A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə81/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   77   78   79   80   81   82   83   84   ...   104

şeydən  çox  ziddir.  Digər  hallarda  buna  başqa  cür  əhəmiyyət 
verirlər;  məsələn,  şeyə  daha  çox  xas  olan  nədirsə,  o,  ortaya 
daha  çox ziddir.  Misal  üçün,  pozğunluq  bizə  intizamlı  olmaqdan 
daha  çox  xasdır.  Biz  daha  çox  məxsus  olduğumuz  tərəfə  meyl 
edirik və  nəyə  ki,  biz  daha  çox  meyl  edirik,  o  [orta  ilə]  daha  çox 
ziddiyyət təşkil  edir;  amma  biz  alicənablıqdan  çox  pozğunluqda 
müvəffəqiyyət  qazanırıq.  Deməli,  artıq  [bu  halda]  ortaya  daha 
çox ziddir,  axı  pozğunluq tədbirlilik baxımından  artıqdır.
Beləliklə,  biz  məziyyətin  nədən  ibarət  olduğunu  müzakirə 
etdik.  O,  görünür  ki,  bir-birinə  zidd  olan  ehtirasların  arasındakı 
ortadır.  Öz  xasiyyətinə  (ethos)  görə  hörmətə  minmək  istəyən 
adam,  məqsədli  surətdə,  hislərin  hər cür artıb-əksilməsi  zamanı 
ortanı  gözləməlidir.  Buna  görə  də  ləyaqətli  adam  olmaq  asan 
deyil,  axı  hər  bir  işdə  ortanı  tutmaq  çətindir.  Məsələn,  hər  kəs 
dairə  çəkə  bilər,  lakin  ondakı  ortanı  müəyyənləşdirmək  asan 
deyil;  bunun  kimi,  acıqlanmaq  da  asandır,  buna  əks  olan  vəziy- 
yətə  düşmək  də,  lakin  özünü  ortada  saxlamaq  -   çətindir.  Ümu- 
miyyətlə,  hislərin  artıb-əksilməsinin  hər birində  müşahidə etmək 
olar  ki,  ortadan  uzaqlaşmaq  asandır,  ortada  qalmaq  isə,  hansı 
ki,  buna  görə  bizi  tərifləyirlər,  çətindir.  Buna  görə  məziyyətə  az 
təsadüf edilir.
Bir  halda  ki,  məziyyət  haqqında,  bu  surətlə  danışdıq,  indi 
baxmaq  lazımdır  görək  onu  əldə  etmək  mümkündürmü, 
yaxud,  Sokrat  dediyi  kimi,  yaxşı  və  ya  pis  olmaq  bizdən  asılı 
deyil9  (eph‘  hemin).  Heç  kim,  onun  fikrincə,  o,  ədalətli  olmaq 
istəyərmi,  yoxsa  ədalətsiz  sualına  cavab  verdikdə  ədalətsizi 
seçməz.  Bunu  cəsarət  və  qorxaqlıq  haqqında  da  və  hər  hansı 
bir  məziyyət  haqqında  da  demək  olar,  həm  də  əgər  adamlar 
pisdirsə,  onda,  görünür,  onlar  könüllü  surətdə  pis  olmurlar; 
burdan  aydındır ki,  yaxşıların  da  xeyirxahlığı,  həmçinin  könüllü 
deyil.  Həqiqətən,  onda  qanunverici  nəyə  görə  pis  hərəkətlər
326
etməyə  icazə  vermir,  çox  yaxşı  və  layiqli  hərəkətləri  isə 
buyurur?  Nəyə  görə  o,  pis  işlərdə,  haçan  ki,  onları  görürlər, 
yaxşılarda  isə  -   haçan  ki,  onları  görmürlər  cəza  müəyyənləş- 
dirir?  İcrası  bizdən  asılı  olmayan  işləri  qanuniləşdirmək 
düzgün  olmazdı.  Yox,  görünür  ləyaqətli,  yaxud  pis  adam 
olmaq  bizdən  asılıdır.  Tərifin  və  pisləmənin  özü  isə  bunu  sübut 
edir.  Doğrudan  da,  xeyirxahlığa  görə  tərifləyirlər,  qüsurlu  işə 
görə  pisləyirlər,  ancaq  ki,  qeyri-iradi  hərəkətə  görə  nə  təriflə- 
yirlər,  nə  də  danlayırlar;  deməli,  ləyaqətli  və  ya  ləyaqətsiz 
hərəkət  etmək  bizim  özümüzdən  asılıdır.  Hərəkətlərimizin 
bizim  özümüzdən  asılı  olmamasını  sübut  etməkdən  ötrü  belə 
bir  misala  istinad  edirdilər;  nəyə  görə,  əgər  biz  xəstə  və  ya 
gözəl  deyiliksə,  heç  kəs  buna  görə  bizi  danlamır?  Bu  doğru 
deyil;  əgər  biz  görürüksə  ki,  öz  xəstələnmələrində  və  bədən- 
lərinin  pis  vəziyyətdə  olmasında  onların  özləri  günahkardır,  biz 
onları  da  danlayırıq.  Biz  burda  da  səbəbin  könüllü  olduğunu 
görürük  (to  hekoysion).  Beləliklə,  aydındır  ki,  bizim  xeyirxah, 
yaxud  pis  olmağımız könüllüdür.
10. 
Bunu  aşağıda  göstərilənlərdən  daha  aydın  görmək 
olar.  Təbii  nə  varsa,  özünə  uyğun  tərkib törətməyə  qabildir;  de- 
yək  ki,  bitkilər  və  heyvanlar  -   bunlar  da,  o  birilər  də  deyilən 
tərzdə  törətməyə  qabildir.  Onlar  əsasdan  (archön)  törəyir; 
ağac,  məsələn,  toxumdan  əmələ  gəlir,  toxumsa  əsasın  özüdür 
ki,  var.  Əsasdan  əmələ  gələn  özünü  bu  surətlə  aparır:  əsas 
necədirsə,  əsasdan  əmələ  gələn  də  elədir.  Hər  şeydən  çox  bu 
həndəsədə  aydın  görünür.  Bir  halda  ki,  burda  da  bəzi  əsaslar 
götürülür,  bu  əsaslar  necədirsə,  onlardan  alınanlar  da  bundan 
asılıdır.  Məsələn,  əgər  üçbucağın  bucaqları  iki  düz  bucağın  cə- 
minə  bərabərdirsə,  onda  dördbucaq  -   dörd  düz  bucağın  cə- 
minə  bərabərdir  və  əgər  üçbucaq  dəyişilirsə,  onunla  bərabər
327


dördbucaq  da  dəyişilir,  ona  görə  ki,  o  [üçbucağa]  uyğundur; 
əksinə,  əgər  ki,  dördbucağın  bucaqları  dörd  düz  bucağa  bəra- 
bər olmasaydı,  onda  üçbucaqda  da  bunlar iki  düz  bucağa  bəra- 
bər olmazdı.
11. 
İnsanla  da -  belə  və  bunun  kimidir.  Bir halda  ki,  insan 
məlum  əsaslardan  bu  və ya  digər tərkibləri  (oysias)  törət-məyə 
qabildir,  demək,  onun  etdiyi  hərəkətlər  də  (praxeön)  bəzi 
əsaslardan  törəyir.  Onları  ayrı  daha  nə  doğura  bilər?  İnsandan 
başqa  nə  cansız,  nə  də  canlı  varlıqlar  haqqında  biz  demirik  ki, 
onlar  fəaliyyət  (prattein)  göstərir,  biz  ancaq  insan  haqqında 
belə  [danışırıq].  Aydındır  ki,  insan  -   hərəkətin  doğurduğu  güc- 
dür.  Bir  halda  ki,  hərəkətlər,  biz  gördüyümüz  kimi,  dəyişilir  və 
biz  heç  vaxt  eyni  bir  şeyi  etmirik,  həm  də  fəaliyyət  müəyyən 
əsaslardan  əmələ  gəlir,  onda  aydındır ki,  biz artıq  yuxarıda  hən- 
dəsənin  timsalında  dediyimiz  kimi  hərəkətin  dəyişilməsi  zamanı 
onlann  əsaslan  dəyişilir.  Həm  yaxşı,  həm  də  pis  hərəkətin  əsası -  
niyyət,  iradə  və  s.-dir;  görünür,  bu  surətlə  onlar da  dəyişilir.  Biz 
öz  hərəkətimizi  könüllü  surətdə  dəyişdiririk,  belə  ki,  əsas  da, 
yəni  niyyət  və  iradə,  könüllü  surətdə  dəyişilir.  Burdan  aydındır 
ki,  yaxşı,  yaxud  pis olmaq  bizdən  asılıdır.
Ola  bilər,  kimsə  desin:  əgər  ədalətli  və  xeyirxah  olmaq 
məndən  asılıdırsa,  onda  bunu  mənə  ancaq  istəmək  lazımdır və 
mən  hamıdan  xeyirxah  olacağam.  Lakin  bu,  əlbəttə,  mümkün 
deyil.  Nəyə  görə?  Ona  görə  ki,  bu  bədənə  aid  olan  şeylərdə  də 
mümkün  deyil:  öz  bədəninə  qulluq  göstərməyə  başlayan  adam- 
ların  hər  birinin  bədəni  mütləq  ən  yaxşı  olmayacaq.  Təkcə  qul- 
luq  deyil,  həm  də  o  lazımdır  ki,  bədən  anadangəlmə  biçimli  və 
sağlam  olsun  (kalon  k'agathon).  Qulluq  bədəni  yaxşı  edir, 
lakin  ən  yaxşı  yox.  Bunu  qəlbə  münasibətdə  də  nəzərə  almaq 
lazımdır.  Ən  xeyirxah  olmağa  cəhd  göstərən  adam  da,  əgər
328
onun  xasiyyəti  buna  uyğun  gəlmirsə,  belə  ola  bilməyəcək,  lakin 
daha  dəyərli  adam  olacaq.
12. 
İndi  ki,  xeyirxah  olmağın  bizdən  asılı  olması  aydındır, 
mütləq  xeyirxah  hərəkətin  (to  hekoysion)  nə  olduğu  haqqında 
danışmaq  lazımdır.  Bu  -   könüllülük  -   xeyirxahlıq  üçün  həlledici 
əhəmiyyətə  malikdir.  O  iş  sözün  həqiqi  mənasında  könüllü  olur 
ki,  biz  bunu  məcburiyyət  olmadan  edirik.  Bu  barədə,  amma 
aydın  danışmaq  lazımdır.  Bu  və  ya  digər  hərəkəti  nəyin  ucba- 
tından  ediriksə,  o,  cəhddir  (orexis),  cəhd  isə  üç  səpgidə  olur: 
coşğun  həvəs  (erithymia),  meyl  (thymos),  istək  (boylesis). 
Əvvəlcə  coşğun  həvəsə  görə  edilmiş  hərəkəti  müzakirə  edək. 
Bu  könüllüdürmü?  O,  könüllü  işə  bənzəmir.  Nəyə görə  və  hansı 
əsasla?  Ona  görə  ki,  istəmədiyimiz  hərəkətləri  biz  məcbu-riyyət 
qarşısında  edirik,  məcburiyyət qarşısında görülən  bütün  işlər isə 
məyusluqla  nəticələnir,  halbuki  coşğun  həvəslə  edilən  işlər 
həzzə  səbəb  olur.  Belə  çıxır  ki,  deməli,  coşğun  həvəslə  edilən 
işlər könülsüz  ola  bilməz,  ancaq  könüllü  olmalıdır.  Bununla  belə 
bunun  əksini  göstərən  əsas  var -   bu  pozğunluqdur.  Doğrudan 
da,  heç  kəs,  hesab  edildiyi  kimi,  öz xoşu  ilə  pis  iş  görmür,  əgər 
bilirsə  ki,  bu  iş  pisdir;  pozğun  adam  isə,  fərqi  yoxdur,  bilsə  də 
bu  pisdir,  bu  işi  görür,  həm  də  bunu  həvəslə  edir.  Deməli  o, 
istəmədən,  nəticə  etibari  ilə  məcburiyyət  qarşısında  hərəkət 
edir.  Buna  qarşı  da  bir əsas  var:  bir halda  ki,  hər coşğun  həvəs 
həzlə  əlaqədardır,  həzz  olan  yerdə  isə  məcburiyyət  yoxdur, 
istəkdən  irəli  gələn  iş  məcburiyyət qarşısında edilmir.
Daha  bir  vasitə  ilə  göstərmək  olar  ki,  pozğun  adam  kö- 
nüllü  surətdə  hərəkət edir:  haqsızlar (adikoyntes) öz yalançılıq- 
larını  könüllü  edirlər,  pozğunlar  lap  haqsızdır,  yalançılıqlarını  da 
edirlər,  belə  ki,  pozğun  öz  pozğunluğu  ilə  könüllü  surətdə 
hərəkət edir.
329


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə