A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə84/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   80   81   82   83   84   85   86   87   ...   104

onlar  cəsarətli  olmaqdan  əl  çəkəcəklər.  Heyvanlar  haqqında 
cəsarətli  sözünün  deyilməməsi  əsassız  deyil,  məsələn,  donuz- 
lar  haqqında,  o  vaxt  ki,  onları  döydükdə,  onlar özlərini  müdafiə 
edir;  və  qorxudan  cəsarətlənən  adamı  da  cəsarətli  saymaq 
lazım  deyil.
Hələ  digər  cəsarətlər  də,  necə  deyərlər,  vətəndaşlıq 
(politike)  cəsarəti  də  mövcuddur,  bu  vaxt,  misal  üçün,  adamlar 
utandıqlarından  həmvətənləri  qarşısında  qorxunu  üstələyib, 
cəsarətli  görünürlər,  buna  nümunə  bax  budur.  Homor  Hsktoru 
danışan  təsvir  etmişdir;  «Birinci  Polidamas  məni  məzəmmət 
edəcək»;  Hektor  odur  ki,  döyüşə  getməyin  laz;m  olduğunu 
düşünür.  Lakin  bunu  da  cəsarət adlandırmaq  olmaz.  Bütün  belə 
hallar  üçün  eyni  bir  hədd  qoymaq  (diorismos)  münasibdir; 
insan  nədənsə məhrum  olduqda  cəsarətini  itirirsə,  onda o,  çətin 
ki,  cəsarətli  olsun;  doğrudan  da,  utancaqlıq  bir kənara  qoyulsa, 
hansı  ki,  o,  buna  görə  cəsarətli  olub,  onda  cəsarətli  olmaqdan 
o,  əl  çəkəcək.
Hələ  başqaları  da  cəsarətli  görünür,  o  adamlar  ki,  onlar 
xeyirxahlıq  ümidi  və  bunun  intizarı  ilə  cəsarətlidir.  Amma  onları 
da  cəsarətli  adlandırmaq  olmaz,  ona  görə  ki,  vəziyyətdən  asılı 
olaraq  cəsarətli  olanları  cəsarətli  adlandırmaq  düzgün  deyil.
Beləliklə,  bu  cür  adamlardan  heç  birini  cəsarətli  saymaq 
olmaz.  Onda  araşdırmaq  lazımdır ki,  cəsarət  nədən  ibarətdir və 
hansı  adam  cəsarətlidir.  Doğrudan  da  (hös  haplös),  kimsə 
yuxarıda  sadalananlardan  hansı  birinəsə  görə  cəsarətli  deyil, 
ona  görə  ki,  cəsarəti  yaxşı  şey  sayır  və  kiminsə  bunda  iştirak 
edib-etməməsindən  asılı  olmayaraq  cəsarətlə  hərəkət  edir.  La- 
kin,  əlbəttə,  cəsarət  heç  də  ehtirassız  və  meylsiz  olmur.  Ancaq 
bu  meyl  ağıla əsaslanmalıdır və çox yaxşıya  doğru  yönəlməlidir. 
Kim  şüurlu  surətdə  (dia  logon)  xeyirxahlıq  (kaloy)  naminə özü- 
nü  təhlükəyə atırsa  və  bundan  qorxmursa,  o,  cəsarətlidir,  cəsa-
338
rət də bundadır.  Cəsarətli  o  kəs  deyil  ki,  o  heç nədən  qorxmur -  
onda  daş və  digər cansız  əşyalar da  cəsarətli  olardı;  yox,  cəsa- 
rətli  hökmən  qorxur,  lakin  yerində  qətiyyətlə  (hypomenein) 
dayanır.  Qorxu  hiss  etməyən  qətiyyətli  adama  isə  cəsarətli 
deməzlər.
Və bir də.  Biz yuxarıda  müəyyənləşdirdiyimiz kimi,  söhbət, 
ümumiyyətlə,  qorxu  və  təhlükələrin  hamısından  deyil,  elələrin- 
dən  gedir ki,  belədə  məsələ  həyata  (oysias)  aid  olur.  Və  bir də; 
cəsarət,  ümumiyyətlə,  özünü  hər zaman  yox,  qorxu  və  təhlükə 
hər şeydən  yaxın  olduqda  göstərir.  Axı  kimsə  on  ildən  sonra  da 
təhlükədən  qorxmursa,  bu  hələ  o  demək  deyil  ki,  o  cəsarətlidir, 
çünki  bəzi  adamlar  təhlükə  uzaq  olduqda  cəsarətli  olurlar,  o 
yaxınlaşdıqda  ısə  qorxudan  ölürlər.  Cəsarət  və  cəsarətlilik,  bax 
bunlardır.
21. 
Tədbirlilik (söphrosyne) -  həzzə münasibətdə pozğun- 
luqla  ölgünlüyün  arasındakı  ortadır.  Doğrudan  da,  tədbirlilik  və 
ümumiyyətlə,  hər bir məziyyət -  ən yaxşı  haldır (bexis),  ən  yaxşı 
hal  isə  -   ən  yaxşıya  yiyələnmədir,  ən  yaxşı  isə  -   artıq  və  əksik 
arasında  olan  ortadır,  çünki  buna  və  o  birinə  görə  -   artığa  və 
əksikə  görə  məzəmmət  edirlər:  deməli,  əgər  orta  -   ən  yaxşıdır- 
sa,  onda  tədbirlilik  də  pozğunluqla  ölgünlüyün  (anaisthesias) 
arasında orta birşey olmalıdır.  Beləliklə,  bu onların  ortasıdır.
Tədbirliliyin  həzz  və  məyusluğa  aidiyyatı  var,  lakin  hamı- 
sına  və  hər  şey  xüsusunda  yox.  Məsələn,  əgər  kimsə  rəsm 
əsərinə,  heykələ  və  ya  bu  kimi  şeylərə  baxmaqdan  həzz  alırsa, 
o  bundan  pozğun  olmur.  Bunları  eşitmə və  iy bilmə  qabiliyyətlə- 
rinin  həzləri  haqqında  da  demək  olar,  tədbirlilik  isə  toxunma 
hissindən  və  dadmadan  alınan  həzlərə  münasibətdə  özünü 
göstərir.  Bu  şeylərdən  heç  bir  həzz  hiss  etməyən  adam  ağıllı 
ola  bilməz  (belə  adam  hissiz -  duyğusuz  adamdır).  Ağıllı  adam
339


odur ki,  onları  hiss edir,  lakin  bunu  həyatda  hər şey  hesab edib, 
bunlara  hədsiz  dərəcədə  aludə olmur,  həm  də  odur ki,  o,  özünü 
başqa  şeyə  görə  deyil,  yalnız  xeyirxahlıqdan  ötrü  belə  aparır. 
Kim  ya  qorxudan,  ya  da  buna  bənzər  səbəbdən  hədsiz  dərə- 
cədə  həzdən  özünü  saxlayırsa,  onu  ağıllı  adlandırmaq  olmaz. 
Və  biz,  insandan  başqa,  heç  bir  canlı  məxluqu  ağıllı  adlan- 
dırmırıq,  çünki  heyvanların  ağlı  yoxdur  ki,  bunun  köməkliyi  ilə 
araşdırıb,  yaxşı  şeyi  seçsinlər.  Axı  hər  bir  məziyyətin  məqsədi 
yaxşılıqdır (kalon),  yaxşı şeyə də can  atır.
Beləliklə,  tədbirliliyin  həzz  və  məyusluqla  əlaqəsi  var,  bu 
isə  dadma və toxunma hissi zamanı  olur.
22. 
Bunu 
müəyyənləşdirdikdən 
sonra 
müvazinət 
(praotetos)  haqqında  danışmaq  lazımdır,  bu  nədir  və  özünü 
nədə  göstərir.  Müvazinət  (xasiyyətdə)  -   qəzəb  və  bunun  əksi 
arasında olan  ortadır,  ümumiyyətlə  isə,  məziyyətlər mahiyyətcə, 
görünür  ki,  nə  isə  bir  ortadır.  Onların  orta  olmasını  bu  cür  də 
ifadə  etmək  olar.  əgər  ən  yaxşı  -   ortadırsa,  məziyyət  isə  -   ən 
yaxşı  haldırsa,  onda  məziyyət orta  bir şey olmalıdır.  Onların  hər 
birini  diqqətdən  keçirdikdə  bu  aydın  olur.  Doğrudan  da,  o  adam 
qəzəblidir ki,  o,  hər hansı  bir səbəbdən tamam  qəzəblənir;  və o, 
məzəmmət olunmağa  layiqdir,  ona  görə  ki,  hər  bir səbəb  üzün- 
dən,  hamıya,  büsbütün  və  həmişə  qəzəblənmək  lazım  deyil. 
Bununla  belə,  digər tərəfdən,  o  halda  da  olmaq  lazım  deyil  ki, 
heç  vaxt  heç  kimin  üstünə  qəzəblənməyəsən:  belə  adam  da 
hissiz-duyğusuz  adam  kimi  məzəmmət  olunmağa  layiqdir. 
Beləliklə,  həm  qəzəbi  [çox]  olan  adam,  həm  də  az  olan  adam 
əgər  məzəmmət  edilməyə  layiqdirsə,  ortadakı  təmkinli  olub, 
təqdirə  layiq  olacaq.  Həqiqətən,  təqdirə  layiq  və  təmkinli  adam 
qəzəbi  nə az,  nə  də çox olan  adam  deyil,  ancaq  o adamdır ki,  o 
burada  orta  mövqe  tutur.  Müvazinət -   adı  çəkilən  hislərin  artıb- 
əksilməsi  (pathön) arasındakı  ortadır.
340
23.  Əliacıqlıq  (eleytheriotes) -   israfçılıqla  xəsislik  arasında 
olan ortadır.  Bu  hislərin  artıb-əksilməsi  pula, var-dövlətə aiddir.  O 
adam  israfcıldır  ki,  lazım  olmayan  bir  şeyə,  lazım  olduğundan 
çox,  həm  də  lazım  olmayan  zaman  pul  xərcləyir.  Xəsis,  əksinə, 
harda  lazımdır,  nə  qədər  lazımdır  və  haçan  lazımdır  xərcləmir. 
Hər  ikisi  məzəmmət  olunmağa  layiqdir:  biri  -   əksiyə,  digəri  -  
artığa  görə.  Əliaçıq,  madam  ki,  o  təqdirə  layiqdir,  bunların 
arasında  orta  bir  şey  olmalıdır.  O  kimdir?  O  adam  ki,  o,  harda 
lazımdır,  nə qədər lazımdır və haçan lazımdır pul xərcləyir.
24.  Yeri  gəlmişkən,  xəsisliyin  bir  çox  növü  var:  biz, 
məsələn,  bir  başqalarını  simic  adlandırırıq,  digərlərini  -   xırdaçı, 
tamahkar,  əhəmiyyətsiz  adam.  Bütün  bunlar  xəsisliyə  aiddir. 
Həqiqətən,  pis  iş  müxtəlif  səpgilidir,  xeyirxahlıq  isə  bir:  can- 
sağlığı  elə  belədir,  xəstəlik  isə  cürbəcür.  Xəsisin  hər  cürəsinin 
pulla  rəftarı  məzəmmət  olunmağa  layiqdir.  Pul  qazanıb,  onu 
yığmaq  əliaçıq  adama  xas  olan  cəhətdirmi?  Yoxsa,  daha  çox, 
yox?  Digər  məziyyətlərdən  heç  bircəciyi  də  bununla  məşğul 
olmur.  Doğrudan  da,  silah  düzəltmək  -   cəsarətin  deyil,  ayrı  bir 
şeyin  işidir,  lakin  cəsarətin  işi  -  onu  götürüb,  ondan  da  düzgün 
istifadə  etməkdir.  Bunu  tədbirlilik və  digər məziyyətlər haqqında 
da  [demək olar].  Qazanca fikir vermək,  əlbəttə,  əliaçıqlığa  deyil, 
əldə etmə  bacarığına  (chrematistikes) xasdır.
25. 
Nəciblik  (megalopsykhia)  -   bu  lovğalıqla  məzlum- 
luğun  arasında  olan  ortadır.  İş  burada  şərəf  və  şərəfsizliyə 
aiddir  -   o  şərəfə  ki,  o,  kütlə  tərəfindən  deyil,  ləyaqətli  adamlar 
tərəfindən  verilir,  həm  də  məhz  belə  şərəf  hər  şeydən  artıqdır. 
Axı  ləyaqətli  adamlar  düzgün  başa  düşdükdən  və  ətraflı  dü- 
şündükdən  sonra  hörmətə  layiq  görürlər,  nəcib  adam  isə,  kim 
onun  layiq  olduğunu  bilirsə,  onların  da  onu  şərəfləndirməsinə
341


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə