A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə80/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   76   77   78   79   80   81   82   83   ...   104

yaxşı  haldır  (bexis).  Amma  bu  cür  ümumi  sözlər  ehtimal  ki, 
kifayət  deyil,  məziyyət  üzərində  daha  məntiqli  müəyyənləşdir- 
mə aparmaq  lazımdır.
5. 
Hər  şeydən  öncə  onun  mənbəyi  olan  qəlb  haqqında 
danışmaq  lazımdır -   qəlbin  nə  olması  haqqında  yox  (bu  başqa  bir 
tədqiqatdır),  ümumi şəkildə onun tərkib hissələri haqqında. Biz iddia 
edirik  ki,  qəlb  iki  hissəyə  bölünür  -   şüurlu  (to  loqonechon)  və 
şüurdankənar  (to  alogon).  Şüurlu  hissədə  ağıllılıq  (pronesis), 
fərasət  (agkhinoia),  müdriklik,  öyrənmə  qabiliyyəti,  yaddaş  və  bu 
kimi  şeylər  var;  şüurdankənar  hissədə  -   o  şey  ki,  bu  məziyyət 
adlanır:  tədbirlilik  (söphrosune),  ədalət  (dikaiosyne),  cəsarət  və 
xasiyyətin  (ethos) təqdir olunan  digərxüsusiyyətləri.  Doğrudan  da, 
bizi  onlara  görə  bəyənirlər,  halbuki  qəlbin  şüurlu  hissəsinə aid  olan 
xüsusiyyətlərə  görə  heç  kim  heç  kimə  təşəkkür  etmir:  adamı  heç 
vaxt  ağılı,  şüurluluğu,  yaxud  digər  bu  kimi  xüsusiyyətlərinə  görə 
bəyəndiklərini  bildirmirlər.  Lakin  qəlbin  şüurdankənar  hissəsini, 
əlbəttə,  o yalnız qəlbin  şüurlu  hissəsi  ilə  uyğunlaşan  və ona xidmət 
edən zaman təqdiredirlər.
Əxlaqi  məziyyət  üçün  əksik  də,  artıq  da  zərərlidir.  Əksik 
kimi,  artığın  da  zərərli  olmasını  hissiyyata  qabil  olan  şeylərin 
timsalında  sübut  etmək  asandır  (söhbət  bəlli  olmayan  şeylər- 
dən  getdikdə,  bəlli  olan  dəlillərdən  istifadə  etmək  lazımdır). 
Doğrudan  da,  biz  deyilənlərə  gimnastika  təlimlərinin  timsalında 
dərhal  əmin  oluruq:  bunlar  həddən  artıq  çox  olduqda  qüvvə 
tükənir,  həddən  artıq  az  olduqda  da  -   belə  olur.  Yemək  və  iç- 
məklə  də  belədir:  bunların  miqdarı  həddən  çox  olduqda  sağ- 
lamlıq  pozulur,  az  olduqda  da  -   həmçinin,  haçan  ki,  hər  şey 
lazımi  dərəcədədir,  qüvvə  və  sağlamlıq  mühafızə  edilir.  Tədbir- 
lilik,  cəsarət  və  digər  məziyyətlərlə  də  bu  kimi  şeylər  baş  verir: 
insanı  həddən  artıq  cəsarətli  etsən,  belə  ki,  o,  allahlardan  qorx-
322
mamağa  başlayacaq -  o,  artıq  cəsur deyil,  sərsəmdir;  ancaq  ki, 
hər  şeydən  çəkinirsə,  onda  qorxaqdır.  Buna  görə  hər  şeydən 
qorxan  adam  da,  heç  nədən  qorxmayan  adam  da  cəsur  deyil. 
Məziyyət eyni  bir şeydən  həm  ziyan  çəkir,  həm  də  artır,  həddən 
artıq  qorxu  da,  hər  şeydən  qorxmaq  da  zərərlidir,  heç  nədən 
qorxmamaq  da  həmçinin.  Cəsarət  -   bu  qorxu  qarşısında  olan 
cəsarətdir,  belə  ki,  qorxu  nə  az,  nə  çox  olduqda  cəsarət  artır; 
eyni  şeylər cəsarəti  həm  artırır,  həm  də məhv edir:  həmin  o qor- 
xunun  təsiri  altında  adamlar  həm  cəsur  olur,  həm  də  qorxaq. 
Bunu  digər məziyyətlər haqqında  da  demək olar.
6.  Məziyyət  yalnız  bununla  deyil,  həm  də  kədər  və  həzlə 
müəyyənləşir:  həzdən  ötrü  biz  axmaq  hərəkətlər  edirik,  kədər 
yaxşılardan  çəkinir.  Ümumiyyətlə isə,  kədər və  həzzi  duymadan 
nə  məziyyəti,  nə  də  qüsuru  qazanmaq  olmaz.  Beləliklə,  kədər 
və  həzzin  məziyyətə aidiyyatı  var.
Əgər  həqiqəti  hərfə  əsasən  araşdırmaq  lazımdırsa,  əxlaqi 
məziyyət  öz  adını  bax  gör  haradan  götürmüşdür:  ethos  sözü 
xasiyyətdir,  adət  də  ethos  sözündən  əmələ  gəlibdir,  belə  ki, 
əxlaqi  məziyyət  vərdiş  sözüylə  həmahəng  səslənir.  Artıq 
burdan  aydındır  ki,  qəlbin  şüurdankənar  hissəsinin  məziyyətlə- 
rindən  heç  biri  bizdə  anadangəlmə  deyil,  anadangəlmə  nə 
varsa,  o  daha  vərdişin  təsiri  ilə  dəyişmir.  Deyək  ki,  daş  və  ümu- 
miyyətlə,  yaranışından  ağır  olan  şeylər  yerə  düşür:  yuxarıda 
uçmağı  öyrətməklə,  onları  nə  qədər  tez-tez  yuxarı  atsalar  da, 
onlar  yenə  də  heç  vaxt  yuxarıda  uça  bilməyib,  həmişə  yerə 
düşür.  Bu  kimi  digər hallarda da  işlər belədir.
7.  Məziyyətin  nə  olduğunu  müəyyənləşdirmək  istəyilə  biz 
indi  öyrənməliyik  ki,  qəlbdə,  məhz  nə  olur.  Onda  isə  hislərin 
artıb-əksilməsi  (pathe),  qabiliyyət  (gynameis)  və  vəziyyət
323


(bexeis)  olur.  Buna  görə  məziyyət açıq-aydın  bu  üç  şeydən  biri 
olacaq.  Hislərin  artıb-əksiiməsi  -   qəzəb,  qorxu,  nifrət,  hissiyyat, 
paxıllıq,  mərhəmət  və  bu  kimi  şeylərdir  ki,  buna  da,  adətən, 
məyusluq  və  həzz  səbəb  olur.  Qabiliyyət  -   odur  ki,  buna  görə 
bizi  hislərin  artıb-əksilməsini  duymağa  iqtidarlı  olan  adlandırır- 
lar,  yəni  bunun  sayəsində  biz  qəzəblənirik,  məyus  oluruq,  mər- 
həmət  göstəririk.  Vəziyyət  -   odur  ki,  buna  müvafiq  surətdə 
bizim  hislərin  artıb-əksilməsinə  münasibətimiz  yaxşı  və  ya  pis 
olur.  Qəzəbə  qarşı  münasibəti  götürək:  haçan  ki,  biz  olduqca 
qəzəbliyik,  qəzəb  cəhətdən  biz  pis  vəziyyətdə  oluruq,  ancaq 
nəyəsə  qəzəblənmək  lazım  olduqda,  qətiyyən  qəzəblənrniriksə, 
onda  da  bizim  vəziyyətimiz qəzəbə aid olan  şeylərdə  pisdir.  Bu- 
rada  orta  mövqe  tutmaq  -   çox  qızışmamaq  və  ölgün  olmamaq 
deməkdir;  biz  ona  bu  cür  münasibət  göstərdikdə,  yaxşı  vəziy- 
yətdə  oluruq,  bu  kimi  digər  şeylər  haqqında  da  bunu  demək 
olar.  Doğrudan  da,  nə  az  -   nə  də  çox  olmayan  qəzəb  və 
müvazinət  (to  prätion)  qəzəb  baxımından  qəzəblə  ölgünlüyün 
arasındakı  ortadır;  lovğalıqla  riyakarlıq  da  (eironeia)  belə  bir 
qarşılıqlı  münasibətdədir8:  olduğu  qədərdən  daha  çox  şeyə 
malik  olmaq  kimi  özünü  göstərmək  lovğalıqdır,  az  göstərmək 
isə  -   riyakarlıqdır;  bunlar  arasındakı  orta  isə  gerçəkliyin 
(aletheia)  özüdür ki,  var.
8. 
Bütün  qalan  şeylərdə  də  işlər bu  cürdür.  Yəni  öz  vəziy- 
yətlərimizə  görə  hislərin  artıb-əksilməsinə  bizim  münasibətimiz 
yaxşı,  yaxud  pisdir;  onlara  münasibətdə  yaxşı  vəziyyət  də  (ey 
ekhein)  onların  artıqlığına  və  əksikliyinə  meylin  olmamasıdır. 
Hislərin  bir-birilə  ziddiyyət  təşkil  edən  artıb-əksilməsi  zamanı 
biz  orta  mövqe  tutmaq  həvəsində  olduqda,  bizim  vəziyyətimiz 
yaxşı  olur;  buna  da  görə  bizi  bəyənirlər;  əksinə,  pis  vəziyyət 
(kakös  ekhein)  -   artığa  və  ya  əksiyə  meyllikdir.  Madam  ki,
324
məziyyət -  həmin  hislərin  ortasıdır,  hislərin  artıb-əksilməsi  isə -  
ya  məyusluqdur,  ya  həzz,  ya  da  məyusluqdan,  yaxud  həzdən 
məhrum  olmayan  bir  şey,  onda  burdan  aydındır  ki,  məziyyətin 
məyusluq və həzlə əlaqəsi  var.
Hislərin  başqa  artıb-əksilmələri  də  var,  bunlar  görünür  ki, 
həddən  artıq  çox,  yaxud  həddən  artıq  az  olmalarından  asılı 
olmayaraq  pisdir,  necə  ki,  məsələn,  əxlaqsızlıq:  əxlaqsız  -   o 
adam  deyil  ki,  o,  sərbəst qadınları  lazım  olduğundan  çox yoldan 
çıxarır,  pis  şey həzz  baxımından  pozğunluqdan,  eynən  də  artıq- 
dan  və  ya  əksikdən  ibarət  olan  həm  bu  ehtiras,  həm  də  hər 
hansı  buna bənzər şeylərdir.
9. 
Bundan  sonra,  çox  guman,  ortaya  qarşı  nə  qoyülması 
haqqında  danışmaq  lazımdır:  artıq,  yoxsa  əksik.  Bəzi  hallarda 
orta  ilə  əksik,  digər hallarda  artıq  ziddiyyət təşkil  edir.  Məsələn, 
cəsarətə  dəlisovluq  (thrasytes)  deyil,  qorxaqlıq  ziddir,  yəni 
əksik  bir  şey.  Digər  tərəfdən  tədbirlilik,  həzzə  qarşı  olan  poz- 
ğunluqla ölgünlüyün  arasındakı  orta,  görünür ki,  ölgünlüyə,  yəni 
əksiyə  deyil,  pozğunluğa,  yəni  artığa  ziddir.  Olur  ki,  bu  və 
digəri,  artıq  və  əksik  ortaya  qarşı  qoyulur,  halbuki  orta  artıqdan 
az,  əksikdən  çoxdur.  Məsələn,  bədxərclər  xəsisləri  əliaçıq  ad- 
landırır,  xəsislər  isə  səxavətliləri  -   bədxərc,  eləcə  də  dəlisovlar 
və  diqqətsiz adamlar cəsurları  qorxaq,  qorxaqlar isə  cəsurları  -  
diqqətsiz və dəli  (mainomenous) adlandırır.
İki  səbəb,  görünür  ki,  bizi  ortaya  qarşı  gah  artığı,  gah  da 
əksiyi  qoymağa  məcbur  edir.  Bir  halda  şeyin  ortadan  yaxın  və 
ya  uzaq  olmasına  əhəmiyyət  verirlər,  məsələn,  əliaçıqlıqdan  nə 
uzaqdır,  bədxərclik,  yoxsa  xəsislik;  əliaçıqlığa  xəsislikdən  daha 
çox  bədxərclik  oxşayır,  deməli,  xəsislik  ondan  daha  aralıdır, 
hansı  şey  də  ortadan  aralıdır  -   bu,  görünür  ki,  ona  daha  çox 
ziddir,  beiəcə,  şeyin  özü  göstərir  ki,  bu  halda  əksik  ortaya  hər
325


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə