A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə103/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   96   97   98   99   100   101   102   103   104

I  Hamı 
A)  Hamıdan
B) Bəzilərindən
C) Qismən  hamıdan, 
qismən  bəzilərindən
II  Bəziləri 
A)  Hamıdan
B)  Bəzilərindən
C) Qismən  hamıdan, 
qismən  bəzilərindən
414
1)  seçki  ilə
2)  püşklə
3) qismən  seçki  ilə, 
qismən  püşklə
4) seçki  ilə
5)  püşklə
6) qismən  seçki  ilə, 
qismən  püşklə
7) seçki  ilə
8) püşklə
9) qismən  seçki  ilə, 
qismən  püşklə
10)  seçki  ilə
11)  püşklə
12)  qismən  seçki ilə, 
qismən  püşklə
13)  seçki  ilə
14) püşklə
15)  qismən  seçki  ilə, 
qismən  püşklə
16)  seçki  ilə
17)  püşklə
III  Qismən 
A)  Hamıdan 
hamı,
18)  qismən  seçki  ilə, 
qismən  püşklə
19)  seçki  ilə
qismən
bəziləri
B)  Bəzilərindən
C) Qismən  hamıdan, 
qismən  bəzilərindən
20)  püşklə
21)  qismən  seçki  ilə, 
qismən  püşklə
22)  seçki  ilə
23)  püşklə
24)  qismən  seçki ilə, 
qismən  püşklə
25)  seçki  ilə
26)  püşklə
27)  qismən  seçki  ilə, 
qismən  püşklə
23)  Mətndə  buraxılmış  bu  yeri  tədqiqatçılardan  biri  belə 
bərpa  etmişdir:  «və  bütün  vətəndaşlar  bəzi  vətəndaşların 
içərisindən vəzifəyə adam təyin  edilməsində iştirak  etdikdə».
24)  «Əgər...  kimsə  barışılması  mümkün  olan  bir  əməl  üs- 
tündə  sürgün  edilibsə,  qətldə  və  ya  kimisə  yaralamaq  üstündə 
təqsirləndirilirsə,  onu  Freat  səcdəgahında  mühakimə  edirlər,  o 
isə  qayıqda  sahilə  yan  almaqla  müdafiə  olunur».  Aristotel, 
«Afina  politiyası».
415


BEŞİNCİ  KİTAB
1.  Tarixçi  Efor xəbər verirdi  ki,  Lisandr  Heraklidlərin  Spar- 
tada  olan  çar  hakimiyyətini  ləğv  etmək  istəyir  (Bax:  Plutarx). 
Pavsani -  sparta  çarı  (b.e.ə.  408-394).
2.  Filarxlar -  fillərin  başında  duran  və  gizli  şuradan  ibarət 
olan  şəxslər.  Qalileya -  xalq  məclisi.
3.  Yəqin  ki,  b.e.ə.  390-cı  ildə  Rodosda  olan  çevriliş  nəzər- 
də tutulur.
4.  Qarış -  təxminən  17, 78 sm, dirsək -  təxminənə 38^46 sm.
5.  «Yeddinci  gün»  vuruşması,  yəni  bədrdən  (on  dörd  ge- 
cəlik  aydan)  sonrakı  yeddinci  gün.  Plutarx  deyir  ki,  Kleoman 
bəzi  məlumatlara  görə  bədrdən  yeddi  gün  sonra,  digər  məlu- 
matlara  görə  isə  bədr  gecəsi  olan  gün  qalib  gəlmişdir  (b.e.ə. 
520-ci  il).
6.  Söhbət  Peloponnes  müharibəsindən  gedir.  Siyahı  üzrə
-  üç yüksək sinfə mənsub olan  vətəndaşların  siyahısı  üzrə.
7.  Evbeydə  yerləşən  Orey  şəhəri  b.e.ə.  IV  əsrin  əvvəllə- 
rində  Spartanın  təsiri  altında  olub,  oliqarxiya  quruluşuna  malik 
idi.  B.e.ə.  təxminən  377-ci  ildə  Orey  Spartanın  təsiri  altından 
çıxdı.  Artıq  bu  zamanlar,  görünür  ki,  ordakı  oliqarxiya  quruluşu 
demokratiya  ilə əvəzlənmişdi.
8.  Bizans -  Bosfor boğazının  Avropa  sahilində  b.e.ə.  658- 
ci  ildə  təşkil  olunmuş  meqar  koloniyası.  Hadisələrin  təfsilatı, 
hansı  ki,  Aristotel  bunlar barəsində danışır,  bizə  məlum  deyil.
9.  Söhbət  müstəbid  Frasibulun  (VI  əsr)  qovulmasından 
gedir.  Frasibulun  qardaşı  Gelonom  Sirakuzaya  10  min  əcnəbi 
və  muzdur gətirmişdi.  Frasibulda  isə  bunların  sayı  8  min  idi.  Si- 
lahlı toqquşma b.e.ə.  462-ci  ildə  baş vermişdi.
10.  Proksen  öz  ölkəsində  digər  dövlətlərin  vətəndaşlarını 
himayə  etməli  idi  (proksenin  vəzifəsi  indiki  konsulların  vəzifəsi- 
nə yaxın  olmuşdu).
11.  Müstəbid Foks  haqqında bizdə başqa məlumat yoxdur.
416
12.  iran şahı  nəzərdə tutulur.
13. Təsviredilən hadisələrin haçan baş verməsi məlum deyil.
14.  Triyerarx -  triyerin  (üç sıra  avarı  olan  hərbi  gəmi)  kapi- 
tanı,  yaxud  Afinada  olduğu  kimi  öz hesabına triyer hazırlatdırıb, 
ona rəhbərlik edən.
15.  Görünür ki,  Pont  Herakle  və  b.e.ə.  VI  əsrin  ortalarında 
Qara  dənizin  cənub  sahilində  təşkil  edilmiş  meqar  koloniyası 
nəzərdə tutulur.
16.  Ola  bilsin  ki,  Aristotel  Eoliddəki  Kim  haqqında  danışır.
17.  Liturgiya  adlanan  dövlət  mükəlləfiyyətlərini  varlı  vətən- 
daşlar  həyata  keçirirdi  (triyerləri  təchiz  edib,  onlara  ekipaj  seç- 
mək,  dram  tamaşaları  üçün  xor  təşkil  etməyin  xərcini  ödəmək 
və s . ).
18.  Miletdə  pritan  yəqin  ki,  ən  birinci  şəxsdir (əvvəlki  çarın 
yerini  tutur).
19.  Demokratik  qrupların  rəhbərləri  xalqın  tərəfdarları 
(müdafiəçiləri) adlanırdı.
20.  Pisistrat,  Afina  müstəbidi  (b.e.ə.  təxminən  600-527).  Bi- 
rinci  dəfə  560-cı  ildə  Afinada  hakimiyyəti  ələ  keçirmişdi.  İki  dəfə 
hakimiyyətdən  məhrum  edilsə  də,  yenə  iki  dəfə  onu  ələ  ke- 
çirmişdir.  Feagen  -   meqar  müstəbidi  (VII  əsrin  ikinci  yansı). 
Dafney -  Böyük Dionisinin rəqibi, Sirakuza  sərkərdələrindən  biri.
21.  Orta  demokratiyadan  radikal  demokratiyaya  keçid 
nəzərdə tutulur.
22.  Yəni  oliqarxlar arasında  çəkişmə.
23.  Basilidlər -  çar hakimiyyətinin  ləğvindən  sonra  Erifranı 
idarə edən  adlı-sanlı  sülalə.
24.  Məqsədləri  demokratiyanı  devirmək olan  siyasi  klublar 
heteriyalar adlanırdı.
25.  Böyük  Dionisinin  qayınatası  olan  Hipparin  görkəmli 
sirakuzalılıardan  biri  idi.
26. Bəzilərinin  fikrincə  söhbət  Afina  sərkərdəsi  Xaretdən 
gedir,  xatırlanan faktı  isə  b.e.ə.  367-ci  ilə aid edirlər.
417


27.Yəni  oliqarxiyadakına  nisbətən  idarə  edənlərin  sayı 
daha az olduqda  belə  bir idarəçiliyə  cəhd  edirlər.
28. 
A le v a d la r- Fessaliyada  hökmdarlar nəsli.
29.  Spartada  dövlət  hesabına  tərbiyə  alan,  ictimai  trapez- 
lərdə  iştirak  edən  və  Likurqun  qanunları  ilə  yaşayan  vətəndaş- 
lar «oxşarlar»  (homoioi)  adlanırdı.  Ancaq  onlar tamhüquqlu  və- 
təndaşlar  idi  və  sözün  həqiqi  mənasında  Sparta  dövlətini  təşkil 
edirdilər.  Tarant  rəvayətə  görə  705-ci  ildə  parfeniyalar  tərəfın- 
dən  salınmışdır ki,  bunlar da  Spartanın  dul  qadınlarının  və  qızla- 
rının  nigahdan  kənar uşaqları  idi.
30.  Sparta  çarı  II  Agesilay  (b.e.ə.  təxminən  444-360)  və 
Pavsani  nəzərdə tutulur.
31. Söhbət  II  Messens  müharibəsi  haqqında  (b.e.ə.  VII  əsrin 
axın)  gedir.  Bu  zaman,  Pavsaninin  sözlərinə  görə,  məhsul  qıtlığı 
hiddətə səbəb olmuşdu.  Tirtey -  şair (VII  əsrin  ikinci yansı),  ehtimal 
edilirki,  II  Messans müharibəsi zamanı o, spartalıların  başçısı idi.
32.  Burda  xatırlanan  Pavsanini  (b.e.ə.  təxminən  470-ci  il) 
sonrakı  çar  Pavsanidən  fərqləndirmək  lazımdır.  İran  mühari- 
bələri  zamanı  (b.e.ə.  500-449)  baş  komandan  olan  Pavsani  çar 
deyil,  yalnız  səltənət  naibi  (çarı  əvəz  edən  adam)  idi,  çünki  çar 
Plistarx  (Leonidin  oğlu)  hələ  uşaq  idi.  Annon  -   görkəmli 
Karfagen  aristokratı,  onun  ixtiyarında  olan  qüvvələr,  dövlət  qüv- 
vələrindən  üstün  idi.
33.  Mətndə buraxılış.
34.  Furiyada  dövlət  quruluşunun  dəyişilməsi  vaxtı  dəqiq 
məlum  deyil.
35. Sirakuza  müstəbidi  Böyük  Dionisi  birinci  arvadının 
özünü  öldürməsindən  sonra  eyni  vaxtda  iki  qadınla  evləndi. 
Onlardan  biri  Lokrdan  (Cənubi  İtaliya)  olan  aristokrat  Ksenetin 
qızı  idi.  Bu  qadından  Dionisinin  oğlu  -   Kiçik  Dionisi  oldu.  Kiçik 
Dionisi  b.e.ə.  357-ci  ildə  Dion  tərəfindən  Sirakuzadan  qovul- 
duqda o,  Lokra getdi  və orada  müstəbid  üsul-idarəsi  qurdu.
418
36.  Simbullar  (sözün  həqiqi  mənasında  «məsləhətçilər»), 
digər dövlətlərdə  mövcud  olan  probullara  oxşar kollegiya.  Onla- 
rın  vəzifəsi  qanun  layihələri  və  dekretlər  hazırlayıb,  bunları  mü- 
zakirə və təsdiq etmək üçün xalq  məclisinə təqdim  etmək  idi.
37.  Yəni  aristokratiya və oliqarxiya.
38.  Yəni  qüdrətli,  tanınmış nəsillərin  nümayəndələri.
39.  Bəzi  əlyazmalarında  «monarxiya» sözü yoxdur.
40.  Vəzifə  səlahiyyətləri  başa  çatmış  adamların  pulları 
vəzifəyə  təzə  keçmiş  şəxslərə  təhvil  verməsi  nəzərdə  tutulur. 
Surətlər  -   aktların  surətlərinin  təhvil  verilməsi.  Adətən,  hərbi 
bölmələr,  həmçinin  siyasi  maraqlar  zəminində  vətəndaşların 
birləşməsi  loxlar adlanırdı.
41.  Aristotel  ola  bilsin,  Afina  dövlətini  nəzərdə tuturdu.  La- 
yortlu  Diogen  yazır,  Aristotel  deyirdi  ki:  «afinalılar  insanlar  üçün 
buğdanı  və  qanunları  kəşf etmişlər,  ancaq  buğda  ilə  yaşamağı 
öyrəndilər,  qanunlarla  yaşamağı  isə yox».
42.  Fidon  -   Arqosun  çarı  (b.e.ə.  VII  əsr).  Falarid  -   Akra- 
qantedə  müstəbid  (b.e.ə.  VII  əsrin  ikinci  yarsı).  Kipsel  b.e.ə. 
657-ci  ildə Korinfdə hakimiyyəti  ələ keçirdi.
43.  Kodr -  əfsanəvi Afina  çarı.  Kir -  əhəmənilər dövlətinin 
banisi  (b.e.ə.  558-ci  ildə);  Herodotun  yazdığına  görə  iranlıları 
midiyilalıların  əsarətindən  qurtarıb.  Moloslar  -   rəvayətə  görə 
Fessaliyadan  Epirə  keçən tayfa.
44.  Pavsani  -   Filippin  cangüdənlərindən  biri.  Filipp  b.e.ə. 
336-cı  ildə  öldürülmüşdü.  Attal  -   tanınmış  makedoniyalı,  çar 
Filippin arvadı  Kleopatranın əmisi.
45.  II  Aminta -   Makedoniya  çarı  (b.e.ə.  392-390).  Derda -  
Elimeyin  hakimi  (Yuxarı  Makedoniyanın  vilayəti).
46.  Yevaqor -   b.e.ə.  410-cu  ildən  Kipr  şəhəri  Salaminanın
çan.
47.  Arxelay  -   Makedoniya  çarı  (b.e.ə.  413-399-cü  illərdə 
idarə  edib).
419


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə