A r I s t o t e L si y a s ə T


playle)  deyil.  Əsas  -   bu,  məntiqdir  (logos)7



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə93/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   89   90   91   92   93   94   95   96   ...   104

playle)  deyil.  Əsas  -   bu,  məntiqdir  (logos)7.  Kim  daha  çox 
pislik  edə  bilər:  şir,  yoxsa  Dionisi,  Falarid,  Klearx,  yaxud  da 
başqa  bir  yaramaz.  Aydmdır  ki,  onlar.  Əsas  xarab  olduqda,  o, 
başlıca  surətdə  [pis  işlərə]  səbəb  olur;  heyvanda  isə  heç  bir 
əsas  yoxdur.  İntizamsız adamın  əsası  xarabdır:  madam  ki,  o  pis 
işlər  görür,  bunlarsa  onun  məntiqi  ilə  bəyəlinir  və  ona  elə  gəlir 
ki,  belə  də  hərəkət  etmək  lazımdır,  bu  adamın  əsası  korlanıb. 
Belə çıxır ki,  hövsələsiz yenə  də  intizamsızdan  yaxşıdır.
Hövsələsizlik  iki  tərzdə  olur.  Bı'ri  -   tez  özündən  çıxan, 
fikirləşmədən  edilən,  gözlənilməz  hövsələsizlikdir.  Belə  ki,  mə- 
sələn,  gözəl  bir qadın  gördükdə,  bizi  dərhal  bir hiss  bürüyür və 
ehtirasdan  bir şey  etməyə,  ola  bilsin,  yaramaz  bir  şey  etməyə 
meyl  yaranır.  Hövsələsizliyin  ikinci  tərzi  -   bir  növ  qeyri-nor- 
maldır,  fikirlər  bir-birinə  qarışaraq,  fəaliyyətdən  yayınır.  Birinci 
tərz,  görünür ki,  çox  tutarlı  məzəmmətə  tuş  gəlmir;  belə  özba- 
şınalıq  ləyaqətli,  tez  özündən  çıxan  və  istedadlı  insanlarda 
olur.  İkinci  tərz  laqeyd  və  qaraqabaq  adamlara  xasdır 
(psykhrois  kai  melagkholikois);  onlar  məzəmmətə  tuş  gəlir. 
Həm  də:  insan  o  halda  hislərin  təsiri  altına  düşmür  ki,  əsas 
(logos)  onu  çəkindirir;  deməli,  qəşəng  bir  qadın  gəldikdə 
özünü  saxlamaq  lazımdır.  Kimi  ki,  ilk  təəssürat  hövsələsiz 
etməyə  qabildir,  o  adam,  belə  bir  əsasla  qorunmuş  olaraq, 
duyğulanmayacaq  və  heç  bir  eyib  iş  görməyəcək.  Ən  çox  o 
adam  məzəmmətə  layiqdir  ki,  o,  belə  hərəkət  etməyin  lazım 
olmadığını  dərk  edir,  amma  həzzə  uyur  və  haldan  düşür. 
Doğrudan  da,  ləyaqətli  adam  heç vaxt  bu  axırıncı  tərzdəki  kimi 
hövsələsiz  olmaz  və  bundan  başqa  bu  elə  haldır  ki,  burda 
qoruyucu  əsas  şəfa  verməyə  qabil  deyil.  Bu  məntiqə  uyğun 
əsasın  isə  qəlbdə  üstünlük təşkil  etməsinə  baxmayaraq,  insan 
ona  qətiyyən  qulaq  asmır,  həzlərə  uyur,  haldan  düşür  və  elə 
bil  ki,  düşgünləşir (eksasthenei  pös).
374
Yuxarıda  artıq  bu  məsələ  qoyulmuşdu,  tədbirli  adam 
(sophrön) təmkinlidirmi? Buna  indi  cavab verək. Tədbirli,  bununla 
bərabər  həm  də  təmkinlidir.  Təmkinli  yalnız  o  adam  deyil  ki,  o, 
məntiqlə  hərəkət  edərək,  öz  ehtiraslarının  qarşısını  alır,  həm  də  o 
adamdır  ki,  o,  ehtiraslardan  azad  olduqda  da  belədir,  əgər  ki, 
onlaronda əmələ gəlsə,  onların  qarşısını almağı  bacarır.  Tədbirli  o 
adamdır  ki,  onun  ehtirasları  sarsaq  deyil,  lakin  onlar  barədə 
düzgün  fikrə  malikdir;  təmkinli  o  adamdır  ki,  o,  sarsaq  ehtiraslara 
malik  olsa  da,  onlar  barədə  düzgün  düşünür,  belə  ki,  təmkinlilik 
tədbirliliyə  həmrah olur,  tədbirli  də təmkinli  olacaq.  Amma,  əksinə, 
təmkinli  tədbirlidir  demək  olmaz.  Axı  tədbirli  ehtiraslara  dözmür, 
təmkinli  isə  dözür  və  ehtiraslara  güc  gəlir,  yaxud  bunlara  malik 
olmağı  bacarır. Tədbirlidə nə bu,  nə də o biri yoxdur,  buna görə də 
demək omaz ki, təmkinli tədbirlidir.
İntizamsız  hövsələsizdirmi,  hövsələsiz  də  -   intizamsız- 
dırmı?  Yoxsa,  daha  çox,  onlar  arasında  asılılıq  yoxdur?  Hövsə- 
ləsiz -  o  adamdır ki,  onun  ağlı  ehtiraslarla  mübarizə  aparır;  inti- 
zamsız  isə  belə  deyil,  çünki  onun  ağlı  sarsaq  hərəkətlərlə  razı- 
laşır.  Deməli,  intizamsız  hövsələsizə  oxşamır,  hövsələsiz  isə 
intizamsıza.  İntizamsız  hövsələsizdən  daha  pisdir.  Anadangəl- 
mə  olan  şeyi  yaxşı  kökə  salmaq,  vərdiş  halını  alan  şeyi  düzəlt- 
məkdən  daha  çətindir,  axı  vərdiş də  açıq-aşkar onunla  güclüdür 
ki,  o,  xasiyyət  olur.  İntizamsız  özlüyündə  bir  növ axmaq  təbiətə 
malikdir,  bax  buna  görə  və  bu  səbəbdən  onun  ağlı  qüsurludur; 
hövsələsiz  isə  belə  deyil:  axı  ona  görə  yox  ki,  o,  özlüyündə 
belədir,  onun  fikri  (logos)  qeyri-qənaətbəxşdir  (əgər  o  anadan- 
gəlmə axmağa  bənzəmiş olsaydı  onun  fikri  gərəksiz olardı).  De- 
məli,  hövsələsiz  vərdişlərinə  görə  yaxşı  deyil,  intizamsız  isə  -  
anadangəlmə.  İntizamsızı  islah  etmək  daha  çətindir:  bir  adət 
başqa  bir  adətlə  aradan  qaldırılır,  anadangəlmə  isə  heç  nəylə 
aradan  qalxmır.
375


Əgər  hövsələsiz  biliyə  malikdirsə  və  səhvsiz  fikirləşirsə, 
ancaq  ağıllı  da  hər  şeydə  düzgün  mühakimə  yürüdürsə  (logoi 
orthöi),  onda  ağıllı  hövsələsiz  ola  bilər,  yoxsa  yox?  Deyilənlər 
çətinlik  törədə  bilər.  Əgər biz əvvəllər  iddia  etdiklərimizin  ardın- 
ca  getsək,  onda  ağıllı  hövsələsiz  olmur.  Axı  biz  demişdik  ki, 
ağıllıya  yalnız  düzgün  düşünmək  deyil,  həm  də  o  işi  görmək 
xasdır ki,  düşüncə  onu  ən  yaxşı  iş  hesab  edir.  Əgər ki,  ağıllı  ən 
yaxşı  cəhətdən  hərəkət  edirsə,  onda  o  artıq  hövsələsiz  ola  bil- 
mir.  Ancaq  hövsələsiz  hazırcavab  ola  bilər.  Doğrudan  da,  yuxa- 
rıda  biz  ağıllı  və  hazırcavab  arasında  fərq  qoyduq,  onlar  eyni 
şey  olmasa  da,  eyni  şeylərlə  əlaqədardır,  lakin  biri  nə  lazım- 
dırsa,  onu  edir,  o  birinin  isə  bunu  etməsi  mütləq  deyil.  Madam 
ki,  hazırcavab  lazım  olan  şeyi  etməyə  bilir,  demək  o,  hövsələsiz 
ola  bilir,  ağıllı  isə hövsələsiz ola  bilmir.
7. 
İndi  həzz  və  ya  zövq  (hedones)  haqqında  məsələyə 
keçək,  çünki  biz  xoşbəxtlik  (eydaimonias)  haqqında  söhbət 
aparırıq.  Xoşbəxtlik  isə,  hamı  düşündüyü  kimi,  -   ya  həzz,  həm 
də  xoş  həyatdır,  ya  da  həzsiz  keçməyən  [həyat].  Bəziləri,  ək- 
sinə,  həzzi  pisləyir və  həzzin  yaxşı  şeylərə  aid  olmadığına  əmin 
deyil,  lakin  hər  halda  xətərsizliyi  (to  alypon)  buna  aid  edirlər, 
xətərsizlik  isə,  əlbəttə,  həzzə  yaxındır.  Beləliklə,  həzz  haqqında 
yalnız  ona  görə  danışmaq  lazım  deyil  ki,  başqaları  bunu  gərəkli 
sayır,  həm  də  ona  görə  ki,  həzz  haqqında  danışmaq  vacibdir, 
çünki  söhbət  xoşbəxtlikdən  gedir,  xoşbəxtlik  isə,  biz  müəyyən- 
ləşdirdiyimiz  və  iddia  etdiyimiz  kimi  -   mükəmməl  həyatda  mə- 
ziyyətin  fəaliyyətidir,  məziyyət  isə  həzz,  həm  də  məyusluqla 
əlaqədardır.  Həzz  haqqında  danışmaq  ona  görə  vacibdir  ki, 
xoşbəxtlik həzsiz olmur.
Hər şeydən  öncə  o adamların  dəlillərini  bir-bir söyləyək  ki, 
onlar  həzzin  yaxşı  şeylərə  aid  olmadığını  düşünür.  Birincisi,
376
onlar  deyir  ki,  həzz  -   təşəkkül  tapmadır  (genesin),  təşəkkül 
tapma  isə  natamam  bir  şeydir;  ikincisi,  guya  sarsaq  həzlər  də 
olur,  yaxşı  şey  isə  heç  bir sarsaq  şeydən  ibarət  deyil;  və  bir  də 
həzz  ona  görə  yaxşı  şey  deyil  ki,  o,  hamıya  xasdır:  axmağa  və 
ləyaqətliyə,  həm  də  zalıma  və  qammaza;  yaxşı  şey  isə  sarsaq 
şeylə  qarışmır  və  çoxları  üçün  ümumi  olmur.  Bundan  başqa 
həzz  -   ən  yaxşı  olan  şey  deyil,  yaxşı  şey  isə  odur  ki,  -   o  hər 
şeydən  yaxşıdır.  Və  nəhayət,  həzz  yaxşı  hərəkət  etməyə  mane 
olur, yaxşıya mane olan  şeysə, yaxşı şey ola bilməz.
Hər  şeydən  öncə  zövqün  təşəkkül  tapma  olduğunu  əsas- 
landıran  birinci  dəlili  müzakirə  etmək  lazımdır,  bunun  isə  həqi- 
qətə  uyğun  olmadığını  göstərmək  üçün  bu  məsələni  həll  et- 
məyə  çalışaq.  Doğrudan  da,  hər  həzz  təşəkkül  tapma  deyil. 
Məsələn,  tamaşa  etməkdən  (theörein)  alınan  həzz  qulaq  as- 
madan,  baxmaqdan,  iy  duyğusundan  alınan  həzz  kimi  təşəkkül 
tapma  deyil,  çünki  o  digər  hallarda,  məsələn,  yeməkdə  yaxud 
içməkdə  olduğu  kimi  çatışmayan  bir  şeyin  [yerini  doldurmur]. 
Bu  kimi  hallar  kiminsə  yoxsullaşmasına  və  ya  artıq  olmasına  o 
mənada  səbəb  olur  ki,  burada  əksiyin  yeri  dolur,  yaxud  artıq 
aradan  qaldırılır;  buna  görə  o,  sanki  təşəkkül  tapmadır.  Əksik 
və  artıq  isə  kədərləndiricidir;  deməli,  məyusluq  burda  həzz  kimi 
görünən  təşəkkül  tapmadan  əvvəl  olur.  Lakin,  əlbəttə,  heç  bir 
məyusluq  görməni,  eşitməni,  hiss  duyğusunu  qabaqcadan 
xəbər vermir:  heç  kim  buna  qədər görmədən  və  ya  iydən  aldığı 
zövqdən  məyusluq  hiss  etməyib,  eləcə  də  fikrə  gedən  adam 
əzaba  qatlaşmazdan  öncə  kiməsə  tamaşa  etməkdən  həzz  ala 
bilər.  Əgər  ki,  həzz,  onlar  əsaslandırdığı  kimi,  təşəkkül  tapma 
olduğuna  görə  yaxşı  deyilsə,  lakin  həzz  də  olur  ki,  o  təşəkkül 
tapma  deyil,  onda  həzz yaxşı  şey ola  blər.
Üstəlik,  heç  bir  həzz,  ümumiyyətlə,  təşəkkül  tapma  deyil, 
ona görə ki,  hətta yemək və içməyin  gətirdiyi zövq təşəkkül tapma
377


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə