A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə37/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   33   34   35   36   37   38   39   40   ...   104

rabər  qarışıq  salırlar;  biz  öz  mühakiməmizin  əvvəlində  dedi- 
yimiz  kimi  bununla  və  aristokratiya  ilə  müqayisədə  artıq  digər 
dövlət  quruluşu  formaları  yayınır.  Lap  axırdasa  müstəbid  üsul- 
idarəsini  xatırlamaq  tamamilə  məntiqə  uyğun  olardı,  çünki 
dövlət  quruluşuna  tətbiq  edilməyə  ən  qeyri-münasib  odur.  Bi- 
zimsə  məqsədimiz,  məhz  dövlət  quruluşu  formalarını  araşdır- 
maqdır.  Təklif  etdiyimiz  təsnifatı  əsaslandırmaq  üçün  biz  politi- 
yanı  müzakirə etməliyik.
2.  Oliqarxiya  və  demokratiyanın  xarakteri  müəyyənləşdik- 
dən  sonra  onun  mahiyyəti  daha  çox  aydınlaşacaq.  Sadəcə  de- 
sək,  politiya  elə  bil  ki,  oliqarxiya  və  demokratiyanın  qarışığıdır. 
Demokratiya  təmayüllü  dövlət  quruluşu  formalarını,  adətən, 
politiya,  oliqarxiya  təmayüilüləri  isə  aristokratiya  adlandırırlar, 
çünki  böyük  əmlak  sahibi  olanlar  hər  şeydən  örıcə  daha  elmli 
və  əsli-nəcabətli  olurlar.  Üstəlik,  qanun  pozuntuları  nəyə  görə 
olursa,  varlı  adamlar  artıq  ona  malikdir;  həm  də  təkcə  bunun 
özü  belə  adamların yaxşı və kübar adlanmasına  bəraət verir.
3.  Aristokratiya  quruluşu  dövlətdə  vətəndaşların  ən  yax- 
şılarına  üstünlük  verməyə  cəhd  etdiyindən,  deyirlər  ki,  oliqar- 
xiyada  da  əksəriyyət hər cəhətdən  mükəmməl  olan  adamlardan 
ibarətdir.  Bundan  başqa,  ümumiyyətlə,  ən  yaxşıların deyil,  yara- 
maz  adamların  idarə  etdiyi  dövlətin  abad  olması  nə  isə  tama- 
milə  mümkün  olmayan iş kimi  görünür,  necə  ki,  yaxşı  qanunlara 
malik  olmayan  dövlətin  ən  yaxşı  adamlar tərəfındən  idarə  edil- 
məsi  mümkün  deyil;  axı  qanunçuluq  ondan  ibarət  deyil  ki,  qa- 
nunlar  yaxşıdır,  ancaq  onlara  heç  kəs  əməl  etmir.  Buna  görə 
qanunçuluğun  bir  formasının  ondan  ibarət  olduğunu  mümkün 
hesab  etmək  olar  ki,  mövcud  qanunlara  əməl  olunur,  digəri  -  
ondan  ibarətdir  ki,  saxlanılan  qanunlar  çox  gözəl  tərtib  edil- 
mişdir (axı  pis tərtib edilmiş qanunlara  da  əməl  etmək olar).  Bu- 
rada  iki  hal  mümkündür:  dövlətlər ya  onlar  üçün  mümkün  olan
148
ən  yaxşı  qanunlara  tərəfdar  olur,  ya  da  sözün  əsl  mənasında 
ən  yaxşılara.  4.  Aristokratiya  quruluşunun 
mahiyyəti,  çox  gu- 
man,
  ondan  ibarətdir ki,  onda  imtiyazlar məziyyətə  uyğun surət- 
də  bölüşdürülür,  axı  aristokratiyanın  əsasını  məziyyət,  oliqar- 
xiyanın  əsasını  -   var-dövlət,  demokratiyanın  əsasını  -   azadlıq 
təşkil edir.  Çoxluğun  qərarının  ali  qüvvəyə malik olması  isə döv- 
