A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə44/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   40   41   42   43   44   45   46   47   ...   104

Buna  görə bəzi  hallarda  kəmiyyət cəhətdən  olan  bərabərliyə  əsas- 
lanmaq  lazımdır,  digər  hallarda  -   ləyaqət  cəhətdən  olan  bəra- 
bəıiiyə.  9.  Hər  neçə  olsa  da  demokratik quruluş,  oliqarxiya  qurulu- 
şuna  nisbətən  daha  təhlükəsizdir  və  daha  az  daxili  çəkişmələrə 
səbəb olur. Oliqarxiyalarda qanşıqlığın iki cür əsası olur: bir-birilə və 
xalqla ədavətdə olmaq; demokratiyalarda isə -  yalnız oliqarxiya  ilə. 
Üstəlik  ortabablann  üstünlük  təşkil  etdiyi  dövlət  quruluşu  oliqarxi- 
yadan  çox,  demokratiyaya  yaxındır,  bizim  xatırlatdığımız  dövlət 
quruluşlarından ən çox təhlükəsizliyə malik olanı da budur.
II. 
1.  Biz  qiyamların  və  dövlət  çevrilişlərinin  mənbələrinə 
diqqət  yetirməyi  nəzərdə  tutduğumuzdan,  bizə  hər  şeydən  ön- 
cə,  ümumiyyətlə,  onların  əsas  səbəbləri  haqqında  məsələni 
araşdırmaq  iazımdır.  Belə  əsas  səbəblərdən  üçünün  adını  çək- 
mək  olar;  onlardan  hər  birini  özü-özlüyündə  götürdükdə,  hər 
şeydən  öncə  onların  əsas  əlamətlərini  xarakterizə  etmək  lazım- 
dır.  Birincisi,  qiyam  qaldıran  adamların  əhval-ruhiyyəsini  bilmək 
vacibdir;  ikincisi  nəyə  görə;  üçüncüsü,  əslində  siyasi  qarışıqlıq 
və daxili  çəkişmələr nədən  başlayır.
Dövlət çevrilişi  hazırlayan  adamların  əhval-rühiyyəsinə  gə- 
lincə  burada,  ümumiyyətlə,  ən  çox,  artıq  bizim  xatırlatmış  oldu- 
ğumuz  səbəb  nəzərə  alınmalıdır.  Yəni:  bəziləri  çəkişməyə  baş- 
lamaqla  hüquq  bərabərliyinə  can  atırlar,  əsas  da  budur ki,  onla- 
rın  fikrincə  hüquqları  azaldılır,  hərçənd  onlar  hüququ  çox  olan- 
larla  bərabərdir;  digərləri,  əksinə,  bərabər  olmamağa  və  üs- 
tünlüyə  can  atırlar,  çəkişməyə  o  halda  başlayırlar  ki,  bu  adam- 
ların  qənaətinə  görə,  onlar qalanları  ilə  bərabər  olmadıqda,  on- 
larla  müqayisədə  heç  bir  üstünlüyə  malik  olmurlar,  ancaq 
onlarla  bərabər,  yaxud  da  əksik  olurlar.  2.  Göstərilən  iddialar 
bəzi  hallarda  ədalətli  olur,  digər  hallarda  -   ədalətsiz:  axı  hüqu- 
qu  az  olanlar  da  qalanları  ilə  bərabərləşməkdən  ötrü,  bərabər
178
hüquqa  malik  olanlar  isə  böyük  hüquqlar əldə  etmək  üçün  yer- 
də qalanlarla da  çəkişməyə  başlayır.  Göstərilənlər qiyam əhval- 
ruhiyyəsinin  yaranmasını  aydınlaşdırmaqdan  ötrü  kifayətdir. 
Çəkişmələr  bunlardan  törəyir  -   gəlirdən,  mənsəb  və  rütbədən 
və  bunlara  əks  olan  şeylərdən;  dövlətlərdə  çəkişmələr  həm  də 
vətəndaş  hüquqlarının  itirilməsi  qorxusundan  və  qoyulan  cə- 
rimənin  ödənilməsinin  arzu  olunmamasından  da  baş  verir  -  
özlərindən  ötrü,  yaxud  dostlarından  ötrü  olmasının  fərqi  yoxdur.
3.  Adam-ların  hərəkətinin  bəlkə  də  yeddi  və  daha  çox səbəb  və 
bəhanələrini  sadalamaq  olar  ki,  bunun  da  təsiri  altında,  yuxa- 
rıda  deyildiyi  kimi,  adamlar qalxır və  göstərilən  tələbləri  irəli  sü- 
rür.  Bu  səbəblərdən  ikisi  yuxarıda  göstərilənlərə  uyğun  gəlir, 
lakin  onların  hərəkəti  bir qaydada  meydana  çıxmır.  Gəlirin,  say- 
ğı  və  ehtiramın  əldə  edilməsinə  cəhd  göstərmək  adamların  qar- 
şılıqlı  surətdə  acıqlanmasına,  əvvəllər  deyildiyi  kimi,  ona  görə 
gətirib  çıxarmır  ki,  onlar  özləri  özləri  üçün  bunu  əldə  etmək  ar- 
zusunda  bulunurlar,  ancaq  ona  görə  ki,  onlar  -   bəziləri  haqlı, 
digərləri  haqsız olaraq -  başqalarının  bunlardan  əhəmiyyətli  də- 
rəcədə  neçə  faydalandığını  görürlər.  Həmçinin  həyasızlıq,  qor- 
xu,  üstünlük,  nifrət,  həddindən  artıq  yüksəliş;  digər  tərəfdən  -  
fitnə-fəsad,  etinasız münasibət,  xırda  təhqirlər,  xasiyyətlərin  tut- 
maması  çəkişmələrə  səbəb  olur.  4.  Bu  halda  həyasızlıq  və  ac- 
gözlük  hansı  əhəmiyyətə  malikdir  və  hansı  cəhətdən  bunlar 
daxili  çəkişmələrə  səbəb  olur  -   bu,  çox  güman  aydındır;  əgər 
hakimiyyətdə olanlar həyasız və acgözdürlərsə,  onda  əhali  həm 
onlara,  həm  də  bu  şəraiti  onlara  yaradan  dövlət  quruluşuna 
qarşı  düşmənçilik  münasibətində  bulunur;  acgözlük  isə  bəzən 
xüsusi  şəxslərin  mülkiyyətinə,  bəzən  də  dövlət  malına  tuşlanır. 
Sayğı  və  ehtiramın  da nə  kimi  əhəmiyyət daşıması  və  bunun  da 
nəyə  görə  daxili  çəkişmələrə  səbəb  olması  aydındır;  adamlar, 
özlərinin  bu  sayğı  və  ehtirama  malik  olmamasını,  başqalarının
179


isə,  əksinə,  malik  olmasını  gördükdə  hiddətlənirlər.  Ədalətsizlik 
burda  ondan  ibarətdir  ki,  bəzi  adamlar  sayğı  və  ehtiramdan 
yararlanırlar,  başqaları  isə  bundan  məhrumdur,  həm  də  bu  və 
digərlərinin  yaxşı  cəhəti  nəzərə  alınmır;  ədalət,  əksinə,  o  halda 
olar  ki,  sayğı  və  ehtiram  yaxşı  cəhətə  əvəz  olaraq  verilsin.  Hər 
hansı  bir adam  -  bir,  yaxud  bir neçə  nəfər -   öz  qüdrəti  ilə  döv- 
lətin  və  hökumət  orqanlarının  bir araya  sığa  bilən  xarakterindən 
seçildikdə,  üstünlük də  daxili  çəkişmələrə  səbəb  olur.  Bu  halda, 
adətən,  monarxiya  və  sülalə  üsul-idarəsi  meydana  çıxır.  5. 
Buna  görə  bəzi,  məsələn,  Arqos  və  Afina  kimi  dövlətlərdə  bir 
qayda  olaraq  sürgün  etməyə  əl  atılır,  hərçənd  buna  yol  verib, 
sonra  çarə  qılmaqdansa,  hələ  lap  əvvəlcədən  dövlətdə  başqa- 
larından  bu  qədər  yüksəkdə  dayanan  adamların  meydana  çıx- 
mamasından  ötrü  bu  işə  nəzarət etmək yaxşı  olardı.  Qorxu  o  cə- 
hətdən çəkişməyə səbəb olur ki,  bir tərəfdən təqsiri  olan  adamlar 
cəzaya  məruz  qalmaqdan  çəkinirlər,  dıgər  tərəfdən  isə  -   haq- 
sızlığın  qurbanı  olmaq  təhlükəsi  altında  olanlar,  ehtimal  olunan 
haqçızliğın  qarşısını  hələ buna  məruz qalmamışdan  almağı  arzu 
ediriər.  Məsələn,  Rodosda  kübarlar onlara  qarşı  başlanan  məh- 
kəmə  işinə  görə  demokratiyaya  qarşı  birləşmişdilər3.  6.  Nifrət 
çəkişmə  və  hiddətə  səbəb  olur;  bu,  məsələn,  oliqarxiyada  baş 
verir,  orada vətəndaşların çoxu özündə  güc hiss etsə də,  dövlət 
idarəçiliyində  iştirak  etmir.  Həm  də  demokratiyalarda  dövlət 
quruluşundakı  qarışıqlıq  və  özbaşınalıq  varlı  adamlarda  ona 
qarşı  hiddət  doğurur.  Məsələn,  Fivada  Enofit  vuruşmasından 
sonra  dövlət  qaydaları  pozulduqda,  demokratiya  ləğv  edildi; 
belə  bir  şey  Meqarada,  Gelonun  istibdad  üsul-idarəsindən 
əvvəl  -   Sirakuzada,  demokratiyanın  devrilməsindən  əvvəl  -  
Rodosda  da  baş  vermişdi,  həmin  yerlərdə  intizamsızlığa  və 
özbaşınalığa  görə  demokratlar məğlubiyyətə  uğradılmışdı.
