olmağa nail ola bilər. 3. Belə bir öiçü xeyirxahlıq üçün qoyul-
duğu kimi, dövlət və onun quruluşu üçün də mütləq qoyulmalı-
dır: axı dövlətin quruluşu ki, var - bu, onun həyatıdır.
Hər bir dövlətin üç hissəsi var: çox varlı olanlar, həddin-
dən artıq yoxsul olanlar, bunların və o birilərin arasında olan
ortabablar. Orta və ortababın ən yaxşı kimi hamı tərəfındən
qəbul edilməsi, orta fıravanlığın da bütün rifahlar içərisində ən
yaxşı olduğunu aydınlaşdırır. 4. Bu, olduqda ağılın dəlillərinə
qulaq asmaq asan olur; əksinə, bu dəlillərdən nəticə çıxarmaq
özünün ictimai vəziyyətinə görə ən yaxşı, ən güclü, ən tanın-
mış, ən varlı adam üçün, yaxud tərsinə ən yoxsul, ən zəif, ən
alçaldılmış adam üçün çətindir. Birinci tip adamlar çox həyasız
və çox yaramaz olurlar. İkinci tir adamlar isə çox vaxt cani və
alçaq olurlar. Cinayətlərin isə bir parası həyasızlıq, digərləri -
alçaqlıq üzündən baş verir. Üstəlik, bu hər iki tip adamlar haki-
miyyətdən yayınmayıb, səylə ona can atıriar, amma ki, o da, o
biri də dövlətə ziyan gətirir. 5. Bundan başqa birinci tip adamlar
bolluğa, firavanlığa, gücə, var-dövlətə, dostluq əlaqələrinə və
bu kimi şeylərə malik olduqlarından tabeçilikdə buiunmaq istə-
mirlər, həm də bunu bacarmırlar. Bu da artıq evdə, uşaq yaşla-
rından müşahidə olunur. Cah-cəlal içərisində yaşayıb, ərköyün
böyüdüldüklərindən onlar hətta məktəbdə də sözə qulaq asmır-
lar. Çox pis təmin olunduqlarından ikinci tip adamların davranışı
son dərəcə acizanədir. Beləliklə, bir paraları hökm sürməyə
iqtidarlı deyillər və yalnız o hakimiyyətin tabeçiliyində bulunmağı
bacarırlar ki, beləsi ağalarda qullar üzərində meydana çıxır; di-
gərləri isə heç bir hakimiyyətin tabeçiliyi altında bulunmaq iqtida-
rında deyillər, hökm sürməyi isə yalnız o cür bacarırlar ki, belə
hökmranlığı ağalar qullar üzərində edir. 6. Azad adamlardan de-
yil, qullardan və ağalardan ibarət olan dövlət meydana çıxıır ki,
burada da bəzilərinin içi paxıllıqla, digərlərininki nifrətlə doludur.
154
Bu cür hislər dostluqla başlamalı olan siyasi münasibətdə dost-
luq hislərindən çox uzaq olur. Bizim xatırlatdığımız adamlar isə
öz rəqiblərilə, hətta bir yolda belə addımlamaq istəmir.
7.
Dövlət hər şeydən çox ona cəhd edir ki, hamı onda bə-
rabər və eyni olsun, bu isə ən çox ortabab adamlara xasdır. Be-
ləliklə, əgər sadəcə olaraq dövlətin tərkibini nəzərə alsaq, biz
iddia etdiyimiz kimi, istər-istəməz belə nəticə çıxır ki, ortabab
adamlardan təşkil edilmiş dövlət ən yaxşı dövlət quruluşuna
malikdir. Dövlətdə ən çox da bu vətəndaşlar salamat və toxu-
nulmaz qalır. Onlar yoxsullar kimi özgə malına can atmırlar,
qeyriləri isə yoxsullar varlıların əmlakına can atdıqları kimi, buna
əl uzatmırlar. Həm də heç kəs onlara, onlar da heç kəsə qəsd
hazırlamadıqlarından onların həyatı da əmin-amanlıqla keçir.
Odur ki, Fokilid çox gözəl arzu söyləmişdir: «Ortabablar çox
xoşbəxtdir, dövlətdə ortabab olmağı arzu edirəm»12. 8. Beləlik-
lə, aydındır ki, ən yaxşı dövlət münasibəti ortababların vasitəsi
ilə əldə olunur və ortababların çoxluq təşkil etdiyi dövlət yaxşı
quruluşa malikdir, burda onlar - ən yaxşı halda hər iki ifratçılıq-
dan, yaxud hər halda onların hər birindən ayrı-ayrılıqda güclü-
dür. Bu, yaxud o biri ifratçılıqla birləşdikdə onlar tarazlığı təmin
edirlər və rəqiblərin üstünlüyünə maneçilik törədirlər. Deməli,
dövlət üçün ən böyük xoşbəxtlik ondan ibarətdir ki, onun vətən-
daşları, kifayət dərəcədə olmaqla, orta mülkiyyət sahibi olsun-
lar; amma o halda ki, bəziləri çox şeyə sahibdirlər, digərləri isə
heç nəyə malik deyillər, məhz qarşıdakı ifratçılığın təsiri ilə ya
ifrat demokratiya, ya təmiz halda oliqarxiya, ya da istibdad-üsul
idarəsi meydana çıxır. Axı istibdad üsul-idarəsi həm son dərəcə
başlı-başına buraxılmış demokratiyadan, həm də oliqarxiyadan,
xeyli az isə - ortabab dövlət quruluşu formalarından və bunlara
oxşar olanlardan törəyir. Bunun səbəbləri barəsində biz sonra,
dövlət çevrilişləri haqqında müzakirə aparan zaman danışacayıq.
155
9. Beləliklə, aydındır ki, ortabab dövlət quruluşu forması
ən yaxşıdır, yaxud yalnız o, daxili çəkişmələrlə nəticələnmir;
harda ki, ortabab vətəndaşlar çoxdur orada vətəndaşların qrup-
laşması və çəkişməsi daha az olur. Böyük dövlətlərdə də elə bu
səbəbdən - məhz ona görə ki, onlarda ortabab vətəndaşlar
çoxdur, - çəkişmələrə meyllik azdır; kiçik ölkələrdə isə əhali
asanlıqla iki yerə bölündüyündən ortabablar üçün yer qalmır və
demək olar ki, orada hamı ya yoxsul, ya da varlı olur. Öz növ-
bəsində demokratiyalarda əmin-amanlıq oliqarxiyalara nisbətən
daha çoxdur; Ortabab vətəndaşların olması sayəsində bunlar
daha uzunömürlü olur (onlar çoxdür, həm də onlar oliqarxiyala-
ra nisbətən, demokratiyalarda imtiyazlarla bilavasitə daha çox
əlaqəlidir). Amma ortabab vətəndaşlar olmadıqda yoxsullar öz
çoxluqları ilə üstünlük təşkil edirlər, dövlətsə uğursuzluğa düçar
olur və məhvə doğru gedir.
10. Bizim irəli sürdüyümüz müddəanın sübutu üçün onu
da göstərmək olar ki, ən yaxşı qanunvericilər orta dairədən olan
vətəndaşlar arasından çıxmışdır: Solon (bu, onun şerlərindən
görünür), Likurq (o çar olmamışdır), Harond və demək olar ki,
yerdə qalanların əksər hissəsi oradan əmələ gəlmişdir. İndi
nəyə görə dövlət quruluşunun əksər hallarda ya demokratiya,
ya da oliqarxiya olması aydın olur. Ortababların dövlətdə çox
vaxt az yer tutması nəticəsində, onları üstələyən ikisi - ya bö-
yük əmlak sahibləri, ya da sadə xalq - orta vəziyyətdən uzaqla-
şaraq dövlət quruluşunu öz tərəfinə çəkir, belə ki, ya demokra-
tiya, yaxud oliqarxiya meydana çıxır. 11. Üstəlik, sadə xalqla
varlılar arasında çəkişmə və mübarizə baş verdiyindən, onlar-
dan hansı rəqibini üstələməyə müvəffəq olursa, onlar da ümumi
olmayan və bərabərçiliyə əsaslanmayan bir dövlət quruluşu
müəyyənləşdirir, qələbə isə kimin tərəfində olursa, onlar da
qələbəyə görə mukafat olaraq dövlət quruluşunda üstünlük qa-
156
zanır və bəziləri demokratiya qurur, digərləri - oliqarxiya. Yuna-
nıstanda üstünlüyə malik olan həmin iki yunan dövləti də13
digər dövlətlərdə öz dövlət quruluşlarına uyğun gələni, birisi -
demokratiyanı, digəri - oliqarxiyanı tətbiq edirdi, bununla belə
həmin iki dövlətin mənafeyi ilə deyil, yalnız öz şəxsi mənafeləri
ilə hesablaşırdılar. 12. Göstərilən səbəblərdən ortabab dövlət
quruluşuna ya heç vaxt rast gəlinmir, ya da bəzilərində nadir
hallarda rast gəlinir. Yalnız bir xadim əvvələr başda durana qar-
şı çıxıb, bu quruluşu tətbiq etməyə özünü inandırdı14. Ümumiy-
yətləsə, dövlətlərdə belə bir qayda əmələ gəlmişdir: bərabərlik
arzusunda olmamaq, ancaq ya hökm sürməyə səy göstərmək,
ya da tabeçilikdə yaşayıb, buna səbrlə qatlaşmaq.
Hansı dövlət quruluşunun, hansı səbəbdən ən yaxşı
olması deyilənlərdən aydındır.
13.
Bizim tərəfimizdən ən yaxşı dövlət quruluşu müəyyən
edildikdən sonra, yerdə qalan demokratiya və oliqarxiya quru-
luşlarının (onların formaları isə bizim təsdiq etdiyimiz kimi bir
neçədir) ən yaxşı və ən pisdən nə qədər aralı olmasından asılı
olaraq hansının ən yaxşının ardınca birinci yerə, hansının ikinci
yerə və s. qoyulmasına baxmaq çətin deyil. Ən yaxşı dövlət
quruluşu həmişə ən mükəmmələ yaxınlaşanı, ən pisi isə orta-
babdan daha çox uzaqlaşanı olacaq. Kiminsə bu məsələni bu
və ya digər ilkin şərtlərdən asılı vəziyyətdə müzakirəyə çıxar-
ması burada istisna edilir. Mən «bu və ya digər ilkin şərtlərdən
asılı vəziyyətdə» ona görə deyirəm ki, bəzi dövlətlərin başqa-
sının yerinə, özü-özlüyündə daha üstün digər quruluşdan, lakin
onlar üçün xeyirli olan quruluşdan yararlanmasına çox vaxt heç
bir maneə olmur.
X.
1. Baxılan məsələlərlə birbaşa bağlı olan bu məsələyə
də baxmaq lazımdır: hansı dövlət kimin üçün münasibdir və
157
Dostları ilə paylaş: |