lət  quruluşunun  bütün  formalarına  xasdır,  dövlət  idarəçiliyində 
bulunanların  əksəriyyəti  nə  qərar  çıxarırsa,  bu  da  həm  oliqar- 
xiyada,  həm  aristokratiyada,  həm  demokratiyada  qanun  kimi 
qüvvəyə  minir.  Beləliklə,  əksər  dövlətlər  varlılarla  yoxsulları, 
istedadlılarla  azad  adamları  qarışdırdığından  öz  dövlətlərinin 
quruluş  formasının
  əlaməti  kimi  iftixarla  politiyanı  qabağa  çıxa- 
nrlar,  axı  bəlkə  də  əksəriyyətin  gözünə  varlılar  hər  cəhətdən 
mükəmməl  olan  adamlar  kimi  görünür.  5.  Dövlət  quruluşunda 
üç  əsas  prinsip  -   azadlıq,  var-dövlət,  məziyyət  eyni  əhəmiyyət 
daşıdığından  (dördüncüsü  -   əsli-nəcabətdir -   bu,  iki  axırıncı  ilə 
yanaşı  durur,  axı  nəciblik  qədimlərdə  olan  rəşadət  və  var-döv- 
lətin  özüdür  ki,  var),  onda  aydındır ki,  beləsi  iki  əsasın  -  varlıla- 
rın  və yoxsulların qarışığından  ibarətdir,  üç əsas  prinsipin  qarışı- 
ğını  isə  digər  dövlət  quruluşu  formalarından  üstün  olan,  yalnız 
°nun  həqiqi  və  birinci  formasını  istisna  etməklə  aristokratiya 
adlandırmaq  lazımdır.
Biz  dedik  ki,  monarxiya,  demokratiya  və  oliqarxiyadan 
başqa  digər  dövlət  quruluşu  formaları  da  mövcuddur,  onların 
mahiyyətini,  həm də aristokratiyanın  formalarının  bir-birindən  nə 
'lə  fərqləndiyini  və  politiyanın  aristokratiyadan  nə  ilə  fərqləndi- 
yini  göstərdik;  aydındır  ki,  politiya  və  aristokratiya  bir-birindən 
uzaqda  deyil.
VII. 
1.  Politiya  adlanan  quruluş  demokratiya  və  oliqarxiya 
ilə  bərabər  necə  meydana  çıxır və  bu  quruluş  necə  olmalıdır,  —
149


biz  bu  barədə  bilavasitə  xülasəmizdən  sonra  danışacayıq.  Bu- 
nunla  bərabər  demokratiya  və  oliqarxiyanın  fərqli  əlamətləri  də 
aydın  olacaq.  Hər  şeydən  öncə  bu  dövlət  quruluşu  formalarını 
dürüst  müəyyənləşdirmək  lazımdır,  sonra  isə  onların  hər  birinin 
yarısından  götürüb,  bir  yerə  qoymaqla  -   qonaqcıllığın  əlam ət- 
lərilə9 hərəkət edilən  kimi  etmək lazımdır.
2. 
Birləşmənin  və  qarışmanın  üç  forması  var.  Yaxud  oli- 
qarxiya  və  demokratiyada  mövcud  olan  qanunları,  heç  olmasa, 
məsələn,  mühakimə  üsuluna  aid  olanı  götürmək  lazımdır.  Oli- 
qarxiyada məhkəmə öhdəliklərini  icra  etməkdən  yayınan  varlıla- 
ra  pul  cəriməsi  qoyulur,  yoxsullara  isə  bunu  yerinə  yetirm əyə 
görə  heç  bir  mükafat  çatmır;  demokratiyalarda  yoxsullar  müka- 
fatlandırılır,  ancaq  varlılara  da  cərimə  qoyulmur.  Bu  qanunlar- 
dan həm demokratiyaya,  həm  oliqarxiyaya xas olan  ümumisi və 
babatı,  həm  də  bunun  və  o  birinin  qanunlarının  qarışığı  politiya- 
mn  fərqli  əlaməti  olacaq.  Birləşmə  üsullarından  biri  bax  budur.
3.  İkinci  üsul  oliqarxiya  və  demokratiyaya  məxsus  olan  senzə 
dair  qərarların  arasındakı  ortababını,  tutak  ki,  xalq  məclisində 
iştirak etməyi  götürməkdən  ibarətdir.  Demokratiya quruluşunda, 
burada  iştirak  etmək  üçün  əmlak  senzi  ya  qətiyyən  tələb 
olunmur,  ya  da  bu  tələb tamamilə  cüzi  olur,  oliqarxiya  quruluşu, 
əksinə,  yüksək  senz tələbi  irəli  sürür.  Burada  ümumi  əlamətlər 
yoxdur,  orta  senzi  göstərilən  bu  ikisinin  arasından  götürmək 
olar.  Birləşmənin  üçüncü  üsulunda  qərarların  bir  hissəsini  oli- 
qarxiya  qanunlarından,  digər  hissəsini  isə  demokratiya  qanun- 
larından  götürmək  olar.  Mən  aşağıdakını  nəzərdə  tuturam.  de- 
mokratiyanın  əsas  prinsiplərindən  biri  vəzifələrə  adam  təyin 
edilməsinin  püşk yolu  ilə,  oliqarxiyanm  isə -  seçki yolu  ilə olma- 
sıdır,  həm  də  demokratiyada  bu  təyinat əmlak  senzi  ilə  şərtlən- 
mir,  oliqarxiyada  isə  bu  şərtlə  bağlıdır.  Deməli,  vəzifələrə  adam 
təyin  edilməsi  işində  oliqarxiya  və  demokratiyanın  hərəsindən
150
bir fərqli  əlaməti,  yəni  oliqarxiyadan  -  vəzifəyə adam  təyin  edil- 
məsinin  seçki yolu  ilə olmasını,  demokratiyadan  isə  bu  təyinatın 
əmlak  senzi  ilə  şərtlənməməsini  götürsək,  aristokratiya  və  poli- 
tiyanın  fərqli  əlamətini  üzə  çıxara  bilərik.  Beləliklə,  qarışmanın 
üsullarından  biri  də  bax  budur.  4.  Demokratiya  və  oliqarxiyanın 
bu  cür  qarışmasının  yaxşı  olmasının  göstəricisi  odur  ki,  dövlət 
quruluşunun  eyni  bir  formasını  həm  demokratiya,  həm  də 
oliqarxiya  adlandırmaq  olsun.  Bu  iki  göstəriləndən  faydalanan- 
lar  aydın  hiss  edir  ki,  onlarda  çox  gözə!  qarışma  ifadə  olunur; 
həm  də  bü  cür qarışma  məhz ortababdan  ibarətdir,  çünki  iki  bir- 
birinə müqabil tərəflər yerini  onda tapır.
Bu  da,  məhz  lakedemon  dövlət  quruluşu  üçün  xarakterik- 
dir.  5.  Çoxları  sübut  etməyə  çalışır  ki,  o,  demokratikdir,  çünki 
onun  qaydaları  demokratiyanın  bir  çox  cizgilərini  özündə  daşı- 
yır,  hər  şeydən  öncə  də  uşaqların  tərbiyəsi  işində:  varlıların 
uşaqları  da,  yoxsulların  uşaqları  yaşadığı  şəraitdə  yaşayır,  həm 
də  elə  tərbiyə  alırlar  ki,  beləsini  yoxsulların  uşaqları  ala  bilsin. 
Eyni  şey  həm  gənclik,  həm  də  yetkin  yaşlarında  davam  edir -  
onda  da  varlılar və yoxsullar bir-birindən  heç nəylə  seçilmir:  sis- 
sitiyalarda  yemək  hamı  üçün  eynidir,  varlılar  elə  paltar  geyinir 
ki,  beləsini  hər bir yoxsul  özünə  hazırlaya  bilər.  Həm  də  xalq  iki 
ən  mühüm  vəzifədən  birinə  seçir,  digərində  isə  özu  iştirak  edir: 
herontları  onlar  seçirlər,  eforatların  isə  bir  hissəsini  xalq  özü 
təşkil  edir.  Digərlərinin  fikrincə,  lakedemon  dövlət  quruluşu,  oli- 
qarxiyanın  çox cizgilərinə  malik olduğundan  özündə oliqarxiyanı 
təmsil  edir,  misal  üçün,  bütün  vəzifələrə  adam  seçki  yolu  ilə 
təyin  edilir  və  püşklə  təyin  edilmiş  bir  adam  belə  yoxdur;  bun- 
dan  başqa  edam  qərarı  çıxarmağa,  sürgün  etməyə  və  bu  kimi 
çox şeylərə yalnız bəzi  adamların  haqqı  çatır10.
6. 
Əlbəttə,  lazımdır ki,  gözəl  qarışdırılmış  dövlət  quruluşun- 
da  hər  iki  əsas  prinsip  ayrı-ayrılıqda  deyil,  bir  yerdə  təmsil  olun-
151


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə