onun mahiyyəti nədir? Əvvəlcə, ümumiyyətlə, bütün dövlət qu-
ruluşu formaları üçün ümumi qaydanı müəyyənləşdirmək lazım-
dır: dövlətdə bu və ya digər quruluşun tərəfdarları onun əleyh-
darlarından güclü olmalıdır. Hər dövlət keyfiyyət və kəmiyyət
baxımından nəzərdən keçirilməlidir. Keyfiyyət adı altında mən
azadlığı, var-dövləti, təhsili, əsli-nəcabəti nəzərdə tuturam;
kəmiyyət adı altında - xalq kütləsinin sayca üstünlüyünü. 2. Elə
ola bilər ki, dövləti təşkil edən hissələrdən biri kəmiyyət, digəri
isə keyfiyyət üstünlüyünə malik olsun; belə ki, məsələn, əsli-
nəsli məlum olmayan adamlar əsli-nəcabətli adamları üstələsin-
lər, yaxud yoxsullar varlıları üstələsinlər, bununla belə bu kə-
miyyət üstünlüyü kübarların və varlıların keyfıyyət üstünlüyün-
dən elə də böyük olmamalıdır. Buna görə bu iki üstünlüyü ta-
razlaşdırmaq lazımdır. Harda ki, yoxsulların sayı göstərilən nis-
bəti üstələyir, orada təbii olaraq demokratiya, yəni sadə xalqın
bu və ya digər növünün üstünlüyündən asılı olaraq onun ayrı-
ayrı formaları meydana çıxır, məsələn, əgər üstünlük əkinçilər
kütləsinin tərəfində olacaqsa, onda demokratiya quruluşunun
birinci forması meydana çıxacaq, amma harda üstünlük sənət-
karların və günəmuzd işləyənlərin tərəfindədirsə, orada demo-
kratiya quruluşunun ifrat formalarından biri meydana çıxacaq.
Bu surətlə də digər aralıq formalar. 3. Harda ki, varlıların və kü-
barların yüksək nüfuzu onların sayca azlığını üstələyir, hər hal-
da oliqarxiyaya hüsn-rəğbət bəsləyən əhalinin üstünlüyünə mü-
tabiq olan oliqarxiya quruluşu, yəni onun müxtəlif formaları
meydana çıxır. Qanunverici bu və ya digər dövlət quruluşunu
yaratdıqda ortabab vətəndaşları həmişə özünə cəlb etməlidir:
əgər o, oliqarxiyanın xarakterinə uyğun qanunlar çıxaracaqsa o,
ortababları nəzərdə tutmalıdır; əgər qanunlar demokratiya
ruhundadırsa o, ortababları buna öyrətməlidir. 4. Harda əhalinin
ortabab hissəsi ya hər iki ifratçılıq üzərində, ya da onlardan
158
birinin üzərində üstünlüyə malikdirsə, orada dövlət quruluşu sa-
bitliyə ümid bəsləyə bilər; ortababların əleyhinə çıxmaq üçün
varlılarla yoxsulların razılığa gəlməsi təhlükəsi ola bilməz; heç
vaxt nə bunlar, nə də o birilər bir-birinin qulu olmağa razı ol-
mazlar; əgər onlar elə bir vəziyyət yaratmağa səy göstərsələr
ki, beləsi həm bunları, həm də o biriləri təmin etsin, onda onlar
ortababdan başqa heç bir ayrı dövlət quruluşu tapa bilməyə-
cəklər. Bir-birinə qarşı olan inamsızlığa görə onlar növbə ilə
idarə etməyə razı olmazlar. Bununla belə vasitəçilər hər yerdə
böyük etimada malikdir, bu halda isə vasitəçilər ortabab adam-
lardır. Dövlət quruluşu da nə qədər çox qarışsa, bir o qədər
möhkəm olacaq. 5. Əksər qanunvericilər, eyni zamada da aris-
tokratiya quruluşunu təsis etməyi nəzərdə tutanlar, yalnız varlı-
lara həddindən artıq üstünlük verdiklərinə görə deyil, həm də
sadə xalqı nəzərə almamağa çalışdıqlarına görə müvəffəqiyyət-
sizliyə uğrayırlar. Axı zaman dəyişdikcə saxta düşünülmüş fıra-
vanlığın ardınca həqiqi hirs, qəzəb gəlir, dövlət quruluşunu da
çox vaxt sadə xalqın deyil, varlıların acgözlüyü məhv edir.
6.
Hesab edirlər ki, mövcud olan beş hiylə vasitəsilə döv-
lət idarə etməsində sadə xalqa yer əldə etmək mümkündür.
Bunlar xalq məclisilə, vəzifələrlə, divanxanalarla, orduyla və
gimnastika təlimlərilə əlaqədardır. Xalq məclisində iştirak etmə-
yə hamının haqqı var, lakin varlılıarın üzərinə bundan yayındıq-
da pul cəriməsi qoyulur; bunu ya gərək yalnız varlılar özləri
ödəsinlər, ya da onları zorla cərimələyirlər. Adamların vəzifəyə
təyin edilməsi işində, müəyyən əmlak senzinə malik olanların
bu vəzifələrdən imtina etməyə haqqı yoxdur, yoxsullar isə bu
hüquqa malikdir. Hakim vəzifəsindən yayınan varlı adamlar
üzərində cərimə qoyulur, yoxsullarsa bundan azaddır, yaxud
Harondun qanunlarında olduğu kimi varlıların üzərinə böyük cə-
rimə qoyulur, yoxsulların üzərinə - kiçik. 7. Bəzi ölkələrdə və-
159
təndaşların siyahısında olanların hamısı xalq məclisində və
məhkəmədə iştirak etmək hüququ alır15, lakin əgər onlar vətən-
daşların siyahısına daxil edildikdən sonra, bu və digər vəzifə-
lərin icrasından yayınsalar, onların üzərinə böyük pul cəriməsi
qoyulur. Bu, birtərəfdən onları cərimə qorxusu ilə vətəndaşların
siyahısına yazılmağa qoymamaq məqsədilə edilir; digər tərəf-
dən - əgər onlar vətəndaşların siyahısına yazılmasalar, onda
məhkəmədə və xalq məclisində iştirak etmək hüququndan
məhrum olacaqlar. Bu, eynən qanun əsasında silah gəzdirmək
hüququna və gimnastika təlimlərində iştirak etməyə də aiddir:
yoxsullara silah əldə etməməyə icazə verilir, varlılıar isə əgər
bunu əldə etməsələr cərimə olunurlar. Gimnastika təlimlərindən
yayınan yoxsullara heç bir cərimə qoyulmur, varlılar isə cərimə
ödəyirlər ki, bəziləri cərimənin qorxusundan gömnastika təlim-
lərində iştirak etsinlər, digərləri isə, hansılar ki, onları heç bir
təhlükə gözləmir, bunda iştirak etməsinlər. Bunların hamısı -
qanunlar sahəsində oliqarxiyanın hiylələridir.
8.
Demokratiyalarda bu hiylələrə qarşı digərləri qoyulur:
xalq məclisində və məhkəmədə iştirak etmək üçün yoxsullara
mukafat verilir, varlıların üzərinə isə heç bir cərimə qoyulmur.
Bu halda kim düzgün qarışma istəyirsə, yəqin bu iki qaydanı
birləşdirməlidir: vəzifələrini yerinə yetirdiklərinə görə bir para-
larını mükafatlandırmaq, digərlərini bunlardan yayındıqlarına
görə cərimə etmək, ona görə ki, yalnız bu halda hamı dövlət
həyatında iştirak edər. Əks təqdirdə onu yalnız bir para adam
idarə edəcək. Bununla belə dövlətin idarə edilməsi ancaq o
adamlara aid olmalıdır ki, onların öz hesablarına silah əldə et-
məyə mümkünatları olsun; o ki, qaldı əmlak senzinə, onun kə-
miyyət ölçüsünü müəyyənləşdirmək mümkün deyil, hər halda
işi elə təşkil etmək olar ki, bu senz mümkün qədər daha yüksək
olsun, amma bununla bərabər belədə də dövlət idarəetməsində
160
iştirak edə bilən adamların sayı, yenə bu hüquqdan məhrum
olanların sayını üstələyəcək. 9. İş bundadır ki, yoxsullar imtiyaz-
lardan məhrum olsalar da, əgər onlara heç kim toxunmasa və o
şey ki, onlara məxsusdur, onu onlardan almasa, yenə də yerlə-
rində dinc durarlar. Lakin bu işi təşkil etmək - çətin məsələdir,
Çünki idarə edənlər həmişə incə adamlar olmurlar. Hərb za-
manları yetişdikdə, yoxsullara pul verilməsə, onlar bir qayda
olaraq buna laqeyd qalırlar, bu vəsaiti onlara verdikdə isə onlar
gedib vuruşmağa hazırdırlar.
10. Bəzi dövlətlərdə bərabər hüquqlu vətəndaş hesab edi-
lənlər yalnız hal-hazırkı dövrdə ağırsilahlı qoşunda xidmət gös-
tərənlər deyil, həm də artıq xidmət möhləti bitmiş adamlardır.
Məsələn, malaylarda bərabər hüquqlu vətəndaşlar məhz belə-
ləri olurdu, vəzifəli şəxsləri isə yalnız həqiqi hərbi qulluq keçən-
lərdən seçirdilər. Yunanıstanda da monarxiya quruluşu aradan
qaldırıldıqdan sonra ilk zamanlar bərabər hüquqlu vətəndaşlar
hərbçilər, yəni öncə - süvarilər olmuşdu, bu onunla izah olunur
ki, o vaxt müharibədə güc və üstünlük atlı qoşununda idi, ağır-
silahlı piyadalar isə düzgün təşkil edilmədiyindən səmərəsiz idi:
piyada qoşununu təşkil etmək işi üzrə təcrübə və taktika qay-
dalarının hazırlanması keçmiş adamlarda yox idi, buna görə elə
zənn edirdilər ki, bütün güc atlı qoşundadır. Dövlətlərin artması
ilə ağırsilahlı piyada qoşun da böyük əhəmiyyət kəsb etməyə
başladı, bu isə dövlət idarəçiliyində çoxlu vətəndaşın iştirak
etməsinə səbəb oldu. Bax buna görə keçmişdəkilərin demokra-
tiya adlandırdıqları dövlət quruluş formalarını biz indi politiya ad-
landırırıq. 11. Əslində isə, arxaistik16 dövlət quruluşu formaları
oliqarxiyaya və monarxiyaya aiddir. Adam azlığı nəticəsində on-
larda əhəmiyyətli dərəcədə az, ya çox sayda ortabab vətəndaş
yox idi; sayca az və qeyri-mütəşəkkil olduqlarından onlar tabe-
çilikdə bulunmağa daha meylli idilər.
161
Dostları ilə paylaş: |