A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə90/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   86   87   88   89   90   91   92   93   ...   104

yündə  alınırsa,  onda  düşüncəliliyin  burda,  görünür  ki,  heç  bir 
rolu  yoxdur:  o  hallarda,  hansı  ki,  ağıl  ən  yaxşının  axtarışında 
iştirak  etmir,  kimdəsə  onun  istəyilə  nə  isə  olduqda,  biz  onu 
düşüncəli  adlandırmırıq,  ancaq  deyirik:  onun  bəxti  gətirdi. 
Bəxtin  gətirməsi  -   uğurdur,  bunda  fəaliyyət  göstərən  ağılın 
iştirakı  yoxdur.
Adamlarla  rəftar edən  zaman  özünü,  özünə  tən  gələnlərlə 
bərabər  tutmaq  düzgündürmü?  (Məsələn,  deyək  ki,  hər  hansı 
bir  adamla  münasibətdə  olan  zaman  onu  özün  kimi  bir  adam 
hesab  etmək).  Yoxsa,  daha  çox,  yox?  Axı,  görünür ki,  yaltaqlar 
özlərini  belə  aparır.  Eyni  zamanda  münasibətdə  olarkən  hər 
kəsə  ləyaqətinə  görə  öz  haqqını  vermək,  görünür  ki,  ədalətli  və 
ləyaqətli  adama xas olan  cəhətdir.
Bax  bu  da  çətinlik  doğura  bilər:  əgər  ədalətsizlik  edilsə,  -  
bu  könüllü  surətdə,  bilərəkdən  ziyan  vurmaq  deməkdir,  həm  də 
əgər  ziyan  və  ədalətsizlik  yaxşı  şeylərlə  əlaqədardırsa  və  yax- 
şıya  qarşı  yönəlibsə,  onda  ədalətsiz  hərəkət  edən,  yəni  haqsız 
müvafıq  olaraq  nəyin  yaxşı,  nəyin  də  pis  olduğunu  bilməlidir, 
belə  şeyləri  isə  bilmək  ağıllı  adama  və  ağıllılığa  xas  olan  cəhət- 
dir.  Həqiqətən,  yanlışlıq  əmələ  gəlir:  haqsıza  çox  böyük  nemət 
olan  -   ağıllılıq  xasdır.  Yoxsa,  daha  çox  haqsıza  ağıllılıq  xas 
deyil?  Doğrudan  da,  haqsız,  ümumiyyətlə,  nəyin  yaxşı,  nəyinsə 
onun  özü  üçün  yaxşı  olduğunu  ayırd  etməyi  bacarmadığından, 
səhv  edir.  Ağıllılığa  isə  belə  şeyləri  nəzərdən  keçirmək  xasdır. 
Burda  işlər tibb  elmindəki  kimidir:  bizim  hamımız  bilirik  ki,  ümu- 
miyyətlə,  cana  xeyirli,  sağlamlığa  səbəb  olan  nədir,  bilirik  ki, 
asırqal  bitkisi,  işlətmə  dərmanları,  çərtmələr və  müalicə  məqsə- 
dilə  dağlamalar  şəfaverəndir  və  sağlamlığa  səbəb  olur,  amma 
biz tibb elminə  vaqif deyiiik,  ona  görə də  ayrı-ayrı  hallarda  nəyin 
faydalı  olduğunu  bilmirik,  ancaq  həkim  filan  vasitənin,  məhz 
kimin  üçün,  haçan  və  hansı  halda  yaxşı  olduğunu  bilir.  Axı  tibb
362
elmi  də  yalnız  bundan  ibarətdir.  Biz  isə,  ümumiyyətlə,  səhhət 
üçün xeyirli  vasitələri  bilsək də tibb  elminə  vaqif deyilik  və onun 
bizimlə  əlaqəsi  yoxdur.  Ədalətsiz  adam  da  belədir:  o  bilir  ki, 
özlüyündə  hökmranlıq,  idarəetmə  və  səlahiyyət  yaxşı  şeydir, 
amma  bunun  özü  üçün  yaxşı  şey  olub-olmadığını,  həm  də 
məhz  haçan  və  özünün  hansı  vəziyyətində  yaxşı  olduğunu  bil- 
mir.  Amma  bunu  bilmək  -   ağıllılığın  əsas  işidir,  buna  görə  də 
ağıllılıq ədalətsiz adama  xas olan  cəhət deyil.  Ədalətsiz  adamın 
seçdiyi  və  düzgün  istifadə  etdiyi  şeylər -   faydalıdır,  lakin  özlü- 
yündə  faydalıdır,  ondan  ötrü  yox:  var-dövlət  və  səlahiyyət  özl- 
yüyndə  yaxşı  şeydir,  amma  bunlar  ondan  ötrü  yaxşı  olmaya 
bilər,  çünki  fıravanlıq  və  səlahiyyət  əldə  etməklə  o,  həm  öz- 
özünə,  həm  də  dostlarına  çoxlu  yamanlıqlar  edəcək,  axı  o, 
səlahiyyətdən  düzgün yararlana bilməyəcək.
Düşünməyə  vadar  edən  və  müzakirəyə  ehtiyacı  olan  bir 
də  bax budur:  yaramaz  adama  qarşı  ədalətsizlik  etmək  olarmı? 
Yoxsa,  yox?  Axı  əgər  ədalətsizlik  -   ziyan  [vurmaqdırsa],  ziyan 
da  firavanlıqdan  məhrum  olmaqdan  ibarətdirsə,  onda  [ədalət- 
sizlik]  görünür  ki,  [yaramaz  adama]  zərər yetirmir:  iş  ondadır ki, 
rifah,  hansı  ki,  yaramaz  adam  bunu  özü  üçün  yaxşı  şey  sayır, 
onun  üçün  əsil  rifah  deyil.  Var-dövlət  və  səlahiyyət  bunlardan 
düzgün  yararlanmağı  bacarmayan  yaramaz  adam  üçün  zərərli 
olacaq.  Beləliklə,  əgər  bunların  olması  yaramaz  adama  zərər 
yetirirsə,  bunları  onun  əlindən  alan  adam,  görünür  ki,  heç  bir 
ədalətsizlik etmir.  Kütləyə  bu fikir,  çox güman,  qeyri-adi  görünə- 
cək:  axı  hamı  düşünür ki,  onlar səlahiyyət,  güc və var-dövlətdən 
istifadə  etməyi  bacarır.  Amma  qanunvericilik  təcrübəsi  göstərir 
ki,  bu  fikir yanlışdır.  Qanunverici  hamıya  başçılıq  etməyə  imkan 
vermir:  hakimiyyət  başında  durmağa  hazırlaşan  adam  üçün  yaş 
və  gəlir  müəyyənləşdirilir,  ona  görə  də  hamı  başçı  olmaq  iqti- 
darında  deyil.  Əgər  ki,  kimsə  hakimiyyət  başında  olmamasın-
363


dan  və  idarə  etməyə  imkan  verilməməsindən  narazı  qalsa,  ona 
demək  olar:  sənin  qəlbində  o  şey  yoxdur,  hansı  ki,  onun  kö- 
məkliyi  ilə  sən  başçılıq  və  idarə  edə  biləsən.  Biz  həmçinin  görü- 
rük  ki,  özlüyündə  yaxşı  olan  şeylər  [xəstə]  bədənə  sağlamlıq 
gətirə  bilmir,  amma  kim  xəstə  bədəni  sağaltmaq  istəyirsə,  hər 
şeydən  öncə  su  içməli  və  az  miqdarda  yemək  qəbul  etməlidir. 
Eləcə  də  pis  qəlbə  malik  olan  adama  heç  bir  yaramaz  iş  gör- 
məməkdən  ötrü,  məgər  var-döviətdən,  səlahiyyətdən,  gücdən 
və  bu  kimi  şeylərdən  çəkinmək  lazım  deyilmi?  Bunun  kimi xəstə 
bədənə  göstərilən  həyat  tərzi  vacib  olduğu  tək,  xəstə  qəlbli  in- 
sana  da  yuxarıda  adları  çəkilənlərdən  heç  birinə  maiik  olma- 
maqla  buna  bənzər həyat keçirmək lazımdır.
Bu  məsələ  də  çətinlik  doğurur:  əgər  eyni  zamanda  həm 
cəsarətli,  həm  də  ədalətli  iş  görmək  olmursa,  necə  hərəkət 
etmək  lazımdır?  Biz  artıq  demişik  ki,  anadangəlmə  məziyyətlər 
yalnız  ən  yaxşıya  meyl  edir,  ancaq  ağıla  əsaslanmır.  Seçim 
edən  insan  isə  bunu  ağılın  və  qəlbin  mühakimə  yürütmək 
qabiliyyəti  olan  hissəsinin  köməkliyi  ilə  edir.  Buna  görə  [belə 
adamda]  seçmə  də  və  biz  dediyimiz  kimi,  ağıllılıqla  birləşib,  ən 
yaxşıya  anadangəlmə  meyli  olan  mükəmməl  məziyyət  də  öz 
yerini  tapır.  Məziyyət  məziyyətə  qarşı  çıxmaz,  axı  ağıla  itaət  et- 
mək  və  onun  buyurduğu  kimi  [hərəkət  etmək]  ona  xas  olan 
cəhətdir:  o  hara  çəkmiş  olsa,  o  da  ora  meyl  edəcək.  Ağıl  isə 
daha  yaxşını  seçir.  Başqa  məziyyətlər  ağıllılıq  olmadan,  mü- 
kəmməl  ağıllılıq  isə  tək,  digər  məziyyətlərsiz  olmur:  onlar,  ağıllı- 
lığa  həmrah  olmaqla,  bir-birilə  bir  növ  əməkdaşlıq  edir 
(synergoysi).
Bu  məsələni  də  həll  etmək  çətindir:  məziyyətlərlə  də  iş, 
başqa  -   xarici  və  bədənə  aid  olan  nemətlərdəki  kimidirmi?  Bu 
nemətlər  həddən  artıq  çox  olduqda  adamları  korlayır.  Məsələn, 
çoxlu  var-dövlət  adamları  lovğa  və  xoşagəlməz  hallara  sal-
364
mışdır.  Bunu  digəryaxşı  ş e y lə r- səlahiyyət,  hörmət,  gözəllik və 
əzəmət  haqqında  da  demək  olar.  Məziyyətlə  də  iş  belədirmi  və 
insan  artıqlaması  ilə  ədalətə,  həm  də  cəsarətə  malik  olsa,  o 
pismi  olacaq?  Yoxsa,  yox?  Əlbəttə,  olmayacaq.  Amma  ki,  mə- 
ziyyət  özünə  qarşı  hörmət  yaradır,  olduqca  böyük  hörmət  isə 
insanları  korlayır:  məziyyət  hörmətə  səbəb  olan  şeydir,  buna 
^örə,  artmaqla,  məziyyət  insanları  körlaya  bilər.  Yoxsa  bu  belə 
aeyil?  Doğrudan  da,  baxmayaraq  ki,  məziyyətin  bir  çox  başqa 
işləri  var,  bunlar  içərisində  ən  başlıcası  -   belə  və  bu  kimi 
nemətlərdən  düzgün  istifadə  etmək  bacarığıdır.  Əgər  həm 
böyük  hörmət,  həm  də  səlahiyyət  sahibi  olan  ləyaqətli  bir adam 
bunlardan  düzgün  yararlanmırsa,  onda  o  artıq  ləyaqətli  adam 
sayıla  bilməz.  Nə  hörmət,  nə  də  səlahiyyət  ləyaqətli  adamı  kor- 
lamır,  deməli,  məziyyət də onu  korlamır.
Ümumiyyətlə  isə,  biz  əvvəldə  müəyyənləşdirdiyimiz  kimi, 
məziyyətlər  -   ortadır  və  məziyyət  nə  qədər  yüksəkdədirsə,  o, 
bir o  qədər də  çox  ortadır.  Buna  görə  məziyyət,  artdıqca,  adamı 
pis  deyil,  daha  yaxşı  edir.  Ehtirasların  zəifliyilə  onların  çoxluğu 
arasında  olan  ortanı  isə  biz orta  adlandırmışdıq.
4. 
Bu  barədə  deyilmişdi.  İndi  biz  yeni  mövzuya  müraciət 
etməli,  həm  də  təmkinlik  və  hövsələsizlik  haqqında  danışmalı- 
yıq.  Bu,  həm  məziyyətdir,  həm  də  qeyri-adi  qüsur  (atopoi); 
lazım  gəldikdə  onlar  barəsində  müzakirə  də  qeyri-adi  olacaq. 
Bu  məziyyət  qalan  məziyyətlərə  oxşamır.  Doğrudan  da,  digər 
məziyyətləri  [əgər götürsək],  onda  ağıl  və  [yaxşı]  duyğu  eyni  bir 
şeyə  yönəlir  və  bir-birinə  zidd  getmir1,  bu  halda  isə  ağıl  və 
duyğu  bir-birilə ziddiyyət təşkil  edir.
Qəlbdə  üç xüsusiyyət  kök  salıbdır  ki,  bunlara  görə  bizi  ya- 
ramaz  adlandırırlar:  əxlaqsızlıq  (kakia),  hövsələsizlik  (akrasia), 
vəhşilik.  Əxlaqsızlıq  və  məziyyət  haqqında,  bunların  nə  və  nə-
365


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə