A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə78/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   74   75   76   77   78   79   80   81   ...   104

dir.  Lakin  müəyyənləşdirmə  göstərir:  bu  və  o  yaxşı  şeydir.  Bu- 
nunla  belə  heç  bir  elm  və  heç  bir  qabiliyyət  özünü  o  xüsusda 
göstərmir ki,  onların  məqsədi  yaxşı  şeydir,  buna  başqa  bir qabi- 
liyyət baxır.  Məsələn,  nə  həkim,  nə  də  memar demir ki,  sağlam- 
lıq  və  ya  ev  -   yaxşı  şeydir,  ancaq  biri  deyir  ki,  -   filan  şeylər 
sağlamlığı  təşkil  edir,  digəri  deyir  ki,  -  filan  şeylər  evi  meydana 
gətirir.  Müvafiq  olaraq  siyasət də yəqin  ki,  ümumiyyətlə,  bu  yax- 
şı  şey  haqqında  mühakimə  yürütməməlidir,  çünki  o  da  elə  qa- 
lanları  kimi  bir elmdir.  Heç  bir  qabiliyyət,  heç  bir elm  deməz  ki, 
onların  məqsədi  -   ümumiyyətlə,  yaxşı  şeydir.  Deməli,  müəy- 
yənləşdirmə  yolu  ilə  mövcud  olan,  ümumiyyətlə,  yaxşı  şey  haq- 
qında  mühakimə yürütmək siyasətin  işi  deyil.
Lakin  induksiya  yolu  ilə  əldə  edilən  ümumi  yaxşı  şey  haq- 
qında  da  danışmaq  onun  işi  deyil.  Niyə?  Çünki  haçan  ki,  biz 
hansısa  ayrıca  bir  yaxşı  şeyi  göstərmək  istəyiriksə,  onu  ya 
müəyyənləşdirmənin  köməkliyi  ilə  göstəririk,  hansı  ki,  ümumiy- 
yətlə,  yaxşı  şeydən  ötrüdür,  həm  də  ondan  ötrüdür  ki,  biz yaxşı 
şeyə  eyni  bir anlayışın  uyğun  gəldiyini  elan  edirik,  yaxud  da  biz 
induksiyaya  əl  atırıq.  Məsələn,  sübut  etmək  istəyəndə  ki,  alicə- 
nablıq  (megalopsychia)  -  yaxşı  şeydir,  cəsarət  və  ümumiyyət- 
lə,  məziyyətlər  -   yaxşı  şeylərdir,  alicənablıq  isə  -   məziyyətdir, 
buna  görə  bu  da yaxşı  şeydir.  Deməli,  siyasət induksiya yolu  ilə 
ortaya  çıxmış  ümumi  yaxşı  şeyi  ifadə  etməməlidir,  ona  görə  ki, 
müəyyənləşdirmənin  göstərdiyi  kimi,  ümumi  yaxşı  şeydə  olan 
əngəllər,  burda  da  olacaq.  Axı  burda  da  deyiləcək:  bu,  bax 
yaxşı şeyin  özüdür ki,  var.
Beləliklə,  aydındır  ki,  ən  zəruri  şey  haqqında  danışmaq 
lazımdır,  yəni  bizim  üçün  olan  ən  böyük  haqqında.  Ümumiyyətlə 
isə,  yaxşı  şeylərin  hamısına  bütövlükdə  baxan  elm  və  ya 
qabiliyyətin  olmadığını  görmək  asandır.  Niyə?  Ona  görə  ki,  hər 
kateqoriyanın  özünə  aid  olan  yaxşı  var,  bu  mahiyyət,  keyfiyyət,
314
kəmiyyət,  münasibət,  zaman,  məkan,  ümumiyyətlə,  hər  hansı 
kateqoriya  olsa  belə.  Üstəlik,  məhz  hansı  vaxtın  müalicə  üçün 
yaxşı  olduğunu  həkim,  hansının  gəminin  idarə  edilməsi  üçün 
yaxşı  olduğunu  -   sükançı  bilir,  eləcə  də  hər  kəs  öz  elmində: 
haçan  cərrahiyyə əməliyyatı  aparmaq  lazım olduğunu  həkim  bilir, 
sükançı  isə  bilir  ki,  gəminin  üzməsinə  haçan  icazə  verilməlidir. 
Beləliklə,  hər hansı  sənətdə  hansı  vaxtın  iş  üçün  yaxşı  olduğunu 
sənətkar  bilir:  həkim  hansı  vaxtın  gəminin  idarə  edilməsi  üçün 
əlverişli  olduğunu,  sükançı  isə  -   hansının  müalicə  etmək  üçün 
yaxşı  olduğunu  bilə  bilməz.  Deməli,  bu  mənada  da  zaman 
[kateqoriyasının]  hamıdan  ötrü  ümumi  olduğuna  istinad  edib, 
ümumi  yaxşı  şey  haqqında  danışmaq  olmaz.  Bunun  kimi  mü- 
nasibət  kateqoriyasındakı  yaxşı  şeydə  də,  digər  kateqoriyalar- 
dakı  yaxşı  şeydə  də bütün  elmlər üçün  ümumi  bir şey var,  amma 
heç  bir  qabiliyyətə,  heç  bir  elmə  onu  göstərmək  olmaz  ki,  (həm 
də,  məhz  haçan)  bütün  elmlər  üçün  bir  yaxşı  şey  var.  Deməli, 
siyasətə  də  yaxşı  şey  haqqında  ümumi  kimi  danışmaq  olmaz. 
Beləliklə  o,  ona  xas  olan  yaxşı  şey  haqqında  danışmalıdır,  həm 
də ən  zəruri  şey haqqında və bizə aid olan  ən zəruri  şeydən.
Ancaq  bir şeyi  izah  etmək  istədikdə 
aydın  olm ayan
  misal- 
lardan  istifadə  etmək lazım  deyil,  lakin  aydın  olmayan  bəlli  olan- 
la  izah  edilməlidir,  həm  də  ağlabatan  -   hiss  edilənlə:  bu  tama- 
milə  aydındır.  Məhz  buna  görə  də  yaxşı  şey  haqqında  söhbətə 
başlayarkən  onun  ideyası  haqqında  danışmaq  lazım  deyil.  Am- 
ma  adamlar düşünür ki,  əgər söhbət  yaxşı  şey  haqqında  gedir- 
sə,  ideya  barəsində  danışmaq  lazımdır:  ən  zəruri  şeyi  araşdır- 
maq  gərəkdir,  bu  isə  özlyüyndə  mövcud  olan  şeyə  məxsusdur, 
buna  görə  onlar  hesab  edir  ki,  ideya  -   yəqin  ən  zəruri  şeyin 
özüdür  ki,  var7.  Mühakimə  ola  bilsin  ki,  doğrudur,  ancaq  siya- 
sət,  yaxud  qabiliyyət,  hansı  ki,  bizim  söhbətimiz  indi  bunlar 
haqqındadır,  bunları  deyil,  bizə  aid  olan  yaxşı  şeyləri  müzakirə
315


edir.  Əgər  heç  bir elm,  heç  bir qabiliyyət  göstərmirsə  ki,  onların 
məqsədi  -   yaxşılıqdır onda  siyasət  də  bunu  göstərmir.  Müvafiq 
olaraq  o da firavanlıq  ideyası  haqqında  mühakimə  yürütmür.
Kimsə,  doğrudur,  etiraz  edər  ki,  firavanlıq  ideyasını  əsas 
(arche)  kimi  qəbul  etmək  olar və  ondan  hər  şeyə  ayrılıqda  xas 
olan  yaxşı  şeyin  müzakirəsinə  keçmək  olar.  Lakin  bu  fikir  də 
düz  deyil,  çünki  əsası  [şeyə]  uyğun  qəbul  etmək  lazımdır.  De- 
yək  ki,  üçbucağın  bucaqlarının  cəminin  iki  düz  bucağa  bərabər 
olduğunu  sübut  etmək  istədikdə  əsas  [fikir]  kimi  «ruhun  ölməz- 
liyini»  götürmək  mənasızdır.  Belə  əsas  [şeyə]  yaddır,  halbuki 
əsas  şeyə  uyğun  gəlməli  və onunla  əlaqədar olmalıdır.  Üçbuca- 
ğın  bucaqları  cəminin  iki  düz  bucağa  bərabər  olduğu  ruhun 
ölməzliyinə  əsaslanmadan  da  sübut  olunub.  Eləcə  də  müxtəlif 
səpgidə  olan  rifahı  götürdükdə,  onları  firavanlıq  ideyasından 
asılı  olmayaraq  müzakirə  etmək  olar,  çünki  məhz  bu  rifahın 
daxili əsası  (arche) o deyil.
Sokrat  da  yanlış  olaraq  məziyyətləri  elmlərlə  eyniləşdir- 
mişdir.  Axı  heç  nə,  onun  fikrincə,  lazımsız  olmamalıdır.  Bununla 
belə  onun  məziyyətləri  elmlərlə  eyniləşdirməsindən  belə  çıxırdı 
ki,  məziyyətlər  lazımsızdır.  Niyə?  Çünki  elmdə  olan  bilik,  hansı 
ki,  elm  bundan  təşkil  olunub,  ona  yiyələnmə  ilə  bir-birinə  uyğun 
gəlir.  Kim  həkimlik  elmini  bilirsə,  o  da  həkimdir;  eləcə  də  digər 
elmlərlə.  Lakin  məziyyətlərlə -  ayrı  cürdür:  əgər ədalətin  nədən 
ibarət  olduğunu  kimsə  bilirsə,  o  bundan  dərhal  ədalətli  olmayır; 
eləcə  də  digər  məziyyətlərlə.  Belə  çıxır  ki,  elm  olmadığından, 
məziyyətlər bir elm  kimi  lazımsızdır.
2. 
Bu  şeyləri  araşdırarkən  yaxşı  şey  haqqında  neçə 
mənada  danışıldığını  müəyyənləşdirməyə  cəhd  edək.  Yaxşı 
şeylərdən  bəziləri  qiymətləndirilən  (limia),  digəri  -   təriflənən 
(epanieta)  şeylərə,  üçüncüləri  -   imkana  (dynameis)  aiddir.
316
Qiymətləndirilən  şeyi  mən  ilahi,  ən  yaxşı  şey  adlandırıram,  mə- 
sələn,  əzəli  və  əsas  olan  qəlbi,  ağılı  və  bu  kimi  şeyləri.  Həm  də 
nəzərə almaq  lazımdır ki,  qiymətləndirilən -  hörmətə  layiq  olan- 
dır  və  hamıda,  məhz  bu  səpgidə  olan  şeylər  hörmətdədir.  Ma- 
dam  ki,  insan  məziyyətə  görə  ləyaqətli  (spoydaios)  olur,  onda 
məziyyət  də  qiymətli  şeydir;  o,  bu  zaman  məziyyətə  xas  olan 
gözəlliyə  (eis  to  tes  aretes  schema  hekei)  yetir.  Təriflənən 
yaxşı  şey -  bu,  həmin  məziyyətlərdir,  o dərəcədə  ki,  onlara  mü- 
vafiq  fəaliyyətdə  bulunduqda  tərifə  səbəb  olur.  Firavanlıq 
imkanı  -   bu  səlahiyyət,  var-dövlət,  güc  və  gözəllikdir.  Yaxşı 
adam  bunlardan  xeyirxahlıq  üçün  istifadə  edə  bilər,  yaramaz -  
pis  işlər  üçün,  buna  görə  də  belə  dəyərli  şeyləri  imkan  adlan- 
dırırlar.  Onlar  doğrudan  da  dəyərli  şeylərdir,  cünki  onlardan  hər 
biri  yaramaz  adamın  deyil,  ləyaqətli  adamın  ondan  necə  fayda- 
lanmasına  şəhadət  verir.  Belə  dəyərli  şeylərin  meydana  çıxma- 
sına  bəzən  də  təsadüf  səbəb  olur:  təsadüf  üzündən  həm  var- 
dövlətə,  həm  hakimiyyətə  və  ümumiyyətlə,  imkana  aid  olan  bü- 
tün  şeylərə  yetmək  olur.  Yaxşı  şeyin  dördüncü  növü  də  var:  bir 
şeyi  mühafizə edən  və meydana  çıxaran  digər yaxşı  şey;  məsə- 
lən,  gimnastika  sağlamlığı  mühafizə edir və bu  kimi  şeylər.
Yaxşı  şeylərin  digər  növləri  də  var.  Deyək  ki,  yaxşı  şey- 
lərdən  bəziləri  həmişə  və  hər  vasitə  ilə  seçilməyə  layiqdir, 
digərləri  -   həmişə  yox:  məsələn,  ədalət  və  digər  məziyyətlər 
həmişə  və  hər  vasitə  ilə  seçilməyə  layiqdir,  güc,  var-dövlət, 
səlahiyyət  isə  -   həmişə  və  hər  vasitə  ilə  yox.  Və  yenə  başqa 
[bölünmə  üsulu]:  yaxşı  şey  məqsəd  ola  bilər  də,  bilməz  də; 
deyək  ki.  sağlamlıq  -   məqsəddir,  lakin  sağlamlıq  naminə  nə 
edilirsə  -   məqsəd  deyil.  Bunlardan  həmişə  ən  zəruri  şey  -  
məqsəddir;  məsələn,  sağlamlıq  şəfaverici  vasitədən  yüksəkdə 
durur,  ümumiyyətlə  isə,  həmişə  o  şey  yüksəkdə  durur ki,  qalan 
şeylərin  mövcudluğu  ona  görədir.  Öz  növbəsində  mükəmməl
317


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə