A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə101/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   96   97   98   99   100   101   102   103   104

eşidən  Amasid,  misirliləri  çağırıb,  onlara  başa  saldı  ki,  büt 
ləyəndən  hazırlanıb,  hansı  ki,  misirlilər  əvvəllər  buna  tüpürür, 
pəşo  edir  və  bunda  ayaqlarını  yuyurdular,  ancaq  indi  isə  ona 
böyük  hörmət  göstərirlər.  O  dedi  ki,  ləyənlə  olan  iş  onun  da 
başına  gəlib:  o,  əvvəllər  adi  bir  vətəndaş  olsa  da  hal-hazırda 
hökmdardır,  buna  görə  də  onlara  məsləhət  gördü  ki,  ona 
hörmət etsinlər və onu  qiymətləndirsinlər».
İKİNCİ  KİTAB
1.  Mətndə  buraxılış;  mənası  çox  guman  belədir:  «  lakin 
hər  peşənin  marağı  naminə  hər  halda  yaxşı  olardı  ki,  hər  bir 
sənətkar öz peşəsi  ilə  məşğul  olsun,  onda...».
2.  Mətndə  buraxılış.  Mənası  təxminən  belə  ola  bilər: 
«yoxsa  bu  halda  bəzi  istisnalar mümkündür?»
3.  Atalar sözü  Pifaqorun  adına  çıxılır.  Bax:  -   Layortlu  Dio- 
gen,  X  11:  «Pifaqor  hesab  etmirdi  ki,  mala,  pula  birgə  yiyələn- 
mək  lazımdır.  Pifaqora  görə  dostlarda  hər  şeyin  ümumi  olması 
inamsızlığı  göstərərdi,  inam göstərməyən  adamsa  dost deyil».
4.  Yünanlarda  içtimai yeməkxanalar sissitiyalar adlanırdı.
5.  Aqoranomiya  -   bazar  medanına  nəzarət.  Astinomiya  -  
şəhərdə  qayda-qanuna  nəzarət.
6.  İlotlar,  Spartada  əkinçilər,  dövlətin  mülkiyyəti  sayılırdılar 
və  içtimai  vəziyyətlərinə  görə  qullardan  fərqlənmirdilər.  Penest- 
l ə r -  ilotlar kimi  Fessaliyada asılı  olan  əkinçilər.
7.  Mətndə buraxılış.
8.  Korinfli  Fidonun  fəaliyyəti,  olsun  ki,  b.e.ə.  VII  əsrin  I 
yarsına  aiddir.
9.  Eforat  (ephoroi  -   nəzarətçilər)  -  Spartada  ildə  bir dəfə 
seçilən  5  nəfər  ali  vəzifəli  şəxsdən  ibarət  kollegiya,  ali  nəzarət 
orqanı,  tam  hüquqlu vətəndaşların  məclisində seçilirdi.
10.  Senz  -   bir  şəxsin  bu  və  ya  digər  hüquqlarının  həyata 
keçirilməsini  məhdudlaşdıran  şərt.
11.  Layortlu  Diogenə  görə  VI-72,  Kinikli  Diogen  deyirdi  ki, 
qadınlar  ümumi  olmalıdır  və  qanuni  nigahı  inkar  edirdi:  «Kim
406
hansı  qadını  öz  təsiri  altına  aldı,  o  da  onunla  nigahsız  yaşaya 
bilər;  buna  görə  də  oğullar  ümumi  olmalıdır».  Onun  adına  çıxı- 
lan  «Politiya»  əsərində,  Diogen  əgər  belə  bir  fikir  söyləyibsə, 
onda  Aristotelin  bu  əsərdən  xəbəri  olmamışdır.  Amma  ola  bilər, 
bu  sonradan  meydana  çıxmış  və  Aristoteldən  ötrü  naməlum 
qalmışdı.  Qadınların  ümumi  olması  fikri  Aristofanın  «Qadınlar 
xalq  məclisində»  komediyasında  da  irəli  sürülür.  Bu  elmi  əsər 
deyil,  komediya  olduğu  üçün  Aristotel  burdakı  fikirlə  hesablaş- 
mağı  görünür ki,  lazım  bilməmişdir.
12.  Xalkedonlu  Faley  haqqında  məlumat  Aristotelin 
«Siyasət»də  onun  haqqında  dedikləri  ilə  başa  çatır.  Ola  bilsin 
ki,  Faleyin əsəri  Platonun  «Dövlət»  əsərindən  əvvəl  yazılmışdı.
13.  Ehtimal  ki,  Orta  Yunanıstanda  deyil,  Cənubi  İtaliyada 
yaşayan  Lokrlar nəzərdə tutulur.
14.  İranlı  sərkərdə  Avtofradat  tərəfindən  Yevbulun  hökmü 
altında  olan  Atarneyin  mühasirəsi  b.e.ə.  360-350-ci  illərdə 
olmuşdu.
15.  Diofant  -   b.e.ə.  IV  əsrin  ikinci  rübündə  Afinanın  gö- 
rkəmli  dövlət xadimi.
16.  Miletdən  olan  Hippodam  -   b.e.ə.  V  əsrin  ortalarında 
memar -  şəhər salma  mütəxəssisi.
17.  Belə  bir  vəzifə  (pulitophulakes)  Fessaliyadakı  Lari- 
sada  məlumdur;  şəhərin  bütün  idarəçiliyi  qanun  keşikçilərinin 
əlində cəmləşmişdi.
18.  Mina  (lat.  mina;  yün.  mna) -  Qədim  Şərqin  və  Qədim 
Yunanıstanın  gümüşdən  ibarət pul və hesab-çəki  vahidi.
19.  Ola  bilsin,  pifaqorçular  nəzərdə  tutulur.  Aristoksenin 
şəhadətinə  görə,  atalardan  qalma  adət  və  qaydalara  sadiq 
qalmağı  yaxşı  iş  hesab  edirdilər,  «hətta  bunlar  digərlərindən 
geri  qaldıqda  belə».  İsokrat başqa  fikirdə  olmuşdu:  «Sənətin  və 
bütün  digər  şeylərin  tərəqqisi  həmişə  mövcud  qaydaların  sax- 
lanması  ilə  şərtlənmir,  onunla  şərtlənir  ki,  onlar  hər  zaman 
düzəldilir  və  pis  vəziyyətdə  onların  əvəzinə  yeniləri  tətbiq 
edilir».  Korinfli  natiq  Fukididin  də  fikri  maraqlıdır:  «...sənətdə 
olduğu  kimi,  siyasətdə  də  ümumiyyətlə  həmişə  yenilik  üstünlük
407


təşkil  edir.  Nə  qədər  ki,  dövlətdə  sakitlik  hökm  sürür,  ən  yaxşı 
qanunlar  odur  ki,  onlar  dəyişməz  qalır,  lakin  haçan  ki,  zərurət 
insanları  bir  çox  təşəbbüsdə  bulunmağa  vadar  edir,  onda  bir 
çox yeniliklərə də ehtiyac olur.
20.  Şəhərlərdən  hansının  Kim  adı  daşıdığının  nəzərdə 
tutulduğu  məlum  deyil.
21.  P e rie klə r- Spartadan  başqa  Lakon  şəhər və  kəndləri- 
nin  azad  sakinləri,  vətəndaş  olsalar  da,  siyasi  hüquqlara  malik 
deyildidər.
22.  Ares  -   qədim  yunan  mifologiyasında  fəlakət,  dağıntı 
gətirən  müharibə  allahı.  Dəbilqəli,  qüvvətli  döyüşçü  kimi  təsvir 
edilirdi.
23.  Afrodita  (Aphrodite)  -   qədim  yunan  mifologiyasında 
məhəbbət və gözəllik  ilahəsi.
24.  Ola  bilsin,  Peloponnes  müharibəsinin  qurtarmasından 
Levktra  vuruşmasına  (b.e.ə.  404-371)  qədər  olan  müddət 
nəzərdə tutulur.
25.  Ehtimal  ki,  b.e.ə.  VIII  əsrin  ikinci  yarısı  -  VII  əsrin  axırı 
nəzərdə tutulur.
26.  Yunanlann  mülki  hüququ  qadınları  varis  olmaq  imkanın- 
dan  məhrum  etmişdi.  Müəyyən  hallarda  (onların  qardaşları 
olmadıqda)  onlar  yalnız  dünyadan  köçüb  getmiş  atalarının  əmla- 
kını  saxlaya  bilirdilər,  həm  də  bunu  yaxın  qohumla  olan  nigahdan 
törəyən  uşaqlarına verməli  idilər.  Belələri varis qız adlanırdı.
27.  Mətndə  buraxılış.
28.  Lakedemonluların  Levktrada  məğlubiyyəti  nəzərdə 
tutulur.  Ksenofont  Spartanı  ən  az  əhalisi  olan  şəhərlər sırasına 
aid edir.
29.Təsviredilən  hadisələr təfsilatı  ilə  məlum  deyil.
30. 
Əlyazmalarında  mətnin  bu  yeri  başqa  cür  ifadə 
olunmuşdur.  Edilən  bəzi  düzəlişlər cümlənin  mənasını  dəyişmir.
31. Lakedemonda  təxti-tac  bir  qayda  olaraq  vərasətlə 
birindən  başqasına  keçirdi.  Eforun  şəhadətinə  görə,  artıq 
Lisandr  çarlıq  edən  sülalələrin  hakimiyyətinə  son  qoymağı  və 
«çarın ən  yaxşı vətəndaşlardan  seçilməsini»  planlaşdırmışdı.
408
32.Navarxlar  -   dəniz  komandanı,  olsun  ki,  b.e.ə.  V  əsrin 
ikinci  yarısında  Kriti;  navarxlar  haqqında  qanunu,  özünün 
«Lakedemon  politiyası» əsərində sərkiləmişdi.
33. 
Mətndə buraxılış.
34. Kontinental  yunan  dövlətləri  ilə  müqayisədə  adalarda 
yerləşən  dövlətlər  kasıb  sayılırdı.  Belə  bir  söz  vardı:  «İran  şahı 
dünyada  hamıdan  varlıdır,  bu  ona  görədir  ki,  o,  öz  gəlirlərini 
adalardan deyil,  materikdən əldə edir».
35. Bu  cür  tədbirlər  Likurqun  adına  çıxılır;  onun  tətbiq 
etdiyi  qanun  əsasında  yalnız  məxsusi  icazədən  sonra  əcnəbilər 
Spartada  yaşaya  bilərdilər;  lakin  yaramaz  hərəkət  üstündə 
vəzifəli  şəxslərin  onları  qovmaq  haqqı  vardı.
36. B.e.ə.  345-ci  ildə  (Ücüncü  müqəddəs  müharibə), 
yaxud  333-cü  ildə  (Sparta  çarı  III  Agisin  desantı)  olan  hadisələr 
nəzərdə tutulur.
37. Mətndə  buraxılış.  Mənası  belə  ola  bilər:  «herontlara 
gəldikdə  isə,  onlar...».
38. Sonrakıları  nəzərə  alaraq  «onlar»  sözünü  görünür  ki, 
görkəmli  vətəndaşlar kimi  başa düşmək  lazımdır.
39. Pentarxiya  (beş  nəfərdən  ibarət  kollegiya)  -   Karfa- 
gendə suffetlərdən  sonra  ikinci  dövlət hakimiyyət orqanı.
40. Bu  qanunların  meydana  çıxdığı  vaxt  -   b.e.ə.  VII  əsr. 
Lokrlu  Zalevk  (VII  əsr)  -   qədim  yazılı  qanunların  yarıməfsanəvi 
müəllifi.  Harond  (VI  əsr)  -   Qədim  Yunanıstanın  tanınmış 
qanunvericisi.
41.Lokrlu  Omokrit  haqqında  Aristotelin  «Siyasət»  əsə- 
rində  deyilənlərdən  savayı  başqa  bir məlumat  yoxdur.  Likurqun 
müəllimi,  şair və  krit  qanunvericisi  Faletin  adını  Strabon  və  Plu- 
tarx da  öz əsərlərində çəkir.  Mantika -  kahinlik sənəti.
42. 
Filolay,  görünür ki,  b.e.ə.  VII  əsrdə yaşamışdır.
43. Mittelendən  olan  Pittak  b.e.ə.  651-ci  ildə  anadan  ol- 
muşdur.  Diogenə  görə  b.e.ə.  579-569-cu  illərdə  hökmdar  ol- 
muşdur.
44. Androdamant  «Siyasət»  əsərinin  yalnız  bu  yerində 
xatırlanır.
409


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə