A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə102/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   96   97   98   99   100   101   102   103   104

ÜÇÜNCÜ  KİTAB
1.  Vətəndaş  sıralarına  qəbul  edilən  adam  bağışlanmış 
vətəndaşdır  (poietos  polites).  Bağışlanmış  vətəndaşlar  bütün 
hüquqlara  malik  deyildilər;  Afinada,  məsələn,  onlar  arxont  və 
kahin ola  bilmirdilər.
2.  Meteklər,  yunan  şəhərlərində  əcnəbi  vətəndaşlar siya- 
si  hüquqlara  malik  deyildilər.  Bir  ölkənin  vətəndaşının  digər  bir 
ölkədə  yaşaması  yunan  dövlətləri  arasında  bağlanmış  olan  mü- 
qavilə  əsasında  tənzimlənirdi.  Aristotelin  özü  metek  sifətilə 
Afina  ilə  Makedoniya  arasında  bağlanmış  belə  bir  müqavilə 
əsasında Afinada yaşayırdı.
3.  Prostat  -   tamqüquqlu  vətəndaş  olub,  meteklə  dövlət 
hakimiyyəti  arasında  vasitəçi.
4.  Afinalılar  vətəndaş  siyahısına  18  yaşına  yetdikdən 
sonra daxil edilirdilər.
5.  Qorgi  (V  əsr)  -   Cənubi  İtaliyanın  Leontina  şəhərindən 
olan  tanınmış  bəlaqət  müəllimi  və  sofist,  o,  həmçinin  Fessaliya- 
da,  olsun  ki,  Fessaliyanın  Larisa  şəhərində  mühazirə  oxumuş- 
dur.  Aristotelin  Qorginin  Larisanın  vətəndaşları  haqqındakı  qey- 
dini  bir misal  kimi  gətirməsi  söz oyunudur.  Larisaioi  -  Larisanın 
vətəndaşları,  larisopoioi  -   xüsusi  qazanlar  hazırlayan  ustalar- 
dır.  Yaradıcılar,  görünür ki,  Larisada  böyük  səlahiyyətlərə  malik 
vətəndaşlar olmuşlar.
6.  Müstəbidlərin  qovulması  -  b.e.ə.  510-cu  il.  Klisfenin  is- 
lahatları -  b.e.ə.  508-507-ci  illər.
7.  Parastat -  bir növ xor rəhbərinin  assistenti.
8.  E  u  r,  itmiş  «Eol»  faciəsindən  (olsun  ki,  çar  Eol  öz oğ- 
lanlarına  bu  sözlərlə  müraciət  edirmiş).  Strabon  yazır  ki,  One- 
sikrat  guya  İran  şahı  Daranın  qəbri  üstündə  yazılmış  aşağıdakı 
sözləri  misal  gətirir:  «Dostlarla  dost idi;  ən  yaxşı  at çapan  və ox 
atan  idi; ovçular arasında  birinci  idi;  hər şey edə bilirdi».
9.  Yason  -   Fessaliyada  yerləşən  Fera  şəhərinin  müstə- 
bidi  (b.e.ə.  IV əsr).
10. Mətndə  buraxılış.
410
11.  Öz  əllərinin  əməyi  hesabına  yaşayan  sənətkarlar 
(khernetes).
12.  Hipparx  -   süvari  dəstəsinin  başçısı,  strateq  -   piyada 
qoşununun  başçısı.  Loxaq  -   kiçik  piyada  dəstəsinin  komandiri. 
Toksiarx  -   daha  böyük  və  ya  daha  kiçik  piyada  bölməsinin 
komandiri.
13.  Vətəndaş  hüquqlarının  hamısı  vətəndaşı  hörmətə 
mindirirdi.  Afina vətəndaşları  aşağıdakı  üstünlüklərə malik idilər: 
vəzifə tutmaq,  hakim  olmaq,  vəzifəli  şəxslərin  seçkisində  iştirak 
etmək hüquqlarına;  Afina  qadınları  ilə  nigaha girmək hüququna, 
daşınmaz əmlaka yiyələnmək hüququna.
14.  Aristotel  o  əsərləri  eksoterik  əsərlər  adlandırırdı  ki, 
bunlar məxsusi  olaraq  filosofun  şagirdi  üçün  deyil,  geniş  oxucu 
kütləsi  üçün  nəzərdə tutulurdu.
15.  Pedotrib -  palestrın  (gimnasiyanın  gimnastika təlimləri 
üçün  nəzərdə tutulan  şöbələri) direktoru.
16.  Politiya  termini  adətən  respublika,  ən  çox  da  demok- 
ratik quruluşu  ifadə etmək üçün  işlədilirdi.
17.  Epiqamiya  -   xüsusi  müqavilə  əsasında,  iki  dövlətin 
vətəndaşları  arasında olan  nigah  hüququ.
18.  Platon  başqa  cürdüşünür:  «...kütlənin  fikri  gülməlidir, 
guya  o  nəyin  harmonik  və  ritmik  olduğunu,  nəyinsə  olmadığını 
kifayət qədər başa düşür...»
19.  Yəni  atletika,  gimnastika və s. yarışlarda.
20.  Yəni  kütlə  birlikdə  götürüldükdə  azlıqda  olan  daha 
dəyərli adamlardan yüksəkdə dura  bilər.
21.  Antisfen  (b.e.ə.  təxminən  444  -   təxminən  365-ci  il)  -  
Sokratın tələbəsi,  kinik məktəbinin  başçısı.
22. «İkinci  gəmi  səfəri»  -  atalar sözü,  bunun  mənası  odur 
ki,  arxadan  əsən  küləyin  səmti  dəyişdikdə,  avar  çəkməklə 
üzmək lazım gəlir.
23.  Epidamnedə və Opuntedə oliqarxiya  üsul-idarəsi  idi.
24.  Sözbəsöz -  qanun cəhdsiz (instinktsiz) dərrakədir.
25.  Yəni  politiyaya  aid  olan  (dövlət  quruluşunun  üçüncü 
normal forması  kimi).
411


DÖRDÜNCÜ  KİTAB
1.  Dövlət  quruluşları  və  qanunları  arasında  olan  fərq  haq- 
qında.
2.  Platon.
3.  Bəzi  müəlliflərin  fikrincə  Aristotel  burada  Platonu  nəzə- 
də tutur,  bəzilərinin  fikrinə  görə  isə yox.
4.  Bundan  sonra  mətndə  görünür ki,  kiçik  bir buraxılış  var,
o  bundan  ibarət  ola  bilir:  «Bu,  dövlətin  beşinci  tərkib  hissəsidir; 
altıncı  hissəsi  isə kahinlərdən  ibarətdir».
5.  Kooptasiya  -   hər  hansı  bir seçilən  orqanın  öz  heyətinə 
seçkisiz olaraq yeni  üzv daxil  etməsi,  .
6.  Bu  cür sülalələr Eliddə  və  bəzi  şəhərlərdə  vardı.
7.  Aristotel  burada  ola  bilsin  ki,  Platonun  «Qanunlar»ını 
nəzərdə tuturdu.
8.  Dövlət quruluşunun  ən  düzgün 
forması
  dedikdə,  bəz
iləri 
bunu  politiya,  bəziləri  isə əsl  aristokratiya  kimi  başa  düşür.
9.  Qonaqcıllıq  telləri 
ilə  bağlı  olan
  adamlar,  adətən  hər 
hansı  bir  əşyanı  (üzük,  möhür)  sındırıb  yarısını  özlərində  sax- 
layırdılar ki,  həm  özləri,  həm  də  özlərindən  sonra  gələn  nəsillər, 
bu  yarıları  bir-birinə  yapışdırdıqda  bu  iki  ailənin  arasında  qonaq- 
cıllıq  münasibətinin  olmasına əmin  olsunlar.
10.  lakedem on  herontları  nəzərdə tutulur.
11.  Esimnetlər  -   qədim  zamanlarda  yunan  dövlətlərində 
kəskin  sosıal  böhran  zamanı  seçilən  və  qanunvericilik  hakimiy- 
yətinə  yiyələnən  böyük  səlahiyyətlərə  malik  ekstraordinal 
vəzifəli şəxslər.
12.  Fokilid  -   b.e.ə.  VI  əsrin  ortalarında  yaşamış,  əslən 
Miletdən olan  lirik şair.
13. Afina  və  Sparta.
14.  Bu sözlər yəqin ki,  yalnız makedoniyalı  isgəndərə aiddir.
15.  Afinada  vətəndaşlar 20  yaşına  yetdikdən  sonra  xüsusi 
«xalq  məclisi  siyahısına»  salınırdı.  Bu  vaxtdan  etibarən  onlar 
bütün  vətəndaş  hüquqlarına  malik olurdular,  əlləri  yalnız vəzifəli
412
şəxslərə  və  şuraya  çatmırdı  ki,  buna  da  30  yaşından  sonra 
imkan verilirdi.
16. Arxaistik -  qədim formaları təqlid  edən.
17.  Teleklin  adı  «Siyasət»  əsərinin  yalnız  bu  yerində  çə- 
kilir.  Bəziləri  onu  nəzəriyyəçi  hesab  edərək  Hippodam,  Faley, 
Platon və Aristotelin  özü  ilə tutuşdurur.
18.  Probullar  bəzi  dövlətlərdə  şura  təşkil  edirdilər  ki, 
bunun  da  vəzifəsi  qanun  layihələri  hazırlayıb,  qərar  çıxarmaq- 
dan  ötrü  bunları  xalq  məclisinə  təqdim  etmək  idi.  Nomofilaklar 
isə sözün  həqiqi  mənasında  «qanun  keşikçiləri»  idilər,  onlar Afi- 
nada  ona  nəzarət etməyə  borcluydular ki,  dövlətin  ziyanına  heç 
bir  qanun  nəzərdə  tutulmasın,  bu  kimi  qanunlar  təklif  edən 
adamları təqib  etsinlər;  nomofilaklar,  həmçinin  mövcud  olan  qa- 
nunları və xalq  məclisinin  qərarlarını  qorumalı  idilər.  Afinada  no- 
mofilaklar  kollegiyasının  təsis  edilməsini  bəzi  alimlər  b.e.ə.  V, 
bəziləri  isə  IV əsrə aid  edirlər.
19.  Politiya  sözü  burada  «konstitusiyalı  respublika»  məna- 
sında  işlədilib.
20.  Afinada  xoreqlərin  vəzifəsi  bəzi  bayramlar  zamanı 
yarışlarda  iştirak  edən  xorlardan  birini  öz  hesablarına  təşkil 
edib,  öyrətmək  idi.  Xoreq  müəyyən  əmlak  senzinə  malik  olan 
vətəndaşlardan  təyin edilirdi.
21.  Ginekonomlar -   qadınların  davranışına  nəzarət  etməli 
olan  vəzifəli  şəxslər,  xüsusən  də  dini  və  ictimai  bayramlar  za- 
manı.  Pedonomlar  isə  uşaqların  gimnastika  təlimlərinə  sədrlik 
etməli və ümumiyyətlə,  onların tərbiyəsinə  nəzarət etməliydi.
22.  Çörəyin  elliklə  paylanması  zamanı  onu  çəkmək  bir 
vəzifə olaraq  sitometrlərin  üzərinə qoyulmuşdu.
23.  Əlyazmalarında  buraxılış.
24.  Vəzifə təyinatında Aristotelin  sadaladığı  vasitələri  başa 
düşməkdən  ötrü tədqiqatçılardan  biri  belə cədvəl tərtib etmişdi:
413


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə