lərinə arxalanaraq, buna görə də qorxu bilmədən, onlar asan-
lıqla qəsdi başa çatdırırlar, məsələn, qoşun başçıları hökmdar-
lara qəsd edir. Beləcə, Kir Astiaqın54 həyat tərzinə və hərbi qüv-
vəsinə nifrətlə baxıb ona qarşı çıxdı: axı hərbi qüvvə zəifləmişdi,
Astiaqın özü isə cah-cəlal içində batıb qalmışdı. Həmçinin
frakiyalı Sevf Amodaka55 qarşı, onun qoşun başçısı ola-ola.
Bəziləri qəsdi bir neçə səbəbə görə, bir növ həm nifrətə, həm
də acgözlüyə görə törədirlər, məsələn, Mitridat Ariobarzana56
qarşı. Daha çox bu səbəbdən qəsd törədənlərə təbiət cəsarət
bəxş etmişdir və onlar hökmdarların yanında yüksək vəzifələr tu-
turlar, axı cəsurluq qüvvə ilə birləşdikdə cəsarət verir və kim ki,
həm buna, həm də digərinə malikdir, bunun öhdəsindən asanlıqla
gəlmək ümidi ilə də sui-qəsd hazırlayır. 16. Şöhrətpərəstlik üzün-
dən qəsd törədən adamların bəhanələri öz mahiyyətinə görə
yuxarıda göstərilənlərlə ziddiyət təşkil edir. Əgər bəziləri çoxlu
var-dövlətə və yüksək hörmətə (hökmdarlarda olduğu kimi) can
atdığından, hökmdarlara qəsd edirsə, o zaman şöhrətpərəstlik
üzündən qəsd törədənlərin heç biri bundan ötrü təhlükəyə
məruz qalmağa üstünlük vermir; o birilər yüxarıda göstərilən
səbəblərə əsaslanırlar, bu birilər isə - əgər söhbət digər bir
qeyri-adi hərəkətdən gedirsə, hansı ki, buna görə başqa adam-
ların nəzərində tanınar və məşhurlaşarlar - hökmdarlarla he-
sablaşırlar, amma hökmdar səlahiyyətini deyil, cəhd edirlər ki,
özlərinə böyük şöhrət qazansınlar.
17.
Amma belə bir səbəbdən ürəklənənlərin sayı olduqca
azdır. Axı ehtimal edilir ki, qəsdi törədən öz işini həyata keçirə
bilməsə, qətiyyən öz xilasının qeydinə qalmamalıdır. Bu qəbil-
dən olan adamlar Dionun nöqteyi-nəzərinə tərəfdar olmalıdır,
bu isə çoxları üçün asan deyil: o hərb etməkdən ötrü kiçik dəs-
təylə Dionisinin üstünə gedir, həm də deyir ki, iş heç olmasa,
bir uğurla nəticələnsə, onun bunda bir növ iştirak etməsi ondan
210
ötrü kifayət edər; amma ki, o quruya çıxdıqdan sonra həlak ol-
sa, onda bu cür ölüm onun üçün çox gözəl olar.
18.
İstibdad üsul-idarəsi, bütün digər dövlət quruluşu for-
maları kimi, düşmən dövlət quruluşu güclü olduqda, xarici sə-
bəblərdən də dağılır. Cəhdlər ziddiyyət təşkil etdiyinə görə bunu
həyata keçirmək arzusu açıq-aşkar kifayət etmir: amma ki, belə
bir imkan olduqda istəyə nail olmağa hamı cəhd göstərir. Bir-
birinə düşmən olan dövlət quruluşu formaları isə - demokratiya
və istibdad üsul-idarəsi, Gesioda görə, dulusçu ilə dulusçunun
düşmənçiliyinə bənzəyir (axı ifrat demokratiya - elə istibdad
üsul-idarəsidir); digər tərəfdən istibdad üsul-idarəsi monarxiya
və aristokratiya dövlət quruluşlarına zidd olduğuna görə bunun-
la da, onunla da düşməndir (bax buna görə lakedemonlular və
sirakuzalılar onlarda çox gözəl dövlət quruluşu olan zamanlar-
da, bir çox istibdad üsul-idarələrini ləğv etdilər). 19. Bundan
başqa istibdad üsul-idarəsinin məhvi, onunla bilavasitə əlaqəsi
olan adamlar öz aralarında çəkişməyə başlayan kimi, onun
özündə hazırlanır, necə ki, bu Gelonun istibdad üsul-idarəsi və
yaxın keçmişdə Dionisinin istibdad üsul-idarəsi ilə olmuşdur.
Gelonun tiran hökuməti ona görə devrildi ki, Gieronun qardaşı
Frasibul, özü idarə etməkdən ötrü demaqoqluq vasitəsilə Gelo-
nun oğlunu özünə cəlb etməyə başladı və onu keflə yaşamağa
həvəsləndirdi; haçan ki, onlara yaxın adamlar istibdad üsul-ida-
rəsinin tamamilə ləğv olunmasma yol verməməkdən, yalnız
Frasibulla bölüşdürməkdən ötrü birləşdilər, onların yoldaşları əl-
verişli şəraitdən yararlanıb, onların hamısını qovdu. Dionisi isə
xalqı öz tərəfinə çəkib, qudası Dionu sürgünə göndərdi, bundan
sonra da özü öldü.
20.
İstibdad üsul-idarəsinə də qəsd əsas etibarı ilə iki
səbəblə şərtlənir- ədavətdən və nifrətdən - birinci, yəni ədavət
ola bilsin, müstəbidlərin labüd yol yoldaşı hesab edilir, lakin nif-
211
rət də bir çox hallarda müstəbidlərin devrilməsinə səbəb olur.
Buna sübut: hökmranlığa yetişən müstəbidlərin əksəriyyəti
bunu mühafizə etmişdir, buna irsən yiyələnənlərinsə az qala
hamısı bunu dərhal itirir. Bu adamların zövqlə dolu həyatı on-
lara qarşı nifrət doğurur ki, bundan da qəsd törətmək üçün ələ
çoxlu girəvə keçir.
21. Qəzəbi də ədavətin tərkib hissələrindən biri hesab et-
mək lazımdır, çünki müəyyən dərəcədə həmin o hərəkətlərin
səbəblərindən biri də odur. Nifrətə nisbətən qəzəb tez-tez,
hətta daha aktiv təkanverici qüvvəyə çevrilir və bir halda ki,
qəzəbdən düşüncə susur, qəsd qətiyyətlə törədilir. Qəzəb isə
hər şeydən öncə müstəbidlərin həyasız hərəkətlərindən coşur,
bu da yeri gəlmişkən Pisistratidlərin və bir çox digər müstəbid-
lərin tiran hökumətini dağıtmışdı. Lakin ədavətdə hislər özünə
çox yer tapmır: axı qəzəb acınacaqlı hislərlə bağlıdır, belə ki,
ağılın hökmünə qulaq asmaq çətindir: əksinə, düşmənçilik kə-
dəri özündə saxlamır.
Yekunlaşdırarkən, demək lazımdır ki, o səbəblər, hansılar
ki, bizim fikrimizcə, xalis və mükəmməl oliqarxiyanın və ifrat de-
mokratiyanın dağılması ilə nəticələnir, istibdad üsul-idarəsinin
süqutuna da səbəb olur, çünki bu dövlət quruluşları - həmin də
istibdad üsul-idarələri, yalnız çoxluq arasında bölüşdürülür.
22. Çar rejimi hər şeydən daha az xarici səbəblər nəticə-
sində dağılır, buna görə də o, uzunömürlü olur, onun dağılması
əksər hallarda ancaq onun özündə olan səbəblərə görə baş
verir. O, iki halda məhv olur: birincisi, çarın ailə üzvləri bir-birilə
çəkişməyə başladıqda, ikincisi, çarlar çox qəddarcasına idarə
etməyə cəhd göstərdikdə, yəni onlar qanunun ziddinə olaraq öz
səlahiyyətlərini genişləndirməyə başladıqda. Bizim dövrümüzdə
çar hakimiyyəti həqiqi mənada daha əmələ gəlmir, əmələ gəl-
dikdə isə, bu daha çox təkhakimiyyətlilik və istibdad üsul-ida-
212
rəsi olur. Çar hakimiyyəti bir tərəfdən onun könüllü olaraq qəbul
edilməsi ilə şərtlənir, digər tərəfdən - özündə mühüm işlər üzrə
ali instansiyanı təmsil edir. İndi isə adamların çoxu bərabərdir,
onlardan da heç kim o qədər fərqlənmir ki, əzəməti və ləyaqəti
ilə belə bir hakimiyyətə münasib olsun. Buna görə adamlar
könüllü olaraq belə bir hakimiyyət təklifi vermir; əgər ki, birinə
hiylə yolu ilə və ya zorakılıqla hakimiyyəti ələ keçirmək nəsib
olsa, onda bu, artıq istibdad üsul-idarəsi hesab edilir.
23.
O səltənətlərdə, harda ki, hakimiyyət vərəsəlik yolu ilə
keçir, göstərdiyimiz ölümlə nəticələnən səbəblərdən başqa,
onu da göstərmək lazımdır ki, bir çox çarlar asanlıqla özlərinə
nifrət qazanır, həmçinin müstəbidlərin malik olduqları gücə
malik olmasalar da, onlar yalnız çarın nüfuzuna arxalanaraq,
yenə də həyasızlıq göstərirlər. Bu, tezliklə iflasa gətirib çıxarır:
əgər onu istəmirlərsə, o da çar olmayacaq; müstəbid isə, əksi-
nə, hətta onu istəməsələr də qalır.
Beləliklə, monarxiyalar bu və bu kimi səbəblərdən dağılır.
IX.
1. Onların bütövlüyü, görünür, ümumiyyətlə, əks vasi-
tələrlə mühafizə edilir; o cümlədən, çar quruluşunun bütövlüyü
qoyulan məhdudiyyətlərlə təmin edilir. Doğrudan da, çar haki-
miyyəti nə qədər az vəkalətə malik olsa, o təbii ki, bir o qədər
toxunulmaz qalacaq: bu halda çarların zalımlığı az olur, onlar öz
təbəələrinin düşüncə tərzinə yaxınlaşır və axırıncılarda az
dərəcədə həsəd doğurur. Buna görə çar hakimiyyəti moloslu-
larda və lakedemonlularda lap əvvəlcədən iki şəxsin arasında
bölüşdürüldüyünə görə uzun müddət mühafizə edilmişdi, həm
də ona görə ki, Feopomp57 onu müxtəlif vasitələrlə məhdud-
laşdırıb, eforat vəzifəsini təsis etmişdi; çar hakimiyyətinin rolunu
zəiflətməklə, o bunun ömrünün uzanmasına səbəb oldu, belə
ki, müəyyən baxımdan o, bunu qiymətdən salmadı, əksinə, yük-
213
Dostları ilə paylaş: |