A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə100/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   96   97   98   99   100   101   102   103   104

15. 
[Müzakirə  edilənlərə]  əlavə  olaraq  müstəqillik  (ayt 
erkeias)  və  müstəqil  adam  haqqında  danışmaq  olar.  Onda 
dostluğa  ehtiyac  yaranacaqmı,  ya  yox?  Yoxsa  o,  burda  da  öz- 
özü  ilə  kifayətlənəcək? Axı  şairlər belə çözlər deyir:
Onda  dost nə  üçündür?  Uğurlar arasında
Allahın  iltifatı  bizimçün  bəsdir.
Bu  səbəbdən  sual  doğur:  bütün  nemətlərə  malik  olub, 
özü-özündən  razı  olan  adamın  dostluğa  ehtiyacı  varmı?  Yoxsa, 
daha  çox,  belə  hallarda  buna tələbat xüsusilə  güclüdür?  Doğru- 
dan  da,  o,  kimi  himayə  etməli  və  kiminlə  birgə  yaşamalıdır? 
Əlbəttə  ki,  o,  həyatını  təklikdə  keçirməyəcək.  Madam  ki,  onun 
bu  kimi  şeylərə  ehtiyacı  var,  bunlar isə  dostluq  olmadan  həyata 
keçirilməsi  mümkün  olmayan  şeylərdir,  onda  müstəqilin,  görü- 
nür  ki,  dostluğa  ehtiyacı  var.  [Məlum]  mühakimələrdən  ötrü 
adət  halını  almış  Allahla  müqayisəyə  müraciət  etmək  orda  da 
(bu  mühakimələrin  özündə)  düzgün  deyil,  burda  da  yol  veril- 
məzdir.  Əgər Allah  müstəqildirsə və  heç nədən  ehtiyacı  yoxdur- 
sa,  onda  burdan  belə  çıxır  ki,  bizim  də  heç  nədən  ehtiyacımız 
olmayacaq.  Allah  haqqında  belə  bir fikir  də  var.  Allah,  deyirlər, 
bütün  yaxşı  şeylərə  malikdir  və  müstəqildir,  ancaq  O,  nə  ilə 
məşğuldur?  O  ki,  yatmır?  Fikirdə  sübut  etməyə  çalışırlar  ki,  O, 
nəyi  isə  seyr  edir,  çünki  bu  ən  yaxşı  məşğuliyyətdir  və  Ona 
daha  çox xasdır.  O,  nəyi  seyr edir? Əgər O,  özündən fərqli  olan 
bir  şeyi  seyr  edəcəksə,  onda  özündən  yaxşı  bir  şeyə  tamaşa 
etməli  olacaq.  Lakin  Allahdan  yaxşı  bir  şeyin  mövcud  olması 
mənasızdır,  deməli,  özü-özünü  seyr  edəcək,  bu  isə  boş  şeydir: 
axı  biz  öz-özünü  diqqətlə  gözdən  keçirən  adamı  korazehinlikdə 
qınayırıq.  Allah,  əgər  öz-özünü  gözdən  keçirməyə  başlasa  -  
belə  nəticə  çıxır  ki,  -   özünü  mənasız  aparmış  olacaq.  Allahın,
402
məhz nəyə baxacağı məsələsinin üstündən keçək.  Biz Allahın müs- 
təqilliyi  haqqında  deyil,  insanın  müstəqilliyi  haqqında  araşdırma 
apannq:  müstəqil  adam  dostluğa  ehtiyac  duyacaqmı,  yoxsa  yox? 
«Dost»  anlayışını  araşdırarkən  dostun  nə  olduğunu,  onun  necə 
olduğunu görmək, həm də [başa düşmək olar ki, ] dost -  söhbət ən 
yaxın  dosta  aid  olduqda  bu  «ikinci  mən»dir.  Atalar  sözündə 
deyildiyi kimi, «bu ikinci Herakldır»; d o s t- bu ikinci məndir15.
Öz-özünü  tanımaq  -   həm  çox  çətin,  bəzi  müdriklərin  dediyi 
kimi,  həm  də  çox sevindiricidir  (axı  özünü  tanımaq  bir  sevincdir)16, 
lakin  öz  gücümüzlə  özümüz  özümüzü  görə  bilmirik  (özümüzün 
özümüzü  [görə]  bilməməyimiz  ondan  aydındır  ki,  özgələri 
qınayarkən,  özümüzün  eyni  hərəkətlər  etdiyimizi  hiss  etmirik;  bu 
[özümüzün  özümüzə  qarşı  olan]  yumşaqlığımızdan,  yaxud 
tərəfgirliyimizdən  olur  və  bu  düzgün  mühakimə  yürütməyimizə 
mane  olub,  bizim  çoxumuzu  azdırır);  buna  görə  necə  ki,  öz 
üzümüzü  görmək  arzusunda  olduqda  biz  güzgüyə  baxıb,  onu 
görürük,  eləcə  də  özümüz özümüzü  anlamaq  arzusunda  olduqda, 
dostumuza  baxıb özümüzü  dərk edə  bilərik.  Axı  dost,  biz dediyimiz 
kimi,  -   «ikinci  mən»dir.  Beləliklə,  əgər  öz-özünü  tanımaq  fərəhli 
şeydirsə,  özünü  tanımaq  isə  dostun  köməkliyi  olmadan  mümkün 
deyilsə,  onda  öz-özünü  dərk  etməkdən  ötrü  müstəqil  adam 
dostluğa ehtiyac duymalıdır.  Həm də tale  kimi  nemət sahibi edibsə, 
onun xeyriyyəçi  olması  çox yaxşıdırsa,  bu  isə belədir ki,  var -  onda
o,  kimi  himayə  edəcək?  Kiminlə  birlikdə  yaşayacaq?  O,  əlbəttə  ki, 
ömrünü  təklikdə  keçirməyəcək.  Birgə  həyat  xoşdur,  həm  də 
vacibdir.  Əgər  bu  şeylər  çox  yaxşıdırsa,  vacibdirsə,  xoşdursa  və 
dostluğun  köməkliyi  olmadan  həyata  keçə  bilmirsə,  onda  müstəqil 
adam dostluğa ehtiyac hiss etməlidir.
16. 
Çox  dosta  malik  olmaq  lazımdır,  yoxsa  az?  Ümumiyyətlə 
desək,  nə  çox,  nə  də  az.  Əgər  dostlar  çoxdursa,  onda  hər  birini
403


aynlıqda  sevmək  çətindir.  Digər  hallarda  isə  bizim  zəif təbiətimizin 
də  uzaqda  olan  şeylərə  yetişməyə  gücü  yoxdur.  Gözün  köməkliyi 
ilə  biz uzaqlan  görmürük və əgər bir şeydən  lazım  olan  dərəcədən 
uzaqda  dayansaq,  onda  təbii  gücsüzlükdən  [görmə]  qeyri- 
qənaətbəxş  olacaq.  Belə  bir  şey  eşitməyə  və  yerdə  qalan  digər 
şeylərə 
q ə  
aiddir. Lakin əgər təbii gücsüzlükdən  sevgi azlıq etsə,  bu 
haqlı  olaraq  məzəmmətlə  nəticələnəcək,  belə  adamdan  isə  dost 
ola  bilməz,  çünki  sevmir,  o,  ancaq  sözdə  dostdur,  dostluqsa 
bununla  hesablaşmır.  Həm  də  əgər dostlar çox olsa,  onda  kədərin 
sonu  olmayacaq.  Axı  dostlar  çox  olduqda,  təbii  olaraq,  onlardan 
birinə  həmişə  qəza  üz  verir,  burda  isə  kədərdən  qaçmaq  oimur. 
Digər  tərəfdən  az  -   bir,  ya  iki  dosta  [malik  olmaq  yaxşı  deyil], 
onlann  sayı  şəraitə  və  insanın  məhəbbətə  qarşı  olan  meylinə 
münasib olmalıdır.
17. 
İndi  isə  dostla  necə  rəftar  etməyin  vacibliyinə  baxmaq 
lazımdır.  Bizim  araşdırmamız  hər  dostluğa  deyil,  ancaq  o  dostluğa 
aid  olacaqdır  ki,  bu  halda  dostlar  ən  çox  bir-birini  təqsirləndirir 
(egkaloysi).
Bütün  hallarda  eyni cür təqsirləndirmiriər.  Ata  ilə oğulun  dost- 
lugu,  məsələn,  dostluğun  bəzi  formalan  kimi,  təqsitiəndirmələrdən 
ötrü belə bəhanələr doğurmur,  həmin dostluq formalannda [belə bir 
qayda var]:  «mən sənə necə, sən də mənə elə, xətaya görəsə ciddi 
cəza  (egklema)».  Harda  ki,  dostlar  tən  deyil,  orada  bərabərlik 
yoxdur.  Atanın  oğula  məhəbbəti  bərabərsizliyə  əsalanır,  həm  də 
arvadın ərinə qarşı,  nökərin  ağaya  qarşı,  ümumiyyətlə isə,  aşağının 
yuxanya  qarşı  məhəbbəti  də  bunun  kimidir.  Dosttuğun  belə 
formalarında  təqsirləndirmələr  olmur.  Təqsirləndirmələr,  dostlar  -  
bir-birinə tay olduqda  olur.  Buna  görə  biz ona baxmalıyıq ki, dostlar 
bir-birinə tay olduğu halda, dostla necə rəftar etmək lazımdır...17
404
Ş Ə R H   L Ə R
S İ Y A S Ə T
BİRİNCİ  KİTAB
1.  Sokratla  Platonun  gizli  mübahisəsi.
2.  Delfi  bıçağı  -   eyni  zamanda  həm  bıçaq,  həm  də  qılınc 
kimi  işlədilən  alət.
3.  Mizrablar  -   kifara  simli  musiqi  alətində  vibrasiya 
(titrəyiş)  əmələ  gətirməkdən  ötrü  işlədilən,  ağacdan,  metaldan, 
fil  sümüyündən,  buynuzdan olan  müxtəlif formalı  kiçik vasitədir.
4.  «Lokos»  yünan  sözü  olub,  «faiz»  mənasını  verir,  hərfi 
mənası  «artım»  deməkdir.
5.  Bu  müəlliflərin  haçan  yaşadığı  məlum  deyil.
6.  İltizam- xüsusi  şəxslərə verilən  vergi toplama  hüququ.
7.  Çox  guman  Sirakuza  müstəbidi  Böyük  Dionisi  (b.e.ə. 
təxminən  432-367)  nəzərdə  tutulur.  406-cı  ildə  o,  Sirakuzada 
hakimiyyəti  ələ keçirmişdi.
8.  Çox  guman  b.e.ə.  IV  əsrin  ortalarında  Afinada  maliyyə 
işlərini  idarə edən  Yevbul  nəzərdə tutulur.
9.  Herodot  yazır:  «Aprini  devirdikdən  sonra  hakimiyyət 
başına Amasid  keçdi...  İlk vaxtlarda  misirlilər Amasidə  laqeydlik 
göstərirdilər və  onu  az  da  olsa  dəyərləndirmirdilər,  çünki  əvvəl- 
lər  o,  adi  bir  vətəndaş  olmuşdu,  özü  də  əsli-nəcabətli  nəsildən 
deyildi. Zaman  ötüşdükcə o, fəndgirliklə  misirlilərdə özünə  qarşı 
rəğbət  oyatdı,  yəni:  onda  çox  qiymətli  şeylər  vardı,  bunlardan 
biri  də  qızıldan  hazırlanmış  ləyən  idi.  Amasid  və  onun  bütün 
süfrə  yoldaşları  bunda  ayaqlarını  yuyardılar.  O,  bu  ləyəni  kiçik 
hissələrə  bölüb,  bundan  bir  büt  düzəltdi  və  bunu  şəhərin  ən 
görkəmli  yerində  qoydu.  Misirlilər  abidəyə  yaxınlaşıb,  buna 
böyük  hörmət  göstərməyə  başladılar.  Şəhərlilərin  bu  hərəkətini
405


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə