A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə96/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   92   93   94   95   96   97   98   99   ...   104

üzdə  olan  o  adamdır  ki,  o,  haq-hesab  bilmədən  (aney  logoy) 
yaxşı  şeylərə  can  atır  və  onları  tapır,  bu  isə  xasiyyətə  xasdır, 
çünki  qəlbdə  yaranışımızdan  elə  bir  şey  gizlənmişdir  ki,  bunun 
sayəsində  biz  haq-hesab  bilmədən  hər  şeyə  can  atırıq,  bu  da 
bizə  yaxşı  şərait  (ey  ekhömen)  qismət  edir.  Əgər  belə  hərəkət 
edən  adamdan  soruşsan:  «Bax  bunu  etmək  nəyə  görə  sənin 
xoşuna  gəlir?»  O,  cavab  verəcək:  «Bilmirəm,  ancaq  mənim 
xoşuma  gəlir  və  ruhlanmış  adamlar  (enthoysiadzoysin)  nə 
hiss  edirsə,  mən  də  onu  hiss  edirəm».  Ruhlanmış  adamlar fikir- 
ləşmədən  nə  isə  bir  şey  (prattein  ti)  etməyə  səy  göstərməyin 
dəlisidir.
Təsadüfi  uğur üçün  bizdə ayrıca  olaraq  buna  uyğun  gələn, 
xüsusi  bir  ad  yoxdur,  lakin  biz  tez-tez  bunun  haqqında  bir 
səbəb  kimi  danışırıq.  Səbəb,  bununla  belə,  uğur  anlayışına  yad 
bir şeydir11,  çünki  səbəb  və  onun  nəyəsə  bais  olması -  ayrı-ayrı 
şeylərdir.  Haçan  ki,  yaxşı  şeylər  tapmağa  heç  bir  səy  göstəril- 
mir,  təsadüfi  uğuru  onda  da  səbəb  adlandırırlar,  -   məsələn,  pis 
bir  işdən  qurtardıqda,  yaxud,  əksinə,  xeyir  əldə  etməyi  düşün- 
mədən  xeyir  əldə  etdikdə.  Belə  uğur  birincidən  fərqlidir  və  şə- 
raitə  uyğun  gəldikdə  olur;  bu  uğur  həqiqi  mənada  deyil,  gəldi- 
gedərdir.  Buna  görə  o  təsadüfi  uğur olsa  da,  amma  xoşbəxtlik, 
görünür  ki,  insanın  daxilində  gizlənmiş  yaxşı  şeylərə  qarşı  olan 
ən  adi  meyllə  bağlıdır.  Madam  ki,  yaxşı  şeylər  olmadan  xoş- 
bəxtlik  olmur,  bunlar  isə,  biz  bir  az  bundan  qabaq  dediyimiz 
kimi,  təsadüfi  uğurdan  olur,  onda  belə  uğur  onun  köməkçisi 
(synergos)  olmalıdır.  Təsadüfi  uğur barəsində  biz belə deyirik.
9. 
Biz  hər məziyyət haqqında ayrı-ayrılıqda  danışmışıq;  indi, 
çox  güman,  xüsusiyyətləri  bir  tam  kimi  toplayıb,  ümumiləşdirmək 
qalır.  Doğrudan  da,  çox  yaxşı  insanla  əlaqədar yaxşı  bir ad  var -  
əxlaqı  gözəl  (kalokagathia).  Tamamilə  ləyaqətli  olan  (teleös
386
spoydaios)  adamı  çox  gözəl  əxlaqa  malik  olan  adlandınrlar.  Axı 
əxlaqı  gözəl  olan  haqqında  məziyyət  xüsusunda  danışırlar:  əda- 
lətli,  cəsarətli,  tədbirli  və  ümumiyyətlə,  bütün  məziyyətlərə  malik 
olan [adamı] çox gözəl əxlaqa malik olan adlandırırlar.
Bölməni  ikiyə  tətbiq  edərək,  biz  bəzi  şeyləri  çox  yaxşıya 
(kala),  digərlərini  -   yaxşıya  (agatha)  aid  edirik,  yaxşılardan  isə 
bəziləri  özlüyündə  (haplös)  yaxşıdır,  digərləri  -   yox.  Və  ən 
yaxşı  şeylərə  biz  məziyyətləri,  həm  də  xeyirxah  işləri  aid  edirik, 
yaxşılara  isə  -   səlahiyyət,  var-dövlət,  şan-şöhrət,  şərəf  və  bu 
kimi  şeyləri.  O  adam  çox  gözəl  əxlaqa  malikdir  ki,  ondan  ötrü 
özlüyündə  yaxşı  olan  şeylər yaxşıdır,  özlüyündə  çox  yaxşı  olan 
şeylər  isə  çox  yaxşıdır.  Belə  adam  həm  yaxşıdır,  həm  də  çox 
yaxşıdır  (kalos  kai  agathos).  Ancaq  kimdən  ötrü  özlüyündə 
yaxşı  olan  şeylər  pisdir,  o  adam  çox  gözəl  əxlaqa  malik  olma- 
yacaq,  necə  ki,  o  adam  sağlam  olmayacaq  ki,  ondan  ötrü  fay- 
dalı  şeylər  faydasızdır.  Məsələn,  kiməsə  var-dövlət  və  səlahiy- 
yət zərərlidirsə,  bunlar onun  üçün  arzuedilməzdir və  bu  adam  o 
şeylərə  malik  olmağı  üstün  tutacaqdır  ki,  bunlar  ona  ziyan 
gətirməsin.  Kim  bir  yaxşı  şeyə  sahib  olmaqdan  çəkinirsə,  onu 
çox  gözəl  əxlaqa  malik  olan  hesab  etmək  olmaz.  Yaxşı  və  çox 
yaxşı  o  adamdır  ki,  onunçün  yaxşı  elə  yaxşıdır  və  onu,  mə- 
sələn,  var-dövlət,  səlahiyyət kimi  şeylər korlamır.
10. 
Məziyyətə  uyğun  olan  düzgün  hərəkət  haqqında 
danışılıb,  lakin  az.  Biz  düzgün  mühakiməyə  uyğun  olan  hərəkəti 
(kata  ton  orthon  logon)  belə  adlandırmışdıq.  Lakin  nadan 
adam  burda  soruşa  bilər:  bəs  düzgün  mühakiməyə  uyğunluq 
nə  deməkdir,  bu  düzgün  mühakimə  hardadır?  Qəlbin  şüurdan- 
kənar  (alogon)  hissəsi  onun  şüurlu  (logistikon)  hissəsinin 
səyinə  mane  olmadıqda,  düzgün  mühakiməyə  uyğun  hərəkət 
edirlər;  onda  bizim  hərəkətimiz  düzgün  mühakiməyə  uyğun
387


olur.  Bizim  qəlbimizdə  ən  yüksək  və  ən  sadə  şeylər  var,  ən 
sadə  şey  isə  həmişə  ən  yüksəkdən  ötrü  mövcud  olur,  necə  ki, 
qəlblə  bədənin  münasibətində  bədən  qəlbdən  ötrü  mövcuddur 
və  bədən  nəinki  maneçilik  etməməyə,  hətta  qəlbə  yardım  edib, 
onun  işlərinə  kömək etməyə  qabil  olduqda,  biz deyirik ki,  bədən 
yaxşı  vəziyyətdədir  (ekhein  kalös)  (axı  ən  sadə  ən  yüksəkdən 
ötrü  mövcud  olur  ki,  ən  yüksəyə  yardım  etsin).  Buna  görə,  his- 
lərin  artıb-əksilməsi,  öz  işini  görərkən,  ağılın  fəaliyyətinə  mane- 
çilik törətmədikdə,  məntiqə  uyğunluq  öz yerini tapır.
Buna  etiraz  edə  bilərlər:  «Doğrudanmı,  ancaq  hislərin 
artıb-azalması  hansı  vəziyyətdə  maneçilik  etmir?  Və  bu  cür 
vəziyyət  nə  vaxt  olur?  Axı  mən  belə  şeyi  bilmirəm».  Bu  cür 
suala  cavab  vermək  asan  deyil.  Həkim  də  belə  bir  vəziyyətə 
düşür,  o,  tinkturanı12  qızdırmalı  xəstəyə  verməyi  buyurduqda, 
ondan  soruşurlar:  «Bəs  qızdırmanı  necə  bilməli?»  O  cavab 
verir:  «Xəstəni  saralmış  gördukdə». -   «Bəs  saralmışı  necə tanı- 
malı?»  burda  həkim  [necə  cavab  verməyi]  bilməlidir:  o,  deyə- 
cək,  əgər  sən  özün  belə  şeyləri  duymursansa,  mən  artıq  sənə 
anlatmaq  gücündə  deyiləm.  Bu  ümumi  fikri  digər  şeylərə  də 
tətbiq  etmək  olar.  Bu,  [ağılın  fəaliyyətinə  maneçilik  etməyən] 
hislərin  artıb-əksilməsini  müəyyən  etmək  lazım  olan  yerdə  də 
öz  gücünü  saxlayır,  yəni  bunu  duymaqdan  (aisthesin)  ötrü 
insan  özü  də  bir səy göstərməlidir.
Həm  də  belə  bir  sual  verə  bilərlər:  əgər  bütün  bunları  bil- 
səm  mən  həqiqətən  xoşbəxt  olacağammı?  Belə  mülahizə 
etmək qəbul  olunub  ki,  bəli.  Lakin  bu  belə  deyil.  Axı  başqa  elm- 
lərin  də  heç  birinin  tətbiqə  və  ya  istehsal  etməyə  heç  bir  aidiy- 
yatı  yoxdur,  bunlar  yalnız  [bilik]  verir.  Burda  da  belədir:  bu  cür 
şeyləri  bilmək,  onları  həyata  keçirməyə  maraq  oyatmır  (halbuki 
xoşbəxtlik,  biz təsdiq  edirik  ki,  -  fəaliyyətdir),  yalnız  insanı  [bilik] 
sahibi  edir.  Xoşbəxtlik  onun  hansı  şeylərdən  (exhön)  ibarət  ol-
388
masını  bilməkdə  deyil,  ancaq  onları  həyata  keçirməkdədir.  Hə- 
yata  keçirmək,  tətbiq  etmək  və  fəaliyyət  göstərmək  -   [xoşbəxt- 
lik haqqında]  elmin  işi  deyil,  çünki  heç bir başqa  elm  də  işi  onun 
istifadəsinə  gətirib  çatdırmır,  yalnız bilik verir.
11. 
Bunların  hamısına  əlavə  olaraq  dostluq  haqqında 
(philla)  danışmamaq  olmaz:  bu  nədir,  nədə  və  nə  ilə  əlaqədar 
özünü  göstərir.  Biz  görürük  ki,  bu  -   yaxşı  şeydir,  buna  görə 
onun  haqqında  xoşbəxtliyə  aidiyyatı  olan  şey  kimi  danışmaq 
lazımdır.  Çox  guman,  çətinlik  doğuran  və  araşdırılmağa  ehtiyacı 
olan  nədirsə,  ondan  başlamaq  daha  yaxşıdır.
Dostluq  mülahizə  edilən  və  deyilən  kimi  bir-birinə  bənzər 
adamların  arasındamı  bərqərar  olur?  «Dolaşa,  -   deyirlər,  -  
dolaşanın  yanında  oturur»,  həm  də  «Tay  öz tayı  ilə  əbədi  mün- 
cər olur».  Nəql  edirlər  ki,  bir  it  həmişə  eyni  bir kərpicin  üstündə 
yatırdı.  Empedokldan  soruşduqda  ki,  it  nəyə  görə  eyni  bir 
kərpicin  üstündə  yatır,  o,  cavab  vermişdi  ki,  it  bir az  bu  kərpicə 
oxşayır,  anladaraq  ki,  it  üçün  buranın  ən  çox  sevilən  yer 
olmasının  səbəbi -  oxşarlıqdır.
Digərləri,  əksinə,  zənn  edirlər  ki,  dostluq  -   əksliklərin  bir- 
birinə  olan  qarşılıqlı  meylidir,  axı  deyilir  ki:  «Torpaq  quru  olduq- 
da,  onun  yağışı  mildir13».  Onlar hesab  edir ki,  əks  əkslə  dostluq 
etməyə  səy  göstərir,  halbuki,  oxşar  özünə  oxşayana  ehtiyac 
duymadığı  kimi,  oxşaroxşarla  dostluğu  mümkün  hesab etmir.
Dost  olmaq  çətindir,  yoxsa  yox?  Tez  etimad  qazanan  yal- 
taqlar -  dost kimi  görünsələr də,  əsla  dost deyillər.
Və  daha  bir  sual:  ləyaqətli  adam  yaramaz  adamın  dostu 
ola  bilərmi,  yoxsa  yox?  Dostluq  etmək  üçün  düzlük  və  sadiqlik 
lazımdır,  yaramaz adam  isə qətiyyən  belə  deyil.
Yaramaz  yaramazın  dostu  ola  bilərmi?  Yoxsa  o  da  ola 
bilməz?
389


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə