Əhalisinin sayı həddən artıq çox olan dövlət, doğrudan da, ən
mühüm tələbatların təmin edilməsi cəhətdən müstəqildir, amma
ki, bu dövlət birliyindən çox, tayfa birliyidir, çünki hər hansı bir
düzgun quruluşa malik olmaq onun üçün asan deyil. Həqiqə-
tən, kim bu dərəcəyə qədər çatan çoxluğa sərkərdəlik edəcək,
kim, Stentorun6 səsinə malik olmadan carçı olacaq? Burdan
belə nəticə çıxır ki, dövlətin ən əvvəlinci formasınm əhalisinin
sayı o qədər olmalıdır ki, beləsi hər şeydən öncə siyasi müna-
sibətlər əsasında gözəl həyat qurmaq iqtidarında olsun. Elə
dövlət də mümkündür ki, o, əhalisinin sayına görə birincini üstə-
ləyib, ondan böyük olsun; lakin biz əvvəllər göstərdiyimiz kimi
əhalinin bu artımı hədsiz-hüdudsuz olmamalıdır. Əhalinin həd-
dinin artıq olmasını isə işlərin gerçək vəziyyətinə əsasən müəy-
yən etmək asandır. Dövlətin fəaliyyəti hökm sürənlərlə itaətdə
bulunanlar arasında müəyyənləşdirilir; birincilərin vəzifəsi - sə-
rəncam vermək və məhkəmə qərarları çıxarmaqdır. Qərarların
düzgün çıxarılmasından ötrü, həm də vəzifələrin məziyyətə görə
bölüşdürülməsindən ötrü vətəndaşlar bir-birini tanımalıdır - onlar
hansı keyfiyyətlərə malikdir, harda ki, bu yoxdur, orada vəzifəyə
adam təyin edilməsi və məhkəmə araşdırmaları ilə bağlı işlər
istər-istəməz pis vəziyyətdədir. 8. Üstəlik, əcnəbilərə də, me-
teklərə də vətəndaşlıq haqqını mənimsəmək asandır, çünki
bunu əhalinin çox olması nəticəsində nəzərə çarpmadan etmək
çətin deyil. Beləliklə, aydındır ki, dövlət üçün ən yaxşı hədd
aşağıdakından ibarətdir: əhalinin çox olması onun müstəqil
halda yaşaması məqsədilə mümkündür, bunu araşdırmaq da
asandır. Biz dövlətin böyüklüyünü bax belə müəyyənləşdirirk.
V.
1. Ərazi haqqında məsələ ilə də iş təxminən belədir.
Onun xüsusiyyətlərinə gəldikdə, aydındır ki, hər kəs o ərazini
tövsiyə edərdi ki, beləsi dövlətin müstəqilliyini daha yaxşı təmin
258
edir. Hər cür məhsul əmələ gətirən ərazi belələrindəndir, zira
müstəqillik də ondan ibarətdir ki, heç nədə çatışmazlıq olmasın.
Ərazinin böyüklüyü o dərəcədə olmalıdır ki, oradakı əhalinin boş
vaxtdan yararlanmaq, azadlıqdan zövq almaq, həm də bunlarla
bərabər toxtaq yaşamaq imkanı olsun. Bizim verdiyimiz tərifın
düz olub-olmamasını biz sonralar, mülkiyyət haqqında və mülkiy-
yət fıravanlığı haqqında danışmalı olduqda ətraflı surətdə müza-
kirə edəcəyik7, yəni onlardan nə cür faydalanmaq lazımdır. Bu
məsələni müzakirə etdikdə, adamlar bu cəhətdən bu və ya digər
ağır vəziyyətə düşdüyü üçün bir çox mübahisələr meydana çıxır:
bəziləri xəsisliyə başlayır, digərləri - israfçılığa.
2. Ərazinin ümumi xarakterini müəyyənləşdirmək çətin
deyil (axı strategiyadan xəbərdar olan adamların bəzi göstəriş-
ləri ilə də hesablaşmaq lazımdır): o, basqın üçün çətin keçilə
bilən, həm də əlverişli çıxışa malik olmalıdır. Üstəlik, bizim fikri-
mizcə, dövlətin əhalisi asan araşdırıldığı kimi, ərazisi də eləcə
asan araşdırılmalıdır; «asan araşdırma» o deməkdir ki, onu mü-
dafiə etmək asandır. Əgər şəhərin yeri ən yaxşı təkliflərə uyğun
olmalıdırsa, onu elə təşkil etmək lazımdır ki, o həm dənizə, həm
də dövlətin qalan ərazisinə nisbətdə eyni dərəcədə yaxşı yer-
ləşsin. Bununla bərabər, əvvəllər artıq diqqət yetirdiyimiz bir
şərti nəzərə almaq lazımdır: şəhər bütün ətraf sahədə özünü
mərkəzi punkt kimi göstərməlidir, hansı ki, buradan bütün ətraf
tərəflərə yardım göstərmək mümkün olsun. Başqa şərt - odur
ki, şəhərə ərzaq məhsulları asanlıqla gətirilə bilsin, daha sonra
odur ki, emal etməkdən ötrü ölkədə olan meşə və bütün digər
materialları ora rahat daşımaq olsun.
