A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə82/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   78   79   80   81   82   83   84   85   ...   104

13.  Yenə  də  buna  qarşı,  könülsüzlüyün  xeyrinə  əsas  var. 
Doğrudan  da,  təmkinli  öz  xoşu  ilə  təmkinlidir:  axı  onu  təriflə- 
yirlər,  özü  də  könüllü  surətdə  etdiyi  hərəkətlərə  görə  tərifləyir- 
lər.  Lakin  coşğun  həvəslə  edilən  işiər,  əgər  könüllü  hərəkət- 
dirsə,  onda  istəyin  əksinə  edilən  işlər  könüllü  deyil.  Təmkinli  isə 
istəyin  əksinə  hərəkət edir,  onda  belə  çıxır  ki,  təmkinli  könülsüz 
surətdə  təmkiniidir,  amma  bu  həqiqətə  oxşamır.  Deməli,  coş- 
ğun  həvəslə  də görülən  işlər öz növbəsində  könüllü  deyil.
Bunu  meylin  təhrik  etdiyi  hərəkətlər  haqqında  da  demək 
olar:  burda  da  coşğun  arzuya  aid  olan  əsaslar  öz  gücündə 
qalır,  bir  halda  ki,  qəzəb  həm  pozğun,  həm  də  təmkinli  adamı 
bürüyə bilər,  onlar da  həmin  aporiyanı  yaradır.
Bizə  daha  bir  səpgidə  olan  cəhdi  müzakirə  etmək  qalır, 
hansı  ki,  biz  bunu  istək  (boylesis)  adlandırırıq.  Bu  könüllüdür- 
mü?  Bizə  deyəcəklər:  pozğun  adamlar nəyə  səy edirsə,  onu  da 
istəyir;  deməli,  pozğun  adamlar  öz  istəkləri  ilə  pis  hərəkət edir. 
Amma  könüllü  olaraq  axı  heç  kəs  pis  iş  görmür,  əgər bilirsə  ki, 
bu  pis  işdir;  pozğun  adam  isə  bilsə  də  pis  iş -   pisdir,  əgər belə 
istəyirsə,  hər  necə  olsa  bunu  edəcək.  Belə  çıxır  ki,  o  könülsüz 
hərəkət  edir,  istək  isə  könüllü  olmayan  bir  şeydir.  Bu  kimi  fikir- 
lər,  bununla  belə,  pozğunluq  və  pozğun  [anlayışının  özünü] ara- 
dan  götürür.  Axı  pozğun  könülsüz  hərəkət edirsə,  onu  pisləmək 
olmaz;  amma  onu  pisləyirlər;  deməii,  onun  hərəkəti  könüllüdür, 
nəticə etibari  ilə istək könüllüdür.
Madam  ki,  bəzi  əsaslar açıq-aşkar bir-birilə ziddiyyət təşkil 
edir,  könüllülük [anlayışına]  aydınlıq  gətirmək  lazımdır.
14.  Hər  şeydən  öncə,  əlbəttə,  zor  (bia)  və  məcburiyyət 
(anagke)  haqqında  danışmaq  lazımdır,  cansız  şeylərə  də  zor 
[tətbiq  edilə  bilər].  Doğrudan  da,  hər  bir  cansız  şeyin  özü- 
nəməxsus  yeri  var:  od  üçün  bu  yuxarıdır,  yer üçün  aşağı.  Lakin
330
burda,  şübhəsiz,  zor  tətbiq  edilməsi  mümkündür,  belə  ki,  daş 
yuxarı  hərəkət  edəcək,  od  isə  -   aşağı.  Heyvanları  da  zora  mə- 
ruz  qoymaq  olar  -   deyək  ki,  düz  qaçan  atı  tutub  yana  döndər- 
mək.  Haçan  ki,  xasiyyətin  və  ya  istəyin  əksinə  edilən  hərəkət- 
lərin  səbəbi  kənardadır,  biz  bütün  belə  işləri  zorla  görülən  işlər 
adlandırırıq.  Əksinə,  harda  ki,  səbəb  [icraçıların]  özlərindədir, 
orda  biz  zor  haqqında  danışmırıq.  Əks  təqdirdə  isə  pozğun 
adam  etiraz  edəcək  və  özünü  pis  saymayacaq:  o  deyəcək  ki, 
coşğun  həvəs ona  güc gəldiyindən  özünü  belə  pis aparır.
15.  Beləliklə,  zora  bu  tərifi  verək:  zor orada  öz yerini  tapır 
ki,  hərəkət  etməyə  məcbur  edən  səbəb  kənardadır:  əksinə, 
harda  ki,  səbəb şeyin  özündədir,  orada zor yoxdur.
Öz  növbəsində  məcburiyyət  və  məcbur  olmaq  (toy 
anagkaioy)  haqqında  danışmaq  lazımdır.  Heç  də  həmişə 
nəyinsə  haqqında  danışmaq  vacib  deyil.  Biz  həzz  almaqdan 
ötrü  nə  isə  təşkii  etdikdə  bunu  etmək  lazım  deyil.  Axı  demək 
düzgün  olmazdı  ki,  həzz  kimisə  öz  dostunun  arvadını  zorla- 
mağa  məcbur  etdi.  Səbəb  odur  ki,  məcburiyyət  də  hər  şeydən 
deyil,  yalnız  kənardan  baş  verə  bilər -   məsələn,  kim  isə  vəziy- 
yətlə  əlaqədar  məcbur  olub,  daha  vacib  bir  şeyi  xilas  etməklə, 
ziyana  düşür:  deyək  ki,  mən  məcbur  olub  tələsik  zəmiyə  get- 
dim,  əks  təqdirdə  orda  hər  şey  məhv  olacaqdı.  Beləliklə,  məc- 
buriyyət bu  kimi  hallara aiddir.
16.  Əgər  heç  bir  meyldə  (hormei)  könüllülük  yoxdursa, 
onda o,  görünür ki,  niyyətdə (dianoia)  kök salıb.  Qəsdsiz-qərəzsiz 
(akoysion)  -   bu  odur  ki,  məcbur  olaraq,  zorakı  surətdə  və 
üçüncüsü  niyyət  olmadan  edilir.  [Həyatda  olan]  hadisələr -   buna 
sübutdur.  İnsan  haçan  vurursa,  öldürürsə,  yaxud  başqa  bir  şeyi 
bilmədən  edirsə,  biz deyirik  ki,  o  bunu  təsadüfən  edib və  [bununla
331


bərabər etiraf edirik ki,  ]  könüllü  iş -  qəsdən  ediləndir.  Nəql  edirlər 
ki,  məsələn,  bir  qadın  kiməsə  içmək  üçün  məhəbbət  içkisi 
(philtron)  verir  və  adam  sonra  həmin  bu  içkidən  ölür,  qadın  isə 
aeropaqın  qarşısında  durğuzulur,  lakin  məhz  ona  görə  bəraət alır 
ki,  hərəkətində  pis  niyyət  olmayıb:  istədikdən  içirdib,  lakin  səhv 
edib.  Ölüm  hadisəsini  qərəzsiz  hesab  etdilər,  çünki  o  məhəbbət 
içkisini  adam  tələf  etmək  niyyəti  ilə  verməmişdi.  Burdan  görünür 
ki,  könüllü  iş qəsdən edilən işlə bir-birinə  uyğun gəlir.
17. 
Azad  seçmənin  (proairesin)  nə  olduğunu  müzakirə 
etmək  qalır,  bu  cəhddirmi,  yoxsa  yox.  Cəhd  digər canlı  məxluq- 
lara  da  xasdır,  azad  seçmə  isə  yox;  axı  seçmə  düşüncə  (meta 
logoy)  ilə  müşayiət  olunur,  düşüncə  isə  heyvanlardan 
[insandan  başqa]  heç  birinə  xas  deyil,  belə  ki,  seçmə  cəhd  ola 
bilməz.  Lakin  o  -   istək  ola  bilərmi?  Yoxsa  yenə  yox?  Axı  istək 
əlçatmaz  şeylərə  aiddir:  biz  istərdik  ki,  məsələn,  ölməz  olaq, 
lakin  bunu  özümüz  seçmirik.  Daha  bir  şey.  Seçmə  məqsədin 
özünə  deyil,  ona  aparan  şeyə  yönəlib:  məsələn,  heç  kəs  özü 
üçün  səhhət  seçmir,  lakin  biz  səhhət  üçün  faydalı  olan  şeyləri 
seçirik  -   gəzmə,  qaçma;  istək,  əksinə,  məqsədin  özünə  yö- 
nəlib:  biz  sağlam  olmaq  istəyirik.  Beləcə,  burdan  da  görünür ki, 
istək  və  seçmə  bir-birinə  uyğun  deyil.  Seçmə  (proairesis),  gö- 
rünür ki,  bu  sözün  əsl  mənasına  uyğun  gəlir:  biz  birini  digərinin 
yerinə  seçirik,  məsələn,  yaxşını  pisin  yerinə.  Beləliklə,  hər dəfə 
seçmə  təklif  olunan  zamanda  biz  üstünlüyü  (antikatallatto- 
metha)  pisə  deyil,  yaxşıya  verdiyimiz  üçün,  bizə  elə  gəlir  ki, 
seçmə haqqında danışmağın yeri var.
Əgər,  bu  surətlə,  cəhdin  formalarından  heç  biri  seçmə  de- 
yilsə,  onda  bəlkə  seçmə  götür-qoyla  (to  kata  dianoian)  bağlı- 
dır?  Yoxsa,  ola  bilsin,  yenə  yox?  Axı  biz  götür-qoy  etdikdə  çox 
şeylər  haqqında  düşünürük  və  özümüzdə  fikir  yaradırıq,  lakin
332
biz  götür-qoy  etdiyimiz  zaman  seçim  edirikmi?  Çox  güman, 
yox.  Axı  biz  Hindistanda  [nə  edildiyi]  barədə  tez-tez  götür-qoy 
edirik10,  amma  heç  bir  seçim  etmirik.  Deməli,  seçmə  -   götür- 
qoy etmək deyil.
Əgər  seçmə  ayrı-ayrılıqda  adları  çəkilən  şeylərin  heç  biri 
ilə  uyğun  gəlmirsə,  onlar  isə  qəlbdə  olan  bütün  şeylərin  özüdür 
ki,  var,  onda  seçmə  istər-istəməz  onlardan  bəzilərinin  birləş- 
məsi  olmalıdır.
Artıq  deyildiyi  kimi,  seçmə  məqsədin  özünə  yox,  məqsədə 
doğru  aparan  yaxşı  şeylərə  aiddir və  bu  o şeylərdəndir ki,  bu  və 
ya  digər  şeyləri  seçməyin  lazım  olub-olmaması  haqqında  bizə 
bəhsləşməyə  mümkünat  və  icazə  verilir;  burdan  aydındır  ki, 
əvvəlcə  düşünmək  və  qərar  qəbul  etmək  (boyleysasthai),  dü- 
şündükdən  sonrasa  nəyi  isə  yaxşı  hesab  etdikdə  bizdə  hərəkət 
etməyə  cəhd  yaranır və  bu  hərəkəti  etməklə  biz,  görünür  ki,  öz 
seçimimizə uyğun  fəaliyyət göstəririk.
Və  budur,  əgər  seçmə  -   götür-qoyla  və  qərarla  birləşmiş 
olan  nə  isə  bir  cəhddirsə,  onda  könüllü  iş  seçmə  ilə  eyniyyət 
təşkil  etmir.  Doğrudan  da,  biz  çox  şeyi  düşünməyə  macal  tap- 
madan  və  qərar  çıxarmadan  könüllü  surətdə  edirik,  məsələn, 
otururuq,  dururuq  və  bu  kimi  bir  çox  şeyləri  biz  götür-qoy 
etmədən  könüllü  olaraq  edirik,  halbuki  seçimlə  etdiyimiz  bütün 
işlər  götür-qoyla  əlaqədardır.  Deməli,  könüllü  iş  seçmə  ilə  bir- 
birinə  uyğun  gəlmir.  Əksinə,  seçmə  həmişə  könüllüdür:  fəaliy- 
yət  göstərməyi  qərara  alarkən,  seçmə  kimi  biz  könüllü  surətdə 
hərəkət edirik.  Hətta  qanunvericilər də  könüllü  edilən  işi  qərəzlə 
edilən  işdən  nadir  hallarda  fərqləndirirlər  və  könüllü  işə  azad 
seçimə görə edilən  işdən  daha az cəza  nəzərdə tuturlar.
Seçmə  hərəkət  olan  yerdə  özünü  göstərir  və  bu  hərəkət 
elə  edilir  ki,  iş  görüb-görməmək,  onu  bu  və  ya  başqa  tərzdə 
görmək,  həm  də  mümkün  olan  yerdə  hərəkətin  səbəbini  müəy-
333


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə