A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə34/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   30   31   32   33   34   35   36   37   ...   104

müəyyənləşdirməkdən  ibarətdir,  zira  demokratiya  da,  oliqarxiya 
da  bir  neçə  formaya  bölünür;  bunun  ardınca  biz  ən  yaxşıdan 
sonra ən  ümumi  və ən  münasib dövlət quruluşu formasını  müəy- 
yənləşdirəcəyik  və  əgər  məlum  olsa  ki,  əksər  dövlətlər  üçün 
yaxşı  sahmanlanmış və münasib olan digər bir aristokratiya idarə 
forması var,  onda biz onu da tədqiq edəcəyik.
5. 
Bundan  başqa  bir yerdə  qalan  formalardan  hansının  ki- 
min  üçün  münasib  olması  məsələsinə  də  toxunacayıq,  zira  bə- 
ziləri  üçün  oliqarxiyadan  çox  demokratiyanın,  digərləri  üçün  isə
-   bunun  əksinin  münasib  olması  asanca  aşkarlana  bilər.  Bun- 
dan  sonra  onu  müzakirə  edəcəyik  ki,  bir  kimsə  istədikdə  bu 
dövlət  quruluşlarını,  yəni  demokratiya  və  oliqarxiyanın  ayrı-ayrı 
formalarını  necə  müəyyənləşdirə  bilər.  Nəhayət,  biz  bütün  bu 
məsələləri mümkün qədər qısa şəkildə şərh etdikdən sonra,  hər 
bir  dövlət  quruluşunun  həm  ümumi  formada,  həm  onun  ayrı- 
ayrı  formalarında  məhvinin  və  xilasının  nədən  ibarət  olduğunu, 
həm  də  bunun  və  digərinin  daha  çox  hansı  səbəblərdən  asılı 
olduğunu  araşdırmağa cəhd göstərəcəyik.
III. 
1.  Dövlət quruluşu formalarının  bir neçə  olmasını  hissə- 
lərin  çoxluğu  ilə  izah  etmək  olar  ki,  hər  bir  dövlət  də  bundan 
təşəkkül  tapır.  Hər  şeydən  öncə  biz  görürük  ki,  bütün  dövlətlər 
ailələrdən  təşkil  olunmuşdur,  sonra  bu  çoxlu  ailədən  bir  parası 
varlı  olur,  digərləri  -   yoxsul,  üçüncülər  isə  orta  səviyyədə  dola- 
nır.  Varlıların  və  yoxsulların  sırasından  birincilər  silaha  malikdir- 
lər,  ikincilər  malik  deyillər.  Sadə  xalqı  öz  növbəsində  əkinçilər, 
tacirlər,  sənətkarlar təşkil  edir;  kübarlar  yenə  də  öz  var-dövlət- 
lərinin  dərəcəsinə  və  onlara  məxsus  olan  mülkiyyətin  böyüklü- 
yünə  görə  seçilirlər,  məsələn,  kasıb  adama  at  saxlamaq  çətin- 
dir.  2.  Bax buna  görə qədim  dövrlərdə süvari  dəstəsinin gücünə 
əsaslanan  dövlətlərdə  quruluş  oliqarxiya  idi;  süvari  dəstəsinin
134
köməkliyilə  onlar  öz  qonşuları  ilə  müharibə  aparırdılar.  Eritrıya 
və  Xalkiddə,  həmçinin  də  Maqnesiyada,  Meandrededə  və  bir 
çox  kiçik  asiya  dövlətlərində  belə  olmuşdur.  Var-dövlətlə  şərt- 
lənən  fərqlərə,  həm  də  əslə  görə,  məziyyətə  görə,  həmçinin  bu 
kimi  digər üstünlüklər də  qatılır ki,  aristokratiya haqqında söhbət 
açan  zaman  biz  bunu  göstərmişdik,  bunun  barəsində  dövləti 
təşkil  edən  hissələrdən  biri  kimi  danışmışdıq.  Orada  biz  hər  bir 
dövlətin  neçə  zəruri  tərkib  hissəsini  araşdırmışıq;  idarəetmədə 
onlardan  ya hamısı,  ya az,  ya  da  çox hissəsi  iştirak edir.
3. 
Beləliklə,  mövcud  olan  bir  neçə  dövlət  quruluşu  forma- 
sının  öz xarakterinə  görə  bir-birindən  fərqli  olmasının  qaçılmaz- 
lığı  aydındır,  zira  bizim  göstərdiyimiz  dövlətlərin  tərkib  hissələri 
də  bir-birindən  fərqlənir.  Dövlət  quruluşu  vəzifələr  yönümündə 
qaydanın  özüdür  ki,  var.  Bunda  bütün  hissələr  ya  özlərinə  xas 
xüsusiyyətlərə  görə,  ya  da  ümumi  nöqteyi-nəzərə  əsasən  onla- 
rın  bərabərliyini  şərtləndirən  bu,  yaxud  digər qaydalara  görə  öz 
yerini  tapır  (mən,  məsələn,  ya  yoxsulları,  ya  varlıları,  ya  da 
ümumən  bunları və o  birilərini  bərabərləşdirən  qaydanı  nəzərdə 
tuturam).  Beləliklə,  üstünlükləri  və  fərqli xüsusiyyətlərindən  asılı 
olaraq  dövlətin  tərkib  hissələrinə  aid  olan  idarəetmə  üsullarının 
sayı  neçədirsə,  dövlət  quruluşu  formaları  da  istər-istəməz  o  qə- 
dər olur.
4. 
Amma  dövlət  quruluşu  formalarından  başlıcaları,  görü- 
nür  ki,  ikisidir -   demokratiya  və  oliqarxiya,  bunun  kimi  əsas  iki 
külək  haqqında  danışırlar  -   şimal  və  cənub,  qalanlarına  isə  bu 
ikisindən  yayınanlar  kimi  baxırlar.  Axı  aristokratiyanı  oliqarxiya 
hesab  edirlər,  politiya  dediklərini  isə  -   demokratiya,  necə  ki, 
qərb  küləyini  şimal  küləyinə,  şərq  küləyini  isə  -   cənub  küləyinə 
aid  edirlər.  Bəzilərinin  sözlərinə  görə tonallıqla  da  iş  bu  cürdür: 
bunun  da  iki  forması  var  -   doriya  tonallığı  və  frigiya  tonallığı, 
yerdə  qalan  ahənglərin  isə  bir  qismi  doriya,  digərləri  -   frigiya
135


tonallığına  aiddir.  5.  Dövlət  quruluşu  formalarına  münasibətdə 
də,  adətən,  göstərilən  fikirlərdən  yapışırlar.  Lakin  bizim  təklif 
etdiyimiz  bölgü  mövcud  iki,  ya  bir  ən  gözəl  dövlət  quruluşu 
formasına  uyğun  olan  daha  düzgünü  və  yaxşısıdır,  digər  bütün 
formalar  isə  -   ən  yaxşıdan  yayınanlardır,  necə  ki,  yaxşı  sah- 
manlı  tonallıqdan  da  bu  cürə  yayınmalar  olur;  və  biz  daha 
gərgin  tonda  qəddarlığın  xas  olduğu  oliqarxiya  idarə  formalarını 
tutuşdurmağa  həvəs  göstəririk,  demokratik  idarə  formaları  isə 
zəifiədilmiş fonda olub -  ölüvaydır.
6. 
Ali  hakimiyyətin  xalq  kütləsinin  əlində  cəmləşdiyi  demok- 
ratiyaya,  hal-hazırkı  dövrdə,  adətən,  bəzilərinin  etdiyi  kimi  sa- 
dəcə  olaraq  elə  belə  dövlət  quruluşu  forması  tək  tərif  vermək 
lazım  deyil3;  çünki  oliqarxiyalarda  və  ümumiyyətlə,  hər  yerdə  ali 
hakimiyyət çoxluğa  məxsusdur;  eyni  surətdə  oliqarxiya  deyəndə 
elə  başa  düşmək  lazım  deyil  ki,  bu  dövlət  quruluşu  formasında 
hakimiyyət  azlığın  əlində  cəmləşib.  Tutaq  ki,  dövlət  cəmi-cüm- 
lətani  min  üç yüz vətəndaşdan  ibarətdir;  onlardan  mini varlıdır və 
yerdə  qalan  üç  yüzü  -yoxsul,  lakin  ata-anası  kölə  olmayan  və 
hər  baxımdan  həmin  min  nəfərə  bənzər  adamları  idarə  etməyə 
buraxmırlar.  Kimsə  cürətə  gəlib  iddia  edəcəkmi  ki,  belə  dövlətin 
vətəndaşları  demokratik quruluşdan yararlanırlar?
Eləcə  də  əgər  ki,  bir  para  yoxsul  əksər  varlılar  üzərində 
hakimiyyətə  malik  olsaydı,  qalan  varlıların  da  heç  bir  sayğıya 
haqqı  çatmasaydı,  heç  kim  bu  cür  quruluşu  oliqarxiya  adlandır- 
mazdı.  7.  Beləliklə,  daha  çox  eləsini  demokratik  quruluş  adlan- 
dırmaq  olar ki,  orada  ali  hakimiyyət  ata-anası  kölə  olmayanların 
əlindədir,  oliqarxiya  isə  -   varlılara  məxsusdur,  həm  də  təsadüfi 
hallarda  bəziləri  çox,  digərləri  isə  az  olur.  Tutaq  ki,  vəzifələr, 
bəzilərinin  Efiopiya  xüsusunda  iddia  etdiyi  kimi  boya,  yaxud 
gözəlliyə  görə  bölüşdürülür,  bu  oliqarxiya  ola  bilərmi?  Bəs  axı 
gözəllər və uca  boylulur çox da  olmur.  8.  Yox,  bu  cür əlamətlər-
136
lə oliqarxiya və demokratiyanın  mahiyyətini  kifayət  qədər dürüst 
müəyyənləşdirmək  olmaz.  Demokratiyanın  da,  oliqarxiyanın  da 
çox  tərkib  hissələrdən  ibarət  olduğunu  nəzərə  alaraq,  onları 
düzgün  müəyyən  etmək  üçün  uzağa  gedib,  etiraf etmək  lazım- 
dır  ki,  harada  ata-anası  kölə  olmayan  azlıq  ata-anası  kölə  olan 
çoxluq  üzərində  hökmranlıq  edirsə,  o  quruluşu  da  oliqarxiya 
hesab  etmək  olmaz,  necə  ki,  biz  bunu,  məsələn,  İon  dənizində 
yerləşən  Apolloniyada  və  Feredə  görürük.  Hər iki  dövlətdə  imti- 
yazlara  əsli-nəcabəti  ilə  seçilənlər  və  bu  dövlətlərdə  ilkin  olaraq 
məskunlaşanların  törəmələri  malik  idi;  onlar aydındır ki,  çox əhali 
arasında  azlıq  təşkil  edirdilər.  O  quruluşu  da  demokratik  hesab 
etmək  olmaz  ki,  beləsində  varlılar  çoxluq  təşkil  etdiklərinə  görə 
üstün  vəziyyətdədirlər;  qədim  zamanlarda  Kolofonda  belə  ol- 
muşdur,  orada  midiyalılarla  müharibədən  qabaq  vətəndaşların 
üstünlük  təşkil  edən  hissəsi  böyük  daşınmaz əmlaka  yiyələnmiş- 
di.  Beləliklə,  elə  quruluşu  demokratiya  hesab  etmək  lazımdır  ki, 
orada  ata-anası  kölə  olmayanlar  və  yoxsullar  çoxlüq  təşkil 
etməklə ali  hakimiyyəti  də  öz əllərində cəmləmiş olsunlar,  oliqar- 
xiya  isə  -   elə  quruluşdur  ki,  orada  hakimiyyət  azlıq  təşkil  edən 
varlılar və ata-anası  kölə olmayan adamların əlindədir.
9. 
Biz  göstərdik  ki,  dövlət  quruluşunun  bir  neçə  forması 
mövcuddur  və  bunun  nədən  asılı  olduğunu  da  aydınlaşdırdıq. 
Lakin  bu  formalar hər halda  sadalananlardan  çoxdur  və  biz əv- 
vəl  göstərilənləri  çıxış  nöqtəsi  kimi  götürüb,  onların  necə,  həm 
də  nədən  ötrü  olması  haqqında  danışacayıq.  Biz  bununla  razı- 
laşdıq  ki,  hər bir dövlət  bir deyil,  bir neçə tərkib  hissəsindən  iba- 
rətdir.  Zənn  edək  ki,  biz  heyvanat  aləminin  ayrı-ayrı  növlərini 
araşdırmaq  istəyirik;  bu  halda  biz  əvvəlcə,  hər  bir  heyvana  nə 
lazımdırsa  onu,  məsələn,  duyğu  üzvlərini,  qida  qəbul  edən  və 
onu  həzm  edən  üzvləri,  yəni  ağız  və  mədəni  ayırardıq,  sonra 
biz  o  hissələri  ayırardıq  ki,  bunlar  vasitəsilə  heyvan  hərəkət
137


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə