xalq özünün iştirak payını alacaq və dövlətdə nəyi isə ləğv
etmək imkanından məhrum olacaq, xalqın çıxardığı qərar onda
ya probulların və nomofilakların qərarı ilə tamamilə uyğunlaş-
dırılacaq, ya da irəli sürülmüş qanun layihəsinə heç bir şeylə
zidd olmayacaq. Eyni zamanda hamıya məşvərətçi səsə m alik
olmaq imkanı vermək olar, həlledici səs isə - yalnız vəzifəli
şəxslərə verilməlidir. 10. Ümumiyyətlə isə politiyalarda19 müəy-
yən edilmiş qaydaların əksinə hərəkət etmək lazımdır: xalq küt-
ləsinə təklif olunan qanun layihələrini qəbul etməmək hüququ
verilməlidir, daha müstəqil surətdə onları irəli sürmək hüququ
yox, - qəbul olunmayan qanun layihəsi yenidən vəzifəli şəxs-
lərə qaytarılmalıdır. Politiyalarda isə əksinə hərəkət edirlər: qa-
nun layihələrini qəbul etməmək hüququna bir para adam malik-
dir, bunları irəli sürməyə isə onların hüququ yoxdur; axırıncı
həmişə daha çox böyük məclisə məxsusdur.
Dövlətdə başlıca hakimiyyət olan qanun layihələrini müza-
kirə edən hakimiyyət haqqında bizim fikrimiz bax budur.
XII.
1. Vəzifələrin bölüşdürülməsinə dair məsələ bilavasitə
yuxarıda göstərilənlərlə əlaqədardır. Həm də dövlət quruluşu-
nun bu hissəsi ilə bağlı müxtəlif suallar vermək olar: neçə
vəzifə olmalıdır, vəzifəli şəxslər nəyə nəzarət edir və onların sə-
lahiyyət müddəti nə qədərdir (axı bəzi dövlətlərdə vəzifəli şəxs-
ləri altı ay müddətinə seçirlər, digərlərində - daha az müddətə,
üçüncülərdə - bir ilə, dördüncülərdə - daha uzun müddətə),
vəzifələr ömürlükmü olmalıdır, ya uzunmüddətli, yoxsa nə bu
olmalıdır, nə o birisi, ancaq eyni şəxslər bir neçə dəfə vəzifə tut-
malıdır, yoxsa eyni bir adam iki dəfə deyil, yalnız bir dəfə vəzifə
tuta bilər? 2. Həmçinin vəzifələrin təşkilinə dair müzakirə apar-
maq lazımdır, vəzifələrə adam kimlərdən, kimlər və necə təyin
edilməlidir. Nəzəriyyədə bu müxtəlif sualların cavablarını hər
166
cür göstərməyi bacarmaq lazımdır, sonrasa bu cavablar təcrü-
bədə hansı vəzifələrin hansı dövlət quruluşu üçün faydalı olma-
sına uyğun surətdə tətbiq edilməlidir.
Vəzifə adlandırılan şeyə də sözün həqiqi mənasında
müəyyənlik gətirmək asan deyil. Dövlət münasibəti üçün çoxlu
rəhbər tələb olunur; buna görə seçki yolu ilə və püşklə təyin
edilmiş adamların hamısını vəzifəli şəxs hesab etmək olmaz,
məsələn, hər şeydən öncə kahinləri (onları dövlətin vəzifəli
90
şəxslərindən ayrı tutmaq lazımdır), həmçinin xöreqlərı və car-
çıları; səfırlər də seçki yolu ilə təyin olunur.
3. Dövlət tapşırıqları isə müəyyən bir işi nəzərdə tutur, həm
də ya bütün vətəndaşlara (belə ki, məsələn, strateq yürüşə
çıxanların hamısına komandanlıq edir), ya da onların bir hissə-
sinə aid olur (məsələn, ginekonoma, yaxud gedenoma verilən
tapşırıq21). Digər tapşırıqlar dövlət təsərrüfatını nəzərdə tutur
(belə ki, tez-tez səçki yolu ilə sitometrlər təyin olunur22), bəzi tap-
şırıqlar isə ikinci dərəcəli xarakter daşıyır və bunların icrası üçün,
əgər buna vəsait varsa qullar qoyurlar. O adamları həqiqi mə-
nada vəzifəli şəxslər adlandırmaq lazımdır ki, belələrinə bəzi işlər
üçün qanun layihələrini müzakirə etmək, həll etmək və idarə et-
mək səlahiyyətinə malik olmaq hüququ verilir, xüsusən də bu
axırıncı, ona görə ki, «idarə etmək» anlayışı hər şeydən öncə hər
cürə səlahiyyət haqqında təsəvvürlə bağlıdır. Lakin bu cür fərq-
ləndirmə, əslində, heç bir təcrübi əhəmiyyətə malik deyil (çünkü
hələ heç vaxt elə şey olmayıb ki, vəzifəli şəxslər onlara vəzifəli
şəxs adının təqdim edilməsi barədə bəhs etsinlər); buna rəğmən
bu məsələnin mücərrəd nöqteyi-nəzərdən bəzi əhəmiyyəti var.
4. Dövlətin mövcud olması üçün hansı sayda hansı vəzi-
fələr tələb olunur? Hansı vəzifələr zəruri deyil, lakin yaxşı quru-
lan dövlət üçün faydalıdır? Hər dövlət üçün, xüsusən kiçik döv-
lətlər üçün həlli böyük əhəmiyyət kəsb edən suallar bax bunlar-
167
dır. Böyük dövlətlərə gəldikdə isə onlarda elə qaydalar müəy-
yənləşdirmək olar və olmalıdır ki, müəyyən vəzifələr müəyyən
fəaliyyət sahəsinə uyğun gəlsin; vətəndaşların sayının çoxluğu
onlardan çoxuna vəzifəyə keçməyə imkan verir, belə ki, vəzifə-
lərdən bəzilərinə eyni bir şəxsi yalnız uzun müddət keçdikdən
sonra təyin etmək olar, digərlərinə isə - ancaq bir dəfə; həm də
hər iş onda yaxşı alınar ki, bununla bir işə baxan adam məşğul
olsun, daha çox işə baxan adam yox.
5.
Kiçik dövlətlərdə zərurət üzündən vəzifələrin çoxusunu
bir para vətəndaşın əlində cəmləşdirmək lazım gəlir; əhalinin az
olması nəticəsində çox adamın vəzifədə olmasını təşkil etmək
asan deyil, həm də onların xələfi olacaq adamları haradan gö-
türmək olar. Döğrudur, bəzi kiçik dövlətlərə də böyük dövlətlər-
də olan vəzifələr və qanunlar lazım olur; fərq yalnız ondadır ki,
kiçik dövlətlərdə tez-tez eyni vəzifələri eyni adamlara həvalə et-
mək lazım gəlir, böyük dövlətlərdə isə bu tədbirə yalnız aradan
xeyli vaxt keçdikdən sonra əl atılır. Buna görə çox işin eyni
adamlara tapşırılması üçün heç bir maneə yoxdur, zira bu tap-
şırılmış işin biri digərinə maneçilik törətmir; həm də, ümumiy-
yətlə, dövlətin əhalisi az olduqda vəzifələrdən istər-istəməz bir
növ fırlanan şişlər - çıraqlar etmək lazımdır. 6. Beləliklə, əgər
biz göstərə bilsək ki, hökmən hər dövlətdə hansı sayda, hansı
vəzifələr olmalıdır, bunlara çox ehtiyac duyulmasa da, hər hal-
da bu, göz qabağında olmalıdır, hər kəs bunu bilsə,
m əhz
hansı
vəzifələrin bir fəzifədə birləşdirilməsinin daha asan olduğunu
dərk edər. Onu da nəzərdən qaçırmaq olmaz ki, bir çox vəzi-
fələr yerli şəraitdən asılı olaraq hansı məsələlərə və hər yerdə
bir vəzifə ən yüksək səviyyədə hansı məsələlərə baxmalıdır,
məsələn, şəhər bazarında intizama nəzarət etmək üçün bir
aqoranom, eyni məqsədlə də digər yerdə - digər aqoranom,
yaxud elə həminkini bütün şəhər üzrə təyin etmək Iazımdırmı.
168
Yenə bir sual: vəzifələri işlərin idarə edilməsi xarakterinə
müvafiq olan surətdə, yaxud da adamlara münasib surətdə
bölüşdürmək lazımdırmı? Mən onu nəzərdə tuturam ki, mə-
sələn, ümumi ədəb qaydalarına bir nəfər vəzifəli şəxsin nəzarət
etməsi lazımdır, yoxsa uşaqların və qadınların ədəb qaydalarına
nəzarət etmək üçün xüsusi olaraq vəzifəli şəxs lazımdır. 7. Nə-
hayət, dövlət quruluşu formalarının arasında olan fərqlə də
hesablaşmaq vacibdır, bununla əlaqədar özümüzə sual vermək
lazımdır: ayrı-ayrı dövlət quruluşu formalarında olan vəzifələrin
xarakterində fərq varmı, yoxsa yox? Məsələn, eyni vəzifələr de-
mokratiyada, oliqarxiyada, aristokratiyada, monarxiyada başlıca
sayılır, baxmayaraq ki, bu vəzifələrə bərabər və eyni mövqedə
duran, yaxud da bəzi dövlətlərdə - bir mövqedə, digərlərində -
başqa mövqedə duran adamlar təyin edilir (məsələn, aristokra-
tiyalarda vəzifəli şəxslər təhsil görmüş, oliqarxiyalarda - varlı,
demokratiyalarda - ata-anası kölə olmayan adamlardır). Yaxud
da bəzi
vəzifələr
dövlət quruluşu
formalarının fərqli
olması ilə
əlaqədar müxtəlif olur, lakin yalnız bəzi hallarda eyni olduqda
faydalı olur, digər hallarda isə - müxtəlif olduqda, zira eyni vəzi-
fələrə əlavə olaraq bəzən böyük, bəzən də kiçik fəaliyyət sa-
həsi vermək məqsədəuyğundur.
8.
Bəzi vəzifələr xüsusilə bu və ya digər dövlət quruluşu
formalarına xasdır. Məsələn, probul vəzifəsi demokratiyaya xas
deyil, şura isə - demokratik qurumdur, axı hökmən elə bir qu-
rum olmalıdır ki, onun vəzifəsi həll edilmək üçün xalq məclisinə
daxil olan layihələrə qabaqcadan baxmaqdan ibarət olsun,
onda axırıncı bunların müzakirəsinə həddindən çox vaxt sərf
etməyəcək. Əgər bu qulluqda sayca az adam bulunursa, onda
bu oliqarxiyanın əlamətidir. Ancaq sayca az probul bu qulluğun
xarakterinə uyğun gəlir; burdan aydındır ki, bu demokratiya quru-
luşuna xas olan xüsusiyyətdir. Amma harada həm probul, həm
169
Dostları ilə paylaş: |