Digərinə münasibətdə olan ədalətlilik, əslində, bərabərliyin
(to ison) özüdür ki, var. Doğrudan da, ədalətsizlik - bərabər-
sizlikdir: adamlar özlərinə yaxşı şeyləri çox, pisləri isə az bölüb
götürdükdə bərabərsizlik burada öz yerini tapır və belə düşün-
mək qəbul olunmuşdur ki, bu cür yolla ədalətsizlik edirlər, buna
da məruz qalırlar. Beləliklə, əgər ədalətsizlik bərabərsizliyə
müncər olursa, onda görünür ki, ədalət və ədalətliliyin öhdəliyi
(symbolaiön) birdir. Buna görə aydındır ki, ədalət artıqla əksik
arasında, çoxla az arasında olan nə isə bir ortadır: ədalətsiz
ədalətsizlik etdikdə çoxa malik olur, ədalətsizliyə məruz qalan
isə buna düçar olduqda aza malik olur. Ədalətlilik - bunlar ara-
sında olan ortadır, orta isə - bərabərlikdir. Belə ki, çoxla azın
arasında olan bərabərlik ədalətlidir, ədalətli
isə
- bərabərliyə
çalışan adamdır. Həm də nəzərə almaq lazımdır ki, bərabərlik ən
azı iki şəxsin arasında olur. Beləliklə, başqasına münasibətdə
bərabərlik ədalətlidir və belə adamı ədalətli adlandırmaq olar.
Amma, madam ki, ədalət ədalətlidən, yəni bərabərlikdən,
yəni ortadan ibarətdir, həm də nəzərə almaq lazımdır ki, ədalətli
haqqında nədəsə ədalətli kimi, bərabərlik haqqında nəyəsə
bərabər olmaq kimi, orta haqqında - nəyinsə arasında olan orta
kimi danışılır, onda nəticə etibarı ilə ədalət və ədalətlilik kiməsə
və nəyəsə münasibətdə belə olacaq.
Əgər ədalətlilik - bərabərlikdirsə, onda proporsional surət-
də bərabərlik də ədalətli oiacaq. Proporsionallıq ən azı dörd
həddi nəzərdə tutur: A V-yə aid olan kimi, Q də D-yə aiddir.
Məsələn, böyük əmlaka
malik
olanların çox, kiçiklərin isə az
haqq verməsi proporsional bərabərlikdir, eləcə də bu bərabərlik
ondadır ki, çox zəhmət çəkənlər çox alır, az zəhmət çəkənlər
isə - az. Zəhmət çəkənlər zəhmət çəkməyənlərə aid olduğu
kimi, [birincinin aldığı] çox da [ikincinin aldığı] aza aiddir, zəh-
mətçəkməyənlər [onların aldığı] aza aid olduğu kimi, zəhmət
346
çəkənlər də [onların aldığı] çoxa aiddir. Platon da «Dövlət»
əsərində açıq-aşkar bu ədalətli proporsionallığı tətbiq edir. O
deyir ki, əkinçi çörək istehsal edir, memar - ev, toxucu - plaş,
pinəçi - ayaqqabı; əkinçi əlavə olaraq memara çörək verir, me-
m ar isə əkinçiyə - ev, eyni surətdə o birilərin hamısı öz malla-
rını digərlərində olan şeylərlə dəyişərək belə bir qarşılıqlı müna-
sibətdə olur. Nisbət bundan ibarətdir: əkinçinin memara göstər-
diyi münasibəti, memar da əkinçiyə göstərir. Eyni surətdə
pinəçi, toxucu və qalanlarının arasında da eyni nisbətdə qarşı-
lıqlı münasibət mövcuddur, ictimai həyat (politeian) da, bu pro-
porsionallıq üstündə durur. Beləliklə, ədalətlilik - görünür ki,
proporsionaldır; ictimai həyat ədalət üstündə bərqərardır, pro-
porsional nədirsə, ədalətlilik də odur.
Amma, bir halda ki, memar öz işini pinəçininkindən daha
yüksək qiymətləndirirdi, pinəçiyə də memarla mübadilə etmək
çətin olurdu - ayaqqabını dəyişdirib ev almaq mümkün deyildi -
onda gümüşü sikkə (nomisma) adlandırmaqla, bundan istifadə
etməyi qərara aldılar (enomisan), hansı ki, bununla bütün bun-
ları almaq olar: hər kəs öz malına qiymət qoyurdu, beləcə də
bir-birləri ilə mübadilə aparırdılar; bununla belə dövlət birliyi
(politiken koinonian) saxlanılırdı.
Beləliklə, əgər ədalətlilik belə şeylərdən və yuxarıda haq-
qında danışdığımız şeylərdən ibarətdirsə, onda ədalət nə isə bir
sahmandır (bexis), hansı ki, göstərilən vəziyyətlərdə göstərilən
şeylərə bilə-bilə can atır.
Ədalətlilik - həm də qarşılıqlı surətdə məruz qalmadır (to
antipeponthos), lakin bunu pifaqorçuların anlamında başa
düşmək lazım deyil. Onlar zənn edirdilər ki, başqasına nə etmi-
sənsə, ona da məruz qalmaq ədalətlidir. Lakin belə müəyyən-
ləşdirmə hamıya aid ola bilməz. Axı eyni bir şey nökərlə azad
adam üçün ədalətli deyil: əgər nökər azad adamı vursa, vur-
347
maqla deyil, ona çox şeylə cavab vermək ədalətlidir, yəni qarşı-
lıqlı surətdə məruz qalma həmçinin proporsionallıq şəraitində
ədaiətlidir: uca tutulan azad adamla kölə arasında mövcud olan
münasibət, cavab hərəkəti ilə kölənin hərəkəti arasında da
mövcuddur. Azad adamın azad adama münasibəti də belə
[proporsional] olacaq. Əgər kimsə birinin gözünü çıxarmışsa,
onda ədalət ondan ibarət deyil ki, cavab olaraq onun da ancaq
gözləri çıxarılmalıdır, ondadır ki, proporsionallığa riayət etməklə
o, daha çox şeyə məruz qalsın: axı o, həm birinci başlamışdır,
həm də ədalətsiz hərəkət etmişdir; o ikiqat ədalətsizdir və əda-
lətsizliyə proporsional surətdə cavab olaraq etdiyindən daha
çox şeyə onun məruz qalması ədalətlidir.
Madam ki, ədalətlilik haqqında bir çox mənalarda danışılır,
müəyyənləşdirmək lazımdır görək, bizim araşdırdığımız əda-
lətlilik, məhz hansıdır.
Deyirlər ki, həm nökərin ağaya, həm də oğulun ataya mü-
nasibətində ədalət üçün yer var. Lakin ədalətlilik burda, görünür
ki, dövlətin vətəndaşları arasında ədalətliliyə yalnız bir omo-
nimdir15. Bizim araşdırdığımız ədalət - mülki ədalətdir, yəni o,
hər şeydən çox bərabərçiliyə müncər olur (axı vətəndaşlar bir
növ «ortaqdır», həm də xarakterlərinə görə bərabərçiliyə can
atırlar, lakin xasiyyətcə fərqlənirlər), oğulun ataya və nökərin
ağaya münasibətində isə, bizə elə gəlir ki, belə bir ədalətdən
heç bir əsər yoxdur. Axı mənə, mənim ayağıma və ya əlimə,
eləcə də bədənimin hər hansı bir üzvünə [münasibətdə də belə
bir ədalət yoxdur]. Oğulun ataya münasibəti də görünür ki,
belədir. Oğul - nə qədər ki, böyük kişilər sırasında durmayıb və
atadan ayrılmayıb, elə bil, onun nə isə bir hissəsidir. O zaman
o, atasına tən gəlib, ona oxşayır. Vətəndaşlar məhz belə olma-
ğa cəhd edirlər. Ancaq bu səbəbdən nökərin ağaya münasibə-
tində ədalətdən heç bir əsər yoxdur. Nökər - ağaya məxsus bir
348
şeydir. Əgər ondan ötrü ədalətli şey varsa da ona münasibətdə
bu «ev məişətinə aid olan ədalətlilikdir». Biz isə beləsini deyil,
mülki ədaləti araşdırırıq. Mülki ədalət, görünür ki, bərabərçilik-
dən və oxşarlıqdan ibarətdir. Amma dövlətin ədalətliliyi ilə o
ədalətlilik yaxındır ki, bu ərlə-arvadın arasındakı münasibətdə
olur. Arvad ərdən aşağıdır, lakin ona çox yaxındır, həm də ona
daha çox tən gəlir, buna görə də həmin adamlar yaxın münasi-
oətdədir, bununsa vətəndaşlar arasında öz yeri var və belə çıxır
ki. arvadla ər arasındakı münasibətdə olan ədalətliliyin digər
[ədalətlilik formaları] qarşısındakı üstünlüyü mülki ədalətin özü-
dür ki, var. Beləliklə, madam ki, ədalətlilik - dövlətin daxilində
adamların münasibətində özünə yer tapır, ədalət və ədalətli
adamın mülki ədalətə aidiyyatı var.
Ədalət həm təbii ola bilər, həm də qanunla müəyyənləş-
dirilən. Lakin bunu elə başa düşmək lazım deyil ki, guya [birinci
halda] heç bir dəyişiklik olmayacaq. Axı əzəldən mövcud olan
şeylərdə də dəyişiklik baş verir. Deyək ki, əgər bizim hamımız
tullamada həmişə sol əlimizi məşq etdirsəydik, onda hər iki
əlimiz sağ olardı. Lakin, biz hətta hər şeyi sağ əl kimi solla et-
səydik belə öz xarakterinə görə sol əl - soldur və sağ hər halda
öz xüsusiyyətinə görə soldan daha yaxşıdır. Bu dəyişikliklərdən
şeylərin xarakteri dəyişmir, onlar necə varsa, elə də qalır. Və əgər
əksər hallarda və əksər vaxtlarda sol əl sol olaraq, sağ isə - sağ
olaraq qalırsa, bu onlarda anadangəlmədir.
Təbiətən ədalətli olanla da belə olur. Əgər bizim ona mü-
raciətimizdən o, dəyişilirsə, bu o demək deyil ki, təbiətən əda-
lətli olan yoxdur. O, var. Əksər hallarda ədalətli olan, görünür,
elə yaranışından ədalətli olandır. Biz nəyi ki, qərara alıb ədalətli
hesab edirik, bundan sonra belə də olur, biz də onu qanuna
görə ədalətli adlandırırıq. Təbiətən ədalətli olan şey qanuna
349
Dostları ilə paylaş: |