A L l a h V e r d I emi nov mir cəlalin



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə19/82
tarix04.02.2018
ölçüsü176 Kb.
#23902
1   ...   15   16   17   18   19   20   21   22   ...   82

ni  gizlədə  bilmədi,  nə  isə  dedi  "  Bu,  müştəri  baxışda 
misterin  istehsal predmetinə- xalçaya  marağını  gücləndirir 
və  artıq  onun  düşüncəsinə  yer edir,  gələcək  həyat-məişət 
tərzinə  güclü  təsir göstərəcəyini  təsəvvüründə canlandırır. 
Bu,  ona  məxsusdur.  Sona  arvad  isə əxlaqi  cəhətdən vətə­
ninin  bir  gözəllik  nümunəsini  itirməkdən  əslində  qorxur. 
"Yusif-Züleyxa"  xalçasının  ingilisə  satılmaması  hissi  onda 
əxlaqi  hərəkət  seçimi  tələbatını  reallaşdırır.  Və  onun  dav­
ranışı  vətənpərvərlik  motivlərini  şərtləndirir.  Sona  arvad 
xoşbəxtliyini  bunda  tapır  və  qəribə,  yaxşı  mənada  yazıçı 
priyomudur.
Mərhum  filosofumuz,  professor  Ziyəddin  Göyüşov 
haqlıdır  ki,  tələbat  insan  marağını,  məqsədini  müəyyən­
ləşdirir,  buna  nail  olmaq  üçün  onun  qüvvəsini  səfərbərliyə 
alır  və  bu  mənada  təlabat  obyekti  insan  beynində  inikas 
olunaraq  motivləşir,  insanı  müəyyən  məqsəd  uğrunda fəa­
liyyətə  sövq  edir.  Böyük  etik  -  filosofun  bu  qənaətini  -  So­
na  arvadın  içərisində  yaranan  daxili  tələbatına-  motivinə 
müncər  edə  bilərik.  Deməli,  yeri  gələndə  tələbat-ehtiyac 
vətənpərvərlik hissinin  əsasını  təşkil  edir.
Mənəvi  tələbatı:  milli-maddi  neməti  yada  satmaq  mə­
nəvi  dəyərə çevrilir,  Sonanın şəxsiyyətini  daha da zəngin­
ləşdirir.  Amma  bu zənginlik ehtiyacla qoşalaşır və rəqabə­
tə girir.  Bəli,  ehtiyac insanda  əbədidir.  Marks da əbəs  de­
məmişdir  ki,  zəngin  adam,  eyni  zamanda  həyatın  ən  dol­
ğun  insani  təzahürünə  ehtiyac  duyan  adamdır.  Sonanın 
bir ana  kimi  arzusu  xalçanı  satmaq  ehtiyacını  doğurubsa, 
onun əzab,  iztirab vermək məqamı da yox deyil.  Bu baxım­
dan  yox  ki,  xalça  uçuz  qiymətə  satılır,  yaxud  satılmışdır; 
xalça  yadelliyə  qismətdir  və  öz  yurdunu  tərk  edəcəkdir. 
Sonanı  düşünüdürən,  hətta  gənc  bir  fəhlənin  də  ürəyini 
ağrıdan  budur.  Mir  Cəlal  bu  ağrını  Sonanın  həyəcanında
--------------------------------------- 
74
  _______________________
təsvir edir və özü də acıyır situasiyaya:  "Sona əli  ilə xalça­
nın  ucundan  tutduğu  halda  dayananlara  baxdı.  O,  ürəyin­
dəki  həsrət  və  təəssüfün  bir çoxlarına  təsir  etdiyini,  onlar 
üçün  ağır olduğunu  sezdi.  Tacirə  dedi:-On  qızıl.
Kimsə  dizinə  çırpdı.  Bir cavan fəhlənin  elə  "boy!”  səsi 
çıxdı  ki,  deyərdin  oğlanın  ürəyinə  güllə  dəydi."  Demək, 
xalçanın  satılması  yalnız Sona arvadın qəzəbi,  kədəri  yox, 
ətrafdakı  yerli  adamların  da  təəssüfünə  səbəbdir;  fərdilik­
dən  çıxır,  kütləviləşir.  Və  daha  kəskin  qəzəbə  çevrilir: 
"Verin,  verin,  aparsın,  fahişələrə  fərş  eləsin!"  nidası  yazı­
çının  da  cəsarətiydi.
