A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə86/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   82   83   84   85   86   87   88   89   ...   104

Digərinə  münasibətdə olan  ədalətlilik,  əslində,  bərabərliyin 
(to  ison)  özüdür  ki,  var.  Doğrudan  da,  ədalətsizlik  -   bərabər- 
sizlikdir:  adamlar özlərinə  yaxşı  şeyləri  çox,  pisləri  isə  az  bölüb 
götürdükdə  bərabərsizlik  burada  öz  yerini  tapır  və  belə  düşün- 
mək  qəbul  olunmuşdur ki,  bu  cür yolla  ədalətsizlik  edirlər,  buna 
da  məruz  qalırlar.  Beləliklə,  əgər  ədalətsizlik  bərabərsizliyə 
müncər  olursa,  onda  görünür  ki,  ədalət  və  ədalətliliyin  öhdəliyi 
(symbolaiön)  birdir.  Buna  görə  aydındır  ki,  ədalət  artıqla  əksik 
arasında,  çoxla  az  arasında  olan  nə  isə  bir  ortadır:  ədalətsiz 
ədalətsizlik  etdikdə  çoxa  malik  olur,  ədalətsizliyə  məruz  qalan 
isə  buna  düçar olduqda  aza  malik  olur.  Ədalətlilik  -   bunlar  ara- 
sında  olan  ortadır,  orta  isə  -   bərabərlikdir.  Belə  ki,  çoxla  azın 
arasında  olan  bərabərlik  ədalətlidir,  ədalətli 
isə
  -   bərabərliyə 
çalışan  adamdır.  Həm  də  nəzərə  almaq  lazımdır ki,  bərabərlik  ən 
azı  iki  şəxsin  arasında  olur.  Beləliklə,  başqasına  münasibətdə 
bərabərlik ədalətlidir və  belə adamı  ədalətli  adlandırmaq olar.
Amma,  madam  ki,  ədalət  ədalətlidən,  yəni  bərabərlikdən, 
yəni  ortadan  ibarətdir,  həm  də  nəzərə  almaq  lazımdır ki,  ədalətli 
haqqında  nədəsə  ədalətli  kimi,  bərabərlik  haqqında  nəyəsə 
bərabər olmaq  kimi,  orta  haqqında  -  nəyinsə arasında  olan  orta 
kimi  danışılır,  onda  nəticə  etibarı  ilə  ədalət  və  ədalətlilik  kiməsə 
və  nəyəsə  münasibətdə  belə olacaq.
Əgər ədalətlilik -  bərabərlikdirsə,  onda  proporsional  surət- 
də  bərabərlik  də  ədalətli  oiacaq.  Proporsionallıq  ən  azı  dörd 
həddi  nəzərdə  tutur:  A  V-yə  aid  olan  kimi,  Q  də  D-yə  aiddir. 
Məsələn,  böyük  əmlaka 
malik
  olanların  çox,  kiçiklərin  isə  az 
haqq  verməsi  proporsional  bərabərlikdir,  eləcə  də  bu  bərabərlik 
ondadır  ki,  çox  zəhmət  çəkənlər  çox  alır,  az  zəhmət  çəkənlər 
isə  -   az.  Zəhmət  çəkənlər  zəhmət  çəkməyənlərə  aid  olduğu 
kimi,  [birincinin  aldığı]  çox  da  [ikincinin  aldığı]  aza  aiddir,  zəh- 
mətçəkməyənlər  [onların  aldığı]  aza  aid  olduğu  kimi,  zəhmət
346
çəkənlər  də  [onların  aldığı]  çoxa  aiddir.  Platon  da  «Dövlət» 
əsərində  açıq-aşkar  bu  ədalətli  proporsionallığı  tətbiq  edir.  O 
deyir  ki,  əkinçi  çörək  istehsal  edir,  memar -   ev,  toxucu  -  plaş, 
pinəçi -  ayaqqabı;  əkinçi  əlavə  olaraq  memara  çörək  verir,  me- 
m ar  isə  əkinçiyə  -   ev,  eyni  surətdə  o  birilərin  hamısı  öz  malla- 
rını  digərlərində  olan  şeylərlə  dəyişərək  belə  bir qarşılıqlı  müna- 
sibətdə  olur.  Nisbət  bundan  ibarətdir:  əkinçinin  memara  göstər- 
diyi  münasibəti,  memar  da  əkinçiyə  göstərir.  Eyni  surətdə 
pinəçi,  toxucu  və  qalanlarının  arasında  da  eyni  nisbətdə  qarşı- 
lıqlı  münasibət mövcuddur,  ictimai  həyat  (politeian)  da,  bu  pro- 
porsionallıq  üstündə  durur.  Beləliklə,  ədalətlilik  -   görünür  ki, 
proporsionaldır;  ictimai  həyat  ədalət  üstündə  bərqərardır,  pro- 
porsional  nədirsə,  ədalətlilik də odur.
Amma,  bir  halda  ki,  memar  öz  işini  pinəçininkindən  daha 
yüksək  qiymətləndirirdi,  pinəçiyə  də  memarla  mübadilə  etmək 
çətin  olurdu -  ayaqqabını  dəyişdirib  ev almaq  mümkün  deyildi  -  
onda  gümüşü  sikkə  (nomisma)  adlandırmaqla,  bundan  istifadə 
etməyi  qərara  aldılar (enomisan),  hansı  ki,  bununla  bütün  bun- 
ları  almaq  olar:  hər  kəs  öz  malına  qiymət  qoyurdu,  beləcə  də 
bir-birləri  ilə  mübadilə  aparırdılar;  bununla  belə  dövlət  birliyi 
(politiken  koinonian)  saxlanılırdı.
Beləliklə,  əgər  ədalətlilik  belə  şeylərdən  və  yuxarıda  haq- 
qında  danışdığımız şeylərdən  ibarətdirsə,  onda  ədalət  nə  isə  bir 
sahmandır  (bexis),  hansı  ki,  göstərilən  vəziyyətlərdə  göstərilən 
şeylərə  bilə-bilə  can  atır.
Ədalətlilik  -   həm  də  qarşılıqlı  surətdə  məruz  qalmadır  (to 
antipeponthos),  lakin  bunu  pifaqorçuların  anlamında  başa 
düşmək  lazım  deyil.  Onlar zənn  edirdilər  ki,  başqasına  nə  etmi- 
sənsə,  ona  da  məruz  qalmaq  ədalətlidir.  Lakin  belə  müəyyən- 
ləşdirmə  hamıya  aid  ola  bilməz.  Axı  eyni  bir  şey  nökərlə  azad 
adam  üçün  ədalətli  deyil:  əgər  nökər  azad  adamı  vursa,  vur-
347


maqla  deyil,  ona çox şeylə  cavab vermək ədalətlidir,  yəni  qarşı- 
lıqlı  surətdə  məruz  qalma  həmçinin  proporsionallıq  şəraitində 
ədaiətlidir:  uca tutulan  azad  adamla  kölə  arasında  mövcud  olan 
münasibət,  cavab  hərəkəti  ilə  kölənin  hərəkəti  arasında  da 
mövcuddur.  Azad  adamın  azad  adama  münasibəti  də  belə 
[proporsional]  olacaq.  Əgər  kimsə  birinin  gözünü  çıxarmışsa, 
onda  ədalət  ondan  ibarət  deyil  ki,  cavab  olaraq  onun  da  ancaq 
gözləri  çıxarılmalıdır,  ondadır  ki,  proporsionallığa  riayət  etməklə
o,  daha  çox  şeyə  məruz  qalsın:  axı  o,  həm  birinci  başlamışdır, 
həm  də  ədalətsiz  hərəkət  etmişdir;  o  ikiqat  ədalətsizdir və  əda- 
lətsizliyə  proporsional  surətdə  cavab  olaraq  etdiyindən  daha 
çox şeyə onun  məruz qalması  ədalətlidir.
Madam  ki,  ədalətlilik  haqqında  bir çox  mənalarda  danışılır, 
müəyyənləşdirmək  lazımdır  görək,  bizim  araşdırdığımız  əda- 
lətlilik,  məhz  hansıdır.
Deyirlər ki,  həm  nökərin  ağaya,  həm  də  oğulun  ataya  mü- 
nasibətində  ədalət  üçün  yer var.  Lakin  ədalətlilik  burda,  görünür 
ki,  dövlətin  vətəndaşları  arasında  ədalətliliyə  yalnız  bir  omo- 
nimdir15.  Bizim  araşdırdığımız  ədalət  -   mülki  ədalətdir,  yəni  o, 
hər  şeydən  çox  bərabərçiliyə  müncər  olur  (axı  vətəndaşlar  bir 
növ  «ortaqdır»,  həm  də  xarakterlərinə  görə  bərabərçiliyə  can 
atırlar,  lakin  xasiyyətcə  fərqlənirlər),  oğulun  ataya  və  nökərin 
ağaya  münasibətində  isə,  bizə  elə  gəlir  ki,  belə  bir  ədalətdən 
heç  bir  əsər  yoxdur.  Axı  mənə,  mənim  ayağıma  və  ya  əlimə, 
eləcə  də  bədənimin  hər hansı  bir üzvünə  [münasibətdə  də  belə 
bir  ədalət  yoxdur].  Oğulun  ataya  münasibəti  də  görünür  ki, 
belədir.  Oğul  -  nə  qədər ki,  böyük  kişilər sırasında  durmayıb  və 
atadan  ayrılmayıb,  elə  bil,  onun  nə  isə  bir  hissəsidir.  O  zaman
o,  atasına  tən  gəlib,  ona  oxşayır.  Vətəndaşlar  məhz  belə  olma- 
ğa  cəhd  edirlər.  Ancaq  bu  səbəbdən  nökərin  ağaya  münasibə- 
tində  ədalətdən  heç  bir əsər yoxdur.  Nökər -  ağaya  məxsus  bir
348
şeydir.  Əgər ondan  ötrü  ədalətli  şey varsa  da  ona  münasibətdə 
bu  «ev  məişətinə  aid  olan  ədalətlilikdir».  Biz  isə  beləsini  deyil, 
mülki  ədaləti  araşdırırıq.  Mülki  ədalət,  görünür  ki,  bərabərçilik- 
dən  və  oxşarlıqdan  ibarətdir.  Amma  dövlətin  ədalətliliyi  ilə  o 
ədalətlilik  yaxındır  ki,  bu  ərlə-arvadın  arasındakı  münasibətdə 
olur.  Arvad  ərdən  aşağıdır,  lakin  ona  çox  yaxındır,  həm  də  ona 
daha  çox tən  gəlir,  buna  görə  də  həmin  adamlar yaxın  münasi- 
oətdədir,  bununsa  vətəndaşlar arasında  öz yeri  var və  belə  çıxır 
ki.  arvadla  ər  arasındakı  münasibətdə  olan  ədalətliliyin  digər 
[ədalətlilik  formaları]  qarşısındakı  üstünlüyü  mülki  ədalətin  özü- 
dür  ki,  var.  Beləliklə,  madam  ki,  ədalətlilik  -   dövlətin  daxilində 
adamların  münasibətində  özünə  yer  tapır,  ədalət  və  ədalətli 
adamın  mülki  ədalətə  aidiyyatı  var.
Ədalət  həm  təbii  ola  bilər,  həm  də  qanunla  müəyyənləş- 
dirilən.  Lakin  bunu  elə  başa  düşmək  lazım  deyil  ki,  guya  [birinci 
halda]  heç  bir  dəyişiklik  olmayacaq.  Axı  əzəldən  mövcud  olan 
şeylərdə  də  dəyişiklik  baş  verir.  Deyək  ki,  əgər  bizim  hamımız 
tullamada  həmişə  sol  əlimizi  məşq  etdirsəydik,  onda  hər  iki 
əlimiz  sağ  olardı.  Lakin,  biz  hətta  hər  şeyi  sağ  əl  kimi  solla  et- 
səydik  belə  öz  xarakterinə  görə  sol  əl  -   soldur və  sağ  hər  halda 
öz  xüsusiyyətinə  görə  soldan  daha  yaxşıdır.  Bu  dəyişikliklərdən 
şeylərin xarakteri  dəyişmir,  onlar necə varsa,  elə də qalır.  Və əgər 
əksər  hallarda  və  əksər vaxtlarda  sol  əl  sol  olaraq,  sağ  isə -   sağ 
olaraq  qalırsa,  bu  onlarda  anadangəlmədir.
Təbiətən  ədalətli  olanla  da  belə  olur.  Əgər  bizim  ona  mü- 
raciətimizdən  o,  dəyişilirsə,  bu  o  demək  deyil  ki,  təbiətən  əda- 
lətli  olan  yoxdur.  O,  var.  Əksər  hallarda  ədalətli  olan,  görünür, 
elə  yaranışından  ədalətli  olandır.  Biz  nəyi  ki,  qərara  alıb  ədalətli 
hesab  edirik,  bundan  sonra  belə  də  olur,  biz  də  onu  qanuna 
görə  ədalətli  adlandırırıq.  Təbiətən  ədalətli  olan  şey  qanuna
349


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə