dən ibarət olması haqqında biz artıq yuxarıda danışmışdıq. Indi
özbaşınalıq və vəhşilik haqqında danışmaq lazımdır.
5. Vəhşilik (theriotes) - bu, ifrat pozğunluqdur (kakia).
Haçan ki, tamam yaramaz bir adamı görürük, biz deyirik ki, bu
adam deyil, vəhşidir, bununla da belə bir qüsurun - vəhşiliyin
olmasını mümkün hesab edirik. Əks məziyyət adsız qalır: o,
qəhrəman və ilahi bir məziyyət kimi insandan yüksəkdədir.
Adsız ancaq məziyyətdir, ona görə ki, Allahın öz məziyyəti yox-
dur: Allah hər bir məziyyətdən yüksəkdədir, həm də Onun
dəyəri məziyyətlə müəyyənləşdirilmir, ona görə ki, bu halda
məziyyət Allahdan yüksəkdə olar. Bax buna görə adsız məziy-
yət vəhşilik qüsuru ilə ziddiyyət təşkil edir. Bu qüsura qarşı
insani deyil, ilahi [məziyyət] durur. Bunun kimi vəhşilik də, ona
zidd olan məziyyət də - qeyri-insani qüsurdur.
6. Hövsələsizlik (akrasias) və təmkinliyə (eg krateias)
dair tədqiqata, sual doğuran və göz qabağında olanlara aid
olan şeylərdən başlamaq lazımdırki, çətinliklərdən və ziddiyyət-
lərdən ibarət olan dəlilləri diqqətə çəkməklə, bu nə qədər
mümkündürsə, onlar nəzərdən keçirilsin, araşdırılsın və bu şey-
lər haqqında həqiqət öyrənilsin. Həqiqəti görmək belə daha
asan olar. Böyük Sokrat2 hövsələsizliyi tamam aradan qaldırır,
o, iddia edir ki, belə şey yoxdur, elan edir ki, heç kim bilə-bilə
ki, bu pis şeydir, bunu özü üçün seçmir, hövsələsiz isə, görünür
ki, pis işin pis olduğunu bilir, lakin ehtirasdan boğularkən, ona
üstünlük verir. Bu səbəbə görə Sokrat güman edirdi ki, hövsə-
ləsizlik mövcud deyil. Lakin o, haqlı deyil. Bu fıkrə inanıb, təcrü-
bədə mövcudluğuna əmin olduğumuz şeyləri sezməmək məna-
sızdır. Hövsələsiz adamlar olur və onlar pis hərəkət etdiklərini
bilirlər, amma belə də hərəkət edirlər. Əgər ki, hövsələsizlik
366
varsa, onda belə sual doğur: hövsələsiz hansısa bir biliyə
(epistemen) malikdirmi, hansı ki, bunun köməkliyi ilə o görür
və araşdırır ki, pis elə pisdir? Görünür ki, yox, ona görə ki, biz-
də olan ən yaxşı və davamlı şeylərə nəyinsə üstün gəlməsi mə-
nasız olardı, axı bilik - bizdə olan daimi və yenilməz şeyin özü-
dür ki, var. Beləliklə, [Sokratın] fikri daha bir dəlillə təkzib edilir
- o dəlillə ki, [hövsələsizin] biliyi yoxdur.
Bilik yoxdur, amma, bəlkə, fikir var. Ancaq hövsələsizin
fikri varsa, onu məzəmmət etmək olmaz. Axı o, əgər bunu,
görünür ki, bilmədən, ancaq ehtimal edərəkdən nədəsə yaxşı iş
görmürsə, onda ona o şeyi keçmək olar ki, o, həzzə uyub və
görünür ki, bilmədən ancaq ehtimal edərəkdən pis hərəkət
edib. O adamlarda ki, biz üzürlü səbəb tapırıq, onları məzəm-
mət etmirik, belə ki, əgər hövsələsiz ancaq təkcə fikrə malikdir-
sə, məzəmmətə tuş gəlmir. Lakin o, buna tuş gəlir.
Çıxılmaz vəziyyətə gətirib çıxaran fikirlər bax bunlardır:
[hövsələsizin] biliyə malik olmamasını iddia edən dəlillər cəfən-
giyyatdır, həmçinin onda fikrin olmamasını göstərən dəlillər də
belə bir mənasız şeydir.
Bir də bax bu kimdəsə sual doğuracaq: tədbirli adam
(söphrön) təmkinli hesab edilir, lakin o nəyə qarşısa güclü
meyl hiss edirmi? Əgər o, təmkinlidirsə güclü meyl hiss etmə-
lidir; axı özündə yalnız sakit meylləri saxlamağı bacaran adamı
təmkinli adlandırmaq oimaz. Güclü meyllərlə çulğalanmış olan
adam isə artıq tədbirli olmayacaq, ona görə də tədbirli o adam-
dır ki, o, bu cür meyl və ehtiraslara malik deyil3.
Belə bir çətinlik də əmələ gəlir: deməyə əsas var ki, bəzi
hallarda hövsələsiz təriflənir, təmkinli isə - məzəmmət olunur.
Tutaq ki, deyirlər kimsə səhv düşünür və haçan ki, mühakimə
yürüdür, yaxşı şeylər ona pis görünür, o isə yaxşını istəyir. Belə
çıxır ki, ağıl ona hərəkət etməyə imkan vermir, lakin o, başı öz
367
istədiyinə qarışdığından [yenə də] hərəkət edəcək, axı hövsə-
ləsiz, məhz belədir. Və o, çox gözəl iş görəcək - doğrudan da,
biz güman etdiyimiz kimi, istək onu buna sövq edəcək, ağıl isə
mane olmağa başlayacaq - biz axı güman edirdik ki, o, özünün
ən yaxşı haqqında olan fikirlərində səhv edir, belə adam hövsə-
ləsiz olsa da tərif olunacaq: onun gördüyü iş yaxşı olduğuna
görə o, təqdirə layiqdir. Açıq-açığına cəfəngiyyat alınır. Daha
belə bir ehtimal edək: insan səhv düşünür və gözəl şeylər ona
gözəl görünmür; təmkinli odur ki, o, bir şeyi çox istəyir, amma
etmir, çünki ağıl onun qabağını alır. Və budur gözəl şeylər haq-
qında səhv düşünən adam istədiyi işi etməyi özünə rəva gör-
mür, o iş isə, hansı ki, o, bundan özünü saxlayır - yaxşı işdir,
axı onu buna istəyi cəlb etmişdi. Amma lazım olan zamanda
yaxşı iş görməyən adam məzəmmət olunmağa layiqdir. Deməli,
təmkinli arabir məzəmmət olunacaq. Belə bir nəticə də
mənasızdır.
Hövsələsizlik və hövsələsiz həmişəmi və hər şeyə müna-
sibətdəmi [özünü göstərir] - məsələn, pula, hörmətə, qəzəbə,
şan-şöhrətə münasibətdə; axı görünür ki, adamlar, məhz belə
şeylərdə hövsələsiz olur, - yaxud, əksinə, hövsələsizlik müəy-
yən şeylərdə özünü göstərir? Bu məsələ də çətinlik törədə
bilər.
Bizi çıxılmaz vəziyyətə salan belə şeylərdir. Lakin bu mə-
sələləri həll etmək lazımdır. Birinci məsələ - bilik haqqındadır.
Biliyə malik olan insanın bundan məhrum olması və ya dəyi-
şilməsi mənasız görünürdü. Həminki dəlil fikirdən ötrü də öz
qüvvəsini saxlayır, ona görə ki, burada söhbətin bilik haqqında,
yaxud fıkir haqqında getməsinin mənası yoxdur: əgər fıkir öz
qətiliyi və möhkəmliyi ilə güclüdürsə, onda insanlar o fikrə tərəf-
dar olur ki, hər şey elə onların gözünə göründüyü kimidir, bu
zaman fikir bilikdən heç nəylə fərqlənməyəcək. Məsələn, Efesli
368
Heraklitin şeylər haqqında fikri beləydi, o şeylər haqqında ki,
bunlar barədə onun öz fikri vardı.
Haqqında danışdığımız biliyə və ya belə bir fikrə malik
olan hövsələsiz adamın yaramaz hərəkətində heç bir cəfəng
şey yoxdur. İş ondadır ki, bilik iki cür olur: biliyə malik olmaq
olar (biz deyirik ki, insan haçan biliyə malik olduğunu özü bilir),
amma biliyin köməkliyi ilə də hərəkət etmək olar. Belə ki, höv-
sələsiz ən yaxşı haqqında biliyə malikdir, lakin bu biliyə uyğun
hərəkət etmir. O, öz biliyinə müvafiq surətdə hərəkət etmədik-
də, biliyə malik olsa da, pis hərəkət edəcək, bunda isə heç bir
cəfəng şey yoxdur. Burda o şey baş verir ki, bu yatmış adamda
olur: onlar biliyə malik olsalar da, amma yuxuda bir çox xoşa-
gəlməz şeylər edir və buna məruz qalırlar, ona görə ki, bilik
onlara təsir göstərmir. Hövsələsiz də özünü bu cür aparır. O,
yatan adama bənzəyir və biliyin köməkliyi ilə hərəkət etmir. Bu
çətinlik belə həll edilir. Ortaya sual çıxmışdı: hövsələsiz belə
hallarda biliyi rədd edir, yoxsa onu dəyişdirir? Bu da, o biri də
boş şeydir. Bu məsələyə aydınlıq gətirmək olar. Biz «Analitika»-
da dediyimiz kimi sillogizm4 iki mühakimədən ibarətdir: birinci -
ümumi, ikinci isə - bundan asılı və xüsusi5. Məsələn: mən
qızdırmadan əzab çəkən hər adamı sağaltmağı bacarıram; bax
bu adam qızdırmadan əzab çəkir; deməli, mən onu da sağalt-
mağı bacararam. Ola bilsin ki, mən, ümumiyyətlə, bilikdən necə
istifadə etməyi bilirəm, lakin ayrı-ayrı hallarda bilmirəm ki, bu-
nunla nə edim. Burada bilikli adam səhvə yol verə bilər: qız-
dırmadan əzab çəkən hər kəsi sağaltmağı [mən bacarıram],
lakin bax bu adamın qızdırmadan əzab çəkdiyini bilmirəm. Höv-
sələsiz bilikli adam da belə səhv edir. Axı mümkündür ki, höv-
sələsiz hansı şeylərin zərərli və pis olması barədə ümumi biliyə
malikdir, lakin bilmir ki, məhz ayrı-ayrı filan şeylər zərərlidir,
buna görə də, biliyi ola-ola, o, səhvə yol verir. Onun biliyi ümu-
369
Dostları ilə paylaş: |