13.
Asudə vaxtın və firavanlığın çox olduğu dövlətlərdə və
harda ki, üstəlik ədəb qaydalarının qeydinə qalırlar, orada xü-
susi vəzifələr aşağıdakılardır: ginekonomiya, nomofilakiya, pe-
donomiya, gimnasiarxiya; bundan başqa, gimnik və dionisik
yarışların15 və ümumiyyətlə, dövlətdə olan bu kimi ictimai tama-
şaların himayəsi. Bu vəzifələrdən bəziləri açıq-aşkar demokrati-
yaya xas deyil; məsələn, ginekonomiya və pedonomiya belə-
lərindəndir. Axı yoxsul adamlar qulların olmaması üzündən öz
arvadları və uşaqlarından bir nökər kimi istifadə etməyə məcbur
olurlar. Üç vəzifədən, hansıiara ki, bəziləri vəzifəli şəxs təyin et-
məklə ali səlahiyyətlər verirlər, yəni nomofilaklardan, probullar-
dan və şura üzvlərindən, nomofilaklar - aristokratiyada, probul-
lar - oliqarxiyada, şura - demokratiyada olan qurumlardır. Bü-
tün vəzifələr haqqında ümumi şəkildə bax bunları demək olar.
246
YEDDİNCİ KİTAB(H)
1. 1. Ən yaxşı dövlət quruluşuna dair araşdırmaları təqdim
etməyə hazırlaşan mütləq hər şeydən öncə dəqiq müəyyənləş-
dirməlidir ki, hansı həyat daha yüksək tutulmağa layiqdir. Əgər
bu qaranlıq qalsa, onda, əlbəttə ki, hansı dövlət quruluşunun ən
yaxşı kimi qəbul edilməsi də nəməlum qalacaq. Axı aydındır ki,
ən yaxşı dövlət quruluşuna malik olanlar onları əhatə edən şə-
raitin təsiri altında olmalıdır və buna bir gözlənilməz təsadüf ma-
neçilik etmirsə, onlar ən xoşbəxt həyat sürməlidir. Buna görə də
hər şeydən öncə hansı həyat tərzinin, ümumiyyətlə desək,
hamısından daha yaxşı olması barədə razılığa gəlinməlidir, sonra
isə artıq o məsələ həll edilməlidir ki, bu, ümumiyyətlə, hamı üçün
və ayrı-ayrı adamlardan ötrü eyni olacaq, yoxsa başqa-başqa.
2. Hesab etsək ki, bizim eksoterik mühakimələrimizdə ən
yaxşı həyat haqqında məsələ kifayət qədər şəhr edilib, biz hal-
hazırda da bunlardan istifadə edəcəyik. Doğrudan da, göstə-
rilən həmin bölmələrə əsaslanaraq, kimsə mövcud olan üç növ:
dünyəvi, cismani və mənəvi nemətlərin mövcud olmasına çətin
ki, şübhə edə bilər; bütün bu nemətlərin hamısı xoşbəxt adam-
ların gözünün qabağındadır. Axı kim az dərəcədə olsa da cəsa-
rətli, təmkinli, ədalətli, ağıllı deyilsə, kim uçan milçəkdən qorxur-
sa, kim aclıq və susuzluğunu yatırmaq üçün heç nədən, hətta
ən qəti vasitələrdən belə çəkinmirsə, kim yarım qroşa görə ən
yaxın dostlarını qurban verməyə hazırdırsa, kim uşağa və dəliyə
bənzər dərəcəyə qədər dərrakəsiz və nöqsanlıdırsa, heç kəs
onu xoşbəxt adlandırmaz. 3. Lakin bununla bərabər bu barədə
hamı, demək olar ki, tam razılığa gəldiyindən bu dünyəvi ne-
mətlərin dərəcəsi və dəyəri xüsusunda fikirayrılığı var. Adamlar
hətta cüzi dərəcədə belə xeyirxahlığa malik olduqda, bunu kifa-
yət qədər hesab edirlər, var-dövlətə, mülkiyyətə, qüdrətə, şan-
247
şöhrətə və bu kimi şeylərə doğru can atdıqda isə onlar heç bir
hədd bilmirlər. Bizsə onlara deyirik ki, həqiqətdə olan şeylərin
köməkliyi ilə burada işlərin necə olması asanlıqla yəqin edilir;
diqqəti təkcə ona çəkək ki, məziyyətləri dünyəvi nemətlər əldə
edib qorumur, əksinə, məziyyətlər dünyəvi nemətləri əldə edir
və qoruyur; həyatda xoşbəxtliyin adamlardan ötrü özünü zövq-
səfa kimi, yaxud xeyirxahlıq kimi, yaxud bu və ya o biri kimi
göstərib-göstərməməsindən asılı olmayaraq bu, o adamlara
həmrah olur ki, onlar artıqlaması ilə xoş xasiyyətlə və ağılla
zinətlənirlər, həm də o adamlara ki, onlar dünyəvi nemətlərin
əldə edilməsində mötədillik göstərirlər, onlardan daha çox dərə-
cədə isə o adamlara ki, onlar mənəvi cəhətdən kasıb olsalar da
dünyəvi nemətləri lazım olduğundan artıq əldə ediblər.
4.
Ancaq burası da var ki, nəzəri mühakimələr, görünür,
elə həmin nəticəyə gətirib çıxarır. Dünyəvi nemətlərin bir növ
vasitə kimi - hər vasitə isə müəyyən məqsəd üçün yararlıdır -
həddi vardır; bunların çox olması bunlara malik olanlara istər-
istəməz zərər yetirir, yaxud hər halda heç bir xeyir gətirmir;
əgər, ümumiyyətlə, qəbul edilsə ki, mənəvi nemətlər çox gözəl
olmaqla bərabər, həm də xeyirlidir, onda onlardan hər biri nə
qədər çox olsa, bir o qədər xeyirli olar. Hər halda, biz deyirik ik,
şeylərin ən yüksək mükəmməlliyi birinin digəri üzərində üstün-
lüyünü təyin etmək məqsədi ilə müqayisə edildikdə, görünür,
bizim araşdırma zamanı müəyyənləşdirdiyimiz kimi, ayrı-ayrılıq-
da götürdükdə onların hər birinin arasında olan fərqlə birbaşa
əlaqədardır. Bu minvalla, əgər ruh öz-özündən və biz insanlar-
dan ötrü mülkiyyətə və bədənə nisbətən daha dəyərlidirsə,
onda, əlbəttə ki, onların mükəmməl vəziyyəti də belə bir nisbət-
də olmalıdır. Daha sonra, bütün bunlar, təbii ki, ruhdan ötrü
lazımdır və bütün sağlam fikirli adamlar ruhu bunlar üçün deyil,
bunları məhz ruh üçün arzu etməlidir. 5. Beləliklə, şərtləşək ki,
248
hər kəsin payına nə qədər xoşbəxtlik düşürsə, bir o qədər də
xeyirxahlıq, dərrakə və buna uyğun fəaliyyət düşür; hər hansı bir
dünyəvi nemət sayəsində deyil, ancaq özü-özlyüyndə və öz
təbiətinə xas xüsusiyyətlər sayəsində xoşbəxt və müqəddəs olan
Allah bizə zamindir. Əlbəttə, xoşbəxtliyin uğurdan fərqi də
bundan ibarətdir: təsadüf və xoşbəxt tale nəticəsində bizim
payımıza mənəvi deyil, dünyəvi nemətlər düşür, ancaq elə bir
adam yoxdur ki, o, taleyi ilə bağlı, həm də bunun sayəsində
ədalətli və təmkinli olsun. Həmin o səbəblərdən də irəli gələn
fikirlərin nəticəsi budur ki, ən yaxşı dövlət elə xoşbəxt və rifah
içində bulunan dövlətin özüdür ki, var, yaxşı əməl sahibi olma-
yan adamlar isə rifah içində yaşaya bilməz, insan da, dövlət də
xeyirxahlığa və ağıla malik olmadan heç bir yaxşı əməl sahibi ola
bilməz. Cəsarət, ədalət və ağıl hər bir adamda olduğu kimi döv-
lətdə də əhəmiyyətə və həminki sifətə malikdir, adamlar bunlarla
əlaqədar olduğuna görə ədalətli, ağıllı və təmkinli adlanır.
6.
Qoy əvvəlki mühakimələr bizim araşdırmamızın başlan-
ğıcı olsun. Bunlara, əsla toxunmamaq olmazdı, hərçənd ki, bura
aid olan məsələləri müfəssəl surətdə müzakirə etmək də müm-
kün deyil - bu xüsusi bir fəndir. Hələlik hesab edəcəyik ki, aşa-
ğıda göstərilənlər əsaslı surətdə müəyyən edilmişdir: ən yaxşı
həyat ayrı-ayrılıqda hər kəs üçün, eləcə də dövlətlər üçün odur
ki, burada məziyyət özünü dünyəvi nemətlərlə o qədər təmin
edir ki, bunun nəticəsində öz fəaliyyətini xeyirxahlığın tələbinə
uyğun surətdə qurmaq mümkün olur. Bu [fikrə] qarşı ola biləcək
etirazları biz indiki mühakiməmizdə bir kənara qoyuruq və
bunları sonralar - kimisə yuxarıdakı dəlillər qane etmirsə, o
halda müzakirə edəcəyik.
11.1. Onu araşdırmaq qalır ki, hər bir adamın xoşbəxtliyi ilə
dövlətin xoşbəxtliyinin eyni olduğunu qəbul etmək olarmı, yoxsa
249
Dostları ilə paylaş: |