180
7. 
Dövlət çevrilişləri  uyğunsuz yüksəliş  nəticəsində  də  baş 
verir.  Məlumdur ki,  bədən  hissələrdən  ibarətdir və  mütənasibliyi 
saxlamaq  üçün  öz boyuna  uyğun  böyüməlidir.  Əks  halda,  əgər, 
məsələn,  ayaq  dörd  dirsək  uzunluğunda,  bədənin  yerdə  qalan 
hissəsi  isə iki  qarış4  olarsa  o,  məhv olar;  bəzən  də  bədən,  əgər 
o,  yalnız  kəmiyyət  cəhətcə  deyil,  həm  də  keyfiyyət  cəhətcə 
qeyri-uyğun  bir  şəkildə  inkişaf  etsə,  başqa  canlı  varlıq  şəklini 
alacaq.  Dövlət  də  eynən  belə  ayrı-ayrı  hissələrdən  ibarətdir; 
onlardan  bəziləri,  məsələn,  demokratiyalarda  və  politiyalarda 
yoxsullar  kütləsi  çox  vaxt  hiss  edilmədən  inkişaf  edir.  8.  Bu, 
bəzən  təsadüfi  hallar  nəticəsində  də  baş  verir.  Belə  ki,  məsə- 
lən,  iran  müharibələrindən  az  sonra,  Tarantedə  yapiqalarla 
mübarizədə  kübarların  çoxu  məğlubiyyətə  uğrayıb,  məhv  oldu 
və  politiyadan  demokratiya  əmələ  gəldi.  Arqosdakı  «yeddinci 
gün»5  vuruşmasında  Lakonlu  Kleomen  arqosları  məğlub  etdik- 
dən  sonra,  parieklərin  bir  hissəsini  vətəndaşlığa  qəbul  etmək 
lazım  gəldi.  Quruda  aparılan  uğursuz  vuruşmalar  Afınada  kü- 
barların  sayını  azaltdı,  cünki  Lakon  müharibəsinə  qədər orduda 
siyahı  üzrə  xidmət  edirdilər6.  Bu,  nadir  hallarda  baş  versə  də, 
demokratiyalarda  varlıların  sayı  çoxaldıqda,  yaxud,  iimumiy- 
yətlə,  mal-mülk  artdıqda  -   demokratiya  quruluşu  oliqarxiyaya 
və  sülalə  üsul-idarəsinə  keçir.
9. 
Dövlət  quruluşu  çəkişmələrsiz,  intriqalar  nəticəsində  də 
dəyişilir.  Geridə  belə  olmuşdu,  burada  seçki  ilə  təyin  edilən  və- 
zifəli  şəxsləri  püşklə  təyinat  alanlarla  əvəz  etmişdilər,  ona  görə 
ki,  fitnə-fəsad  törədənləri  seçirdilər.  Həm  də  başısoyuqluq 
nəticəsində  bu  zaman  mövcud  dövlət  quruluşuna  düşmənçilik 
münasibəti  bəsləyən  adamların  yüksək  dövlət  vəzifəsi  tutması- 
na  yol  verilir,  Oreyada  oliqarxiya  belə  devrilmişdi,  Herakleodor 
vəzifəli  şəxslər  sırasına  düşən  zaman  oliqarxiyanı  politiya  və 
demokratiya  ilə  əvəz  etmişdi7.  Həmçinin  xırda  şeylərə  laqeyd
181


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə