəsən,  gün  işığına  həsrət qalasan!  (fərqləndirmə bizimdir).
Tarix  doğrudanmı  təkrarlanır?  Və  öz  dövründə  yaşa­
yan  insanlarındamı  xarakterini  özünə  tabe  edir?  İctimai
--------------------------------------- 
6 6
_______________________
quruluş  adət  olunmuş  şəkildə  təkrarlanan  bir  sıra  situasi­
yalarla  xarakterizə edilir.  Belə vəziyyətlərdə  insanlar əxla- 
qi  seçim  etməyə borcludurlar və  konkret optimal qərar qə­
bul  etməlidirlər.  İctimai  rəy bu cür situasiyalara əhəmiyyət 
verməli,  qiymətləndirməlidir.  Səlahiyyətlilər  üçün  bu  qiy­
mət,  seçim  davranışın,  ictimai  müstəvidə-əxlaqın  mövcud 
etalonunda  möhkəmlənməlidir,  hətta  keçmişdəki  mənfi, 
ziddiyyətli  proseslərə  xalq,  millət  mövqeyindən  yanaşma­
lıdır.  Bu  vəziyyətin  müsbət  həlli  ictimai  xadimlərin  fəaliy­
yəti,  fədakarlığı,  aidiyyəti  məmurların  müsbət seçimi  kimi 
nəhayət ananın  qayğısına cavab kimi  nəzərə alınır və qiy­
mətləndirilir.  Və  bu  əxlaq,  davranış  xətti  cəmiyyətdə,  so­
sial  qruplarda digər mənəvi  etalonlarda nümunəyə çevrilir. 
Sona  arvad  məhz  sinfin  nüfuzlu  etalonu  nümunəsində  ti­
pik  bir obrazdır.
Romanın  daha  bir  parlaq  epizodu:  tabelik  və  istismar 
normalarının  iyerarxiyası  konflikti.  Sona  arvadın  iyirmi  il­
dən, artıq  yük  yerində  olan  Yusif-Züleyxa  xalçası.  Sona 
ananın  yrəyincə  olan  bir  milli  sərvəti.  O,  "hər dəfə  evi  tö­
küşdürəndə  qatını  açır.  "Yusif-Züleyxanın  üzünə  doyunca 
baxar,  yenə səliqə  ilə dörd qatlayıb yerinə qoyardı.  "Mura­
dım  var,  arzum  var"  -  deyən  Sona  arvad  xalçanı  satmaq 
məcburiyyətindədir.  Mərdanın həbsilə bağlı  ona pul gərək­
dir.
Oxuyuruq:  "İndi  budur. Sona  "Yusif-Züleyxa"sını  qoltu­
ğuna  vurub  bazara  aparmalı  olmuşdur.  Uşaqlarına  çörək 
pulu,  namərd  əlində  qalmış  Mərdana-dustaq  oğluna  xərc­
lik,  rüşvət pulu tapmaq  üçün  son  ümidini-  xalçanı  satmalı­
dır  (fərqləndirmə  bizimdir).  Mir  Cəlalın  müasirliyi,  onun 
yaradıcılığının  əbədiliyi  daha  bir  nüansda  özünü  göstərir; 
bu dəfə xalça cəmiyyətdə kök salmış neqativ halların  ifşa­
sına  yönəlir.  Məsələyə  qayıdaq.  Xaricilər,  xüsusilə  ingilis­
__________________ ____  
67
  --------------------------------------


lər məmləkətimizdə  sərbəst,  xozeyin  iddiası  ilə gəzib-do­
lanırlar.  Çünki  Azərbaycan  onlar  üçün  yaxşı,  təkrarsız 
xammal  diyarıdır.  Biz  bunu  görüb  əsəbiləşirik,  bəzi  mə­
murlarımız  hətta paytaxtımız  Bakının  milli  görkəmini,  kolo­
ritini,  görüm  elementlərini  dəyişməyə,  xarici-ingilis dilində 
"xüsusi  isinilər’’  yazmağa,  adlandırmağa  imkan  yaratmış­
lar.  Bunlar,  şübhəsiz məmurlarımızın  rüşvət,  sərvət hissilə 
əlaqədardır.  Düşək-dəmiryolu  vağzalından  başlayaq  Bakı­
nı  gəzməyə...milliliyimizdən  soraq  verən  yalnız  küçə  səli­
qəsizliyinin  şahidi  olarıq.
Belə  görünür,  bizlərin  xeylisi,  məsul  şəxsləri  Azərbay­
canı, onun  Bakısını xaricilərin ixtiyarına buraxmışlar.  Sona 
arvadın yaşadığı  dövrdə də belə  imiş!  "Sona da  bir çoxla­
rının  diqqətini  cəlb  edən  gödək  tuman,  baldıraçıq,  boz, 
kütsifət  və  qəribə  libaslı  bir  adama  baxırdı.  "İngilis”  deyə 
adamlar  bir-birinə  göstərirdilər.  İngilis  burada  iri  və  məğ­
rur  addımlar  ataraq,  istədiyi  hər  şeyə  diqqət  yetirir,  heç 
kəsdən  məsləhət  soruşmur,  heç  nədən  çəkinmirdi.  Adam­
lar ona sümsuk  itə  baxan  kimi  ikrah  və  nifrətlə  baxırdılar. 
Sanki  bu  baxışlar  deyirdi:  -Bunu  bizim  içimizə  buraxan, 
atana  lənət!"
Mir Cəlal özünə qədər heç bir yazıçının görmədiyi ədə­
bi  cəsarəti  Sona  obrazında  çəkinmədən  etdi;  bu  gün  biz 
bunun  şahidiyik.  Bakını  gəzirik,  reklamlara  nəzər və  qəh­
qəhə  ilə  baxırıq:  əcnəbi  qəribə  adlar,  əcnəbi  eybəcər  şə­
killər.  Tarixi  ənənələrə  malik,  bütün  dünyada  Neft  Akade­
miyası  kimi  tanınan  Bakının  milli  sərvətini ötürmüşük ingi­
lislərə,  nə  bilim,  hansı  şirkətlərə.  Əcayib  geyimdə  də  bi­
zimlə  yanaşı  küçələri  gəzirlər.  Dəfələrlə yerli  neftçilərə ve­
rilən  məvacib  üstə  sakit  toqquşmalar;  "kövrək  aksiyalar" 
baş  tutmuşdur.  Bəlkə  onların  içərisində  Sona  arvadın  nə­
ticələri  də  haqq  səsini  uçaltmışdır?!  Bəlkə  Sona  ilə,  onun 
intizarla  gözlədiyi  xalçasını  satmaq  ümidiylə  bizim  neftçi
--------------------------------------- 
6 8
_______________________
fəhlələrin,  mühəndislərin  Zaman  və  Məkan  paralelinə  nə­
zər  yetirək.  Ən  haqlı  həqiqəti  Mir  Cəlal-  böyük  ədibimiz 
təsvir etmişdir:  "Sona  kənara,  ev şeyi  satılan  kənara çəki­
lib boğçasını  açdı.  Xalçanı  təmiz yerə  salıb yaşmağını  ağ­
zına çəkdi,  bir daşın  üstündə çömbəldi.  İntizarla  baxmağa 
başladı.  Onun  gözləri  dərində  idi.  Bu,  sifətinə  qaşqabaqlı 
diliacı adam xarakteri verirdi. Bir az yana dönəndə, bəbək­
ləri  gözünün  küncünə  çatanda,  bu  təsir  daha  da  artırdı. 
Deyərdin  bu  baxışlar  bir  fəlakət  ocağınn  təsirini  göstərir. 
Çənəsinin  gödəkliyi  qədər, yanağımın  çıxıqlığı-  əzab,  izti­
rab,  dodaqlarının  solğunluğu-  qayğı  əlaməti  idi!!"
Mən  öz  haqqını-hüququnu  tələb  edən  neftçilərimizi 
Sona arvadın daxili və xarici  əlamətlərilə müqayisədə tam 
oxşarlıq  tapmaq  niyyətinə  düşməmişəm.  Lakin  Sonanın 
arzuladığı  inqilab  qalib gəldi  və  məğlub da oldu,  müstəqil­
lik  cücərdi  onların  yerində,  bəs  niyə  xaricilərin  önündə 
əyilməliyik,  büzüşməliyik?  Milli  sərvətə  göz  dikib  soranlar 
Sonadan qalma "Yusif-Züleyxa"  xalçasını  da qapıb ölkələ­
rinə  aparacaqlar.  Qeyrətli  Sona  arvad  bu  yola  "veto"  qoy­
muşdu,  amma  bir  çox  məmurlarımız  milli  dəyərlərimizi- 
antikvarlarımızı  ölkədən  çıxarıb,  xaricə  ötürdülər
Mir  Cəlalın  müasirliyinin,  vətənpərvərliyinin  qlobal 
miqyasını  bunda axtarmalıyıq və bunun üçün bizə qadağa 
qoymazlar; elə isə zəhmət çəkib böyük sənətkarımızın  "Bir 
gəncin  manifesti"  romanını  oxuyalar və  dərindən  düşünə­
lər.  Mir  Cəlalın  yazıçı  təxəyyülrü,  uzaqgörən  fantaziyası 
gerçəkliyi  proqnozlaşdırmağı  bacardı  və  gələcək  nəslə 
ötürdü.  Məşhur yazıçı  Henrix  Bölldə belə bir fikirlə Mir Cə­
lal  həqiqəti  səsləşir.  H.  Böll  yazırdı  ki,  bizim  fantaziyaları­
mız da gerçəklikdir,  reallığın töhfəsidir və bu fantaziya,  bu 
töhfə  bizə  ona  görə  verilib  ki,  faktları  araşdırıb,  onun  ara­
sında  gizlənən  gerçəkliyi  aydınlaşdıra  bilək.
Mir Cəlal  bədii  həqiqətin  meyarını  reallaşdırmışdır.  Və
_______________________
69
  ----------------------------------------


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə