A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə85/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   81   82   83   84   85   86   87   88   ...   104

üstünlük  verir.  Haçan  ki,  hörmətlə  anılan  yaxşı  şeyin  özüdür, 
həm  də  eləsi  ki,  o,  yaxşı  şeylərin  arasında  əsas  yeri  tutur,  onda 
nəcibliyin  hər  cür  şərəfə  deyil,  ən  yüksək  şərəfə  aidiyyatı 
olacaq.
Özlərini  dahi  sayıb,  onlara  müvafiq  surətdə  hörmət  gös- 
tərilməsini  fikirləşən  aciz  və  axmaq  adamlar -   lovğadır.  Özünü 
layiq  olduğundan  daha  az  ləyaqətli  sayan  adamlar  -   məzlum- 
dur.  Deməli,  bunların  arasında  o  adam  durur  ki,  o,  layiq  oldu- 
ğundan  nə  az,  nə  də  çox  şərəfi  özünə  layiq  bilmir,  həm  də  hər 
cürə  hörməti  özünə  yaraşdırmır.  Nəcib  adam  belədir.  Beləliklə, 
aydındır  ki,  nəciblik  -   lovğalıqla  məzlumluğun  arasında  olan 
ortadır.
26. 
Genişlik  (megaloprepeia)  -   bədxərcliklə  xırdaçılığın 
arasında  olan  ortadır.  Genişlik  -   məsarifə  [aid  olan  məziyyət- 
dir],  bunu  münasib hallarda  etmək  lazımdır.  O  adam  ki,  o,  lazım 
olmayan  yerdə  pul  xərcləyir -   bədxərcdir,  deyək  ki,  kimsə  ziya- 
fətdə  kef edənləri  şərikli  surətdə  elə  qonaq  edir ki,  elə  bil  bu toy 
ziyafətidir,  belə  adam  bədxərcdir (bədxərc -  o adamdır ki,  lazım 
olmayan  vaxtda özünün  xoş  güzəranını  nümayiş etdirir).  Xırdaçı 
adam  özünü  bunun  əksinə  olaraq  aparır:  böyük xərc  lazım  olan 
yerdə  o,  bunu  etmir,  yaxud  xoreqə və ya toya  xərc çəkdikdə,  lə- 
yaqətsiz  surətdə,  zəif pul  xərcləyir.  Xırdaçı  adam  belədir.  Geni- 
şlik  artıq  öz  adı  ilə  göstərir  ki,  o,  biz  onun  haqqında  danışdığı- 
mız  kimidir.  Axı  insan  uyğun  vaxtda  geniş  surətdə  pul  xərclə- 
dikdə,  «genişlik»  onun  kimliyini  düzgün  göstərir.  Beləliklə,  ge- 
nişlik,  madam  ki,  o,  təqdirəlayiqdir,  az xərclə  son  dərəcə  böyük 
xərc  arasında  olan  nə  isə  bir  ortadır,  bu  zaman  insan  uyğun 
surətdə nəyə  lazımdırsa,  ona da  pul  xərcləyir.
Ümumun  fikrincə,  genişliyin  bir  çox  növü  var.  Deyəndə  ki, 
məsələn:  «0,  geniş  jest  etdi»  onu  nəzərdə  tuturlar.  Bu  kimi
342
digər  hallarda  da  genişlik  haqqında  düz  deyil,  məcazi  mənada 
danışırlar,  ona  görə  ki,  genişlik  bu  şeylərdən  yox,  biz  haqqında 
danışdığımız şeylərdən  ibarətdir.
27. 
Hiddət  (nemesis)  -   həsədlə  bədxahlıq  arasında  olan 
ortadır.  Həm  bu,  həm  də  o  biri  hiss  məzəmmət  olunmağa,  hid- 
dət  isə  təqdirəlayiqdir.  Hiddət -   bu,  o  xüsusda  olan  kədərdir ki, 
yaxşı  şeylər ləyaqətsiz  adama  mənsubdur;  hiddətli -  o  adamdır 
ki,  onu  belə  şeylər  məyus  edir.  O,  kiminsə  haqsız  olaraq  əzab 
çəkdiyini  gördükdə  də  məyus  olur.  Hiddət  və  hiddətli  belədir. 
Paxıl  isə  özünü  bunun  əksinə  olaraq  aparır.  Onu  hər adamın,  o 
kəs  buna  layiqdirmi,  yoxsa  yox,  xoşbəxt  və  firavan  həyatı  mə- 
yus  edir.  Bədxah  da  həmçinin  hər  adamın,  o,  buna  layiq  olsa 
da,  olmasa  da  bədbəxtçiliyinə  sevinir.  Hiddətli  isə  belə  deyil,  o, 
bir növ bunlar arasında olan  nə isə bir ortadır.
28. 
Heysiyyat  (semnoles) -   inadcıllıqla  yaltaqlığın  arasın- 
da  olan  ortadır.  Bu,  adamların  qarşılıqlı  münasibəti  zamanı  özü- 
nü  göstərir.  İnadcıl  elə  adamdır  ki,  o,  heç  kəslə  nə  ünsiyyətdə 
olmağı  bacarmır,  nə  də  danışmağı.  Adın  özü,  görünür  ki,  onun 
xarakterini  göstərir:  inadcıl  -   bu,  bir  növ  öz-özünü  bəyənən  və 
öz-özündən  razı  olandır.  Yaltaq  isə  -   hamı  ilə,  hər  cürə,  hər 
yerdə  ünsiyyətdə  olmağı  bacarandır.  Nə  bu,  nə  də  o  biri  təri- 
fəlayiq  deyil.  Tərifəlayiq  o adamdır ki,  onun  heysiyyatı var;  onla- 
rın  arasında  olan  orta  kimi,  o,  ləyaqətlilərdən  başqa  heç  kəslə, 
onları  sonalamadan,  ünsiyyətdə  olmur,  hamıdan  aralı  gəzməsə 
də,  ancaq  ləyaqətlilərlə əlaqə  saxlayır.
29. 
Təvazökar  (aidös)  -   abırsızlıqla  utancaqlığın  arasında 
olan  ortadır.  O,  özünü  hərəkətlərdə  və  sözdə  göstərir.  Həyasız 
hər hansı  şəraitdə hər kəsə  müraciət edib,  danışır və necə  gəldi
343


hərəkət  edir.  Utancaq,  əksinə,  hər  adamın  qarşısında  hər sözü 
danışmağa  və  hərəkət  etməyə  çəkinir  (axı  hər  şeydən  utanan 
passivdir).  Təvazökarlıq  və  tə v a z ö k a r-  bunların  ortasında  olan 
bir  şeydir:  təvazökar  abırsızdan  sonra  ağzına  gələni  danışma- 
yacaq,  lakin  utancaq  kimi  hər  şeydən  də  həmişə  çəkinməyə- 
cək,  harda  lazımdır,  nə  lazımdır  və  haçan  lazımdır,  orda  da 
danışıb,  hərəkət edəcək.
30.  Yumor  hissi  (eytrapelia)  -  təlxəkliklə  kobudluğun  ara- 
sında olan  ortadır.  Onun  sahəsi -  rişxənddir.  Təlxək hər hansı  bir 
səbəbdən  araya qoymağı  lazım  bilir,  kobud  isə zarafat etməkdən 
imtina  edir,  istəmir  ki,  onunla  da  zarafat  etsinlər  və  əsəbləşir. 
Bunların  arasında  yumor  hissinə  malik  olan  adam  durur.  O,  hər 
kəslə  hər  səbəbə  görə  zarafat  etmir,  lakin  adamdan  da  qaçmır. 
Yumor  hissi  haqqında  iki  mənada  danışmaq  olar:  yumor  hissinə 
malik  oian  adam  -   həm  o  adamdır  ki,  zarafatı  yerində  etməyi 
bacarır,  həm  də o adamdır ki,  istehzaya dözür.
31.  Səmimilik  (philia)  -   yaltaqlıqla  düşmənçilik  arasında 
olan  ortadır.  Bu,  özünü  hərəkətlərdə  və  sözdə  göstərir.  Yaltaq 
nə  lazımdırsa  onun,  həm  də,  əslində,  nə  varsa  onun  üstünə 
əlavə  edir,  düşməncəsinə  ədavət  aparan  isə  nə  varsa  onu  da 
alır.  Ədalət  naminə  nə  bu,  nə  də  o  biri  təqdirəlayiq  deyil,  sə- 
mimi  adam  isə  bunların  arasında  orta  mövqe  tutur:  o,  nə  varsa 
bunun  üstünə  heç  nə  əlavə  etməyəcək,  həm  də  lazım  olmayan 
şeyi  tərifləməyəcək,  amma  kiçiltməyəcək  də  və  heç  bir  vəchlə 
düşündüyünün  əksinə danışmayacaq.  Səmimi  adam  belədir.
32.  Doğruçuluq  (aletheia)  -   riyakarlıqla  lovğalığın  ara- 
sında  olan  ortadır və  özünü  danışıqda  göstərir,  amma  hər  danı- 
şıqda  yox.  Lovğa  özünü,  nəyi  varsa  bundan  artıq  olan,  yaxud
344
nəyi  bilmirsə,  onu  bilən  adam  kimi  göstərir;  riyakar,  əksinə, 
özünü  elə  göstərir  ki,  əslində  olduğundan  daha  az  şeyə  malik- 
dir,  bildiyini  də  danışmayıb,  bunu  gizlədir.  Doğruçu  nə  bunu,  nə 
də  digərini  etməyəcək:  o  nəyə  malikdirsə,  onu  artırıb-əksilt- 
məyəcək,  əmlakı  və  biliyi  barəsində  nə varsa,  onu da  deyəcək.
Bunun  məziyyət  olub-olmaması  -  başqa  araşdırmanın  işi- 
dir.  Bununla  belə,  aydındır  ki,  onlar  -   adları  çəkilən  [ifratçılıq- 
ların]  arasındakı  ortadır  və  [belə  bir  ortaya]  uyğun  olaraq  yaşa- 
yan  adamlartəriflənir.
33. 
Hələ  ədalət  (dikaiosynes)  haqqında  danışmaq  q a lır- 
bu  nədir,  özünü  nədə  göstərir  və  nəyə  aiddir.  Əvvəlcə  ədalətli- 
liyi  götürək  -   bu  nədir.  Ədalətlilik  iki  cur  olur.  Bunlardan  biri  -  
qanunauyğunluqdur:  qanunun  buyurduğu  şeyi  ədalətli  adlan- 
dırırlar.  Qanun  cəsarətlə,  tədbirlə  hərəkət  etməyi,  ümumiyyətlə 
isə,  məziyyət  adlanan  şeyə  uyğunlaşmağı  buyurur.  Bax  buna 
görə,  deyildiyi  kimi13,  ədalət,  -  görünür ki,  nə  isə  mükəmməl  bir 
məziyyətdir.  Axı  ədalətli  əgər  -   odursa  ki,  bunu  etməyi  qanun 
buyurur,  qanunsa  bütün  xeyirxahlıqları  həyata  keçirməyi  hökm 
edir,  onda  qanunun  tələblərinə  uyğun  ədalətlə  hərəkət  edən 
mükəmməl  ləyaqətə  yetəcək,  belə  ki,  ədalətlilik  və  ədalət -   nə 
isə  mükəmməl  bir  məziyyətdir.  Ədalətliliyin  bir  forması  bundan 
ibarətdir  və  buna  aiddir.  Lakin  biz  belə  ədalətliliyi  və  belə  əda- 
ləti  araşdırmırıq.  Doğrudan  da,  ədalətlilik  bu  cür başa  düşüldük- 
də  özbaşına  ədalətli  olmaq  ehtimalı  var:  tədbirli,  cəsarətli,  təm- 
kinli  özlüyündə  belə  olur.  Qanunun  tələb  etdiyi  ədalətlilikdən 
digər  adama  münasibətdə  olan  ədalətlilik,  yəni  ikinci  formada 
olan  ədalətlilik fərqlənir.  Ədalət  baxımından  digərlərinə  münasi- 
bətdə  insan  [yalnız]  özü-özündən  ötrü  ədalətli  olmamaiıdır.  Biz 
isə,  məhz  başqasına  münasibətdə  olan  ədalətliliyi  və  buna  uy- 
ğun  olan  ədaləti  araşdırırıq14.
345


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə