32
("Torpaq. Dəniz. Od. Səma", "Gün keçdi", "Dədə Qorqud" - ilk iki
seriyalı Azərbaycan filmi, "Dantenin yubileyi", "Üzeyir ömrü",
"Ötən ilin son gecəsi", "Qəm pəncərəsi", "İmtahan", "Əlaqə",
"Təhminə", "Otel otağı"), bir neçə sənədli və televiziya filminin
("Dəniz", "Qobustan", "Daş saatın səsi", "Qədim Gəncə - Yeni
Gəncə", "Bu - Səttar Bəhlulzadədir", "Bu - Cavaddır", "Dindirir əsr
bizi", "Evləri köndələn yar") ssenari müəllifidir. "Dantenin yubileyi"
filminin (Gülbəniz Əzimzadə ilə birlikdə), habelə iki seriyalı "Üzeyir
ömrü", "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.
Bir çox nəsr əsərlərinin səhnə və ekran variantını yaradan Anar
sanki sənətin bu yeni imkanları ilə həyat dramaturgiyasının daha
gizli qatlarını, cizgilərini üzə çıxarmaq, onları daha görüntülü etmək
məqsədi daşıyır. Bütövlükdə Anarın səhnə və ekran əsərləri
qədərincə cazibədar və geniş tamaşaçı auditoriyasının davamlı
marağına səbəb olan əsərlərdir. Onun əksər filmləri, televiziya
tamaşaları neçə illərdir ki, dəbdəndüşməz şuxluğunu saxlamaqda,
dərinliyi, istiliyi, məlhəmliyi, temperamenti, kəsərliliyi ilə
mənəviyyatımızda duyğu-düşüncə bolluğu yaratmaqdadır. Artıq
Azərbaycan kinosunun klassikasına çevrilmiş "Dədə Qorqud"
filminə, "Evləri köndələn yar" televiziya tamaşasına hər il (bəzən bir
neçə dəfə) baxılır, fəqət doyulmur. "Dədə Qorqud" filmi kimi bir
sənət örnəyi Azərbaycan olduqca var olacaq, zərifliyin və
qəhrəmanlığın ölməzliyini zaman-zaman göstərəcək və bəlli edəcək
ki, milli sənət və mənəviyyatımız məhz belə örnəklər təməlində
əbədi yaşarılıq və törədiçilik gücündədir. Hələ iyirmi il öncə
Türkiyədə nümayiş etdirilən və məşhur "Spartak" filmi ilə
tutuşdurulan "Dədə Qorqud" filmi haqqında Ergün Gözə əbəs yerə
yazmırdı: "Dədə Qorqud" filmi göstərdi ki, bizim nağıl dediyimiz və
ya deməyə məcbur edildiyimiz "Dədə Qorqud"da 16 dövlət qurmuş
bir millətin mənəvi zənginliklərinin hamısı var. Elə əxlaqi mühtəva
var ki, insanlığın hamısına yetər və artıq da qalar. Haramzada
olmayan türk milləti əslini heç bir zaman inkar etməz və bir gün
görərik ki, Azərbaycanla Türkiyənin babası eyniymiş: Dədə
Qorqudumuz… (Ergün Gözə. "Dədə Qorqud" - "Tərcüman" qəzeti,
1983).
Vaxtilə böyük sənətkarımız Rəşid Behbudovun da yüksək qəymət
verdiyi və haqqında keçmiş SSRİ-nin nüfuzlu "Pravda" qəzetində
məqalə yazdığı "Üzeyir ömrü" ("Üzeyir Hacıbəyov. "Uzun ömrün
33
akkordları") filmi dahi bəstəkarımızın həyat və fəaliyyətini bütün
çevrəsiylə əks etdirən dolğun bir əsərdir. Anar bu əsərində Üzeyir
bəyin ömürlüyünün kövrək və mübariz anlarını, üzləşdiyi əngəlləri,
qazandığı uğurları, açdığı ilk cığırların mənasını, nostalgiya və
fərəhini onun qəlbindən süzülən, dövrünün və əbədiyyətin ruhunu
özünə sığdıran musiqisinin yaranış və yayılış ritmləri ilə həmahəng
səsləndirməyə müvəffəq olmuşdur. Professor Gülrux xanım
Əlibəylinin bu sözləri həqiqətdir: "Yazıçı və dramaturq Anar bu
filmində yalnız bu unikal şəxsiyyətin yaradıcılığına deyil, bütün
bizim musiqimizə və sənətimizə bəslədiyi sonsuz məhəbbəti ifadə
edib… Sənət tarixində Anarın "Üzeyir Hacıbəyov" filmi dahiyanə
tapılmış ideyasına görə bir şedevr - şah əsər kimi qalacaq …"
(Gülrux Əlibəyli. "Musiqi isə diridir" - "Bakinski raboçi", 1 aprel
1992). "Kino" qəzetinin Anara həsr olunmuş xüsusi buraxılışında isə
(mart, 1997) Oqtay Mirqasımov "Anarın bizim
kinematoqrafiyamızda rolu olduqca böyükdür" - qənaətinə yalnız
onun bu sənət sahəsindəki fəaliyyətinin və xidmətlərinin təhlili və
dəyərləndirilməsi ilə gəlmişdi…
Anar Azərbaycan mədəniyyətinin yaradıcılarına təkcə bədii,
sənədli əsərlər həsr etməmiş, onların ekran və səhnə obrazlarını
yaratmamış, həm də onlar haqqında çoxsaylı məqalə və esselər
yazmışdır. Ümumiyyətlə, Anarın ayrı-ayrı seçkin şair, yazıçı, alim,
bəstəkar, aktyor, rəssam, memar, ifaçı və başqa sənətçilərimiz
haqqında, ədəbiyyat, tənqid, musiqi, teatr, kino və s. dürlü sənət
sahələri xüsusunda yazdığı məqalə və esselərində, dünyadan köçmüş
ədib və sənətçilərə həsr etdiyi ağılar və anlarda, "Sizsiz", "Mübarizə
bu gün də var", "Gecə düşüncələri", "Əsrim və nəslim" kimi dəyərli
və orijinal janrlı əsərlərində Yeni Çağ Azərbaycan mədəniyyəti və
incəsənətinin zəngin palitrası yaradılır. Elm, incəsənət və
ədəbiyyatımızın yaradıcı nümayəndələrinə Anarın nəfis baxışı,
onların yaratdıqlarına dərin araşdırmalar, tutuşdurmalarla müşayiət
olunan incə, analitik münasibəti bütövlükdə Azərbaycan
mədəniyyətinin xarakterik cizgilərini, önəmli keyfiyyətlərini,
struktur mahiyyətini, şəbəkələnmə prinsiplərini anlamaqda, onun
təkamül xüsusiyyətlərini dərk etməkdə, perspektiv gəlişmə yönlərini
aramada çox mühüm əhəmiyyət kəsb edir.
Mütəfəkkir yazıçının dünya sənətkarları haqqında düşüncələri
milli mədəniyyətimizin dünya mədəniyyəti ilə təmas və ilişgilərini
34
bir qədər də artırır və dərinləşdirir. Azərbaycan - dünya
mədəniyyətləri arasındakı İpək Yolu həm də Anarın klassik və
modern üslubların orijinal sintezindən ibarət olan çoxşaxəli -
ornamental yaradıcılığından, genişmiqyaslı
ədəbi-ictimai
fəaliyyətindən keçir…
HƏMİŞƏ TƏTİKDƏ,
YAXUD
ZAMANLA NƏFƏS-NƏFƏSƏ
Anar yaradıcılığının mühüm bir qolunu da ədəbi, etnoqrafik,
siyasi publisistika təşkil edir. Onun Azərbaycanın etnoqrafiyası,
etnocoğrafiyası ilə bu və ya digər şəkildə bağlı olan yazılarında
Vətən torpağının əlvan mənzərəsi yaradılır, hər qarışında
mənəviyyatımızın, estetik düşüncə və duyğularımızın boyaları
çalarlanan, hər qırçını genetik yaddaşımızı çiçəklədən yurdumuz
aşıb-daşan sərvətləri qədərincə bolluca sevdirilir. - Azərbaycan özü
boyda bir xalça - milli varlığımızın bütün rənglərini özündə
ilmələyib əks etdirən xalça şəklində göz önünə gətirilir.
Dünyanı gəzib-dolaşan yazıçının "yol yazıları"nda da əcnəbi
ölkələr haqqında dolğun təsəvvür yaradılmaqla yanaşı, həmin
yazılarda əcnəbiliyə yenə də azərbaycanlı baxışı ilə - "bizim Anarın"
gözü ilə baxılır.
Azərbaycan iki yüz ilin və iki min ilin qovuşması ərəfəsində
özünün böyük, həlledici tarixi sınaqlar çağını yaşadı. Azərbaycanın
milli müstəqilliyi düşüncəsini yaradanlardan biri olan Anarın qələmi
çağının rənginə boyandı. Hadisələrin ən şiddət çağlarında onun siyasi
publisistikası xalqının iradəsini yetərincə kəskin və doğruca ifadə
edirdi. Anar milli hərəkatı parçalanmalardan saqındırmağa,
hakimiyyətlə xalqın birliyinin təmin edilməsinə çalışan nüfuzlu söz
sahibi kimi getdikcə kükrəyən dolaşıq hadisələrə həm Azərbaycanda,
həm də Azərbaycandan kənarda düzgün münasibətin formalaşması
üçün əlindən gələni edirdi. Xüsusilə təhlükəli təcridolunmaya
sürüklənən, haqqında minbir iftira qondarılaraq tələyə çəkilən
Azərbaycanın beynəlxalq nüfuzunun qorunmasında Anarın qətiyyətli
sözü, mövqeyi mühüm əhəmiyyət daşıyırdı. O, respublikamızın
suverenlik əldə etməsindən iki ay öncə yazdığı "Müstəqilliyin şirin
xülyası, yaxud cənab Jirinovski Boris Nikolayeviçin sağlığına badə
Dostları ilə paylaş: |