yündə alınırsa, onda düşüncəliliyin burda, görünür ki, heç bir
rolu yoxdur: o hallarda, hansı ki, ağıl ən yaxşının axtarışında
iştirak etmir, kimdəsə onun istəyilə nə isə olduqda, biz onu
düşüncəli adlandırmırıq, ancaq deyirik: onun bəxti gətirdi.
Bəxtin gətirməsi - uğurdur, bunda fəaliyyət göstərən ağılın
iştirakı yoxdur.
Adamlarla rəftar edən zaman özünü, özünə tən gələnlərlə
bərabər tutmaq düzgündürmü? (Məsələn, deyək ki, hər hansı
bir adamla münasibətdə olan zaman onu özün kimi bir adam
hesab etmək). Yoxsa, daha çox, yox? Axı, görünür ki, yaltaqlar
özlərini belə aparır. Eyni zamanda münasibətdə olarkən hər
kəsə ləyaqətinə görə öz haqqını vermək, görünür ki, ədalətli və
ləyaqətli adama xas olan cəhətdir.
Bax bu da çətinlik doğura bilər: əgər ədalətsizlik edilsə, -
bu könüllü surətdə, bilərəkdən ziyan vurmaq deməkdir, həm də
əgər ziyan və ədalətsizlik yaxşı şeylərlə əlaqədardırsa və yax-
şıya qarşı yönəlibsə, onda ədalətsiz hərəkət edən, yəni haqsız
müvafıq olaraq nəyin yaxşı, nəyin də pis olduğunu bilməlidir,
belə şeyləri isə bilmək ağıllı adama və ağıllılığa xas olan cəhət-
dir. Həqiqətən, yanlışlıq əmələ gəlir: haqsıza çox böyük nemət
olan - ağıllılıq xasdır. Yoxsa, daha çox haqsıza ağıllılıq xas
deyil? Doğrudan da, haqsız, ümumiyyətlə, nəyin yaxşı, nəyinsə
onun özü üçün yaxşı olduğunu ayırd etməyi bacarmadığından,
səhv edir. Ağıllılığa isə belə şeyləri nəzərdən keçirmək xasdır.
Burda işlər tibb elmindəki kimidir: bizim hamımız bilirik ki, ümu-
miyyətlə, cana xeyirli, sağlamlığa səbəb olan nədir, bilirik ki,
asırqal bitkisi, işlətmə dərmanları, çərtmələr və müalicə məqsə-
dilə dağlamalar şəfaverəndir və sağlamlığa səbəb olur, amma
biz tibb elminə vaqif deyiiik, ona görə də ayrı-ayrı hallarda nəyin
faydalı olduğunu bilmirik, ancaq həkim filan vasitənin, məhz
kimin üçün, haçan və hansı halda yaxşı olduğunu bilir. Axı tibb
362
elmi də yalnız bundan ibarətdir. Biz isə, ümumiyyətlə, səhhət
üçün xeyirli vasitələri bilsək də tibb elminə vaqif deyilik və onun
bizimlə əlaqəsi yoxdur. Ədalətsiz adam da belədir: o bilir ki,
özlüyündə hökmranlıq, idarəetmə və səlahiyyət yaxşı şeydir,
amma bunun özü üçün yaxşı şey olub-olmadığını, həm də
məhz haçan və özünün hansı vəziyyətində yaxşı olduğunu bil-
mir. Amma bunu bilmək - ağıllılığın əsas işidir, buna görə də
ağıllılıq ədalətsiz adama xas olan cəhət deyil. Ədalətsiz adamın
seçdiyi və düzgün istifadə etdiyi şeylər - faydalıdır, lakin özlü-
yündə faydalıdır, ondan ötrü yox: var-dövlət və səlahiyyət özl-
yüyndə yaxşı şeydir, amma bunlar ondan ötrü yaxşı olmaya
bilər, çünki fıravanlıq və səlahiyyət əldə etməklə o, həm öz-
özünə, həm də dostlarına çoxlu yamanlıqlar edəcək, axı o,
səlahiyyətdən düzgün yararlana bilməyəcək.
Düşünməyə vadar edən və müzakirəyə ehtiyacı olan bir
də bax budur: yaramaz adama qarşı ədalətsizlik etmək olarmı?
Yoxsa, yox? Axı əgər ədalətsizlik - ziyan [vurmaqdırsa], ziyan
da firavanlıqdan məhrum olmaqdan ibarətdirsə, onda [ədalət-
sizlik] görünür ki, [yaramaz adama] zərər yetirmir: iş ondadır ki,
rifah, hansı ki, yaramaz adam bunu özü üçün yaxşı şey sayır,
onun üçün əsil rifah deyil. Var-dövlət və səlahiyyət bunlardan
düzgün yararlanmağı bacarmayan yaramaz adam üçün zərərli
olacaq. Beləliklə, əgər bunların olması yaramaz adama zərər
yetirirsə, bunları onun əlindən alan adam, görünür ki, heç bir
ədalətsizlik etmir. Kütləyə bu fikir, çox güman, qeyri-adi görünə-
cək: axı hamı düşünür ki, onlar səlahiyyət, güc və var-dövlətdən
istifadə etməyi bacarır. Amma qanunvericilik təcrübəsi göstərir
ki, bu fikir yanlışdır. Qanunverici hamıya başçılıq etməyə imkan
vermir: hakimiyyət başında durmağa hazırlaşan adam üçün yaş
və gəlir müəyyənləşdirilir, ona görə də hamı başçı olmaq iqti-
darında deyil. Əgər ki, kimsə hakimiyyət başında olmamasın-
363
dan və idarə etməyə imkan verilməməsindən narazı qalsa, ona
demək olar: sənin qəlbində o şey yoxdur, hansı ki, onun kö-
məkliyi ilə sən başçılıq və idarə edə biləsən. Biz həmçinin görü-
rük ki, özlüyündə yaxşı olan şeylər [xəstə] bədənə sağlamlıq
gətirə bilmir, amma kim xəstə bədəni sağaltmaq istəyirsə, hər
şeydən öncə su içməli və az miqdarda yemək qəbul etməlidir.
Eləcə də pis qəlbə malik olan adama heç bir yaramaz iş gör-
məməkdən ötrü, məgər var-döviətdən, səlahiyyətdən, gücdən
və bu kimi şeylərdən çəkinmək lazım deyilmi? Bunun kimi xəstə
bədənə göstərilən həyat tərzi vacib olduğu tək, xəstə qəlbli in-
sana da yuxarıda adları çəkilənlərdən heç birinə maiik olma-
maqla buna bənzər həyat keçirmək lazımdır.
Bu məsələ də çətinlik doğurur: əgər eyni zamanda həm
cəsarətli, həm də ədalətli iş görmək olmursa, necə hərəkət
etmək lazımdır? Biz artıq demişik ki, anadangəlmə məziyyətlər
yalnız ən yaxşıya meyl edir, ancaq ağıla əsaslanmır. Seçim
edən insan isə bunu ağılın və qəlbin mühakimə yürütmək
qabiliyyəti olan hissəsinin köməkliyi ilə edir. Buna görə [belə
adamda] seçmə də və biz dediyimiz kimi, ağıllılıqla birləşib, ən
yaxşıya anadangəlmə meyli olan mükəmməl məziyyət də öz
yerini tapır. Məziyyət məziyyətə qarşı çıxmaz, axı ağıla itaət et-
mək və onun buyurduğu kimi [hərəkət etmək] ona xas olan
cəhətdir: o hara çəkmiş olsa, o da ora meyl edəcək. Ağıl isə
daha yaxşını seçir. Başqa məziyyətlər ağıllılıq olmadan, mü-
kəmməl ağıllılıq isə tək, digər məziyyətlərsiz olmur: onlar, ağıllı-
lığa həmrah olmaqla, bir-birilə bir növ əməkdaşlıq edir
(synergoysi).
Bu məsələni də həll etmək çətindir: məziyyətlərlə də iş,
başqa - xarici və bədənə aid olan nemətlərdəki kimidirmi? Bu
nemətlər həddən artıq çox olduqda adamları korlayır. Məsələn,
çoxlu var-dövlət adamları lovğa və xoşagəlməz hallara sal-
364
mışdır. Bunu digəryaxşı ş e y lə r- səlahiyyət, hörmət, gözəllik və
əzəmət haqqında da demək olar. Məziyyətlə də iş belədirmi və
insan artıqlaması ilə ədalətə, həm də cəsarətə malik olsa, o
pismi olacaq? Yoxsa, yox? Əlbəttə, olmayacaq. Amma ki, mə-
ziyyət özünə qarşı hörmət yaradır, olduqca böyük hörmət isə
insanları korlayır: məziyyət hörmətə səbəb olan şeydir, buna
^örə, artmaqla, məziyyət insanları körlaya bilər. Yoxsa bu belə
aeyil? Doğrudan da, baxmayaraq ki, məziyyətin bir çox başqa
işləri var, bunlar içərisində ən başlıcası - belə və bu kimi
nemətlərdən düzgün istifadə etmək bacarığıdır. Əgər həm
böyük hörmət, həm də səlahiyyət sahibi olan ləyaqətli bir adam
bunlardan düzgün yararlanmırsa, onda o artıq ləyaqətli adam
sayıla bilməz. Nə hörmət, nə də səlahiyyət ləyaqətli adamı kor-
lamır, deməli, məziyyət də onu korlamır.
Ümumiyyətlə isə, biz əvvəldə müəyyənləşdirdiyimiz kimi,
məziyyətlər - ortadır və məziyyət nə qədər yüksəkdədirsə, o,
bir o qədər də çox ortadır. Buna görə məziyyət, artdıqca, adamı
pis deyil, daha yaxşı edir. Ehtirasların zəifliyilə onların çoxluğu
arasında olan ortanı isə biz orta adlandırmışdıq.
4.
Bu barədə deyilmişdi. İndi biz yeni mövzuya müraciət
etməli, həm də təmkinlik və hövsələsizlik haqqında danışmalı-
yıq. Bu, həm məziyyətdir, həm də qeyri-adi qüsur (atopoi);
lazım gəldikdə onlar barəsində müzakirə də qeyri-adi olacaq.
Bu məziyyət qalan məziyyətlərə oxşamır. Doğrudan da, digər
məziyyətləri [əgər götürsək], onda ağıl və [yaxşı] duyğu eyni bir
şeyə yönəlir və bir-birinə zidd getmir1, bu halda isə ağıl və
duyğu bir-birilə ziddiyyət təşkil edir.
Qəlbdə üç xüsusiyyət kök salıbdır ki, bunlara görə bizi ya-
ramaz adlandırırlar: əxlaqsızlıq (kakia), hövsələsizlik (akrasia),
vəhşilik. Əxlaqsızlıq və məziyyət haqqında, bunların nə və nə-
365
Dostları ilə paylaş: |