Söhbət 30-cu  illərdən gedir...Sona həssas qadındır,  la­
qeyd  deyil,  ətrafının  yaşantısını  içərisindən  keçirir:  "O, 
özünü  ümumi  bir təəssüf  rəyilə,  yalnız özünə deyil,  başına 
yığışan  adamların  hamısına  üz  verən  ağır  bir  müsibətlə 
əhatə  olunmuş  hiss  etdi.  Cavan  fəhlənin  sözləri  Sonanın 
qulaqlarında bir çağırış  kimi  səsləndi.  Onun  zehnində  na- 
gəhani,  qəribə  bir şam yandı.  Bu  şamın  alovu  yarpaq  kimi 
əsib  sonra  qalxdı,  böyüdü,  qadının  bütün  xəyallarına  işıq 
verib  aydınlaşdı.  Qadın  birdən-birə  ürəyində  özü  ilə,  öz 
daxili  aləmi  ilə danışmağa  başladı  "
Daxili  dialoqunda  onun  qəzəbi  acizliyini,  zəmanənin 
saldığı vəziyyəti  işıqlandırır,  suallar doğurur.  Müəllif  Sona­
nı  xəyalən  İngiltərəyə,  onun  Londonuna  aparır,  lakin  bu 
şəhər onda  yalnız  kin,  qəzəb  oyadır,  çünki  bu  xalça  onla­
rın  sərvətinə  çevriləcəkdir:  "Uzaq  və  böyük  bir  şəhər  bə­
zəkli  bir imarət və ev Sonanın qarşısında durdu.  Həmin bu 
boz,  baldırıaçıq  ingilis  içərək  keflənib  çarpayıya  uzanmış, 
divardan  asılı  Azərbaycan  xalçasına xal vuran  barmaqları­
na baxıb nəşələnir.  Küt sifətinə gülüş yayılır".  Bədəni  gizil­
dəyir,  varlığı  sarsılır.  Sanki  yaşadığı  diyarın  ən  qiymətli 
sərvəti  qızılla  əvəzlənir.  Lakin  bu  iztirab,  əzab  onun  arzu­
___________________ ______  
75
  --------------------------------------------------


sundan  qat-qat  yüksəkdə  dayanır,  qiymətlidir,  nüfuzludur 
və  ilaxır.  Arzusuna  müqabil  xalçanı  ingilisə satmış olsaydı 
necə?  Fərdi  xoşbəxtlik,  fərəh təmin edilərdi.  Əvəzində bö­
yük  və  istedadlı  bir  millətin  yaradıcı  mədəniyyət  nümunə­
si  Londonun par-parıldayan divarlarını bəzəyirdi və bir kef­
li  ingilis  bu  bərq  vuran  "Yusif-Züleyxa"  xalçasını  özünün­
küləşdirərdi.
Maksim  Qorki  vaxtilə  yazmışdır  ki,  əzab,  iztirab  insa­
nın  arzularından  doğur.  İnsannın  elə  arzuları  var ki,  təqdi­
rə,  hörmətə  layiqdir,  elə  arzuları  da  var  ki,  buna  layiq  de­
yildir.  Siz insanın elə arzularını  yerinə yetirməyə çalışın ki, 
bunlar  onun  sağlam  və  güclü  olması  üçün  zəruridir,  onlar 
"insana  nəcabət və  ülviyyət verir".
Sona  "Yusif- Züleyxa" xəttində vətənpərvərlik duyğula­
rı  müqəddəs  motivlərlə  müşayət  olunur.  Vətən  sevgisi  və 
bu sevgiyə mənəvi-maddi  tələbat Sonanın  psixi  gərginliyi­
nin,  həyəcanlarının  əsasında  durur  və  vətən  sevgisinin 
şüurlu  subyekti  kimi  bu  hissi  başa  düşür  və  idarə  etməyi 
bacarır, həyati  mışahidə,  gendəngəlmə torpaq sevgisi  qar­
şısına  çıxan  uğursuzluqdan,  gərgin  dövrdən  yaranan  af- 
fektiv  gərginliyin  şiddətini,  dərinliyini,  mənəvi  yükünü 
azaltmır.  Sona  bilir,  əmindir  ki,  xalçanı  qızıl  pullara  satar­
sa,  məhəbbətinə  xəyanət  etmiş  olur,  onu  sarsıdır;  deməli, 
belə  bir affektdə  o,  özünü  ələ  alır,  yaranmış  vəziyyəti  qiy­
mətləndirir, çıxış yolunu tapır,  özündə vətənpərvərlik hissi­
ni  dərhal  təlqin  edir;  əslində canında-ruhunda  olanı  hərə­
kətə gətirir:
"Sonaya  elə  gəldi  ki,  ingilis  onun  barmaqlarına,  onun 
vurduğu xallara,  yaratdığı  naxışlara baxır.  İngilis onun özü­
nə  baxmaq  istəyir.  Alçalmış  şərəfinə,  satılmış  heysiyyəti­
nə,  təhqir olunmuş  mənliyinə baxmaq  istəyir.  Qızıl gücünə 
satın  alıb  apardığı,  kəniz  kimi  qabağında  dayanmağa
--------------------------------------- 
7 6
_______________________
məcbur etdiyi  Azərbaycan qızına,  lap  Sonanın  özünə,  hə­
lə  adaxlanmamış,  cavan  simasına  baxmaq  istəyir."
Sona  mənim  qənaətimdə  xoşbəxt  azəri-türk  qadınıdır, 
bir  sıra  səbəblərdən  asılıdır:  Birincisi,  onun  yüksək  həyat 
amalı  tükənməmişdir,  öz  ideallarını  itirməmişdir.  İkincisi, 
onun fiziki və mənəvi  potensialı  harmonikdir, sağlamdırsa, 
ruhu ölməzdir, əzəmətlidir.  Üçüncüsü,  milli  sərvətinin qəd­
rini  hər şeydən  üstün tutur,  heç bir qiymətə dəyişmir.  Dör- 
dünçüsü,  ən  ağır,  dözülməz  həyatı  yaşasa da  inamsız  de­
yil,  övlad  məhəbbətini  bir  an  da  varlığından  qovmur.  Be­
şincisi  namusunun  keşikçisi  məhz  özüdür,  soy-kökündən 
gəlmə instiktivdir.  Bu  komponentlər əxlaqi  idealı  birləşdirir 
və  tamamlayır.  Mir  Cəlal  bu  obrazla  digər  qəhrəmanların 
xarakterinə  işıq salır.  Yazıçı  estetik prinsiplərə,  bədii  üslu­
ba  sadiq  qalmaqla  əxlaqi  idealla  insan  xarakterinin  ən 
ağır,  kritik  vəziyyətlərdə  təkmilləşməyə  məhkumluğun  tə­
rəfində dayanır.  Obrazı  (lari)  əzilsə  də.  təhqirə  məruz  qal­
sa da fəaliyyətlərində,  məqsədlərində ucada dururlar, çün­
ki  məqsədin  reallaşmasına  cəhd  göstərirlər.  Mir  Cəlal  bir 
alim  intellektilə  bədii  obrazların  estetik  çalarlarını  ideal 
əxlaqa yaxınlaşdırır.  Və oxucunun strateji  ədəbi-bədii  ma­
rağını  gözləyir (budur, yetmiş ilə yaxındır roman dünən ya­
zılmış  əsər  kimi  oxunur);  oxucu  tələbatının  əxlaqi  təkmil- 
ləşdirilməsini  nəzərə  almışdır.  Unutmayaq  ki,  bədii  əsər 
hansı  dərin  məzmunda  və  yüksək  həcmdə  olursa,  estetik 
tələbatını  ödəyə  bilməz və bu  yazıçı  taleyi  üçün  fəlakətdir. 
Dahi  Çarlz  Darvin  həmvətəni  Misterdən  fərqli  zövqlə  de­
mişdir ki,  estetik zövqlərin  itirilməsi  xoşbəxtliyin  itirilməsi­
nə  bərabərdir,  ona görə  ki,  bu,  bizim təbiətimizin  emosio­
nal  cəhətini-zəiflətdiyindən  əqli  və  əxlaqi  qabiliyyətimizə 
mənfi  təsir göstərir.
Mir  Cəlal  romanda  utilitarizmdən  qaçmış  romançıdır.


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə