14
problemləri insanın içərisinə ötürməsində, onları şüuraltında
oynatmasında, xırdalıqları qurdalamasında da daha inadlı idi.
Dostoyevski və Eynşteyn "atomik başlanğıca", Markes və Priqojin
isə materiya və ruhun "özünütəşkil stixiyasına", "xaosdan nizam"
yaranmasına istinad etməklə çağlarının bədii və elmi təfəkkürünün
konsentrasiya - birləşik nöqtələrini tapmış olurlar. Azərbaycan
nəsrində Anar şüuraltı psixologiyanın dərinliklərini belə inadla
araması ilə milli bədii düşüncəmizi çağdaş sorulara urcah edir.
Markesin Melkiadesi ("Yüz ilin tənhalığı") isti Makondo şəhərciyinə
qaraçının gətirdiyi buz külçəsinə əlini vurub heyrətlə "Bu bizim
əsrimizin ən böyük kəşfidir!" deyirsə, Anarın ‘eyzulla Kəbirlinskisi,
Dantenin yubileyinə dəvəti ilə aldadılıb çox pərt, yöndəmsiz
vəziyyətə düşdükdən sonra arvadı Həcəri yalnız metro möcüzəsi ilə
təccübləndirməyə gücü çataraq söyləyir: "bəli, görürsən, bu da
yeriyən pilləkən…". Assosiasiya doğuran situasiyalar fərqli poetik
açıma gedir. Markes bütöv bir nəslin aramsız süqutunu, Anar isə
sayğısızlıq gerçəyində mənəviyyatın ölümü təhdidində belə onun
diriliyinə işartıları göstərir. "Xaosdan nizama" doğru gedən sanılmaz
yolların biri də budur… Markesin gözəl Remediosu hamının gözü
qabağında yerdən üzülüb göyə uçur, Anarın gözəl Təhminəsi isə
ölümündən sonra Zaurun gözünə "beşmərtəbəli evin altıncı
mərtəbəsində" görünür… Əslində, Yeni Çağ bədii-fəlsəfi düşüncəsi
elə "beşmərtəbəli evin altıncı mərtəbəsindəkiləri" ələk-vələk etməklə
məşğuldur…
Anarın nəsr əsərlərinin əksər mövzuları - göründüyü kimi,
müasirlik, qəhrəmanları - müasirlərimizdir. Bu real obrazlar bizdə o
fikri yaradır ki, deyək: "Bunlar ki bizik! Yaxud: "Biz ki elə onlarıq!"
Əbədiyyəti də, çağı da yaradıcılığında uzlaşmada alan Anarın
əsərləri yazıldığı vaxtla bu günü aktuallığı və sönməzliyi ilə bağlayır.
Yazıçının cızdığı bədii dünya daim zamanla tənləşmə və
dalaşmadadır. Onun əksər qəhrəmanları - "orbitindən çıxmış
insanlar", "faktla həqiqət arasında" vurnuxan insanlar (O.Şpenqler)
düşdükləri və ya özlərinin yaratdıqları çevrənin darlığında can
çəkişdirirlər. Onlar "obıvatel" mühitinə sığmaq istəmir, bu mühitin
içərisində, yan - böyüründə öz antidünyalarını yaratmağa can atırlar.
Xüsusilə urbanist mənəviyyatın mağaralarında Anar gəzişmələri çox
orijinaldır. Meşşan həyatının yekrəngliyinə, dözülməzliyinə etiraz -
ötən əsrin 60-70-80-ci illərinin mənəviyyat axtarışlarının palitrasında
15
tünd boyaları da ortaya çıxarırdı, o dövrün sərt yasaq və tabularına
əksbasqı kimi bir sıra sosial-siyasi mətləblərə də toxunulurdu. Anar
qəhrəmanlarının çabalayışları, etiraz psixologiyası milli şüurun başqa
qatlarını da tərpədir, vətəndaş təpkilərinə impuls verirdi.
Barışqanlığın, güzəştçilliyin, ipə-sapa yatarlığın içərisində bir
barışmazlıq, güzəştəgetməzlik, ipə-sapa yatmazlıq ruhu çırpınırdı.
Şüuraltı psixologiyanın içərilərinə varmada Anar əsrdaşları - ‘rans
Kafka, Jan Pol Sartr, Alber Kamyu, Con ‘aulz, Çingiz Aytmatovun
nəsr poetikası ilə səsləşən, lakin tamamilə orijinal bir poetikanın
yaradıcısı olur. Bu - büsbütün Azərbaycan psixologiyasının
dərinliklərinin poetikasıdır. Personajlar bütün mental biçimlərində
Azərbaycan ekzistensiyasını ifadə edirlər. Şüuraltı proseslərin
döngələri, uçurumları, çırpıntıları miniatür və epik təsvirlərin
kontrastı ilə açılır. Yazıçının fikir, söz labirintləri, dolanbacları insan
mənəviyyatının daha çatılmaz qatlarına yetmək vasitələridir.
Mənəviyyatın əks dərinliklərində - okeanında və kosmosunda
bulunduqca nəinki realizmin və romantizmin hüdudları itir, həm də
bu dərinliklərin birindən o birinə əbədi yollar, cığırlar, ünsiyyət
kanalları olduğu üzə çıxır. Təbiətin okeanı və kosmosu birləşdirən
harmoniyası insaniçi dünyaların aranışında da tapılır. Bu mənada
Anar qəhrəmanlarının Qəlb qalaktikasını, Marian çökəkliyini kəşf
etmiş sənətkardır. Bir-biri ilə incə, dordolaşıq, ötəri, isti, soyuq,
sevgili, yağı münasibətləri olan bu qəhrəmanlar - zəngin dünyanın
xırda, xırda dünyanın zəngin insanları Anar nəsrində bütöv bir
cəmiyyət, "poetik dövlət" təşkil edirlər. Xarakterlərin açılması məkan
dəyişmələrini, məkan dəyişmələri xarakter açılmalarını şərtləndirir.
"Ağ liman" - "Beşmərtəbəli evin altıncı mərtəbəsi" - "Otel otağı"
yalnız ayrılıqda mövcud olan fiziki məkanlar deyil, həm də
sıralanmış düşüncə, tale məkanlarıdır. Nemətin qapalı dünyadan
qurtuluşuna heç olmasa bir ümid yeri var: ağ liman. Zaur isə hələ
sağlığında əldən verdiyi ölmüş Təhminəni "beşmərtəbəli evin altıncı
mərtəbəsində" tapıb da itirir. Bütün ümidlərin qırıldığı yer - otel
otağı isə Kərimin ölüm məkanı olur… Tragik sonluğa doğru bu
çapışı Anarın başqa əsərlərində əks tərəfə və ayrı tərəflərə
yönəlmələr şəklində də "düzmək" olar. Məsələn, "Otel otağı"ndan
"Dədə Qorqud"a - dağ zirvəsində alovlanan, insanları bir-birinə hay
verməyə çağıran üç tonqala doğru…
Burası da önəmlidir ki, yazıçının əsərləri süjet xəttinin düyün
16
məqamları, unudulmaz epizodları və bitkin insan obrazları ilə daha
çox yadda qalır. 60-70-80-ci illərdə yazılmış əsərlər məhz belə
səciyyəvi - seçənəkli xüsusiyyətlərinə görə indinin və gələcəyin də
diri əsərləridir. Bütün səviyyələrin və zövqlərin yazarı Anarın
qəhrəmanları elə real və tükənməzdir ki, onlara bütün səviyyə və
zövqlərdən yanaşmaq olar. Heç şübhəsiz, bu qəhrəmanların
"yaşadığı" əsərlərdən başqa, minlərlə oxucunun yaddaşında da
onların bənzərsiz obrazı var. Həmin qəhrəmanlar və onların
yaddaşımızdakı obrazları bizim mənəvi-intellektual həyatımızın
sinirlərindədir.
"Asılqanda işləyən qadın"ı xatırlayaq. Sən demə, heç nəyi ilə
diqqəti cəlb etməyən, cəmiyyəti kənardan izləyən bu qadın insan
münasibətlərinin kardioqrammasını hamıdan yaxşı çıxarırmış.
"Ağzında bir dənə də sağ dişi" olmayan adi bir idarə işçisi Məmməd
Nəsir sən demə, əsl insan sərrafı imiş…
Buna görə də Anarın bədii yaradıcılığında tamdeyilməzliyin
estetikası xüsusilə önəmlidir. Anar heç vaxt hazır dəyərlər
kompleksini təqdim etmir. Əksinə, Anarın təqdim etdiyi dünya öz
dəyərlər kompleksini təbii şəkildə doğurur.
Bu yöndə o ən müxtəlif bədii forma və üslublara müraciət edir.
Yazıçı hiperbolik rəvayət üslubunda qələmə aldığı "Yaxşı padşahın
nağılı"nda (1970) totalitar rejimin hansı mühdiş absurda gətirib
çıxara bilməsini qroteks
yapqıları ilə görükdürür: Qaçırdığı
arvadının xorultusunu maqnitafona yazıb məmləkətin himni edən
təzə padşah (köhnə vəzir), qaçırılmış arvadını heç kim yuxuda
görməsin deyə, bütün rəiyyətdən gördüyü yuxuları yazılı surətdə ona
təqdim etməsini tələb edən köhnə padşah total özbaşınalığın
fantasmoqorik ipostaslarıdır. Şerlərini bəyənmədiyindən tövləyə
saldırdığı şairdən intiqam alsın deyə bir gün də padşahın ağlına gəlir
ki, belə bir fərman çıxarsın: "Məmləkətin bütün əhalisi şer
yazmalıdır! Bu isə görün nəyə gətirib çıxarır: "…Yazmaqdan başqa
hamı bir-birilə şerlə danışmalı idi. Hər şey qafiyələnmişdi - dövlət
qanunları, restoran menyüləri, qatarların gəlib-getmə cədvəli. Əgər
qafiyə düz gəlməsə, qanun maddəsi, ya cədvəl dəyişdirilirdi. Xırda-
para müvəqqəti çətinliklər meydana çıxırdı. Bir yerdə yanğın
olmuşdu, ev sahibi yanğınsöndürənlərə zəng vurmuşdu, amma
ünvanın qafiyəsini tapanacan bina yanıb qurtarmışdı…" Padşah
bütün ölkəni "şair" edəndən sonra tövləyə saldırdığı şairi azadlığa
Dostları ilə paylaş: |