3. Yaxşı qanunlarla idarə edilən dövlətlərin dənizə yaxın
olmasının xeyirli, yaxud zərərli olması xüsusunda çoxlu fikir
ayrılıqları var. Deyirlər ki, başqa qanunlarla tərbiyələnmiş əcnə-
bilərin dövlətdə uzun müddət qalması, orada qanunçuluğun
259
saxlanılmasından ötrü zərərlidir, eləcə qələbəlik də ondan ötrü
zərərlidir; bu ona görə ortaya çıxır ki, dəniz yolunun rahat olma-
sı nəticəsində dövlətə xaricdən çoxlu tacirlər gəlib, orada yaşa-
yır, bu hal isə yaxşı idarəçiliklə ziddiyyət təşkil edir.
4.
Lakin göstərilən nöqsanları əgər saymasaq, onda tama-
milə aydındır ki, şəhərin və dövlətin bütün ərazisinin dənizlə
əlaqəsi həm dövlətin təhlükəsizliyini təmin etmək üçün, həm də
onun bütün şeylərlə bol təchiz edilməsi üçün böyiik üstünlük
verir. Kimlərə xilas olmaq, düşmənin hücumuna davam gətirmək
lazım gəlirsə, o eyni vaxtda hər iki tərəfdən - həm qurudan, həm
də dənizdən yardım aldıqda, onlara xeyli asan olur; eyni surətdə
dövlət üçün hər iki yol açıq olduqda, hücum edənlərə hər iki
tərəfdən olmasa da, heç olmasa bir tərəfdən zərbə endirmək
asandır. Eləcə də özündə olmayan zəruri məhsulları almaq, öz
məhsullarının artığını isə xaricə göndərmək dövlət üçün rahatdır,
axı ticarəti dövlət başqalarının marağından ötrü deyil, öz xüsusi
marağından ötrü aparmalıdır. 5. Hansılar ki, özünü bazar kimi
hamının istifadəsinə verir, bunu mənfəətə görə edir, bu cür
tamahkarlığa cəhd etməyi lüzum bilməyən dovlətə belə bir
limanın olması lazım deyil. İndi isə biz görürük ki, bir çox ölkə və
şəhərlərdə, şəhərə nisbətdə çox gözəl yerləşib, onunla bir tam
əmələ gətirməyən port və limanlar vardır, lakin ondan çox da
uzaqda deyil, həm də şəhər özünün divarları və bu kimi digər
istehkamları sayəsində onlar üzərində hakim olur. Aydındır ki,
limanlarla olan əlaqə nəticəsində birfayda hasil edilirsə, onda bu
fayda dövlət üçün də qalır, əgər ki, bir zərər dəyirsə, onda
müvafiq qanunlar çıxarmaq yolu ilə bunun qarşısını asanlıqla
almaq olar, hansı ki, müəyyənləşdirər və dəqiq göstərərdi ki,
kimə qarşılıqlı münasibətdə olmağa icazə verilir, kimə isə yox.
6.
Dəniz qüvvələrinə gəldikdə, onda, tamamilə aydındır ki,
onu müəyyən inkişaf həddinə gətirmək yaxşıdır. Axı dövlət
260
təkcə özünümüdafiəyə hazır olmamalıdır, həm də qorxuya
salmaq və bəzi qonşularına quruda olduğu kimi, dənizdə də
kömək etmək vəziyyətində olmalıdır. Bəs bu qüvvə hansı miq-
darda və dərəcədə olmalıdır - bunu artıq dövlətin həyat tərzin-
dən bilmək olar, əgər o, təkcə mülki həyat sürməyə yox, üstün
olmağa da cəhd edirsə, onda, əlbəttə, onun dəniz qüvvələri də
onun bu məqsədinə uyğun olmalıdır. 7. Digər tərəfdən, dövlət-
də dənizçilərdən ibarət qara camaatın çox olması heç də vacib
deyil, hər halda bu axırıncıların vətəndaşlıq hüququna aidiyyatı
olmamalıdır. Axı dəniz hərbçiləri bekar adamlardan və piyada
döyüşçülərdən yığılır, onlar isə dənizçilik işində başlıca rol
oynayır və əsas qüvvəni təşkil edir; əgər perieklər və əkinçilər
çoxdursa, onda dənizçilərin sayı da çox olur. Belə qəbildən
olan hadisələrlə biz hal-hazırda da rastlaşırıq, məsələn, herak-
leotların dövləti8, çoxlu sayda trier hazırlasa da, özü-özlüyündə
böyüklüyünə görə digər dövlətlərdən geri qalır.
Dövlətin ərazisi haqqında, onun limanları, şəhərləri, dənizi
və dəniz qüvvələri haqqında bizim fikirlərimiz bax budur.
VI.
1. Biz əhalinin vətəndaş hissəsinin həddi haqqında yu-
xarıda danışmışdıq, indi o haqda danışacayıq ki, o hansı xüsu-
siyyətlərə malik olmalıdır. Bu xüsusda, məşhur ellin dövlətlərinə
və müxtəlif tayfaların bütün dünyada yerləşməsinə diqqət yetir-
dikdə, kifayət qədər aydın məlumat əldə etmək olar. Soyuq
ölkələrdə, həm də Avropada yaşayan tayfalar cəsarətlidirlər,
lakin kifayət qədər ağıllı və işə yararlı deyillər. Buna görə onlar
öz hürriyyətlərini daha çox saxlayırlar, lakin dövlət qurub, yaşa-
mağı bacarmırlar, həm də öz qonşuları üzərində ağalıq edə bil-
mirlər. Asiyada yaşayanlar isə ağıllıdırlar və iş qabiliyyətləri ilə
fərqlənirlər, lakin cəsarətli deyillər, ona görə də onlar tabe-
çilikdə və kölə vəziyyətində yaşayılar. Ellinlər soyu isə elə bil
261
Dostları ilə paylaş: |