səltdi. Deyirlər, arvadı ona, sənə eyib deyilmi öz oğlanlarına
sənə atandan miras qalandan daha az çar səlahiyyəti verirsən
söyləyəndə, o, belə cavab vermişdir: «Qətiyyən eyib deyil, çün-
ki mən bunu onlara daha uzun müddətə verirəm».
2.
İstibdad üsul-idarəsi bilavasitə bir-birilə zidiyyət təşkil
edən iki vasitə ilə mühafızə edilir. Bunlardan biri - ənənəvidir
və əksər müstəbidlər öz idarəçilik üsulunda buna əsaslanır.
Deyirlər ki, öz sahəsində əhəmiyyətli olan bu vasitəni Korinfli
Periandr58 meydana çıxarmışdı; iranlıların idarəçilik üsullarında
da belə şeyləri çox görmək olar. Artıq bizim əvvəllər göstərdi-
yimiz bir şey var ki, bu da istibdad üsul-idarəsinin mümkün olan
mühafizəsinə səbəb olur; bir vasitə, məsələn, bundan ibarətdir
ki, bütün görkəmli adamları nə iləsə «sındırmaq», azad fikirli
adamların hamısını aradan götürmək, sissitiyaları, cəmiyyətləri,
tərbiyə etməni və bu kimi şeyləri qadağan etmək, ümumiyyətlə,
hardan ki, özünə əminlik və qarşılıqlı inam əmələ gəlir, belə
şeylərdən
qorunm aq,
təhsil məqsədi ilə məktəblərin,
y a x u d
hansısa digər cəmiyyətlərin təşkil edilməsinə yol verməmək və
ümumiyyətlə, hər şeyi elə qurmaq ki, hamı çox vaxt bir-birinə
yad olsun, çünki tanışlıq daha çox inam yaradır. 3. Daha sonra,
şəhərə gələn bütün adamların həmişə göz qabağında olması və
öz vaxtlarını öz qapılarının ağzında kesirməsi lazımdır: onda on-
lara məşğul olduqları işi gözləmək çox çətin olacaq; həm də hə-
mişə qul vəziyyətində qalmaqla, onlar farağat durmağa alışa-
caqlar. İranlıların və barbarların tətbiq etdiyi bu kimi digər vasi-
tələr də istibdad üsul-idarəsinə münasibdir (axı onların hamısı
eyni bir məqsədi güdür). Bir də işi elə təşkil etməyə çalışmaq
lazımdır ki, təbəələrdən heç birinin nə barədə danışması və nə
ilə məşğul olması gizlin qalmasın, məsələn, Sirakuzada olan
«xəbər gətirənlər», yaxud Gieronun hər dəfə keçirilən bir dost-
yana məclisi və ya görüş yerlərinə gizlin surətdə qulaq asmaq
214
üçün göndərdiyi adamlar kimi cəsuslar saxlamaq; belə adam-
lardan ehtiyatlanaraq təbəələr açıq fikir mübadiləsi aparmağı
yadırğayacaqlar, amma ki, onlar açıq danışmağa başlasa, on-
da, öz söhbətlərini gizləmək onlara çətin olacaq. 4. Həm-vətən-
ləri bir-birinə qarşı qaldırıb, dostları dostlarla, sadə xalqı kübar-
larla, varlıları öz mühitindən olan adamlarla toqquşdurmaq la-
zımdır. Müstəbidin məqsədlərindən biri də, həmçinin öz təbə-
ələrini müflisləşdirməkdir, ondan ötrü ki, bir tərəfdən özünün
mühafizə dəstəsini saxlamaq imkanı olsun, digər tərəfdən isə
ondan ötrü ki, gündəlik qayğıları ilə başı qarışıq olan təbəələrin
ona qarşı qəsd
təşkil etməyə asudə vaxtı olmasın. Buna misal -
Kipselidlərə həsr edilmiş Misir ehramları, Pisistratlar tərəfindən
Olimpionun qurulması, Samosda isə - Polikratın59 tikililəri. Bu
kimi işlər eyni bir şeyi nəzərdə tutur: təbəələrin boş vaxtının ol-
mamasını və onların yoxsulluğunu. 5. Bura həmçinin, vaxtı ilə
Sirakuzada olduğu kimi vergi ödəmək də aiddir, orada məlum
olduğu kimi Dionisinin idarə etdiyi beş il ərzində təbəələrin
bütün müikiyyəti vergi ödənişinə getmişdir. Təbəələrin boş
vaxta malik olmamasından və həmişə başçıya ehtiyacları olma-
sından ötrü müstəbid həm də hərbə meyl edir. Çarın hakimiy-
yətini dostlar himayə edir, müstədidə isə dostlara etibar etmək
xas deyil, çünki, məhz onlar, çox ehtimal, hamının istədiyi şeyi
həyata keçirə bilər.
6.
İfrat demokratiyanı fərqləndirən bütün əlamətlər, həm
də istibdad üsul-idarəsinə xasdır: ev işlərində qadınlarm üstün-
lüyü ondan ötrüdür ki, onlar öz ərlərinin işlərini hamıya məlum
etsinlər, qulların intizamsızlığı da bu səbəbdəndir; qullar və
qadınlar müstəbidlərə qarşı qəsd hazırlamırlar, əksinə, ağ günə
çıxmaqla bunlar və o birilər, əlbəttə, həm istibdad üsul-idarələri-
nə, həm də demokratiyalara meyl göstərir, axı rəiyyət də bir
növ hökmdar olmaq istəyir. Buna görə burda da, orda da yal-
215
taqların hörməti var: demokratiyalarda - demaqoqun (axı de-
maqoq - xalqın yaltağıdır), müstəbidlərin yanında isə - özünü
aciz tutan adamların, bu isə yaltaqlara xasdır. Bunun nəticəsi
olaraq istibdad üsul-idarəsi bütün yaramaz şeyləri sevir; axı
müstəbidlərə yaltaqlanmaq, onları xoşhallandırır, bunu isə ağlı
olan heç bir azad insan etməz. Pis adamların isə bütün yara-
maz şeylər əlindən gəlir - məsəl var «pazı pazla». 7. Heç bir
yüksək şeyə, heç bir azad şeyə hüsn-rəğbət göstərməmək -
istibdad üsul-idarəsinə xas olan cəhətdir; bu keyfiyyətlərə
yalnız müstəbidin özü iddialıdır, əgər ki, azadlığa səcdə edən,
yüksək hislərə malik olan bir adam olsa, onda o, istibdad üsul-
idarəsini, ona üstünlük və hökmranlıq verən şeylərdən məhrum
edər. Buna görə müstəbidlərin, onların hökmranlığını məhv et-
məyə iqtidarlı olan bu cür adamları görməyə gözləri yoxdur.
Müstəbidlərə öz süfrəsinə əcnəbiləri dəvət etmək və ümumiy-
yətlə, öz vaxtını daha çox onlarla keçirmək xasdır, nəinki yerli
vətəndaşlarla; axırıncılar - onun üçün düşməndir, birincilər isə
onun əleyhinə qalxmaz. Bax, bu və bu kimi vasitələrlə müstəbid
öz hakimiyyətini mühafizə edir; bütün bu vasitələr tamamilə
alçaq xarakter daşıyır.
8.
Nəyə ki, biz indiyə qədər baxmışıq, bütün bunları üç
bəndə ayırmaq olar. Yəni müstəbid üç məqsədə doğru can atır:
birincisi, öz təbəələrini qorxaq etmək, çünki, qorxaq adam ona
qarşı qəsd təşkil etməyəcək; ikincisi, qarşılıqlı inamsızlıq yarat-
maq - istibdad üsul-idarəsi yalnız o zaman süqut edə bilər ki,
bəzi vətəndaşlar bir-birinə etibar etsin, buna görə müstəbidlər -
onların hakimiyyəti üçün qorxulu olduqlarından nəcib adamların
düşmənidir və yalnız ona görə yox ki, onlar zalımanə hakimiy-
yətə dözmürlər, həm də ona görə ki, onlar öz mühitlərində oldu-
ğu kimi digərlərinin arasında da etimada malikdirlər və nə özü-
nünkülərə, nə də özgələrə xəbərçilik etməklə məşğul olmaya-
216
caqlar; üçüncüsü, adamları siyasi qətiyyətdən məhrum etmək:
Heç kəs çətin işə, deməli, istibdad üsul- idarəsinin devrilməsinə
də, əgər onun buna gücü çatmırsa, qərar verməyəcək. 9. Müs-
təbidlərin bütün fıkri gösrəilən üç məqsədə yönəlmişdir. Bunları
üç ilkin şərt kimi aşağıdakı qaydada gösrətmək olar: adamlar
bir-birinə etibar etməsinlər; hərəkət edə bilməsinlər; qorxu hiss
etsinlər. İstibdad üsul-idarəsinin mühafizə edilməsinin vasitələ-
rindən biri bax budur.
10.
Digər vasitə, yuxarıda göstərilənlərlə demək olar ki,
ziddiyyət təşkil edən tədbirlərin qeydinə qalmaqdır. Bunu, çar
hakimiyyətini dağılmağa doğru aparan səbəblər haqqında nə
deyilmişdisə, o cür başa düşmək olar. Elə bunun kimi, onun
məhvinə səbəb olan vasitələrdən biri çar hakimiyyətinə daha
çox zalımlıq çaları verməkdən ibarətdir, bəli, istibdad üsul-ida-
rəsi üçün nicatverici vasitə onun tezliklə çar hakimiyyətinə bən-
zər etməkdir, əlavə olaraq bir şeyin qeydinə də qalmaq la-
zımdır: nəinki bunu istəyən, həm də istəməyən adamlar üzərin-
də hökm sürməkdən ötrü silahlı qüvvələri öz əlində saxlamaq.
Silahlı qüvvələri itirməklə, müstəbid zalımanə hakimiyyətini də
itirəcək, lakin axırıncı, necə deyərlər, hər şeyin əsasını təşkil
etməlidir, bütün başqa hallarda isə o, çar rolunu oynamalıdır,
yaxud bu rolun yaxşı ifaçısı kimi görünməlidir. 1 1 . 0 , hər şey-
dən öncə ümumi sərvətin qeydinə qalmalı, pulları xalq kütlə-
sinin narazılığına səbəb olan bəxşişlərə sərf etməkdən çəkin-
məlidir, halbuki xalqın əməyindən və ağır işindən əldə olunanlar
gen-bol surətdə geteralara60, əcnəbilərə, ustalara paylanır; artıq
bəzi müstəbidlər61 etdiyi kimi mədaxil və məxaric barəsində
hesabat verilməlidir, - belə hərəkət etməklə müstəbid, müs-
təbiddən çox təsərrüfat müdirini andıracaq; bununla bərabər o,
pulsuz qalarsa, bundan ötrü narahat olmağa dəyməz, axı döv-
lətdə ali hakimiyyət onun əlindədir. 12. Amma müstəbidlərə
217
Dostları ilə paylaş: |