A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə135/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
1   ...   131   132   133   134   135   136   137   138   ...   149

 

421


qəzet oxuyanlara kömək məqsədi ilə tərtib olunmuşdu. 

Lüğətin lüğətçilik tariximizdə mühüm yer tutmasının əsas 

səbəbi onun səhifələrində hər iki dilə – Azərbaycan və rus 

dillərinə dair ictimai-siyasi terminlərin verilməsidir. Mütə-

xəssislərin qeyd etdiyi kimi, bu lüğət tərcümə lüğətindən 

çox, izahlı lüğət xarakteri daşıyırdı. Məsələn: 

İ t t i h a m n a m ə  (ər. for.) – bir töhmət və cinayət üstə 

tutulmuş adam haqqında məhkəməyə verilən təqsir kağızı, 

обвинительный акт

İdarə  (ər.) – dövlət işlərinin dolandırılması, 



правление

Lüğətdə həmçinin rus dilinə məxsus sözlərin də izahı 



və şərhi verilmişdir: 

Офицер


 – zabit: 

официальный

 – rəsmi; 

охранное 

отделение

 – mühafizə şöbəsi və s. 

Doğrudur, Azərbaycanda Sovet hakimiyyətinin ilk 

illərindən hazırkı dövrə qədər bir sıra ikidilli və izahlı 

lüğətlər çap olunub və həmin lüğətlərdə az miqdarda 

ictimai-siyasi terminlər də öz əksini tapıb. Lakin ictimai-

siyasi terminləri əks etdirən mükəmməl bir izahlı lüğətə 

böyük ehtiyac hiss olunur. 

Tərcümə ədəbiyyatı vasitəsilə dilimizin lüğət 

tərkibinə keçən terminlərin böyük bir qismi hərbi 

terminologiya ilə bağlıdır. Onu da qeyd edək ki, tərcümə 

əsərləri mövzu rəngarəngliyi baxımından çox zəngindir. 

Belə ki, hadisələr gah şəhər mühitində, sadə kənd 

həyatında, gah da döyüş meydanlarında, hərbi dairələrdə 

gedir. Ümumiyyətlə, bədii ədəbiyyat real həyatı əks etdirir

real hadisələri canlandırır. Bədii ədəbiyyatda işlədilən dil 

vasitələri də müəyyən bir dövrün sinxron linqvistik 

xüsusiyyətlərini özündə əks etdirir. 

Sovet dövründə yazılan əsərlərin mühüm bir qismi 



 

422


inqilabın qələbəsinin ilk illəri, xüsusən ilk quruculuq dövrü 

ilə bağlıdır. Həmin dövr hadisələrinin təsviri üsullarından 

asılı olaraq bədii ədəbiyyatda da müvafiq terminoloji 

vasitələrdən istifadə edilmişdir. Həmin əsərlərin məhz 

təsvir olunan hadisələrə yaxın dövrdə tərcümə edilməsi ilə 

işlədilən terminoloji leksika da müəyyən dərəcədə 

mühafizə edilmişdir. Qeyd etməliyik ki, sovet dövründə, 

xüsusən ilk mərhələlərdə ədəbi dilin ən mütəhərrik sahəsi 

olan leksik səviyyəsində tez-tez dəyişmələr baş verirdi. Bu 

dəyişmələr, bilavasitə o dövrlərdə edilən tərcümə əsər-

lərində də öz əksini tapırdı. Rus dilinə məxsus bir çox 

vahidlər ya əvvəlcədən Azərbaycan dilində mövcud olan 

ərəb-fars mənşəli sözlərin əvəzində işlədilirdi, ya da rus 

dilindəki qrammatik formalar, müəyyən dərəcədə Azər-

baycan dilinə də müdaxilə edirdi. Bütün bu xüsusiyyət 

bədii tərcümə dilində işlədilən terminlərdə öz əksini tapırdı. 

Müasir dövrdə həmin terminlər artıq ədəbi dil qanunları 

üzrə dəyişdirilmiş və sabitləşdirilmişdir. Bəzi terminlərin 

tərcümə ədəbiyyatında mühafizəsi isə müəyyən tarixi 

dövrün real şəkildə canlandırılması, həmçinin dilin lüğət 

tərkibində baş verən dəyişmələrin müqayisəli öyrənilməsi 

cəhətdən nəzəri cəlb edir. Sovet dövrünün ilkin 

mərhələlərini, lüğət tərkibində həmin dövrə aid inkişaf və 

dəyişmələri əks etdirən terminlərdə aşağıdakı xüsusiyyətlər 

mühafizə edilir: 

1. Rus dilindən keçən və Azərbaycan dilində müəyyən 

qarşılığı mövcud olan sözlərin işlədilməsi. Bu qrupa daxil 

olan sözlərin özlərini də iki qrupa ayırmaq olar. Bunlardan 

birincisi, rus-Avropa mənşəli sözlərin Azərbaycan dilinin 

öz sözlərinin, ikincisi isə ərəb-fars mənşəli sözlərin 

əvəzində işlənməsidir. 

Sosial-siyasi hadisələrlə bağlı olub ilk mərhələlərdə 




 

423


Azərbaycan dilində işlək olan, həmçinin tərcümə ədəbiy-

yatında mühafizə edilən sözlərdən bandit, banda, soldat 

sözləri maraqlı xüsusiyyətlərə malikdir. Məlumdur ki, 

Azərbaycan dilində bandit  sözünün  quldur, soyğunçu, 

banda  sözünün isə quldur dəstəsi mənaları vardır. Soldat 

sözünün tam qarşılığı kimi əsgər  sözü mövcuddur. Lakin 

sovet dövrü Azərbaycan ədəbi dilində bandit, banda və 

soldat  sözlərinin normalaşmış leksik vahidlər kimi 

işlədilməsinin xüsusi cəhətləri də var idi. Belə ki, quldur, 

soyğunçu  və həmçinin quldur dəstəsi kimi söz və ifadələr 

Azərbaycan dilində daha ümumi xarakter daşıyırdı. Bu 

sözlər, bütün dövrlərdə yol kəsməklə, soyğunçuluqla 

məşğul olan adamlara və ya dəstələrə verilən nomenklatur 

ad idi. 


20-ci illərdən sonra isə bandit  sözü, ümumiyyətlə

yolkəsən, soyğunçuluq edən yox, bilavasitə hökumətin 

düşməni kimi dağıntılıq törədən, yanğınlar salan, rəhbər və 

fəallara qəsd edən, təxribatçılıqla məşğul olan adamlara 

deyilirdi. Deməli, bu sözlər müəyyən dövrdə öz məna 

xüsusiyyətlərinə görə bədii ədəbiyyatda həm də üslubi bir 

priyom kimi işlədilmişdir. Bədii tərcümədə onların 

mühafizəsi ilə bir tərəfdən dilin müəyyən sinxron qatı 

nəzərə çarpdırılırsa, digər tərəfdən üslubi tələblər gözlə-

nilmiş olur. 

Aşağıdakı misallarda həmin xüsusiyyətin öz əksini 

tapmasını müşahidə etmək olur: – Buraya, b a n d i t  

Maxnonun keçmişdə ağalıq etdiyi bu yerlərdə pər addımda 

təxribat izləri vardı (N.Ostrovski); Qatı  b a n d i t l ə r ,  sabiq 

zabitlər, sağ və sol eserlər öz qüvvəsi və imkanı daxilində 

əlinə hakimiyyət alırdı (N.Ostrovski); B a n d a - n ı n   vur-tut 

iki-üç başkəsəni vardı (N.Ostrovski). 

Soldat  sözü öz mənasına görə hərbi terminologiyaya 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə